Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-699/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(015)-1145/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən onun adına hesablanmış 414.72 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(015)-1145/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.Rəsulov) iddia təmin edilmiş və cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu:**********01890) əsassız hesablanmış 414.72 (dörd yüz on dörd manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(015)-1145/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdırarkən mübahisənin sayğaca müdaxilə deyil, qaz xəttinə qanunsuz özbaşına qoşularaq müdaxilə olunduğunu, eləcə də abonentin nümayəndəsinin faktı etiraf edərək itirilmiş qazın sərfi ilə bağlı tərtib olunan xx.xx.2023-cü il tarixli ******* saylı akla razılaşaraq imzalamasını nəzərə almamışdır. Qeyd edilənlərdən aydın görünür ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və cavabdehə xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 414.72 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(015)-1145/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğacdan öncə qoşqu vasitəsilə birləşmə edərək qeyri qanuni istifadə etməsi müəyyən edilərək, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 28 mart 2023-cü il tarixli ******* nömrəli Akt əsasında itirilmiş qazın həcmi 3456 kubmetr miqdarında müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, “Azəriqaz” X1 regional qaz istismar idarəsinin əməkdaşları tərəfindən 28 mart 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt ilə İddiaçı Ağstafa rayonu, Dağkəsəmən kəndindəki fərdi yaşayış evində sayğaca baxış keçirilmiş, sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Şəmkir RQİİnin əməkdaşları tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə 28 mart 2023-cü il tarixli ******* nömrəli Akt əsasında itirilmiş qazın həcmi 3456 kubmetr miqdarında müəyyən olunmuşdur. İddiaçı adına olan abonentin saldosundan görünür ki, 28 mart 2023-cü il tarixə sayğaca müdaxiləyə görə 414.72 manat dəymiş ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuş, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçıya itirilmiş 3456 m3 qaz sərfiyyatı 24 saat iş rejimi ilə hesablanaraq ona 414.72 manat borc yazılmışdır. Kollegiya hesab edir ki, qaz işlədicilərindən Radiator sabasının maksimal saatlıq qaz sərfi 0,8 m3, iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı 0,8x12x180=1728m3 qaz sərfi, dəymiş ziyan isə 207.36 manat müəyyən edilməlidir. Göründüyü kimi, İddiaçı iddia tələbində cavabdeh “Azəriqaz” İB tərəfindən yazılmış 414.72 manat cərimənin silinməsini xahiş etsə də, iş materiallarından, iddiaçıya hesablanmış borcun 207.36 manat təşkil etməsi müəyyən edilir. Ona görə də, iddia qismən təmin edilməli, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən hesablanmış 207.36 (iki yüz yeddi otuz altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(015)-1145/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən hesablanmış 207.36 (iki yüz yeddi otuz altı) manat məbləğində borc silinsin. İddia tələbi 207.36 manat məbləği hissəsində rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-699/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-699/2024
07.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver