Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-68/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X16 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında 02 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda Cavabdeh1 tam mülkiyyətinə işlənmiş evə vərəsəlik qaydasında payların müəyyən edilməsi və vəsiyyətnamə üzrə miras əmlaka vərəsəlik hüququnun tanınması, mərhum X14 və mərhum X17 məxsus miras əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, iddia qismən təmin edilməsi, İddiaçı1 X9ndan miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınsın və onun həmin paylarda ½ hissədə, anası X11 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahəslərindəki paylarına vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ tanınması və Cavabdeh1 məcburi pay hüququnun olması nəzərə alınmaqla, həmin paylarda 8/7 hissədə payı müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə X10 qalmış miras ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, X18 16 iyul 2012-ci il tarixdə ölmüşdür. Məhkəmə belə qənaətə gəlmişdir ki, o öləndən sonra ondan qalmış miras əmlakı arvadı X20 fatki olaraq gəbul etmiş və sonrada iddiaçıya vəsiyyət etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, X20 mirasın predmeti olan torpaq sahəsindən heç vaxt istifadə etməmiş, bir sözlə mirası faktiki olaraq qəbul etməmişdir. Bunun sübutlarından biridə X15 miras acıldıqdan 8 il sonra Məhkəmədə miras predmeti olan torpaq sahəsində yerləşən cavabdehin mülkiyətində olan evə köçürülməsi barədə qaldırdığı iddiadır. Bundan başqa məhkəmə X11 da qalan miras əmlak payı barədə düzgün bölgü aparmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh izahatında göstərmişdir ki, atası X8 rayonunda yerləşən meşəçilik texnikumunu bitirərək, Bərdə rayonuna meşəbəyi kimi təyinat almışdır və o gənc yaşında, yəni 1950-ci ildə keçmiş Əli- İsmayıl, indiki Alnabat kəndində ev tikdirə bilməzdi. O, Alnabat kəndində doğulmuşdur. Atası X4 rayonunun, Novo-İvanovka kəndinə meşəbəyi vəzifəsinə təyin olunmuş və ailəsi ilə Novoivanovka kəndinə köçmüşdür. X3 iki övladı X25, X26, üç qızı X27, X30 və X1 doğulmuşlar. Atasının səkkiz övladı bu kənddə rus dilində təhsil alıb, böyümüşlər onların Alnabat kəndi ilə o qədər də əlaqəsi olmamışdır. Alnabat kəndindəki mübahisə predmetinə çevrilmiş ev və həyətyanı torpaqların əsil sahibi atasının atası X6 olmuşdur. X2 tərəfindən tikilmişdir. Allahverdiyev Məhəmmədəli bir nəvə kimi onu yanında saxlamış və xalası qızı X32 ilə evləndirmişdir. Babasına yaxşı baxdığına görə o, evi və həyətyanı torpaqları onun adına sənədləşdirmişdir. Həmin ev və həyətyanı torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində mülkiyyət hüququ qeydə alınmışdır. X12 evi və torpaqları Novoivanovka kəndində yerləşir. Alnabat kəndində yerləşən ev və həyətyanı torpaq sahələrinin qanuni mülkiyyətçisi o, olduğu halda, atası razılığı olmadan gizli olaraq, onun evinə qeydiyyata düşmüşdür. Atasının evi və həyətyanı torpaqları, o cümlədən, pay torpaqları Novoivanovka kəndindədir. Ona görə də onlar çıxarışların ləğv edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışlar. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Məhkəmə Kollegiyasına ərizə göndərərək göstərmişdir ki, o, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda həmin apellyasiya şikayətindən imtina edir. Odur ki, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya şikayətinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtinanın qəbul edilib edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə vermişdir. İş üzrə tərəflər, nümayəndə, vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçısının izahatını, məruzəçi hakimi dinləyərək, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətindəm imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətlərindən imtina qəbul edilməli və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəni apellyasiya şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Eyni zamanda qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-552/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-68/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-68/2025
12.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver