Məhkəmə qərarları › İş №2(104)-679/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-679/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-679/2025 05.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alqı-satqı və podrat münasibətləri; öhdəliyin icra edilməməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(030)-567/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC-nin Zərdab filialı ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 70 nörməli müqaviləyə görə, İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 300 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. 11 iyun 2021-ci il tarixli PAM00009600 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 8000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

3. 22 fevral 2021-ci il tarixli PAM00001534 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 10200 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 08 nörməli müqaviləyə görə, İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 100 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

5. 05 yanvar 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktının surətində qeyd edilmişdir ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X15, "xxxx" MMC-nin Zərdab filialının baş mühasibi X6, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispeçiri X13, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X8 və fermer Cavabdeh iştirakı ilə tərtib edilən akta əsasən Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış 70 nömrəli müqavilənin icrası ilə bağlı 06 yanvar 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 91109,76 manat borcu qaldığı müəyyən edilmişdir.

6. 05 yanvar 2023-cü il tarixli aktın surətində qeyd edilmişdir ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X11, İddiaçı MMC-nin Zərdab filialının baş mühasibi X3, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispeçiri X10, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X5 və fermer Cavabdeh iştirakı akt tərtib edilmişdir ondan ötrü ki, Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış 70 nömrəli müqavilənin icrasi ilə bağlı 06 yanvar 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 78750,94 manat borcu qaldığı müəyyən edilmişdir;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2025-ci il tarixli 4/1037 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli 537414 №-li, xx.xx.2022-ci il tarixli 537412 №-li, pambıq qəbulu qəbzlərində "Cavabdeh" yazıları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli 040550 nömrəli, xx.xx.2022-ci il tarixli 040566 nömrəli, xx.xx.2022-ci il tarixli 040622 nömrəli, xx.xx.2022-ci il tarixli 040637 nömrəli, xx.xx.2022-ci il tarixli 040703 nömrəli, xx.xx.2022-ci il tarixli 040745 nömrəli, xx.xx.2022-ci il tarixli 040821 nömrəli, xx.xx.2022-ci il tarixli 040702 nömrəli, xx.xx.2022-ci il tarixli 040534 nömrəli, xx.xx.2022-ci il tarixli 040523 nömrəli, xx.xx.2022-ci il tarixli 040511 nömrəli, xx.xx.2022-ci il tarixli 040459 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərində "Cavabdeh" yazıları qarşısındakı imzalar və xx.xx.2022-ci il tarixli 040815 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində "baş mühasib" qrafasındakı imza; 31,05.2022-ci il tarixli (beş ədəd), xx.xx.2022-ci il tarixli (üç ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (15 ha dair), xx.xx.2022-ci il tarixli, xx.xx.2022- ci il tarixli, xx.xx.2022-ci il tarixli, 12-xx.xx.2022-ci il tarixli, 03-xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (iki ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 05.11,2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 04.11,2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda "Cavabdeh" yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli 537746 №-li-li, xx.xx.2022-ci il tarixli 537742 №-li, xx.xx.2022-ci il tarixli 537741 №-li, xx.xx.2022-ci il tarixli 537737 №-li, xx.xx.2022-ci il tarixli 537729 №-li, xx.xx.2022-ci il tarixli 537517 N-li, xx.xx.2022-ci il tarixli 537508 №-li, xx.xx.2022-ci il tarixli 537428 №-li, xx.xx.2022-ci il tarixli 537148 №-li, xx.xx.2022-ci il tarixli 537142 №-li, xx.xx.2022-ci il tarixli 537125 №-li, xx.xx.2022-ci il tarixli 537108 №-li, xx.xx.2022-ci il tarixli 537099 №-li, xx.xx.2022-ci il tarixli 537092 №-li, xx.xx.2022-ci il tarixli 537051 №-li, xx.xx.2022-ci il tarixli 537040 №-li, xx.xx.2022-ci il tarixli 537034 №-li, xx.xx.2022-ci il tarixli 537028 №-li, xx.xx.2022-ci il tarixli 536882 №-li, xx.xx.2022-ci il tarixli 536873 №-li, xx.xx.2022-ci il tarixli 536867 №-li, xx.xx.2022-ci il tarixli 536862 №-li, xx.xx.2022-ci il tarixli 536859 №-li, xx.xx.2022-ci il tarixli 536853 №-li, 11,10.2022-ci il tarixli 536852 №-li, 11,10.2022-ci il tarixli 536846 №-li, xx.xx.2022-ci il tarixli 536844 №-li, 11,10.2022-ci il tarixli 536838 №-li pambıq qəbulu qəbzlərində "Cavabdeh" yazıları qarşısındakı imzalar; xx.xx.2022-ci il tarixli 041260 nömrəli, xx.xx.2022-ci il tarixli 041196 nömrəli, xx.xx.2022-ci il tarixli 042744 nömrəli, xx.xx.2022-ci il tarixli 042792 nömrəli, xx.xx.2022-ci il tarixli 040971 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərində "Cavabdeh" yazıları qarşısındakı imzalar; xx.xx.2022-ci il tarixli (1 ha dair), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, 01,06.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (iki ədəd), xx.xx.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda "Cavabdeh" yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 06-xx.xx.2022-ci il tarixli, 17xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda "Cavabdeh" yazıları qarşısındakı imzaların - Cavabdeh tərəfindən icra olunubolunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2025-ci il tarixli 4/1872 nömrəli ekspert rəyindən görünür ki, 16 oktyabr 2021-ci il tarixli 535326 №-li, 16 oktyabr 2021-ci il tarixli 535332 №-li, 16 oktyabr 2021-ci il tarixli 535335 №-li, 16 oktyabr 2021-ci il tarixli 535339 №-li, 16 oktyabr 2021-ci il tarixli 535343 №-li, 16 oktyabr 2021-ci il tarixli 535345 №-li, 17 oktyabr 2021-ci il tarixli 535389 №-li, 17 oktyabr 2021-ci il tarixli 535390 №-li, 09 noyabr 2021-ci il tarixli 535778 №-li, 09 noyabr 2021-ci il tarixli 535779 №-li, 09 noyabr 2021-ci il tarixli 535782 №-li, 09 noyabr 2021-ci il tarixli 535786 №-li, 09 noyabr 2021-ci il tarixli 535787 №-li, 09 noyabr 2021-ci il tarixli 535788 №-li, 09 noyabr 2021-ci il tarixli 535796 №-li, 09 noyabr 2021-ci il tarixli 535798 №-li, 09 noyabr 2021-ci il tarixli 535799 №-li, 09 noyabr 2021-ci il tarixli 535800 №-li, 09 noyabr 2021-ci il tarixli 535802 №-li, 10 noyabr 2021-ci il tarixli 535806 №-li, 10 noyabr 2021-ci il tarixli 535807 №-li, 10 noyabr 2021-ci il tarixli 535808 №-li, 10 noyabr 2021-ci il tarixli 535811 №-li, 10 noyabr 2021-ci il tarixli 535812 №-li, 10 noyabr 2021-ci il tarixli 535814 №-li, 10 noyabr 2021-ci il tarixli 535816 №-li, 10 noyabr 2021-ci il tarixli 535817 №-li, 10 noyabr 2021-ci il tarixli 535819 №-li, 10 noyabr 2021-ci il tarixli 535822 №-li, 14 noyabr 2021-ci il tarixli 535850 №-li, 14 noyabr 2021-ci il tarixli 535858 №-li, 14 noyabr 2021-ci il tarixli 535859 №-li, 15 noyabr 2021-ci il tarixli 535867 №-li, 15 noyabr 2021-ci il tarixli 535864 №-li,15 noyabr 2021-ci il tarixli 535869 №-li,15 noyabr 2021-ci il tarixli 535871 №-li, 15 noyabr 2021-ci il tarixli 535874 №-li, 15 noyabr 2021-ci il tarixli 535875 №-li, 15 noyabr 2021-ci il tarixli 535878 №-li, 15 noyabr 2021-ci il tarixli 535879 №-li, 19 noyabr 2021-ci il tarixli 535896 №-li, 19 noyabr 2021-ci il tarixli 535900 №-li, 19 noyabr 2021-ci il tarixli 535902 №-li, 19 noyabr 2021-ci il tarixli 535906 №-li, 19 noyabr 2021-ci il tarixli 535907 №-li, 19 noyabr 2021-ci il tarixli 535910 №-li, 19 noyabr 2021-ci il tarixli 535911 №-li, 19 noyabr 2021-ci il tarixli 535912 №-li, 19 noyabr 2021-ci il tarixli 535914 №-li, 19 noyabr 2021-ci il tarixli 535922 №-li, 19 noyabr 2021-ci il tarixli 535923 №-li, 20 noyabr 2021-ci il tarixli 535927 №-li, 20 noyabr 2021- ci il tarixli 535928 №-li, 20 noyabr 2021-ci il tarixli 535930 №-li, 20 noyabr 2021-ci il tarixli 535932 №-li, 20 noyabr 2021-ci il tarixli 535936 №-li, 03 dekabr 2021-ci il tarixli 536052 №-li, 03 dekabr 2021-ci il tarixli 536053 №-li, 04 dekabr 2021-ci il tarixli 536061 №-li, 04 dekabr 2021-ci il tarixli 536062 №-li, 04 dekabr 2021-ci il tarixli 536064 №-li, 05 dekabr 2021-ci il tarixli 536067 №-li, 05 dekabr 2021-ci il tarixli 536069 №-li, 05 dekabr 2021-ci il tarixli 536070 №-li, 06 dekabr 2021-ci il tarixli 536078 №-li, 06 dekabr 2021-ci il tarixli 536080 №-li, 06 dekabr 2021-ci il tarixli 536084 №-li, 07 dekabr 2021-ci il tarixli 536090 №-li, 07 dekabr 2021-ci il tarixli 536091 №-li, 08 dekabr 2021-ci il tarixli 536092 №-li, 08 dekabr 2021-ci il tarixli 536097 №-li, 08 dekabr 2021-ci il tarixli 536099 №-li, 08 dekabr 2021-ci il tarixli 536102 №-li, 08 dekabr 2021-ci il tarixli 536103 №-li, 09 dekabr 2021-ci il tarixli 536106 №-li, 09 dekabr 2021-ci il tarixli 536110 №-li, 09 dekabr 2021-ci il tarixli 536112 №-li, 12 dekabr 2021-ci il tarixli 536127 №-li, 14 dekabr 2021-ci il tarixli 536133 №-li, 14 dekabr 2021-ci il tarixli 536134 №-li pambıq qəbulu qəbzlərində Cavabdeh adının qarşısındakı imza həmin şəxs tərəfindən icra edilməmişdir. 05 yanvar 2022-ci il və 05 yanvar 2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktlarında Cavabdeh adının qarşısındakı imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək tədqiqat prosesinin təsviri hissəsinin 2-ci ci bəndində göstərilənlərə görə müəyyə\n etmək mümkün olmamışdır.

9. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əlipaşa Abdullayev ilə istifadəsində olan mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, hazırkı iş üzrə aparılmış tədqiqat zamanı təqdim olunmuş 06-10 iyun 2022ci il, 17-28 iyun 2022-ci il və 25 iyul 2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda Cavabdeh adının qarşısındakı imzaların hərfi tərkibinin olmaması, eləcə də imzalarda haşiyələnmənin olması, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olmaması səbəbindən imzaların Cavabdeh tərəfindən imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin ekspert verilmiş suala cavab olaraq bildirmişdir ki, imzalarda haşiyələnmənin, eyni zamanda uyğunlaşdırıcı və fərqləndirici əlamətlərin mövcud olmaması həmin sualara dair təkrar ekspertiza keçirildiyi halda da fərqli nəticəyə gəlmək üçün aradan qalxan hal deyildir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 78750,94 manat məbləğində borcun və ödənilmiş 326,25 manat dövlət rüsumu tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alqı-satqı müqaviləsinə əsasən, sonuncu Zərdab rayonu Bəyimli kəndi ərasizindən 200 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 246355,68 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməyi və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 5792 manat çöp doğrama, 28173 manat məbləğində 1-ci şum, 216 manat məbləğində 2-ci şum, 1540 manat məbləğində tanden disk çəkmə, 7049,50 manat məbləğində ritasiyon mala, 3550 manat məbləğində kanal doldurma, 1180 manat məbləğində sahə daxili kanal çəkilişi, 245 manat məbləğində siyid səpini, 5520 manat məbləğində gübrə ilə çiyid səpini, 1520 manat məbləğində kultivasiya, 11305 manat məbləğində gübrə ilə kultivasiya, 240 manat məbləğində ritasiyon kultivasiya, 1520 manat məbləğində ritasiyon kultivasiya, 10010 manat məbləğində dərman səpini, 20090 manat məbləğində maşınla 14-cü üz pambıq yığımı, 16020 manat məbləğində maşınla 2-ci üz pambıq yığımı, 18200 manat məbləğində nəqd becərmə, avans pulu, 17638,40 manat məbləğində siyid, 78560,78 manat məbləğində dərman gübrə, cəmi 246355,68 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 155245,92 manat məbləğində 224779,88 kq xam-pambıq təhvil verilmiş, bununla da iddiaçıya 91109,76 manat borcu qalmışdır. 2022-ci il mövsümünda çəkilmiş 45096,10 manat xərcə qarşı 57454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Cavabdehin alacağı 12358,80 manat məbləği nəzərə alınmaqla iddiaçıya yekun 78750,94 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya borclu qalması barədə hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş və xidmətlərin yerinə yetirilməsi barədə 05 yanvar 2022-ci il və 05 yanvar 2023-cü il tarixli aktlar və sair sənədlər təsdiq edilmişdir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir.

12. Daşkəsən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(030)-567/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, Cavabdeh 78750,94 (yetmiş səkkiz min yeddi yüz əlli manat doxsan dörd qəpik) manat məbləğində borc tutulub İddiaçı MMC-nin hesabına ödənilməsi; Ödənilmiş 326,25 (üç yüz iyirmi altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 389.1, 442, 443.1, 445.1, 448.1, 567 və 598.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216.1, 217.1, 217.4, və 218.3cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilədəki imzanın ona məxsus olması mübahisəli olduğundan bu müqavilə etibarsız hesab edilməlidir. Onun, ümumiyyətlə Daşkəsən Rayon Məhkəməsində işin gedişatından xəbəri olmamış, məhkəmədə iştirakının təmin edilməməsi iddiaçının sübutlarının əsassız olaraq keçərli olmasına gətirib çıxartmışdır. Lakin, bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlər və oradakı sənədlərdə olan imzalar ona məxsus deyil və iddiaçı müəssisənin rəhbərliyi tərəfindən saxtalaşdırılmışdır. İddiaçının təqdim etdiyi sənədlərdəki imza nüxsələrinə nəzər saldıqda həmin imzaların bir-birindən fərqlənməsini açıq-aydın müəyyən etmək olur. Qətnamədə göstərilən 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alqısatqı müqaviləsinin tərəfindən imzalanıb-imzalanmadığını dəqiq xatırlamır. Lakin həmin müqavilənin onun adına yazılmasına baxmayaraq, bu müqavilədə göstərilən hallarla bağlı heç bir məlumatı və iştirakı olmayıb və buna görə heç bir öhdəlik daşımır. Belə ki, "xxxx" MMC-də işini yerinə yetirib əmək haqqı alan bir əməkdaş olmuşdur. Sonradan isə ona məlum olub ki, "xxxx" MMC-nin təsisçisi və direktoru Dəyanət Cəfərov onu “aqranom” vəzifəsində işə qəbul edib və 2021-ci ilin may ayında isə onun xəbəri olmadan işdən azad edib. İddia ərizəsində qeyd edilən xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlardakı (üzləşmə aktı) imzalarla bağlı isə birmənalı olaraq bildirir ki, oradakı imzalar ümumiyyətlə ona məxsus deyil. 2021-ci ilin may ayında işdən azad edilmiş bir şəxs necə xx.xx.2022 və xx.xx.2023-cü illərdə aktlara imza çəkə bilərdi. Əlavə olaraq qeyd edir ki, müəssisədə bir işçi (fiziki şəxs) olaraq hansı əsasla "xxxx" MMC-i ilə pambıq əkilməsi və becərilməsi məqsədi ilə müqavilə bağlaya bilər. Elə bu müqavilənin özünə diqqət etdikdə onun qanunsuz tərtib edilməsi açıq-aydın görünür. Belə ki, qeyd edilən müqavilənin 1.1-ci bəndinə nəzər saldıqda orada Zərdab rayonu Bəyimli kəndində 300 hektar torpaq sahəsində pambıq becərilməsi yazılıb. Lakin iddia ərizəsində isə 200 hektar qeyd edilib. Bundan əlavə, qətnamədə onun Bəyimli kənd sakini olmağı və həmin 200 hektar torpaq sahəsinin ona məxsus olduğu qeyd edilir. Bildirir ki, onun Bəyimli kənd sakini olmağı və 200 hektar torpaq sahəsinin ona məxsus olması barədə müqavilədə və qətnamədə yazılanlar həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə edilmiş və qətnamədə qeyd edilən xx.xx.2021-ci il tarixli PAM00009600 nömrəli ödəniş tapşırığı ilə İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə adına açılmış kart hesabına köçürülmüş 8000 manat və 22 fevral 2021-ci il tarixli PAM00001534 nömrəli ödəniş tapşırığı əsasında köçürülmüş 10200 manat məbləğində pul vəsaitləri "xxxx" MMC-nin rəhbəri Dəyanət Cəfərov tərəfindən adına olan kartdan nağdlaşdırılaraq götürülmüşdür. Bundan əlavə, iddia ərizəsində ondan tələb edilən 78750,94 manat məbləğinin 78000 manatı dövlət tərəfindən subsidiya şəklində geri qaytarılmış lakin, "xxxx" MMC-nin rəhbəri Dəyanət Cəfərov və İddiaçı MMC-nin Zərdab Rayon Filialının direktoru Xamis Həsənov tərəfindən mənimsənilmişdir. Bundan başqa, 2021-ci ildə yenidən adına ondan xəbərsiz müqavilə tərtib edilərək 53 hektar ərazidə pambıq əkilmiş və həmin sahədən 88 ton xalis məhsul yığılmış, lakin 88 ton pambıq onun adına deyil Zərdab rayon sakini X1 adına rəsmiləşdirilmiş və onun bank hesabına həmin pul vəsaiti köçürülmüş və Cahangir Zeynalov tərəfindən bankdan çıxarılaraq adları yuxarıda sadalanan şəxslərə verilmişdir. Bundan əlavə, sözügedən müqavilənin 2.1.1-ci bəndinə nəzər saldıqda orada, “fermerdən” torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədin tələb edilməsinə dair bənd var. Bildirir ki, onun adına qeydiyyata alınmış və ya icarə müqaviləsi əsasında istifadə etdiyi 1 hektar belə torpaq sahəsi yoxdur. Bundan əlavə bildirmək istəyir ki, ümumiyyətlə Daşkəsən Rayon Məhkəməsində ona qarşı iddia qaldırılmağından xəbəri olmayıb, yalnız iş icra mərhələsinə yönləndirildikdən və icra və probasiya şöbəsinin icra məmurunun ona zəng vurub xəbər verməsindən sonra qətnamədən xəbərdar olmuşdur və xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi əldə etmişdir. Bildirir ki, Daşkəsən Rayon Məhkəməsindən bu işlə bağlı hər hansısa bir yazılı və ya elektron bildiriş almamışdır. Bundan əlavə bildirir ki, iş materiallarına əlavə edilmiş “pambıq qəbulu qəbzləri”ndəki imzalar var ki, hansı ki həmin imzalar ona məxsus deyildir. Belə olan halda, nəticə etibarı ilə həmin aktlar üzrə heç bir öhdəliyi qəbul etməmişdir. Bütün bu yuxarıda qeyd edilən qanuna zidd əməllər "xxxx" MMC-nin direktoru Dəyanət Cəfərov və İddiaçıMMC-nin Zərdab Rayon Filialının direktoru (xx.xx.2025-ci il tarixdə vəfat edən) X11 hüquqa zidd əməllərinin nəticəsidir. Sadəcə olaraq "xxxx" MMCnin direktoru Dəyanət Cəfərov və İddiaçı MMC-nin baş direktoru Azər Əlizadə yaxın dost olduqları üçün onu bu işdə “qurban” vermək qərarına gəliblər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Ona işə baxan birinci instansiya məhkəməsi tərəfindən iclas barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən icra məmurları tərəfindən gələn zəngdən sonra məlumatı olmuşdur. Birinci instansiya mıəhkəməsində iştirak etmədiyinə görə öz dəlillərini bildirə bilməmişdir. 2018-ci ildə Zərdab rayonunda "xxxx"MMCdə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC-nin təsisçisi və direktoru Dəyanət Cəfərov adlı şəxs olub. Onlar iddiaçıdan şirkət olaraq pul almışlar. Şirkətlər arasında müqavilə bağlanır o şərtlərlə ki, iddiaçı şirkətə məxsus torpaqda pambıq əkirlər, daha sonra məhsul yığılanda məhsulu götürürlər, çəkilmiş xərci götürür qalanını ona qaytarırlar. 2021-ildə 200 ha torpaq sahəsində pambıq əkmişlər. Həmin pambıqdan 91000 manat borc qalmışdır. 2022-ci ildə həmin borcu bağlamaq üçün 53 ha pambıq əkilmişdir. Həmin 53 ha yerdən 87000 manat dəyərində 87 ton pambıq götürülüb. Pambığı Cahangir biçib İddiaçı MMC-yə təhvil verib. Təhvil-təslim aktları, birkalar da iddiaçıdadır. 87000 manat Zərdab rayonunda İddiaçı MMC tərəfindən bankdan götürülüb. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 3000 ha torpağın idarəçiliyini etmiş, torpağı becərmişdir. 2020-ci ilə qədər torpağı becərib sahibkara vermişdir. 2020ci ildə bağlanmış birinci müqaviləni özü imzalamışdır. Lakin, 2022-ci ilin əkini üçün müqavilədə olan imza ona məxsus deyil. Həmin ildə əkin üçün bütün xərcləri öz vəsaitindən çəkmişdir. Həmin ildə 87000 manatdan çox məhsul iddiaçıya təhvil verilmişdir. 2022-ci il mövsümündə iddiaçı tərəfindən əkin üçün ona 45000 manat verilməyib. Əvvəlki müqaviləyə əsasən onun 91000 manat borcu qalmışdır. Sonra 13000 manat verilmiş subsidiyadan borca silindiyinə görə qalıq məbləğ 78000 manat təşkil etmişdir. Pambıq oktyabr ayında biçilməli idi, o isə iyun ayında başqa ölkəyə getmişdir. Ona görə də pambığın biçimində iştirak etməmişdir. Lakin ona verilən məlumata görə Cahangir pambığı biçib İddiaçı MMC-yə təhvil verib. Həmin pambığın dəyəri isə 87000 manat idi. Subsidiyanı şirkətin rəhbəri Dəyanət Cəfərov götürüb, 68000 manatını nağdlaşdırıb. Bu işləri İddiaçı MMC-dən Xamis müəllimlə onların şirkətinin rəhbəri Dəyanət Cəfərov ediblər.

18. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış 22 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu 200 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İlk dəfə müqavilənin icrası ilə əlaqədar cavabdehə 246355,68 manat məbləğində vəsaiti avans olaraq verilmişdir. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməyi və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini ona ödəməli idilər. Həmin mövsüm yəni 2021-ci ildə əkilən məhsuldan cavabdeh cəmi 155245,92 manat məbləğində 224779,88 kq xam-pambıq təhvil verilmişdir. Həmin mövsüm üçün cavabdehin 91109,76 manat borcu qalmışdır. 2022-ci il mövsümündə isə cavabdeh ona verilən 45096,10 manat xərcə qarşı 57454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Bunun yekunu olaraq cavabdehin 78750,94 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya borclu qalması barədə hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş və xidmətlərin yerinə yetirilməsi barədə 05 yanvar 2022-ci il və 05 yanvar 2023-cü il tarixli aktlar və sair sənədlər təsdiq edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 2022-ci il mövsümü üçün xidmətlərin göstərilməsinə, toxuma görə və.s olan xərclərdir. Subsidiya adətən sahibkara verilir. Cavabdehin almalı olduğu subsidiya onların hesabına köçürülməyib.

19. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci il mösümünə görə tərtib edilmiş 2020-ci il tarixli müqaviləni o imzalasa da, həmin müqaviləyə əsasən tərtib edilmiş üzləşdirmə aktından məlumatı yoxdur. 2021-ci ildə məlumatı olmadan onu işdən azad etmişlər, məqsəd isə onu şirkətdən uzaqlaşdırıb borcu onun üstündə qoymaq olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2022-ci il mövsümü üçün ona heç bir məbləğdə avans və xidmətlər göstərilməmişdir. Həmin il pambığı özü əkmişdir, həmin ildə iddiaçıya 87000 ton pambıq verilib. Bu barədə sübutları var, vaxt verilsə həmin sənədləri təqdim edə bilər. 2022-ci il mövsümündə 53 ha pambıq əkmişdir, həmin yerdən 87 ton pambıq əldə olunub və kiloqramı 1 manatdan olmaqla iddiaçıya 87000 manat dəyərində pambıq verilib. Bu barədə sənədlər iddiaçı MMC-nin özündədir, lakin gizlədilir. Həmin pambığın xərcini isə özü çəkmişdir. O, müqaviləyə əsasən tərtib edilmiş 2023-cü il tarixli üzləşdirmə aktını imzalamamışdır, ümumiyyətlə o aktdan məlumatı olmayıb.

20. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 70 saylı müqavilə xx.xx.2020-ci il tarixdə növbəti il üçün bağlanmışdır. 2022-ci il mövsüm üçün cavabdehdən heç bir tələbləri yoxdur. Tələbləri 2021-ci mövsümə görə cavabdehə verilən avans və çəkilən xərcələr üçün qalıq məbləğləri ilə bağlıdır. Həmin mövsüm üçün də xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı da vardır və həmin akt cavabdehin özü tərəfindən imzalanmışdır. Həmin aktdan da müəyyən olunur ki, 2021-ci ildən 91109 manat borcu qalmışdır. “0022-ci mövsümündə 45000 manat qarşılığında cavabdeh 57454 manatlıq xam pambıq məhsulu vermiş olduğundan onun borcdan 12358 manat borcundan silinmiş və nəticədə 78750 manat borcu qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, pambıq yığımı oktyabr-noyabr aylarında olur, yığılan kimi də təhvil verilir. Pambığın qiyməti hər il üçün dəyişir, həmin qiymət Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

21. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci ildə bağlanmış müqavilə onun tərəfindən imzalansa da, ancaq əslində müqaviləni bağlayan o deyil, onun işlədiyi şirkət olmuşdur. 91109 manat borc da şirkətin iddiaçıya olan borcudur. Verilmiş suala cavab olaraq Cavabdeh bildirmişdir ki, 91109 manat borcu ödəmək məqsədilə 2022-ci il əkin mövsümündə pambıq əkmiş və əldə etdiyi 87000 manat dəyərində məhsul onun işçisi tərəfindən iddiaçıya verilmişdir ki, keçən il üçün qalıq 91109 manat borc bağlansın. 2022-ci ildə əkin mövsümü üçün iddiaçı tərəfindən ona avans verilməmiş, öz vəsaiti hesabına əkin işləri gördürmüşdür.

22. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci il tarixli müqaviləni cavabdeh imzalamışdır, hətta müqavilə onun tərəfindən imzalanmış olsa belə, həmin müqaviləyə əsasən tərtib edilmiş üzləşdirmə aktları onun tərəfindən imzalanmamışdır. Digər tərəfdən, pambıq əkilən torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Necə ola bilər ki, cavabdeh başqa şəxsə məxsus torpaq sahəsində pambıq məhsulları yetişdirmək kimi üzərinə öhdəlik götürsün.

23. Hazırkı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci il üçün iddiaçı təşkilat tərəfindən cəmi 246355,68 manat dəyərində işlər görülmüş, bunun qarşılığında isə onun tərəfindən iddiaçıya 155245,92 manat dəyərində xam-pambıq təhvil verilmiş, bununla da iddiaçıya 91109,76 manat borcu qalmışdır. Ancaq, 2022-ci il mövsümü üçün ona 45000 manat ədəyərində xidmət göstərilməmişdir. Bu məbləğ iddiaçı tərəfindən şişirdilmişdir. İddiaçı tərəfin məhkəmə təqdim etdiyi sənədlər ekspertizadan keçib və həmin imzaların ona məxsus olmadığı müəyyən edilib. 2022-ci ildə görülən əkin işləri öz vəsaiti hesabına ərsəyə gəlmişdir. Ona sadəcə çiyid və amafoz (gübrə) veriblər. 2022-ci ildə 67 ton pambıq vermişdir. 2022-ci ilə olan 91000 manat borc isə şirkətə aid olmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. Hazırkı məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin müqavilə 2020-ci ilin dekabr ayında, ikinci müqavilə isə 2022-ci ilin yanvar ayında bağlanıb. 22 fevral 2021-ci il tarixdə 18200 manat ödəniş etmişlər. 2022-ci ildə 45000 manat avansı nağd ödəmişlər. 2023-cü ildə həmin avansa qarşı 57000 manat dəyərində xam pambıq verilib. Əvvəlki illərdə də əməkdaşlıqları olub, ancaq aralarında heç bir problem yaşanmayıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 2022-ci il əkin mövsümü üçün cavabdehə verilən pullar hesab vasitəsi ilə deyil nağd olaraq verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür

34. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, 59626,84 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 268,88 manat, cəmi 59895,72 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 300 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 08 nörməli müqaviləyə görə, İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 100 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf 2021-ci il əkin mövsümü üçün cavabdehin 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alğı-satqı müqviləsi üzrə öhdəliklərini tam icra etdiyini, lakin cavabdeh tərəfin öz üzərinə düşən öhdəliyini tam icra etmədiyini iddia edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

46. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

47. Tərəflər arasında bağlanmış müqavilə - alqı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqaviləyə müvafiq hissələrdə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə və podrat müqaviləsinə dair normaları tətbiq edilməlidir.

48. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər zahirən kommersiya hüquq münasibətlərinə bənzəsə də, ancaq işin baxılması ümumi məhkəməyə aiddir. Çünki, hüquq münasibətlərinin yarandığı zaman iddiaçı vergi ödəyicisi kimi qeydə alınmış olsa da, cavabdeh həmin zaman vergi ödəyicisi kimi qeydə alınmamışdır. Cavabdeh xx.xx.2026-cı il tarixdə, yəni hazırkı iş məhkəmənin icraatında olan zaman vergi ödəyicisi kimi qeydə alınmışdır. Bu hal isə məhkəmə aidiyyətin dəyişdirilməsinə səbəb ola bilməz – belə ki, MPM-nin 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

50. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.

51. İddianın əsaslılığına münasibətdə kollegiya vurğulayır ki, ilk öncə cavabdehin iddiaçı qarşısında öhdəliyinin əmələ gəlib-gəlməməsi məsələsi araşdırılmalıdır.

52. Cavabdeh N.Cəbiyev apellyasiya şikayətinin dəlillərində 22 dekabr 2020-ci il tarixli 70 nömrəli müqavilənin onun tərəfindən imzalanmadığına istinad etmiş, lakin məhkəmə iclasında verdiyi izahatında müqavilənin onun tərəfindən imzalandığını qəbul etmişdir. Cavabdehin arqumenti ondan ibarət olmuşdur ki, müqavilə onunla bağlansa da, ancaq müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürən şəxs o deyil də, onun işlədiyi şirkət olmuşdur və 2021-ci il əkin mövsümü üçün qalıq 91109,76 manat borcda şirkətin borcu olmuşdur. Kollegiya cavabdehin bu arqumentini əsassız saymışdır. Ona görə ki, əvvəla əqd (müqavilə) onu bağlayan şəxslər (iştirakçılar) üçün öhdəlik yaradır. Tərəflər arasındakı müqavilə də ikitərəfli müqavilə olmaqla onlar bir-birləri qarşısında müvafiq öhdəlik götürmüşlər.

53. Digər tərəfdən, cavabdehin bildirdiklərindən belə nəticə hasil olur ki, sanki o, müqavilə üzrə iddiaçı qarşısında öhdəlik gtürmədiyindən, yaranmış 91109,76 manat borca görə də hər hansı məsuliyyəti daşımamışdır. Halbuki, Cavabdeh apellyasiya baxışı zamanı ona verilmiş suala cavab olaraq «91109 manat borcu ödəmək məqsədilə 2022-ci il əkin mövsümündə pambıq əkdim və əldə etdiyim 87000 manat dəyərində məhsul mənim işçim tərəfindən iddiaçıya verildi ki, keçən il üçün qalıq 91109 manat borc bağlansın. 2022ci ildə əkin mövsümü üçün iddiaçı tərəfindən mənə avans verilməmiş, öz vəsaitim hesabına əkin işləri gördürmüşəm» deyə qeyd etmişdir.

54. Kollegiya cavabdehin bildirdiklərini ağlabatanlıq meyarları baxımından təhlil edərək qeyd edir ki, Cavabdeh 2022-ci il əkin mövsümündə əldə etdiyi məhsulu iddiaçıya verərək 2021-ci il əkin mövsümü üçün qalıq 91109,76 manat borcu ödəməyə çalışması özlüyündə onun 2021-ci il əkin mövsümü üçün iddiaçıya ödənilməli 91109,76 manat borcu qəbul etməsinin bariz göstəricisidir.

55. Digər tərəfdən iddiaçı tərəf 05 yanvar 2022-ci il və 05 yanvar 2023-cü il tarixli üzləşmə aktlarına əsasən cavabdehin ona 78750,94 manat borcu qaldığını iddia etmiş; cavabdeh isə buna etiraz edərək aktlarda adının qarşısındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən bu suala cavab verilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə həmin aktların surəti təqdim edilmişdir. Ekspertin vəsatətinə əsasən iddiaçıya həmin aktların əslini təqdim etmək təklif edilsə də, lakin sənədlərin əsli məhkəməyə təqdim edilməmişdir. Bir sözlə, həmin aktlar MPM-nin 89.3-cü maddəsinin tələblərinə uyğun gəlmədiyindən, kollegiya həmin sənədləri sübut kimi qəbul etməmişdir.

56. Bununla belə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər üzrə 2021-ci il əkin mövsümünə görə verilmiş avansdan Cavabdeh iddiaçı təşkilata 91109,76 manat borcu yaranmışdır. İşin bu halı cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır (bax qətnamənin 17-ci bəndi).

57. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ildə Zərdab rayonu Bəyimli kəndi ərazisində pambıq becərmişdir. İşin bu halı da cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır (bax qətnamənin 17-ci bəndi).

58. İddiaçı təşkilat 2022-ci il əkin mövsümü üçün cavabdehə 45096,10 manat dəyərində aqrotexniki iş və xidmətlər göstərdiyini iddia etmiş, bu barədə məhkəməyə 21 ədəd malların fiziki şəxslərə təhvil-qəbul qəbzləri, 40 ədəd də aqrotexniki xidmətlərin göstərilməsinə dair akt təqdim etmişdir. Cavabdeh aktda onun adından icra edilmiş imzaların ona məxsus olmadığını bildirmiş, ona görə də iş üzrə xətşünaslıq ekspertizası təyin edilmişdir. Alınan rəylə müəyyən edilmişdir ki, 21 ədəd malların fiziki şəxslərə təhvilqəbul qəbzlərindən 5 ədəd qəbzdə cavabdehin adından icra edilmiş imza ona məxsus deyildir, 3 ədəd qəbzdə isə (xx.xx.2022-ci il tarixli 040841 saylı, xx.xx.2022-ci il tarixli 040905 saylı və xx.xx.2022-ci il tarixli 040942 saylı) ümumiyyətlə cavabdehin adının qarşısında imza icra edilməmişdir. Cavabdehin imzası ilə təsdiq edilmiş qəbzlər üzrə verilmiş malların dəyəri isə 13952 manat olmuşdur.

59. Aqrotexniki xidmətlərin göstərilməsinə dair 40 ədəd aktla bağlı qeyd edilir ki, alınan ekspert rəyi ilə həmin aktlardan 7 ədədində cavabdehin adından icra edilmiş imzanın ona məxsus olmadığı müəyyən edilmişdir. 3 ədəd qəbzdə isə cavabdehin adından icra edilmiş imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, imzanın hərf tərkibi və haşiyələnməsi mövcud olmadığında tədqiqat aparılması mümkün olmamışdır. Qalıq, yəni cavabdehin imzası ilə təsdiq edilmiş qəbzlər üzrə ona göstərilən aqrotexniki xidmətlərin dəyəri isə 12020 manat təşkil etmişdir.

60. Həmin 3 ədəd akta dair yenidən tədqiqat aparılmasının mümkün olubolmamasını müəyyən etmək məqsədilə məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əlipaşa Abdullayev ilə istifadəsində olan mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, hazırkı iş üzrə aparılmış tədqiqat zamanı təqdim olunmuş 06-10 iyun 2022-ci il, 17-28 iyun 2022-ci il və 25 iyul 2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda olan imzalarda haşiyələnmənin, eyni zamanda uyğunlaşdırıcı və fərqləndirici əlamətlərin mövcud olması həmin sualara dair təkrar ekspertiza keçirildiyi halda da fərqli nəticəyə gəlmək üçün aradan qalxan hal deyildir.

61. Göründüyü kimi, iddiaçı təşkilat 2022-ci il mövsümü üçün cavabdehə 25972 (13952+12020=25972) manat dəyərində aqrotexniki iş və xidmətlər göstərmişdir.

62. İddiaçı tərəf isə göstərilən xidmətlərin 45096,10 manat dəyərində olduğunu iddia etmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, müqavilə üzrə cavabdehə göstərilən xidmətin 45096,10 manat dəyərində olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.

63. Beləliklə, 2020-2021-ci illərdə Cavabdeh iddiaçı təşkilata olan 91109,76 manat borcunu və 2022-ci il mövsümü üçün ona göstərilən 25972 manat dəyərində aqrotexniki iş və xidmətlərin dəyərini topladıqda onun iddiaçıya cəmi borcunun 117081,76 manat olduğu müəyyən edilmişdir.

64. Artıq növbəti araşdırılmalı məsələ - cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi hansı həcmdə icra etməsidir.

65. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən edilir ki, Cavabdeh 2022-ci il mövsümündə iddiaçı təşkilata 57454,92 manat dəyərində xam-pambıq təhvil vermişdir. İddiaçı tərəf özü iddia ərizəsində bu halı qəbul etmişdir (bax qətnamənin 11-ci bəndi). Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında 2022-ci il mövsümü üçün iddiaçı təşkilata 87000 manat dəyərində xam-pambıq verildiyini bildirsə də, lakin təqdim edilmiş malın məhz həmin dəyərdə olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

66. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

67. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

69. Lakin, Cavabdeh bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və 2022-ci il əkin mövsümündə iddiaçı təşkilata 87000 manat dəyərində xam-pambıq verməsi barədə irəli sürdüyü dəlilini sübuta yetirə bilməmişdir.

70. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə cavabeh Cavabdeh iddiaçı təşkilata 59626,84 (117081,76 – 57454,92=59626,84) manat borcu qalmışdır. Odur ki, iddiaçı təşkilat cavabdehdən qeyd edilən məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ 59626,84 manat müəyyən edilməlidir.

71. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, məhkəmə bildirişi poçt vasitəsilə cavabdehin yaşadığı ünvana göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə məhkəmə bildirişi onun ailə üzvü olan atası tərəfindən rəsmi qaydada qəbul edilmişdir (bax mülki iş İ cild səhifə 66). Həmçinin, Cavabdeh SMS xəbərdarlıq vasitəsilə də işə baxılması barədə cavabdehə məlumat verilmişdir.

72. İddia müddətinin tətbiqi barədə apellyatorun ərizəsini də kollegiya təmin etməmişdir; belə ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, lakin iş materiallarındakı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə isə, Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə məlumatlı olduğu halda, həmin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir.

73. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Borc məbləğinə dair hissədə qətnamə dəyişdirildiyindən dövlət rüsumuna dair hissədə də qətnamə dəyişdirilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş olan dövlət rüsumunun 300 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli və qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir . 75.Həmçinin keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 264 manat vəsaitin 200 manatı Cavabdeh və 64 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(030)-567/2024 nömrəli qətnaməsi dəyişdirilsin. 59626,84 (əlli doqquz min altı yüz iyirmi altı manat səksən dörd qəpik) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi, cəmi 59926,84 (əlli doqquz min doqquz yüz iyirmi altı manat səksən dörd qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 264 (iki yüz altmış dörd) manat vəsaitin 200 (iki yüz) manatı Cavabdeh və 64 (altmış dörd) manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesab) ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar