Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-662/2024 16.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər X2 (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsinin hakiminin özü-özünə verdiyi etiraza, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (Abonent kodu **********02900) qanunsuz olaraq hesablanmış 3110.4 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəməsinin sədri Marif Kazımov özü-özünə etiraz edərək, Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(042)-244/2024 saylı qərardadı ilə mülki işin başqa birinci instansiya məhkəməsinə verilməsi məsələsinə baxılması üçün X1 göndərilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(042)-244/2024 saylı qərardadında qeyd olunmuşdur ki, iddiaçı Rəhimli X3 Rayon Məhkəməsinin hakim köməkçisi vəzifəsində işləyir və iddiaçı ilə işə baxan hakim (sədr) arasında işəgötürən və işçi münasibətləri vardır. Belə olan halda isə İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair işə Gədəbəy Rayon Məhkəməsində baxılaraq yekun qərarın qəbul edilməsində işə baxan hakimin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə şübhə yarada bilər. Məhkəmə kollegiyası etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri Marif Kazımovun özü-özünə verdiyi etiraz təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, mülki iş üzrə məhkəmənin hazırlıq ixlası 22 yanvar 2024-cü il tarixinə təyin edilmiş və tərəflərə məhkəmə bildirişi göndərilməklə həmin bildirişdə tərəflərə hüquq və vəziflər izah edilmiş və tərəflərdən işə baxan hakimə hər hansı bir etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-cü maddəsində nəzərdə tutulan hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran hal ilk növbədə tərəflərdə yaranmalıdır. Tərəflərdə belə bir şübhənin olmaması halında hakimin həmin şübhədə olması isə anlaşılan deyildir. Həmçinin, iddiaçının da məhz həmin hakimin köməkçisi olması iş materialalrından müəyyən edilmir. İddiaçı yalnız həmin məhkəmədə hakim köməkçisi vəzifəsində işləməsi, yəni işə baxan hakim (sədr) arasında işəgötürən və işçi münasibətlərinin olması işə baxan hakimin tərəfindən işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan hal kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hakimin özü-özünə verdiyi etirazı əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 19, 22-23, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsinin hakiminin özü-özünə verdiyi etiraz təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-662/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-662/2024
16.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver