Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-676/2025 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Işin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X7 ##.##.2005-ci ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qeyd etdirmişlər. Kişiyə Kərimli, arvada Kərimli soyadı verilmişdir.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X7 birgə nikahlarından ##.##.2007-ci il təvəllüdlü iddiaçı1 adlı uşaqları olmuşdur.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2020-ci ildə ölmüşdür.
4. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsindən alınmış vəkil sorğusuna verilmiş ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan * saylı ünvanda yerləşən fərdi yaşayış evi 20.04. 2024-cü il tarixli, 1824010614 qeydiyyat nömrə ilə Cavabdeh adına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsində qeydiyyata alınmışdır.
5. Tərtər rayon Notariat Ofisinin ## ###### 2024-cü il tarixli *** saylı qərarından görünür ki, həmin qərarla iddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
6. Tərtər şəhər IƏD-i üzrə nümayəndənin verdiyi **** saylı ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı2 Tərtər rayon Evoğlu kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri, Süleyman Məmmədov küçəsində yaşayır.
7. Qəbzlərdən görünür ki, Tərtər şəhəri, Süleyman Məmmədov küçəsində abonent kodlarına qazdan, işıqdan və sudan istifadəyə görə ödənilən kommunal xərclər iddiaçı2 adından icra edilmişdi.
8. Cavabdeh notariat ofisinə ##.##.2024-cü il tarixli ************* saylı ərizəsindən görünür ki, ##.##.1971-ci ildə ünvan 4 ünvünında qeydiyyatda olan X3 vəfat etmişdir. Ondan qalan miras daşınar və daşınmaz əmlakdan ibarətdir. Göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MM-in 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələri yoxdur. Ərizənin həqiqiliyi notarial qaydada təsdiq olunmuşdur.
9. Tərtər rayion xüsusi notariat ofisi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n Dövlət Reyestri Xidmətinə edilmiş sorğunun surətindən görünür ki, V-50/##.##.**** saylı vərəsəlik işi üzrə Cavabdeh müraciət edərək ##.##.1971-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. X6 məxsus olmuş, daşınmaz əmlaklara dair hüquqların rəsmiləşdirilməsi barədə Çıxarış və həmin əmlakların yüklü olması barədə arayış verilməsinə baxılması xahiş olunmuşdur.
10. Tərtər rayon X20 ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN-618A, KOD 61101004 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, 0,06 ha həyətyanı torpaq sahəsi X3 adına sənədləşdirilmişdir.
11. ##.##.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.1975-ci ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri Süleyman Məmmədov küçəsi ev 02-də qeydiyyatdadır.
12. AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.1971-ci ildə ölmüşdür.
13. Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(061)- ****/**** saylı qətnaməsinin surətindən görünür ki, ## ###### 1971-ci ildə vəfat etmiş X3 ərizəçi ##.##.1975-ci il təvəllüdlü Cavabdeh nənəsi (atasının anası) olması faktı müəyyən edilməsi, ərizəçi Cavabdeh ## ###### 1971-ci ildə vəfat etmiş X3 onun nənəsi (atasının anası) X3 miras qalmış əmlakların –Tərtər Rayon Aqrar Tərtər Rayin Aqrar Islahat Komissiyasının ## ####### 2005-ci il tarixli ** saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD ******** saylı Şəhadətnamə əsasında ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(061)- ****/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs iddiaçı1 verdiyi şikayət qismən təmin edilmiş və Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(061)- ****/**** saylı qətnaməsi ərizəçi Cavabdeh ## ###### 1971-ci ildə vəfat etmiş X3 onun nənəsi (atasının anası) X3 miras qalmış əmlakların –Tərtər Rayon Aqrar Tərtər Rayin Aqrar Islahat Komissiyasının ## ####### 2005-ci il tarixli ** saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD ******** saylı Şəhadətnamə əsasında ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməsi hissəsində ləğv edilmiş və ərizəçi Cavabdeh ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır.
15. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1971-ci ildə vəfat etmiş X3 vərəsəsi ünvan 5 saylı ünvanda qeydiyyatda olan Cavabdeh pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi Idarəsi tərəfrndən ##.##.2024-cü il tarixdə verilmiş 611013032929-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən X6 məxsus olan ünvan * saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 82,8 kv.metr, yaşayış sahəsi 40,1 kv.mütr, yardımçı sahəsi 42,7 kv.metr, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilnədək ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi Idarəsi tərəfrndən ##.##.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan * saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 82,8 kv.metr, yaşayış sahəsi 40,1 kv.metr, yardımçı sahəsi 42,7 kv.metr, 2 otaqlı fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır.
17. ##.##.2025-ci il tarixli, № **/**-360 nömrəli arayışından görünür ki, Kərimov Böyük Zilfiqar oğlu ##.##.1930-cu ildə Tərtər rayonunda anadan olmuş, (atası X4) (anası X3) ##.##.1995-ci ildə hipertoniya xəstəliyi nəticəində vəfat etmiş, ölümü ##.##.1995-ci il 26 № akt qeydi ilə Tərtər rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.
18. iddiaçı2 verilmiş arayışdan görünür ki, ünvan 4-da yaşamış mərhum həyat yoldaşı X1 ##.##.2020-ci ildə vəfat etmişdir. Vəfat etdiyi günədək həmin ünvanda ailə üzvləri, həyat yoldaşı iddiaçı2, övladı iddiaçı1, qardaşı Cavabdeh (Bakı şəhərində yaşayır) yaşamışdır.
19. AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2020-ci ildə Insulindən asılı şəkərli diabet (koma ilə) nəticəsində vəfat etmişdir.
20. Tərtər Rayon Icra Hakimiyyəti ##.##.2024-cü il tarixli, 3-48-43 RA/*-**/**** nömrəli arxiv arayışından görünür ki, Tərtər şəhər İ.Ə.V-nin 1991-1995-ci illər (8 mart) S.Məmmədov küçəsi üzrə tərtib etdiyi * №-li təsərrüfat başına kitabın 4-cü şəxsi hesabında mərhum X2 atası Kərimov Böyük Zülfiqar oğlunun ailə tərkibinə; həyat yoldaşı-X13, oğlanları-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Cavabdeh, X2 yazılmışdır.
21. ##.##.2024-cü il tarixli, № **/**-840 nömrəli arayışdan görünür ki, X1 ##.##.1977ci ildə Tərtər rayonunda anadan olmuş, (atası Kərimov Böyük Zülfüqar oğlu) (anası X8) ##.##.2020-ci ildə vəfat etmiş, ölümü ##.##.2020-ci il ** №-li akt qeydi ilə Tərtər rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.
22. 17.04.26-cı il tarixli, № *** nömrəli arayışdan görünür ki, ##.##.2007-ci il təvəllüdlü iddiaçı1 ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır.
23. 17.06.26-cı il tarixli, № *** nömrəli arayışdan görünür ki, ##.##.1982-ci il təvəllüdlü iddiaçı2 ünvan 3 ünvanında yaşayır.
24. ##.##.2024-cü il tarixli, № **/**-834 nömrəli arayışdan görünür ki, X13 ##.##.1994-cü ildə ürək damar çatışmamazlığı nəticəsdə vəfat etmişdir.
25. AZ-İ № ****** nömrəli ölüm haqqında şəhatdətnaməsindən görünür ki, X3 ##.##.1971-ci ildə Tərtər rayonunda vəfat etmişdir.
26. Tərtər Rayon Qeydiyyat Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/**/S/******-26 nömrəli arayışından görünür ki, Kərimov Böyük Zülfiqar oğlunun ailə üzvləri, (arvadı X8 (##.##.1949), övladı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (##.##.1970), övladı Cavabdeh (##.##.1975), övladı X1 (##.##.1977) (ölüm tarixi ##.##.2020-ci il) qeyd edilmişdir.
