Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-696/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs X10 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkli X11 iştirakı ilə, İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs X10 qarşı miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)- 270/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 10 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. X14 ilə İddiaçı Qəhrəman qızının nikahları xx.xx.1978-ci ildə Tovuz rayonu Əlibəyli kənd İcra nümayəndəliyində qeydiyyata alınmışdır.
2. Doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, X12 xx xxxxxx 1991-ci ildə İddiaçı Qəhrəman qızından Cavabdeh2, X4 01 avqust 1997-ci ildə Cavabdeh1 və xx xxxxxxx 1999-cu ildə Cavabdeh3, xx.xx.1996-cı ildə X6 X13 adlı uşaqları olmuşdur.
3. Ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2020-ci ildə vəfat etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafıə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi fılialının X3nun alınmamış pensiya məbləği barədə verdiyi arayışdan görünür ki, mərhum Arif İsmayılovun 2795,87 manat məbləğində alınmamış qalıq pensiya vəsaiti vardır.
5. AB № 241159 sayiı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6B88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobii və 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D- 63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobil X12 adına qeydiyyata almmışdır.
6. 10 dekabr 2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə X14 arasında müqavilə bağlanmış, Arif İsmayıiov mənzilə ehtiyacı olduğunu bildirmiş, müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzilin tikintisinə çəkiləcək xərcin Arif İsmayılov tərəfındən ödənilməsi öhdəliyi götürülmüşdür.
7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzili X14 alğı-satqı müqaviləsi əsasında almışdır. X3 tərəfindən yuxarıda qeyd edilən mənzilin dəyəri tam ödənilmişdir.
8. 16 may 2021-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, İddiaçı Qəhrəman qızı 02 noyabr 2020-ci ildə vəfat etmiş əri X7 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə 17 noyabr 2020-ci il tarixdə notariusa müraciət etmiş, vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
9. X1 nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun işə 3-cü şəxs kimi cəlb olunmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Qəhrəman qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.metr olan) 11 saylı mənzilin, 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı, qara rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin, 2008-ci il buraxılışlı, qara metal rəngli, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobilin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Arif İsmayılovun ölümündən sonra vərəsələrindən İddiaçı Qəhrəman qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notariusa müraciət ediblər. Vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilib. Mirasın kütləsinə daxil olan əmlaklar İddiaçı Qəhrəman qızı və X12 birgə nikah dövründə əldə edilib.
12. Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-270/2022 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilmiş, X2 miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi - G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi - 40620D-63044224, Ban-311***-*******0, Şassi X96311050- 61330904, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilib.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, miras əmlak olan mübahisəli mənzilin dəyəri mərhum tərəfindən tam ödənilsə də həmin mənzil dövlət reyestrində qeydə alınmamışdır. Mübahisə olunan mənzil mərhumun vərəsələri tərəfindən müvafiq qaydada mərhumun adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra bu barədə notariusa, mübahisə olduqda isə məhkəməyə müraciət edə bilərlər. Hazırki iş üzrə mirasın kütləsinə 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***- *******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobil daxildir. Hər iki avtomobil və pensiya məbləği İddiaçı Qəhrəman qızı və X12 birgə nikah dövründə əldə etdiyindən həmin əmlaklardan iddiaçının özünün 1/2 hissədə payı var. Qeyd olunan əmlakların 1/2 hissəsi mirasın kütləsinə daxildir. Həmin 1/2 hissədən mərhumun vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 bərabər payları var. İşdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər mirasın qəbulu ilə bağlı notariusa müraciət etmiş, mübahisə olduğundan vərəsələrə miras mülkə dair şəhadətnamə verilməkdən imtina olunmuşdur. Arifə İsmayılova isə nə qanunla müəyyən olunmuş qaydada müraciət etmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etmişdir.
14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Plenum qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159.1.1, 1274, 1291-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı Qəhrəman qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-270/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi qənaətinə gəlməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mənzil-tikinti kooperativinin tikdirdiyi ev kooperativin ayrı-ayrı üzvlərinə yox, hüquqi şəxs kimi bütövlükdə kooperativin özünə məxsusdur. Buna görə də, kooperativ üzvü mülkiyyət hüququna malik deyil. Məhz bu səbəbdən vərəsəlik üzrə onun kooperativdəki paya olan hüququ keçir və mirasa daxil olur. Kooperativ payın pulla dəyərini vərəsələr ödəyir. Mənzil-Tikinti kooperativi vərəsəni payçı kimi qəbul edə bilər. Belə olan halda vərəsə kooperativə məxsus olan evdəki müəyyən mənzilə istifadə hüququ əldə edir. Həmin mənzilə olan mülkiyyət hüququ vərəsəlik qaydasında verilir və mirasa daxil edilir. X3 mənzilin dəyərini tam ödəmişdir. Ona görə də, hesab edir ki, sözügedən mübahisəli mənzil də mirasın kütləsinə daxil edilməli, hər bir vərəsənin kooperativdəki paya olan hüququ paylarına uyğun bölünməlidir.
17. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin X7 miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı **- BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən olunması hissəsində dəyişdirilərək, avtomobillərdən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 1/4 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin paylarının ¼ hissədə paylarının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi payların bölünməsində səhvə yol vermişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölünür. Paylar bərabər bölünməli olduğu halda, məhkəmə bunları nəzərə almadan qətnamə qəbul etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(104)-1797/2022 nömrəli qətnaməsi ilə (hakimlər - Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi) Salman Hüseynov və Əlizamin Abdullayev) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi miras əmlak olan mübahisəli mənzildən vərəsələrin paylarını müəyyən etməməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X12 ölümündən sonra 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil və 2008-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobilin miras kütləsinə daxil olması mübahisə doğurmur. Cavabdeh tərəfindən mübahisələndirilən hal həmin mirasdakı payların miqdarıdır və hesab edir ki, paylar bərabər olmalıdır. Cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə vərəsələrin payını yuxarıda göstərilən qaydada müəyyən etməkdə haqlı olmuşdur. Çünki birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə olunmuş əmlak bərabər paylarla ər-arvada məxsus olur. Bu halda vərəsəlik bütün əmlaka yox, vəfat etmiş ərin (arvadın) payına açılır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmədiyi miras əmlakın pay haqqı X3 tərəfindən tam şəkildə ödənildiyindən həmin pay haqqı miras kütləsinə aid edilməlidir.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1274, 1291-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə istinad etmişdir.
22. Cavabdeh1 (vəkil X15) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli qətnaməsinin X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2(102)-6253/2023 nömrəli qərarı ilə (hakimlər - İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi) Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1797/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
24. Qərarda qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılması, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, mərhum Arif İsmayılovun 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzili miras əmlakın kütləsinə aid etməkdə haqlı olmuşdur. 60. Belə ki, mülki işin 18-ci vərəqində olan maliyyə arayışından göründüyü kimi Arif İsmayılov tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. 61. Eyni zamanda mənzilin və avtomobillərin nikah müddətində əldə olunduğu müəyyən edildiyinə görə, apellyasiya instansiyası məhkəməsi həmin əmlaklarda iddiaçının ½ hissədə payını tanımaqda haqlı olmuşdur.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Nümayəndə izahatında göstərmişdir ki, mənzilə olan mülkiyyət hüququ vərəsəlik qaydasında verilir və mirasa daxil edilir. X3 mənzilin dəyərini tam ödəmişdir. Ona görə də, hesab edir ki, sözügedən mübahisəli mənzil də mirasın kütləsinə daxil edilməli, hər bir vərəsənin kooperativdəki paya olan hüququ paylarına uyğun bölünməlidir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkli X15 apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsin xahiş etmişdir. Nümayəndə izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi payların bölünməsində səhvə yol vermişdir. Belə ki, mövcud qanunvericliyə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Paylar bərabər bölünməl idi, məhkəmə isə bunları nəzərə almadan qətnamə qəbul etmişdir.
28. İş üzrə iddiaçı və cavabdeh, eləcə də üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Bununla belə iddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
32. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
37. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
38. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
39. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
40. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
41. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
42. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə
51. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi, yəni şikayətlərin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının vəkili Vəkil apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia tam təmin edilməli, X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X9, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payı müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır.
56. Kollegiya əvvəla onu qeyd edir ki, qanunvericiliyin tələbini və eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qərarındakı göstərişini nəzərə alaraq X13 üçüncü şəxs qisməndə işə cəlb olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Arifə İsmayılova nə qanunla müəyyən olunmuş qaydada müraciət etməmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etməmişdir.
57. İşin hallarına görə İddiaçı Qəhrəman qızı ilə X14 22 aprel 1978-ci ildə rəsmi qaydada evlənib ailə qurmuş, həmin nikahdan xx xxxxxx 1991-ci ildə Cavabdeh2, xx xxxxxxx 1999-cu ildə X5 Cavabdeh3 və və 01 avqust 1997-ci ildə Cavabdeh1, xx.xx.1996cı ildə X6 X13 adlı uşaqları anadan olmuşdur. Arif İsmayılov xx.xx.2020-ci ildə vəfat etmişdir. X12 ölümündən sonra miras əmlak kimi 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzilə görə ödədiyi pay haqqı, 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban- KMHEU41FP9A60693 3, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D- 63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120" minik markalı avtomobil qalmışdır.
58. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonunda yerləşən 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzilin dəyəri mərhum tərəfindən tam ödənilsə də həmin mənzil dövlət reyestrində qeydə alınmamışdır. Mübahisə olunan mənzil mərhumun vərəsələri tərəfindən müvafiq qaydada mərhumun adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra bu barədə notariusa, mübahisə olduqda isə məhkəməyə müraciət edə bilərlər. Hazırki iş üzrə mirasın kütləsinə 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***- *******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobil daxildir. Hər iki avtomobili və pensiya məbləği İddiaçı Qəhrəman qızı və X12 birgə nikah dövründə əldə etdiyindən həmin əmlaklardan iddiaçının özünün 1/2 hissə payı var. Qeyd olunan əmlakların 1/2 hissəsi mirasın kütləsinə daxildir. Həmin 1/2 hissədən mərhumun vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 bərabər payları var.
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi miras əmlak olan Bakı şəhəri Yasamal rayonunda yerləşən 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzildən (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) vərəsələrin paylarını müəyyən etməməkdə düzgün nəticəyə gəlməmişdir. Mərhumun 1-ci növbəli vərəsələri sırasına arvadı İddiaçı, uşaqları Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 daxildir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, X12 ölümündən sonra 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil və 2008-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobilin miras kütləsinə daxil olması mübahisə doğurmur.
61. Cavabdeh tərəfindən mübahisələndirilən hal həmin mirasdakı payların miqdarıdır və hesab edir ki, paylar bərabər olmalıdır. Cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
62. Qeyd olunan iki avtomobilin iddiaçı ilə birgə nikah dövründə əldə olunması və mərhumun alınmamış təqaüdünün iddiaçı ilə birgə nikah dövründə qazanılmış vəsait olması mübahisəsiz olduğuna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə vərəsələrin payını yuxarıda göstərilən qaydada müəyyən etməkdə haqlı olmuşdur. Çünki birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə olunmuş əmlak bərabər paylarla ər-arvada məxsus olur. Bu halda vərəsəlik bütün əmlaka yox, vəfat etmiş ərin (arvadın) payına açılır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
63. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmədiyi miras əmlak Bakı şəhəri Yasamal rayonunda 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzildən (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) ibarətdir. İş materiallarından göründüyü kimi həmin mənzil Mənzil Tikinti Kooperativinin binasında yerləşməklə kooperativ üzvü olan X3 tərəfindən pay haqqı tam şəkildə ödənilmişdir.
64. X3 tərəfindən həmin mənzilə görə pay haqqı tam şəkildə ödənildiyinə həmin pay haqqı miras kütləyə aid edilməli və İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X9, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payı müəyyən edilməli və bununla da iddiaçının vəkilinin apellyasiya şikayəti təmin edilməlidir.
65. Beləliklə, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər mirasın qəbulu ilə bağlı notariusa müraciət etmiş, mübahisə olduğundan vərəsələrə miras mülkə dair şəhadətnamə verilməkdən imtina olunmuşdur. Arifə İsmayılova nə qanunla müəyyən olunmuş qaydada müraciət etməmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etməmişdir. Ona görə də iddia tələbi qismən X2 miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi- G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi- 40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X9, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən olunmalı, iddianın qalan hissədə təmin olunmamalıdır.
66. Məhkəmə Kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tam təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X9, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payı müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.