Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-687/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər X2, X22, X23, X14, X24, X15, X16 və Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (maraqlı şəxslər Göygöl rayon İcra və probasiya şöbəsi, hərrac mərkəzi "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyətə edilən qəsdə son qoyulması və çəkilmiş xərclərə görə pulun verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər X2, X22, X23, X14, X24, X15, X16 və Cavabdeh qarşı mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) sökülməsi, vaqonun və avadanlıqların ərazidən çıxarılması tələbinə dair ilk iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı (maraqlı şəxslər Göygöl rayon İcra və probasiya şöbəsi, hərrac mərkəzi "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 aprel 2008-ci il olan çıxarışdan məlum olur ki, Xanlar rayonu Quşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində mülkiyyətində olan 1,70 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 441 kvadrat metr, əsas sahəsi 403,2 kvadrat metr, köməkçi sahəsi 37,8 kvadrat metr olan əmlak kompleksi (daş sexi) tam mülkiyyət hüququ üzrə X26 adına qeydiyyata alınmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 23 aprel 2008-ci il olan çıxarışdan məlum olur ki, X26 mülkiyyətində olan Xanlar rayonu Quşqara kəndində Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən əmlak kompleksi (daş sexi) 190000 manat məbləğində kreditə görə, 24 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə İddiaçı ASC-nin Gəncə filalının xeyrinə yüklü edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan çıxarışdan məlum olur ki, Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, ümumi sahəsi 441 kvadrat metr olan, əmlak kompleksi kimi müəsissə, həmin əmlak kompleksi kimi müəsissənin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsi tam payı olaraq İddiaçı ASCnin mülkiyyətindədir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi 01 avqust 2006-cı il olan çıxarışdan məlum olur ki, X38 mülkiyyətində Xanlar rayonu Yeni Qızılca kəndi ərazisində yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi vardır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 02 avqust 2014-cü il olan çıxarışdan məlum olur ki, X9 mülkiyyətində Göygöl rayonu Qaraməmmədli kəndi ərazisində ümumi sahəsi 169 kvadrat metr olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin üzərində yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi vardır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 oktyabr 2008-ci il olan çıxarışdan məlum olur ki, X10 Göygöl rayonu Yeni Qızılca kəndində mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 82 kvadrat metr yaşayış sahəsi, 13,5 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/466 saylı rəyindən məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan RX seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda göstərilən Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsi, Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh naturada təqdim etdiyi 0,29 ha torpaq sahəsi, RX Seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisləri tərəfindən cavablandırılmadığı üçün sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdir. Mübahisəli torpaq sahəsi üzərində mövcud olmaqla yanaşı, İddiaçı ASC-nin adına tərtib edilmiş **********69-12301 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmış, daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbar, faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi səxsin 3 sayli Gəncə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisləri tərəfindən cavablandırılmadığı üçün sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarış ilə İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi ilə ********* qeydiyyat nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli çıxarışa əsasən X38 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. X4, X32 və X17 faktiki istifadə sahələrinin, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən olunmuşdur. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarış ilə İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən X9 mülkiyyətində 0.12 ha torpaq sahəsində yerləsən fərdi yaşayış evinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. X9, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən əlavə, naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,09 ha torpaq sahəsi, ********** qeydiyyat nömrəli xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. X9, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən əlavə, naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,09 ha torpaq sahəsinin 79,0 kv.m-dək hissəsi üzərində tikili mövcuddur. Daşınmaz əmlaka dair məhkəmə mübahisələrinin araşdırılması zamanı Hüquqları dövlət qeydiyyatına alınmamış tikililərin təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi mümkün deyildir. ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarış ilə İddiaçı ASC-nin mülkiyyətində olan 1.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahesi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən X10 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. X27 və X18 faktiki istifadə sahələrinin, ********** qeydiyyat nömralp xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyatinde olan 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İlk iddia üzrə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 1,70 hektar torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (fərdi yaşayış evlərinin) onun hesabına sökülməsini, həmin ərazidə Cavabdeh tərəfindən quraşdırılmış vaqonun və avadanlıqların ərazidən onun hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-166/2011 sayli qətnaməsinə əsasən İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmiş 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il, 29 avqust 2009-cu il tarixli və Cavabdeh arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləsən evə və cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, mülki iş baxilmasi ücün Gəncə Apellyasiya məhkəməsinə göndərilmiş və Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarxili 2(104)-595/2011 sayli qətnaməsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmısdir. Bundan narazı qalan cavabdeh kasassiya şikayəti vermiş və iş baxilması üçün Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)- 3734/11 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nıin xx.xx.2011-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməklə cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə tutulmalı olan dəbbə pulu 15.000 (on beş min) manat müəyyən edilməsi qərara alınmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu is üzrə verilmiş icra vərəqəsi Cavabdeh məxsus olan ünvan 5 ünavanında yerləsən evə aid hissədə Gəncə şəhəri üzrə İcra idarəsinə, cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi hissəsində isə icra olunması üçün Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş və hər iki icra sənədi icraata götürülmüşdür. Hər iki icra orqanı tərəfindən aparılmış icra tədbirləri nəticəsində ipoteka predmeti olan əmlaklar ixtisaslaşdırılmış hərrac vasitəsilə satılmamış, bu səbəbdən hər iki əmlak tələbkar tərəfindən balansa götürülmüş və alqısatqı müqaviləsi bağlanmışdır. Bu hüquqlar müvafiq DƏDRX tərəfindən verilmiş çıxarışlar əsasında dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh və X36in İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində, 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403,2 kv.m əsas, 37,8 kv.m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya və kassasiya sikayətləri təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə verilmiş icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş və icraata götürülmüşdür. Aparılmış icra tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə fərdi yasayiş evinin, xx.xx.2019-cu il tarixdə 441 kv.m əmlak kompleksinin boşaldılması təmin edilmiş və hər iki əmlak banka təhvil verilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin, tələbkar bankın nümayəndəsinin və həmçinin digər səxslərin istirakı ilə 21 iyun 2019-cu il tarixdə banka məxsus 441 kv.m əmlak kompleksinin boşaldılması zamanı əraziyə baxış keçirilmişdir. Yoxlama zamanı bankın mülkiyyətində olan 1.70 ha torpaq sahəsində bir neçə şəxs tərəfindən qanunsuz fərdi yaşayış evlərinin inşa olunması, həmçinin cavabdeh tərəfindən əraziyə dəmir konstruksiyalı vaqon yerləşdirilməsi və bu vaqona bitişik çardağın inşa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə boşaldılması nəzərdə tutulmuş 441 kv.m sahəsi olan əmlak kompleksi boşaldılaraq banka təhvil verilmiş və ərazidəki qanunsuz tikililərin sökülməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət edilməsi qaydaları izah edilmişdir. Bundan sonra banka məxsus torpaq sahəsində inşa olunmuş qanunsuz tikililərin müəyyən olunması məqsədilə DƏDRX-a sorğu verilmiş və nəticədə həqiqətən həmin ərazidə inşa olunmuş tikililərin qanunsuz olduğu və bu barədə DƏDRX-də hər hansi qeydiyyat aparılmadığı məlum olmuşdur.
10. Bundan sonra ilk iddia üzrə cavabdeh iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə İddiaçı ASC tərəfindən 510.000 (beş yüz on min) manat pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Göygöl Rayon Məhkəməsində onlara qarşı 1,70 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin sökülməsi onlara məxsus avadanlıqlarının çıxarılması barədə iddia qaldırmışlar. Ondan əvvəl Gəncə Daşkəsən yolunu sağ tərəfində yerləsən torpaq sahəsindən vətəndaşlar ev tikmiş, hal-hazırda həmin ərazidə evlərdə yaşayırlar. Hər birinin çıxarışı vardır. İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddiaya uyğun bu mülki işin mahiyyətinə uyğun olduğundan qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 3-cü şəxs qismində Göygöl rayon Ícra və Propasiya şöbəsi, DƏDRX-nin 3 sayli Gəncə Ərazi İdarəsi "xxxx" MMC cəlb edilməlidir. Çünki, onların əmlaklarının hərraca çıxarılıb, satılmasında və çıxarış alınmasında 3-cü şəxlərin iştirakı olmuşdur. xx.xx.2012-ci ildə DƏDRX-nin nümayəndələri tərəfindən baxış keçirilərkən 441 kv.m əmlak 360 min manata qiymətləndirilmişdir. Əgər 1,70 ha torpaq sahəsi həmin ərazidə inşa olunmuş yaşayış evləri qiymətləndirilməli idi. Onda ümumi əmlaklarin cəmi dəyəri 1 milyon 200 min manat təşkil edərdi. Torpaq sahəsi ayrılarkən DƏDRX-nin nümayəndələri iştirak etməli sərhədlər müəyyən edilməlidir. Ancaq bu barədə nümayəndələr iştirak etməmiş sərhədlər müəyyən edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məsgul olmaq üicün xx.xx.2006-ci ildə daşınmaz əmlakın AN-1 № ******* sayli alqı-satqı müqaviləsinə əsasən X6 Göygöl (Xanlar) rayon Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən 1000,0 kv.m torpaq sahəsində yerləsən daş sexini 5500 manat pul ödəməklə həyat yoldaşı X26 adına almışdır. Həmin vaxtdan sahibkar kimi qara mərmər yönümlü daş istehsalı ilə məşğul olurdular. Fəaliyyətini genişləndirmək məqsədi ilə xx.xx.2006-cı ildən Göygöl (Xanlar) rayonu Quşqara Belədiyyəsinin 16 saylı qərar ilə Qusqara Bələdiyyəsinin qəsəbə daxili ərazisindəki 1,70 hektar xüsusi mülkiyyəti kimi həyat yoldaşı X26 adına alqı-satqı yolu ilə almışdır. Torpaq xüsusi mülkiyyətlərində idi. 24 aprel 2008-ci il tarixli 08050632 sayl kredit müqaviləsinə əsasən “Bank Respublika ASC”dən kredit götürülərkən 441 kvm (daş sexi) girov qoyulmuş 190.000 manat kredit götürmüşlər. xx.xx.2008-ci il, tarixli 09050129/si kredit müqaviləsinə əsasən fərdi evimizi 250 min manata qiymətləndirərək 60.000 manat kredit götürmüşlər. İddiaçı ASC-nin 19 mart 2010cu ildə onlara göndərdikləri 261 saylı bildirislərində qeyd etmişlər ki, sizin İddiaçı ASC-yə 222220 manat əsas borc 12 min 20 manat faiz borcunuz vardir. İddiaçı ASC onlara qarşı məhkəmə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 04 mart 2011-ci il tarixli 2(043)-166/2011saylı qətnaməsi ilə kredit müqavilələri ləğv edilmiş, tutma onlara məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evlərinə, o, X33 məxsus Gəncə Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksi, daş sexinə yönəldilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyanlara qaytarılsın. Satışdan əldə olunan vəsait borcun qaytarılması üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlaklarına yönəldilməsi hissəsi təmin edilməsin. İstifadə və sərəncam hüquqlarına xitam verilməklə boşaldılması hissəsi təmin edilməsin. Mülkiyyətlərində olan 441 kv.m daş sexi var, 360 min manata Göygöl rayon icra məmuru Taryel Qəhramanov tərəfindən xx.xx.2013-cü ildə hərraca çıxarılmışdır, lakin mülkiyyətləri olan 1,70 ha torpaq sahəsi hərraca çıxarılmamışdır. X58 İqtisadi Məhkəməsində Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasında icra məmuru Taryel Qəhrəmanov bildirdmişdir ki, sözü gedən 1,70 ha torpaq sahəsinə dair hərraca çıxarmaq üçün heç bir sifariş olmamışdr. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Koļlegiyası iddia ərizələrini mümkünsüz saymışdır və qeyd etmişdir ki, Gəncə inzibati İqtisadi Məhkəməsi iddia ərizəni mümkünsüz saymaqla haqlı olmuşdur. Göygöl rayon icra məmuru Bakı səhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il 2(005)-531/2013 saylı icra vərəqəsinə əsasən iki dəfə xx.xx.2013-cü ildə 441 kv.m sahədə yerləşən daş sexini 360 min manata, xx.xx.2014-cü ildə 1,70 ha torpaq sahəsində yerləşən daş sexini 360 min manata hərraca çıxarmışdır. Buradan belə görünür ki, 1,70 hektar torpaq sahəsi qiymətləndirilməmişdir. Deməli icra məmuru tərəfindən verilmiş sifarişlər biri-birinə ziddir. Göygöl rayon İcra və Prorasiya söbəsi 26 sentyabr 2022-ci ildə onlara cavab məktublarında qeyd etmişdilər ki, 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.m olan əmlak kompleksi (daş sexi) 360 min manat qiyməti ilə xx.xx.2014-cü ildə hərrac keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Nəriman Rayon Məhkəməsinin 2(005)- 531/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi icra olunduğundan xx.xx.2015-ci il tarixdə Məhkəməyə geri qaytarılmişdır. Gəncə səhər Kəpəz rayon Məhkəməsinin 04 mart 2011-ci tarixli, 2(102)-3734/11saylı qətnaməsində yerləşən Daş sexinin hərraca çıxarılması qeyd edilmişdir. Müddət keçdikdən sonra yenidən İddiaçı ASC qətnaməyə düzəliş edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2014-cu il tarixli, 8(043)-296/2014, 22 may 2012-ci il tarixli 8(043)-97/2012 saylı qərardadı ilə 1,70 ha torpaq sahəsinin “Daş sexinə” aid olması eyni zamanda əmlak satıldıqdan sonra mülkiyyətilərindən çıxarılmasi qərara alınmışdır. Hesab edir ki, 1,70 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra qətnaməyə düzəliş edilməsi düzgün deyildir. Necə ola bilər ki, Ali Məhkəmənin qərarı ilə qanuni qüvvəsini almış qətnamə düzəliş edilsin. Bu əsassızdır. Gəncə şəhəri üzrə Ícra İdarəsinin İcra məmuru Ülvü Əlizadə 21 iyun 2019-cu ildə AKT əsasında 441 kv.m sahədə yerləsən "xxxx" akt əsasında İddiaçı ASC-yə təhvil vermişdir. Həmin vaxt DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X41 iştirak etmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İşin icraatına xitam verilmişdir. Necə ola bilər ki, iş xitam olunduqdan sonra 1,70 ha torpaq sahəsini tələb etsinlər. 1,70 hektar torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq olduğundan daş sexinin genişləndirilməsi üçün istifadə edilməmişdir. Alqı-satqı etdikləri 0,10 ha torpaq sahəsində yerləşən daş sexinin 1,70 hektar mülkiyyətilərində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ASC 2016-cı ildə 1,70 ha torpaq sahəsinə dair öz adlarına çıxarış almışlar. X6 1.000 km torpaq sahəsində yerləşən daş sexinə çıxarış almaq üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaları mümkünsüz sayılmışdır. Dəfələrlə o mülkiyyətçi X26 adından xx.xx.2006-ci ildə alqı-satqı müqaviləsinə əsasən X7 Göygöl (Xanlar) Gəncə Daşkəsən yolunun sağ tərəfində 1000,0 kv.m torpaq sahəsinin yerləşən Daş sexinə çıxarış almaq Gəncə 3 saylı Ərazi İdarəsinə Gəncə İnzibati Məhkəməsinə müraciət etsələr də imtina almışlar. Sonda bildirdilər ki, ilkin mülküyyətci X28 çıxarış almaq üçün özü iddia qaldırmalıdır. 2006-cı ildən hal-hazırdək daş sexindən onlar istifadə edir. X3 İnzibati Məhkəməsində qaldırdığı iddia mümkünsüz sayilmış həmin qərardan apellyasiya sikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasinin 06 dekabr 2022-ci tarixli iş No 2-1(104)-633/2022 saylı qərardadı ilə, mütəxəssis tədqiqatin: təyin elmasi barədə qərar qəbul etmisdir. 3 saylı Ərazi İdarəsinin təklifi ilə sözii gedən ərazidan yüksək gərginlikli elektrik xəttinin keçib-keçməməsi barədə mütəxəssis arasdirma olmasını xahiş etmişdir. İddiaçı ASC-yə 441 kv.m torpaq sahəsində yerləşən das sexini girov qoymuslar 1,70 hektar torpaq sahəsi girov qoyulmamış, qiymətləndirilməmişdir. Əgər İddiaçı ASC 1,70 hektar torpaq sahəsinə dair çıxarış alarkən nə üçün alqı-satqı etdikləri 0,10 hektar torpaq sahəsində yerləsən daş sexinin ərazisini birgə mülkiyyət kimi hesab edərkən 1,80 hektar torpaq sahəsi göstərilməmişlər. 0,10 hektar torpaq sahəsini həm də 1,70 ha torpaq sahəsini alqi-satqi etmişlər. Onun torpağının 1 sotu 3.000 manatdır, yəni cəmi 510.000 manat qiyməti təşkil edir. Əgər İddiaçı ASC onun 1,70 hektar torpaq sahəsini götürdüyündən 510.000 manat dəyərini ona ödəməlidir. 2013-cü ildə Audit tərəfindən 1,70 hektar torpaq sahəsi 374 min manata qiymətləndirilmişdir. İddiaçı ASC 18 mart 2019-cu ildə onlara ünvanladıqları öz məktublarında qeyd etmişlər ki, Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə 441 kv.m sahədə yerləşən daş sexi hərraca çıxarılmışdir. Maliyyə Bazarlarına Nəzarət Palatasına 03 avqust 2016-cı ildə bizə göndərdikləri məktublarında bildirmişlər ki, Cavabdeh kredit öhdəlikləri üzrə ödənişləri vaxtinda icra etmədikləri üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlaklar hərrac vasitəsilə satılaraq banka olan öhdəlik tam ödənilmişdir. Hal-hazırda müştərinin heç bir kredit öhdəliyi mövcüd deyildir. Azərbaycan Respublikasi Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının Məhkəmə müdafiəsinə təminat verir. Ona görə də hüquq və azadlıqlarimizdan istifadə edərək İddiaçı ASC tərəfindən mülkiyyətlərində olan 1,70 hektar torpaq sahəsinə dair çıxarış aldıqlarından, həmin torpaq sahəsi qiymətləndirilmədiyindən pul şəklində dəyəri onlara ödənilməlidir. İddiaçı ASC xx.xx.2019-cu il 1549 saylı məktublarında qeyd etmişlər ki, 441 kv/m sahədə yerləşən daş sexi eyni zamanda İ.Əliyev küçəsi 41 saylı ünvanda yerləşən fərdi yaşayiş evi İddiaçı ASC tərəfindən götürülmüşdür. Kredit büro MMC-dən aldığımız cavab məktubunda onların İddiaçı ASC-yə borclarının olmadığı qeyd olunmuşdur.
12. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X37 məhkəməyə vəsatətlə müraciət edərək, X1, X19, X17, X10, X18, X11, X9, X12, X20, X13 və X21 mülki iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(066)-08/2023 saylı qərardadına əsasən vəsatətdə adları qeyd edilən şəxslər mülki işə cavabdeh qismində cəlb edilmişlər.
13. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək, X11, X20, X13 və X21 mülki iş üzrə cvabdehlik qismindən çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(066)-08/2023 saylı qərardadına əsasən vəsatətdə adları qeyd edilən şəxslər mülki işə cavabdehlik qismindən çıxarılmışlar.
14. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov), ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan çıxarışda qeyd edilən İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin istifadə etdiyi hissəsindən, həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan çıxarılması, cavabdeh X30 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 20 avqust 2016-cı il olan çıxarışda qeyd edilən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsindən çıxarılması və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində tikmiş olduğu 79,0 kvadrat metr sahəsi olan tikili cavabdeh X9 hesabına sökülməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “Mülkiyyətdə olan 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə 510000 (beş yüz on min) manat pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul cavabdehlər Cavabdeh və X9 hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə Az MEM VÖEN **********, AZ34 CTRE **********0002088501 X8, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə və 111-ci maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh oğlu apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Ülvü Əlizadə 21 iyun 2019-cu ildə AKT əsasında 441 kv.m sahədə yerləşən "xxxx" Bank Respublika ASC-yə təhvil vermiş akt tərtib etmişlər. Həmin vaxt DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X41 iştirak etmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Alqı-satqı etdiyimiz 0,10 ha torpaq sahəsində yerləşən daş sexinin 1,70 ha mülkiyyətləri olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatasına 03 avqust 2016-cı ildə bizə göndərdikləri məktublarında, eyni zamanda “ASAN Xidmət” Mərkəzindən aldıqları cavab məktubunda bildirmişlər ki, Cavabdeh kredit öhdəlikləri üzrə ödənişləri vaxtında icra etmədikləri üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlaklar hərrac vasitəsilə satılaraq banka olan öhdəlik tam ödənilmişdir. Hal-hazırda müştərinin heç bir kredit öhdəliyi mövcüd deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı ASC-dən kredit götürərkən ümumi sahəsi 441 kv.m əmlak kompleksi daş sexi girov qoyulmuş, 1.70 ha torpaq sahəsi girov qoyulmamışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(043)-166/2011 saylı qətnaməsi ilə 441 kv/m ümumi sahəsi olan Əmlak Kompleksi daş sexindən çıxarılması qət edilmişdir. xx.xx.2011-ci il tarixli 2(102)–3734/2011 saylı Ali Məhkəmənin qərarından sonra Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 04.03 2011-ci il tarixli 2(043)-166/2011 saylı qətnaməsinə düzəliş almaq üçün İddiaçı ASC Göygöl rayon İcra məmuru ərizə ilə Məhkəməyə müraciət etmiş, 1.70 ha torpaq sahəsi ilə birlikdə daş sexinin hərraca çıxarılması üçün xx.xx.2014-cü il tarixli, 8(043)-296/2014 nömrəli qərardad çıxarılmışdır. Halbuki, o X39 xx.xx.2008-ci il tarixli 08050632 saylı kredit müqaviləsinə əsasən 441 kv.m ümumi sahəsi olan daş sexinin girov qoymuşlar. Təkrar qeyd edir ki, 1.70 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan həmin ərazidə daş sexinin genişləndirilməsi üçün tikinti işləri aparılmamışdır. xx.xx.2019-cu ildə akt əsasında ümumi sahəsi 441 kv.m olan əmlak komleksi daş sexi inzibati bina, yardımçı binalar İddiaçı ASC-yə təhvil verilmiş, işin icraatına xitam verimişdir. Qərardaddan şikayət verilməmişdir. Həmin yardımçı binalardan demək olar ki, istifadə etmirlər və qoruyub saxlayırlar. Ancaq, 1.70 ha torpaq sahəsindən istifadə edirlər. Göygöl rayon icra məmuru, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsinə düzəliş almazdan 27 gün əvvəl 1,70 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 441 kv.m olan daş sexi əmlak kompleksini hərraca çıxarmaq üçün sifariş vermiş həmin vaxt torpaq sahəsinin qiymətləndirilməsi üçün heç bir hərəkət etməmişdir. Hazırda mübahisəli həmin 1.70 ha torpaq sahəsi onun istifadəsində olmaqla orada dəmir konstruksiyalı vaqon yerləşdirilmiş və bu vaqona bitişik çardağın inşa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsindən istifadə edir. O, Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 1,70 hektar torpaq sahəsinə çıxarış alınmasına görə 510.000 (beş yüz on min) manat