27. Tərtər Rayon Qeydiyyat Şöbəsinin ##.##.2026-cı il tarixli, № **/**/S/******-26 nömrəli arayışından görünür ki, X3 övladı Kərimov Böyük Zülfüqar oğlu (##.##.1930) (ölüm tarixi ##.##.1995-ci il) qeyd edilmişdir.
28. Tərtər Rayon Icra Hakimiyyti ##.##.2026-cı il tarixli, *-**/*-***/**** nömrəli IƏD üzrə nümayəndəlik tərəfindən göndərilmiş arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təsərrüfatbaşına kitabda 1991-2000-ci illər ərzində Cavabdeh və X2 yaşamışdır. 2006-2010-cü illərin təsərrüfatbaşına kitabında X2, X7 və iddiaçı1 yaşamışdır. 2018-2022-ci illərin təsərrüfatbaşına kitabında iddiaçı2 və iddiaçı1 Tahir qızı yaşamışdır. Hazırda 2023-2027-ci illərin təsərrüfatbaşına kitabında iddiaçı2 və iddiaçı1 Tahir qızı yaşadığı qeyd edilmişdir.
29. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 * saylı Bərdə Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, X3 və Kərimov Böyük Zülfüqar oğlunun adına hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
30. Iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsi olmaqla cavabdeh Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reyestr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ##.##.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Iddiaçı iddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, o, hazıki iş üzrə cavabdeh Cavabdeh qardaşı X1 ilə ##.##.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqları gündən ünvan 2 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamışlar. Birgə nikahlarından ##.##.2007-ci il tarixdə Zərqələm adlı uşaqları olmuşdur. Həyat yoldaşı ##.##.2020-ci ildə vəfat etmişdir. Hazırda da, uşağı ilə sözügedən evdə yaşayır. Yaşadığı evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Tərtər rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə həyat yoldaşı Tahir Kərimlinin nənəsi X3 verilmişdir. Firuzə Kərimova ##.##.1971-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra da, bu günədək həmin evdə yaşadığından mirasın qəbul edilməsi barədə notariusa ərizə verməmişdir. Ona görə ki, cavabdehlə heç bir mübahisələri olmamışdır. Fikirləşmişdir ki, nə vaxt olsa mirasın qəbulu barədə ərizə verə biləcəkdir. Cavabdeh Tərtər Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra, bilmişdir ki, cavabdeh mirası qəbul etmək üçün notariusa müraciət etmiş və daha sonra saxta sənədlərlə, aşağıda göstərilən məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Hansı ki, Cavabdeh 20 ildir ki, həmin evdə yaşamamışdır. Indi isə ona qarşı məhkəmədə iddia qaldırmışdır ki, evdən çıxarılsın. Hətta evdən çıxmağı barədə ona xəbərdarlıq etmişdir. Birgə nikahdan doğulmuş iddiaçı1 18 yaşı tamam olmadığından və onun himayəsində olduğundan onun adından iddia tələbini o, qaldırmışdır. Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsinə sorğu verildikdə məlum olmuşdur ki, hazırki iş üzrə cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ********** saylı çıxarış alaraq, hüquqların dövlət reyestri xidmətində qeydə alınmışdır. X14 həyat yoldaşı və uşaqları vəfat etmişlər. Onun ölümündən sonra, üç nəvəsi sağ olmuş, onlardan biri də onun mərhum həyat yoldaşı olmuşdur. Ancaq hazırki iş üzrə cavabdeh Cavabdeh notariusda ərizə verərək guya Firuzə Kərimovanın yeganə vərəsəsi olduğunu qeyd etmiş və bundan sonra Tərtər rayon Notariat ofisindən ##.##.2024-cü il tarixdə reyestr 2V-551 olan Qanun üzrə Vərəsəlik hüququ əsasında şəhadətnamə almış, daha sonra məhkəmədə iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilmiş və Firuzə Kərimova onun nənəsi olması faktı müəyyən edilmiş, ünvan 8 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan, 4 otaq və bir mətbəxdən ibarət fərdi yaşayış evinin qanun üzrə vərəsəsi olması faktı müəyyən edilmişdir. X14 adına ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış alınarkən, orada evin ümumi sahəsi 82,9 kv.metr göstərilmişdir. Ancaq yuxarıda qeyd edilən məhkəmə qətnaməsində evin ümumi sahəsi 120 kv.metr göstərilmişdir. Miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə Tərtər rayon Notariat Ofisinə etdiyi müraciətə isə ##.##.2024-cü il tarixdə *** saylı qərarla imtina verilmişdir. Bu hünədək qaz və işıq müqaviləi onun adınadır. Bütün kommunal xərclər o, ödəyir. Həmçinin ötən illər ərzində evi bir neçə dəfə cari və əsaslı təmir etdirmişlər. Maneəsiz və mübahisəsiz qaydada bu günədək həmin evdə yaşayırlar. Əmlaka sahiblik və istifadə hüququnu həyata keçirir. Bir sözlə miras əmlakı qəbul etməyi şəksiz nümayiş etdirmişdir. Yuxarıda göstərdiklərinə əsasən cavabdeh Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reystr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ##.##.2024-cü il tarixli, *********** saylı çıxarışın etibarsız hesab edilməsi və X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddiaçı iddiaçı2 Məmməd qızının cavabdeh Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsi olmaqla cavabdeh Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reyestr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ##.##.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
33. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qardaşı X1 ilə ##.##.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqları gündən ünvan 2 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamışdır. Birgə nikahlarından ##.##.2007-ci il tarixdə Zərqələm adlı uşaqları olmuşdur. Iddiaçının həyat yoldaşı Tahir Kərimli ##.##.2020- ci ildə vəfat etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı2 göstərmişdir ki, həyat yoldaşı Tahir Kərimli vəfat etdikdən sonra da mübahisəli evdə yaşamış və hazırda da bir övladı ilə həmin evdə yaşamaqda davam edir. Hazırki dövrədək mirasın qəbul edilməsi ilə bağlı ərizə verməmişdir. Mahir Kərimli məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, yaşadıqları fərdi yaşayış evinə görə çıxarış sənədi almış və hüquqların dövlət reyestri xidmətində qeydə alınmışdır. Firuzə Kərimova vəfat etdikdən sonra onun üç nəfər nəvəsi sağ qalmışdır ki, biri də Tahir Kərimli olmuşdur. Cavabdeh notariat Ofisinə müraciət edərək Firuzə Kərimovanın yeganə vərəsəsi olduğunu göstərmiş və ##.##.2024- cü il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Tərtər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə X9 Kərimovun nənəsi olması faktı müəyyən edilmiş və qanun üzrə vərəsəsi kimi tanınmışdır. O, miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə Tərtər Rayon Notariat Ofisinə müraciət etmiş, lakin onun müraciətinə imtina barədə qərar qəbul edilmişdir. Odur ki, o, məhkəmədə hazırki iddianı qaldırmış və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh Cavabdeh nümayəndəsi, vəkili Göygöl Vəkil Bürosunun vəkili vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı məhkəmədən cavabdehin adına verilmiş ##.##.2024-cü il tarixli, reystr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ##.##.2024-cü il tarixli, *********** saylı çıxarışın etibarsız hesab edilməsi və X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələblərini qəbul etmədiklərini bldirmişdir. Belə ki, iddia ərizəsi ona subyektiv hüququ olan şəxs tərəfindən qaldırlmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Iddia ərizəsindən görünür ki, iddiaçı iddiaçı2dır və iddia ərizəsi eyni şəxs tərəfindən imzalanmışdır. Lakin iddia tələbinin xahiş edirəm hissəsində isə mübahisə edilən miras əmlakdan iddiaçının qızı iddiaçı1 payının müəyyən edilməsi göstərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddiaçının mübahisə edilən əmlakla bağlılığı yoxdur, yəni iddiaçı iddiaçı2 miras qoyan X3 heç bir hüquqi vərəsəsi deyildir. Iddiaçının qızı iddiaçı1 isə məhkəmədə iddia qaldırmaq hüququna malik olmuş, lakin mülki prosessual hüququ qabiliyyəti mövcud olmamışdır. Bundan başqa o, hüquqlarını müstəqil həyata keçirmədikdə və keçirə bilmədikdə onun nümayəndə, qanuni nümayəndə və vəkillə təmsil olunmaq kimi hüquqları vardır ki, özü məhkəmədə iddia qaldırsın. Görtərdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdeh tərəfiin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evi ilə hər hansı bağlılığı, üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmamış, eləcə də, X14 vərəsəsi olmamış, eləcə də, onun mərhum həyat yoldaşı sağlığında bununla bağlı aidiyyət üzrə müraciət etməmiş, ərizəni öz adından yazmaqla imzalamışdır. Bu hallar məhkəmə prosesi dövründə müəyyən edilmişdir. Lakin cavabdeh Cavabdeh əvvəlcə məhkəməyə müraciət edərək Firuzə Kərimovanın onun nənəsi olması faktının təmin edilməsini xahiş, həmin fakt təsdiq olunmuş, bundan sonra lazımi sənədləşmələri apararaq mübahilə fərdi yaşayış evinə görə qanun üzrə vərəsəlik şəhadıtnaməsi və Çıxarış sənədi almışdır. Eləcə də, iddiaçı hazırki dövrdə qeyd olunan mübahisləndirdiyi qanun üzrə vərəsəlik hüququnun və Çıxarış sənədinin məhkəmə qaydasında etibarsız sayılmasına, nə də tərəflərin iradəsi ilə dəyişdirilməsinə və ya ləğv edilməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Bununla da, iddiaçı həmin mübahisəli daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Iş materiallarını, iddiaçının, cavabdehin vəkili, vəkalətli nümayəndəsinin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddiaçı2 Məmməd qızının cavabdeh Cavabdeh qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsi olmaqla cavabdeh Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reyestr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ##.##.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
34. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1.1, 146.1, 146.2, 152.1, 324.1, 324.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
35. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı iddiaçı2 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəmsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirik.
36. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşmamış, cavadeh Cavabdeh mənafeyini onu iddiaçı1 Tahir qızından üstün tutmuş, miras qoyan X3 miras qalmış daşınmaz əmlakdan düşən o, iddiaçı1 məhrum etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Tərtər rayon xüsusi notarat ofisi tərəfindən vərəsəlik işi üzrə ##.##.1971-ci İ tarixdə vəfat etmiş nənə X3 qalmış miras əmlaka dair cavabdeh Cavabdeh *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsini və digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, mirası qəbul etmiş vərəsələrə məlumat verməmiş, nəticədə miras kütləsinə daxil olan 0,06 ha torpaq sahəsində yerləşən ünvan * saylı ünvanda fərdi yaşayış evinə yalnız Cavabdeh adına daşınmaz əmlaklara dair hüquqların rəsmiləşdirilməsi barədə Çıxarış alınmış, digər vərəsə iddiaçı1 həmin ünvanda doğulub həddi buluğa çatmasına baxmayaraq vərəsəlik hüquqndan məhrum olmuşdur. Belə hesab etmişdir ki,mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair cavabdeh Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi Idarəsində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan birinci instansiya tərəfindən bunlar nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
37. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, Tərtər rayon məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev mərhum atası Kərimov Böyük Zülfüqar oğlunun, anası X3 mülkiyyətində və istifadəsində olmuşdur. O, sözü gedən həmin evdə doğulub boya başa çatmışdır və hal hazırda həmin ev onun mülkiyyətində və istifadəsindədir. Atası anasından miras qalmış əmlakı onun istifadəsində olduğu üçün məhkəmə qətnaməsinə əsasən vərəsə kimi tanınaraq həmin evə dair mülkiyyətlə bağlı daşınmaz əmlaka dair çıxarış və texniki pasport almışdır. Mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış (qaz, su, işıq) komunal xidmətdən istifadə etmişdir. Iddiaçı iddiaçı2 Tərtər rayon Ismayılbəyli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Iddiaçı iddiaçı2 onun mülkiyyətində olan evdə pay tələb etmişdir. Bununla bağlı Tərtər rayon məhkəməsində iddia qaldırmışdır. Ona qarşı qaldırdığı iddia əsassız olduğu üçün məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Odur ki, Tərtər rayon məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, verilmiş apellyasiya şikayəti əsasız və qanunsuz hesab etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
39. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq, nənəsi X3 miras qalan ünvan 4 ünvanından ona çatası payı müəyyən edilib ona verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
40. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və yekun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
41. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı2 apellyasiya şikayətini müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əri vəfat edənək kommunal ödənişlər onun adına olmuş, əri vəfat edəndən sonra kommunal ödənişləri o ödəmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi:
42. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
43. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
44. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
45. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
46. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Bundan başqa, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
49. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
50. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
51. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
52. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
53. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
54. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
55. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
56. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
62. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
63. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
64. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
65. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
66. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
68. Iş materialları ilə müəyyən olunur ki, X3 Böyük Zilfiqar oğlunun anası (hazırki iş üzrə üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Cavabdeh, X1 nənəsi) olmuş və ##.##.1971-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ünvan * saylı ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini oğlu Kərimov Böyük Zilfiqar oğlu qəbul etmişdir. Kərimov X26 Zərqələm Surxay qızı ilə ailə qurmuş və birgə nikahlarından üç övladı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Cavabdeh, X1 doğulmuşdur. Kərimov Böyük Zülfüqar oğlu ##.##.1995-ci ildə vəfat etmiş və onun ölümündən sonra mübahisəli evdə oğulları Mahir və Tahir yaşamışdır. Daha sonra iddiaçı iddiaçı2 ilə X1 il ##.##.2005-ci ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş və mübahisəli fərdi yaşayış evində yaşamışlar. Birgə nikahlarından ##.##.2007-ci il təvəllüdlü iddiaçı1 adlı uşaqları olmuşdur. X1 ##.##.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra ailəsi iddiaçı2 və qızı Zərqələm həmin evdə yaşamağa davam etmişdir. Qeyd olunan halı iş materiallarında təsərrüfatbaşına kitablar təsdiq edir. Belə ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təsərrüfatbaşına kitabda 1991-2000-ci illər ərzində Cavabdeh və X2 yaşamışdır. 2006-2010-cü illərin təsərrüfatbaşına kitabında X2, X7 və iddiaçı1 yaşamışdır. 2018-2022-ci illərin təsərrüfatbaşına kitabında iddiaçı2 və iddiaçı1 Tahir qızı yaşamışdır. Hazırda 2023-2027-ci illərin təsərrüfatbaşına kitabında iddiaçı2 və iddiaçı1 Tahir qızı yaşamışdır. Lakin, Cavabdeh notariat ofisinə ##.##.2024-cü il tarixdə müraciət edərək, ##.##.1971-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan X3 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmiş və ona ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Iddiaçı iddiaçı2 isə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reyestr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ##.##.2024-cü il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, X3 X1 çatası miras əmlakdan iddiaçı1 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
69. Göründüyü kimi, mirasın qəbul edilməsi vərəsənin iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
70. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Qeyd edilən Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, miras açılan dövrdə həmin maddələr qüvvədə olduğundan hazırkı münasibətlər Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələrinin müddəaları şamil edlməlidir.
71. Hazırki iş üzrə cavabdeh Cavabdeh atasından qalmış mirasın qəbul edilməsi üçün atasının vəfatından notariat orqanına müraciət etməmişdir. Iş materiallarında olan Cavabdeh notariat ofisinə ##.##.2024-cü il tarixli ************* saylı ərizəsindən görünür ki, ##.##.1971-ci ildə ünvan 4 ünvünında qeydiyyatda olan X3 vəfat etmişdir. Ondan qalan miras daşınar və daşınmaz əmlakdan ibarətdir. Göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, cavabdeh Cavabdeh yalnız qardaşının ölümündən sonra miras əmlakın qəbul edilməsi barədə ərizə ilə notariat orqanına müraciət etmiş və X3 başqa vərəsəsi olmadığı qeyd olunmuşdur. Halbuki, ##.##.1971-ci ildə vəfat etmiş X3 vərəsəsi oğlu Böyük Kərimov olmuş və mirası qəbul etmiş, onun ölümündən sonra isə vərəsələri üç övladı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Cavabdeh, X1 qalmışdır.
72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, X3 ##.##.1971-ci ildə vəfat etdikdən sonra vərəsəsi oğlu Böyük Kərimov qalmış və mirası faktiki qəbul etmişdir. Kərimov Böyük Zülfüqar oğlu ##.##.1995-ci ildə vəfat etmiş və onun ölümündən sonra mübahisəli evdə oğulları Mahir və Tahir yaşamışdır. X1 ##.##.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra ailəsi iddiaçı2 və qızı Zərqələm həmin evdə yaşamağa davam etmişdir. Qeyd olunan halı iş materiallarında təsərrüfatbaşına kitablar təsdiq edir. Belə ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təsərrüfatbaşına kitabda 1991-2000-ci illər ərzində Cavabdeh və X2 yaşamışdır. 2006-2010-cü illərin təsərrüfatbaşına kitabında X2, X7 və iddiaçı1 yaşamışdır. 2018-2022-ci illərin təsərrüfatbaşına kitabında iddiaçı2 və iddiaçı1 Tahir qızı yaşamışdır. Lakin, digər vərəsə olan oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 atasının ölümündən sonra ondan miras qalmış mübahisəli evi notariat orqanına ərizə verməklə və ya evdə yaşamaqla faktiki olaraq qəbul etməsi iş materialları ilə müəyyən olunmur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Kərimov Böyük Zülfüqar oğlu ##.##.1995-ci ildə vəfat etməsindən sonra vərəsələrdən ikisi Cavabdeh və Tahir Kərimov eyni miqdarda miras əmlakdan eyni qaydada istifadə etməklə miras əmlakı eyni qaydada qəbul etmişlər. X1 ##.##.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra ailəsi iddiaçı2 və qızı Zərqələm həmin evdə yaşamağa davam etmişdir.
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il ## #### tarixli Qərarları).
74. Bu baxımdan Kərimov Böyük Zülfüqar oğlu ##.##.1995-ci ildə vəfat etməsindən sonra vərəsələrdən ikisi Cavabdeh və Tahir Kərimov mirası qəbul etdiyindən Tərtər Rayon Aqrar Tərtər Rayin Aqrar Islahat Komissiyasının ## ####### 2005-ci il tarixli ** saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD ******** saylı Şəhadətnamə əsasında ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakda payları ½ hissədə olmuşdur. X1 ##.##.2020-ci il tarixdə vəfat etdikdən sonra isə arvadı iddiaçı2 və qızı Zərqələm həmin evdə yaşamaqla ondan qalmış mirası qəbul etmişlər.
75. Odur ki, Tərtər Rayon Aqrar Tərtər Rayin Aqrar Islahat Komissiyasının ## ####### 2005-ci il tarixli ** saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD ******** saylı Şəhadətnamə əsasında ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakda Cavabdeh payı ½ hissədə, iddiaçı2 və iddiaçı1 payı payı ½ hissədə olmuşdur və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
78. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evindən ibarət miras əmlaka dair cavabdeh Cavabdeh verilmiş ##.##.2024-cü il tarixli, reyestr *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin əmlaka dair Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 20.04. 2024-cü il tarixdə aparılmış 1824010614 qeyd ləğv edilsin. Tərtər Rayon Aqrar Tərtər Rayin Aqrar Islahat Komissiyasının ## ####### 2005-ci il tarixli ** saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-618A, KOD ******** saylı Şəhadətnamə əsasında ünvan 7 ünvanında verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 120 kv.metr olan 4 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evindən ibarət miras əmlakda Cavabdeh payı 2/4 hissədə, iddiaçı2 payı 1/4 hissədə və iddiaçı1 payı 1/4 hissədə müəyyən olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.