Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-654/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisi, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, eləcə də alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(061)- 1161/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisi, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 15 avqust 2018-ci il tarixli 2V-171 reyestr qeydiyyat nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 28 avqust 2018-ci il tarxili, ********** qeydiyyat nömrəli daşınmaz əmlak xidmətində aparılmış reyestr qeydiyyatının, həmin çıxarış əsasında aparılmış 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında əldə edilmiş 06 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, atası X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı X20 işə cəlb edilmişdir. Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(061)-1161/2022 nömrəli (hakim E.Bayramov) qətnaməsi ilə iddia tələbləri təmin edilməyərək, iddiaçı X3 cvabdehlər Cavabdeh2 və Tərtər Rayon Notariat Ofisinə qarşı xx.xx.2018-ci il tarixli, 2V- 171 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2018-ci il tarxili, ********** qeydiyyat nömrəli daşınmaz əmlak xidmətində aparılmış reyestr qeydiyyatının, həmin çıxarış əsasında aparılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında əldə edilmiş xx.xx.2022-ci il tarxili, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, atası X5 miras qalmış Tərtər şəhəri, Famil Qulami küçəsi 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi tələblərinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X15 atası, X7 anası, X12 və Cavabdeh2 isə qardaşlarıdır. X27 1992-ci ildə, X25 2002-ci ildə, qardaşı Sənan Mirzəyev isə 2014cü ildə ölmüşlər. Doğulub böyüdüyü ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 1961-ci ildə X25 inşa edib və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Atası vəfat edəndən sonra həmin evdə 2014-cü ilədək mərhum qardaşı Sənan yaşamış, Sənan vəfat edəndən sonra isə ev bağlı qalmış, digər qardaşı Söhrab ailə üzvlərinin xahişi ilə evə nəzarət etmişdir. Həmin dövrdə ev atasının adında qalmışdır. Xəbərləri olmadan qardaşı Söhrab 15 avqust 2018-ci il tarixdə V-172 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinə dair adına çıxarış almışdır. Həmin çıxarış əsasında da 12 may 2022-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinə əsasən evi X1. Ümumiyyətlə ailə üzvlərinin Söhrabın bu hərəkətlərindən xəbəri olmamışdır. Söhrabın bu hərəkətlərindən nəinki özü, hətta digər mərhum qardaşı Sənanın övladları Qumru, Anar və Nilufərin də xəbəri olmamışdır. Çünki hamıya həmin əmlakdan miras pay düşməlidir. Cavabdeh2 həmin evə dair etdiyi bütün hərəkətlər qanunsuz və əsassızdır. Belə ki, Söhrab özünün şəxsi evi ola-ola həmin evə məqsədli, yəni evin sahibsiz qalmasından sui-istifadə edib evdən istifadə etmiş və heç kimə bildirmədən evi nə onun, nə də mərhum qardaşı Sənanın ailə üzvlərinin razılığı olmadan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına sənədləşdirmiş, sonra isə başqa şəxsə satmışdır. Söhrab evi öz adına sənədləşdirərkən onunla razılaşmalı və notariat qaydada həmin sənədləşdirməyə razılıq alınmalı idi. Bundan əlavə notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən olunmalı və vərəsələrin hər birinə məlumat verilməli idi. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mirasın harada yerləşməsindən asılı olmayaraq onun atasının mirasından məcburi pay almaq hüququ olmasına, eləcə də mirasdan məhrum edilməsi barədə hər hansı məhkəmə qərarı, vəsiyyətnamə və.s olmadığı halda mirasdan məcburi pay almaq hüququndan məhrum edilmişdir. Atası vəfat etdikdə onunla birlikdə yaşayan mərhum qardaşı Sənan olmuşdur və miras faktiki olaraq onun tərəfindən qəbul edilərək idarə edilmişdir. Qardaşı Sənan 2014-cü ildə miras qalmış evdə öldürülmüş və bu cinayət hadisəsi ilə əlaqədar Səxavət adlı şəxs azadlıqdan məhrum edilmişdir. Atalarının vəfatı ərəfəsində, yəni 2001-ci ildə ağır xəstə olarkən də onun bütün müalicə xərclərini yanında yaşayan oğlu kimi qardaşı Sənan çəkmiş, atalarının dəfn xərcləri, qəbirüstü xatirə abidəsi, habelə yas mərasiminin xərcləri