pul verilmiş və buna görə də həmin məbləğin İddiaçı ASC tərəfindən ona ödənilməsini istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-166/2011 sayli qətnaməsinə əsasən İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmiş 16 aprel 2008-ci il, 24 aprel 2008ci il, 29 avqust 2009-cu il tarixli və Cavabdeh arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləsən evə və cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, mülki işə Gəncə Apellyasiya məhkəməsində baxılmış, Kəpəz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmısdir. Cavabdehin kasassiya şikayətinə əsasən işə Ali Məhkəmədə baxılmış, dəbbə pulu 15.000 (on beş min) manat müəyyən edilməsi qərara alınmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu is üzrə verilmiş icra vərəqəsi Cavabdeh məxsus olan ünvan 5 ünavanında yerləsən evə aid hissədə Gəncə şəhəri üzrə İcra idarəsinə, cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi hissəsində isə icra olunması üçün Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş və hər iki icra sənədi icraata götürülmüşdür. İcra tədbirləri nəticəsində ipoteka predmeti olan əmlaklar ixtisaslaşdırılmış hərrac vasitəsilə satılmamış, bu səbəbdən hər iki əmlak tələbkar tərəfindən balansa götürülmüş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının adına çıxarışlar dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh və X36in İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində, 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403,2 kv.m əsas, 37,8 kv.m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya və kassasiya sikayətləri təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə verilmiş icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş və icraata götürülmüşdür. Aparılmış icra tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə fərdi yasayiş evinin, xx.xx.2019-cu il tarixdə 441 kv.m əmlak kompleksinin boşaldılması təmin edilmiş və hər iki əmlak banka təhvil verilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin, tələbkar bankın nümayəndəsinin və həmçinin digər səxslərin istirakı ilə 21 iyun 2019-cu il tarixdə banka məxsus 441 kv.m əmlak kompleksinin boşaldılması zamanı əraziyə baxış keçirilmişdir. Yoxlama zamanı bankın mülkiyyətində olan 1.70 ha torpaq sahəsində bir neçə şəxs tərəfindən qanunsuz fərdi yaşayış evlərinin inşa olunması, həmçinin cavabdeh tərəfindən əraziyə dəmir konstruksiyalı vaqon yerləşdirilməsi və bu vaqona bitişik çardağın inşa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə boşaldılması nəzərdə tutulmuş 441 kv.m sahəsi olan əmlak kompleksi boşaldılaraq banka təhvil verilmiş və ərazidəki qanunsuz tikililərin sökülməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət edilməsi qaydaları izah edilmişdir. Bundan sonra banka məxsus torpaq sahəsində inşa olunmuş qanunsuz tikililərin müəyyən olunması məqsədilə DƏDRX-a sorğu verilmiş və nəticədə həqiqətən həmin ərazidə inşa olunmuş tikililərin qanunsuz olduğu və bu barədə DƏDRX-də hər hansi qeydiyyat aparılmadığı məlum olmuşdur. Hazırdada Cavabdeh və Kamran Verdiyev tərəfindən əraziyə dəmir konstruksiyalı vaqon yerləşdirilməsi və bu vaqona bitişik çardağın inşa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən edilmişdir. Bu barədə iddia qaldırılmış, iddiaları qismən təmin edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X30 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X27 apellyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə vermişdir.
23. İş üzrə ilk iddia üzrə cavabdehlər X4, X32, X34, X35, X31, maraqlı şəxslər Göygöl rayon İcra və probasiya şöbəsi, hərrac mərkəzi "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
26. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
27. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
34. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
35. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
36. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
37. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.
38. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
39. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.
40. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
41. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
42. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
43. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-166/2011 sayli qətnaməsinə əsasən, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmiş 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il, 29 avqust 2009-cu il tarixli və Cavabdeh arasında bağlanmış 21 oktyabr 2009-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləsən evə və cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, mülki iş baxilmasi ücün Gəncə Apellyasiya məhkəməsinə göndərilmiş və Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarxili 2(104)-595/2011 sayli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanilmisdir. Bundan narazı qalan cavabdeh kasassiya şikayəti vermiş və iş baxilması üçün Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)- 3734/11 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2011-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilməklə cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 16 aprel 2008-ci il, 24 aprel 2008-ci il və xx.xx.2009-cu il tarixli kredit müqavilələri üzrə tutulmalı olan dəbbə pulu 15.000 (on beş min) manat müəyyən edilməsi qərara alınmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu is üzrə verilmiş icra vərəqəsi Cavabdeh məxsus olan ünvan 5 ünvanında yerləsən evə aid hissədə Gəncə şəhəri üzrə İcra idarəsinə, cavabdeh X33 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m olan əmlak kompleksinə yönəldilməsi hissəsində isə icra olunması üçün Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş və hər iki icra sənədi icraata götürülmüşdür. Hər iki icra orqanı tərəfindən aparılmış icra tədbirləri nəticəsində ipoteka predmeti olan əmlaklar ixtisaslaşdırılmış hərrac vasitəsilə satılmamış, bu səbəbdən hər iki əmlak tələbkar tərəfindən balansa götürülmüş və alqısatqı müqaviləsi bağlanmışdır. Bu hüquqlar müvafiq DƏDRX tərəfindən verilmiş çıxarışlar əsasında dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh və X36in İddiaçı ASC-nin mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində, 1.70 ha torpaq sahəsində yerləşən 441 kv.m ümumi, 403,2 kv.m əsas, 37,8 kv.m köməkçi sahədən ibarət olan qeyriyaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)- 29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya və kassasiya sikayətləri təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-29/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə verilmiş icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş və icraata götürülmüşdür. Aparılmış icra tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə fərdi yasayiş evinin, xx.xx.2019-cu il tarixdə 441 kv.m əmlak kompleksinin boşaldılması təmin edilmiş və hər iki əmlak banka təhvil verilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin, tələbkar bankın nümayəndəsinin və həmçinin digər səxslərin istirakı ilə 21 iyun 2019-cu il tarixdə banka məxsus 441 kv.m əmlak kompleksinin boşaldılması zamanı, bankın mülkiyyətində olan 1.70 ha torpaq sahəsində bir neçə şəxs tərəfindən qanunsuz fərdi yaşayış evlərinin inşa olunması, həmçinin Cavabdeh və Kamran Verdiyev tərəfindən əraziyə dəmir konstruksiyalı vaqon yerləşdirilməsi və bu vaqona bitişik çardağın inşa olunaraq mərmər daşlarının kəsilməsi və istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların və dəzgahların həmin, çardağın qarşısına yerləşdirilərək torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
63. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
64. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
65. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
66. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
67. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
68. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
69. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məkhəmə tikinti-texniki ekspertizasə keçirilmiş və ekspert tərəfindən 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/466 nömrəli rəy verilmişdir.
70. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
71. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
72. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
73. Bu qətnamənin 7-ci hissəsindən göründüyü kimi, iddiaçının mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan daş sexi, inzibati bina, xidməti bina, tornaçı sexi, və anbardan istifadə edilir, eyni zamanda Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsi və həmin 1,70 hektar torpaq sahəsinin 0,09 hektar hissəsində 79,0 kvadrat metr sahəsi olan tikili cavabdeh X30 tərəfindən qanunsuz zəbt edilməklə hazırda da oradan istifadə edir.
74. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində göstərilənlərə əsasən ilk iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
75. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq qarşılıqlı iddia təmin edilməmişdir.
76. Belə ki, Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur.
77. Girov və ya ipoteka hüququ yazılı müqavilənin bağlanması ilə (Mülki Məcəllə, maddə 270.1), yaxud digər əsaslarla meydana gəlir (Mülki Məcəllə, maddə 270.2): məsələn, qanuna əsasən yaranan ipoteka hüququ (Mülki Məcəllə, maddə 252.4, 253.3 və s.).
78. Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur.
79. Girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir.
80. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür.
81. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.
82. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Buna görə də qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən öhdəliyin icrasının təmin edilməsi üçün tələb borcalan tərəfindən girov qoyulmuş mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlaka yönəldilmiş və həmin əmlaklar kreditorun, yəni hazırki iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı ASC-nin mülkiyyətində keçmişdir.
83. Yuxarıda sadalanan hüquq normalarına və işin hallarına əsasən, qarşılıqlı iddianın təmin edilməsi əsassızdır.
84. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
85. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
86. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
89. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
90. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.