də qardaşı Sənan və qismən onun tərəfindən çəkilmişdir. Əgər belə olmasaydı, Cavabdeh2 atalarından miras qalmış əmlakı 2002- 2014-cü illərdə ələ keçirməyə çalışardı. Bundan əlavə, notariat ofisi tərəfindən onun vərəsəliyə çağırılmaması faktı məhkmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə tərəfindən işə cəlb edilmiş X20 məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini 70000 manat müqabilində almışdır. Lakin alqı-satqı müqaviləsində əmlakın dəyəri 30000 manat göstərilmişdir. İşin qeyd olunan halları məhkəmə qətnaməsində göstərilməmiş və hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ər evində yaşamağa başlamış və tez-tez gedib mərhum atasına baş çəkmişdir. Mərhum atası 2002-ci ildə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır, sonuncunun ailəsi isə Bakı şəhərində yaşamışdır. Belə ki, qardaşı Sənan Mirzəyev 1991-ci ildə işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Lakin ataları Ərşad Mirzəyev 2002-ci ildə vəfat etdikdən sonra mübahisəli mülkdə Sənan yaşamışdır. Sənan 2014-cü ildə həmin evdə qətlə yetirilmişdir. Cavabdeh2 isə 1992-ci ildən Rusiya Federasiyasına getmişdir və atası öləndən sonra Azərbaycana gəlsə də, o həmin mülkdə yaşamamışdır. Söhrab 2015-ci ildə Bakı şəhərindən Tərtər rayonuna qayıtmış və miras qalmış evdə yaşamağa başlamışdır. Hesab edir ki, mübahisəli evdən köçüb getsə də, mülk atalarına məxsus olduğu üçün onunda həmin mülkdə payı vardır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq İddiaçı həmçinin bildirmişdir ki, evin satılmasından əvvəllər məlumatı olmamış, lakin bu barədə xəbəri 2022-ci ilin may ayından olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, bacısı İddiaçı 1982-ci ildə ailə quraraq Bakı şəhərinə köçmüşdür. Mərhum qardaşı Sənan Mirzəyev isə 1975-ci ildə təhsil almaq üçün Bakı şəhərinə getmiş, sonra da orada işləməyə başlamışdır. Mərhum atası sağlığında qardaşı X19 rayonu Ceyranbatan qəsəbəsində ev almış qardaşı Sənan da həmin evdə yaşamışdır. X25 öldükdən sonra qardaşı Sənan Mirzəyev miras əmlakda yaşamağa başlamış və 2014-cü ilə qədər həmin evdə yaşamışdır. Bundan əlavə, özü 1992-ci ildə Rusiya Federasiyasına getmiş, atası öləndə dəfn mərasimi ilə əlaqədar ölkəyə geri qayıtmış və atasından miras qalmış evdə yaşamışdır. Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Tərtər rayon notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər X10, X11, X4, X20 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2022-ci il tarixli məktubundan görünür ki, X6 adına ünvan 3ndə yerləşən fərdi yaşayış evi X9 Bürosu tərəfindən qeydə alınmışdır. 15 avqust 2008-ci il tarixli, reyestrdə 2 V-171 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi Cavabdeh2 olmuşdur. Həmin ev 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi 06 iyun 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Kənan Rəhimlinin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır; Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, X15 ilə Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 13 iyul 1956-cı ildə rəsmi nikaha daxil olmuşlar. Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 10 fevral 1992-ci il tarixdə ölmüşdür; Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, X15 12 oktyabr 2002-ci il tarixdə ölmüşdür; Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışlarından görünür ki, X12 01 sentyabr 1958-ci il tarixdə anadan olmuş, 19 fevral 2014-cü il tarixdə ölmüşdür; Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2018-ci il tarixli, 2V-171 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi hesab edilmiş, şəhadətnamə verilən miras əmlak Mirbəşir Rayon Texniki İnventar Bürosu tərəfindən 30 noyabr 1987-ci il tarixdə verilmiş, 18 qeydə alma nömrəsi ilə kitabın 250-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 10 avqust 2018-ci il tarixli, 706 çıxış nömrəli arayışa əsasən mərhum X8 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m, yardımçı sahəsi 36.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2018-ci il tarixli, 2V-172 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi hesab edilmiş, şəhadətnamə verilən miras əmlak DTXK-nin Tərtər Rayon Şöbəsi tərəfindən 18 yanvar 2006-cı il tarixdə verilmiş, seriya nömrəsi JN 836A, KOD 61101004olan Şəhadətnaməyə və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 08 avqust 2018-ci il tarixli, 702 çıxış nömrəli arayışa əsasən mərhum X8 məxsus Tərtər Şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Tərtər Rayon İHB-nin Tərtər Şəhəri İƏD üzrə Nümayəndəliyinin 31 iyul 2018-ci il tarixli arayışında Tərtər Rayon Notariat Kontoruna bildirilmişdir ki, 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X6 təsərrüfatında oğlu Cavabdeh2 qalmışdır; 7 saylı Bərdə Ərazi İdarəsinin X8 məxsus fərdi yaşayış torpağı ilə bağlı 08 avqust 2018-ci il tarixli arayışı ilə bildirilmişdir ki, həmin torpaq üzərində hər hansı məhdudiyyət və yüklülük yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 avqust 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Tərtər Şəhəri F.Qulami 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 78.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüquqları ilə Cavabdeh2 adına qeydə alınmışdır; AN-İ seriyalı ******* nömrəli 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini alıcı X1; Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1246, 1243.2, 1151, 1157, 1157-1.2 və 1159-cu maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə isə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eləcə də həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, X6 mülkiyyətində ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m olan fərdi yaşayış evi olmuşdur. Sonuncunun 12 oktyabr 2002ci il tarixdə ölümündən sonra qeyd olunan əmlaka miras açılmışdır. Sonuncunun uşaqları - birinci növbəli vərəsələri qızı İddiaçı, X12 və Cavabdeh2 olmuşlar. Miras qoyanın oğlu Cavabdeh2 notariat kontoruna müraciət edərək atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və onun adına 15 avqust 2018-ci il tarixli, 2V-171 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak vərəsə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Cavabdeh2 mülkiyyətinə keçmiş ünvan 3 ünvanındakı 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m olan fərdi yaşayış evini Tərtər rayon notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən alıcı X2, həmin alqı satqı müqaviləsi əsasında ünvan 3 ünvanındakı 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m olan fərdi yaşayış evi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Hazırda İddiaçı miras qoyanın birinci növbəli vərəsəsi olduğunu, miras əmlakın onun tərəfindən qəbul edildiyini, habelə digər vərəsə (qardaşı) Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şədadətnamə əsasında verilmiş digər sənədlərin (çıxarış, alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş çıxarış) etibarsız olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Hazırkı işdən isə müəyyən olunur ki, İddiaçı atasının ölümündən sonra mirasın onun tərəfindən faktiki qəbul edilməsini bildirsə də, lakin sonuncunun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, iddia ərizəsindən, habelə İddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, sonuncu mərhum atası X6 ölümündən sonra miras qalmış əmlakı faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ər evində yaşamağa başlamış və tez-tez gedib mərhum atasına baş çəkmişdir. Mərhum atası 2002-ci ildə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır. Göründüyü kimi mərhum X5 miras qalmış əmlakın onun qızı (iddiaçı) İddiaçı tərəfindən faktiki qəbul edilməsi sübut olunmur. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilmədiyindən, iddia tələbinin qalan hissəsi, yəni Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə həmin şədadətnamə əsasında verilmiş digər sənədlərin (çıxarış, alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş çıxarış) etibarsız hesab edilməsi hissəsinin təmin olunması da mümkünsüzdür. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, İddiaçı göstərdiyi dəlillər iş materialları, habelə digər mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(061)-1161/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-654/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-654/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver