Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-706/2024 24.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəliyin qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, alğı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızı, X17, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, alğı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(061)-1161/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2022-ci il tarixli məktubundan görünür ki, X5 adına ünvan 1ndə yerləşən fərdi yaşayış evi X8 Bürosu tərəfindən qeydə alınmışdır. 15 avqust 2008-ci il tarixli, reyestrdə 2 V-171 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi Cavabdeh2 olmuşdur. Həmin ev 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi 06 iyun 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Kənan Rəhimlinin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır.
2. Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, X14 ilə Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 13 iyul 1956-cı ildə rəsmi nikaha daxil olmuşlar.
3. Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 10 fevral 1992-ci il tarixdə ölmüşdür;
4. Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, X14 12 oktyabr 2002-ci il tarixdə ölmüşdür.
5. Tərtər rayon qeydiyyat şöbəsinin 10 avqust 2022-ci il tarixli arayışlarından görünür ki, X12 01 sentyabr 1958-ci il tarixdə anadan olmuş, 19 fevral 2014-cü il tarixdə ölmüşdür.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2018-ci il tarixli, 2V-171 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi hesab edilmiş, şəhadətnamə verilən miras əmlak Mirbəşir Rayon Texniki İnventar Bürosu tərəfindən 30 noyabr 1987-ci il tarixdə verilmiş, 18 qeydə alma nömrəsi ilə kitabın 250-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 10 avqust 2018-ci il tarixli, 706 çıxış nömrəli arayışa əsasən mərhum X6 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m, yardımçı sahəsi 36.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2018-ci il tarixli, 2V-172 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi hesab edilmiş, şəhadətnamə verilən miras əmlak DTXK-nin Tərtər Rayon Şöbəsi tərəfindən 18 yanvar 2006-cı il tarixdə verilmiş, seriya nömrəsi JN 836A, KOD 61101004 olan Şəhadətnaməyə və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 08 avqust 2018-ci il tarixli, 702 çıxış nömrəli arayışa əsasən mərhum X6 məxsus Tərtər Şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Tərtər Rayon İHB-nin Tərtər Şəhəri İƏD üzrə Nümayəndəliyinin 31 iyul 2018-ci il tarixli arayışında Tərtər Rayon Notariat Kontoruna bildirilmişdir ki, 12 oktyabr 2002-ci il tarixdə vəfat etmiş X5 təsərrüfatında oğlu Cavabdeh2 qalmışdır.
8. 7 saylı Bərdə Ərazi İdarəsinin X6 məxsus fərdi yaşayış torpağı ilə bağlı 08 avqust 2018-ci il tarixli arayışı ilə bildirilmişdir ki, həmin torpaq üzərində hər hansı məhdudiyyət və yüklülük yoxdur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 avqust 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Tərtər Şəhəri F.Qulami 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 78.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüquqları ilə Cavabdeh2 adına qeydə alınmışdır.
10. AN-İ seriyalı ******* nömrəli 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini alıcı X2.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, alğı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 15 avqust 2018-ci il tarixli 2V-171 reyestr qeydiyyat nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak xidmətində aparılmış reyestr qeydiyyatının, həmin çıxarış əsasında aparılmış 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında əldə edilmiş 06 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddiaçının atası X4 miras qalmış ünvan 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının doğulub böyüdüyü ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini 1961-ci ildə atası Ərşad Mirzəyev inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Atası vəfat edəndən sonra həmin evdə 2014-cü ilədək mərhum qardaşı Sənan Mirzəyev yaşamış, sonuncu vəfat edəndən sonra isə ev bağlı qalmış, digər qardaşı Cavabdeh2 ailə üzvlərinin xahişi ilə evə nəzarət etmişdir. İddiaçının xəbəri olmadan qardaşı Cavabdeh2 15 avqust 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinə dair adına çıxarış almış, həmin çıxarış əsasında isə 12 may 2022-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə evi X2. Cavabdeh2 bu hərəkətlərindən nəinki iddiaçının, hətta digər mərhum qardaşı Sənan Mirzəyevin övladlarının xəbəri olmamışdır. Çünki hamıya həmin əmlakdan miras pay düşməlidir. Cavabdeh2 şəxsi evi ola-ola miras qalan evə məqsədli, yəni evin sahibsiz qalmasından sui-istifadə edib, ondan istifadə etmiş və heç kimə bildirmədən evi nə iddiaçının, nə də mərhum qardaşı Sənanın ailə üzvlərinin razılığı olmadan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına sənədləşdirmiş, sonra isə başqa şəxsə satmışdır. Söhrab evi öz adına sənədləşdirərkən onunla razılaşmalı və notariat qaydada həmin sənədləşdirməyə razılıq alınmalı idi. Bundan əlavə, notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən olunmalı və vərəsələrin hər birinə məlumat verilməli idi.
13. Birinci instansiya məhkəməsi tərəfindən X17 işə üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(061)-1161/2022 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və mərhum qardaşı Sənan Mirzəyev qanun üzrə vərəsələr olsalar da, onlar bu hüquqlarından istifadə etməmiş, mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulan müddətlər çərçivəsində notariat kontoruna müraciət etməmiş, mirası idarə etməmiş, miras mülkdə yaşamamışlar. Həmçinin mülk sahibləri tərəfindən onlara münasibətdə vəsiyyətnamə qoyulmamışdır. Beləliklə də, onlar nə qanun üzrə vərəsə kimi hüquqlarından istifadə etmiş, nə də vəsiyyət üzrə vərəsə kimi tanına bilməmişlər.
16. Məhkəmə hesab etmişdir ki, hazırda ailə üzvləri arasında mübahisə olsa da, miras mülk Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmiş, təmir edilmiş və qanuna müvafiq olaraq əldə edilmiş 15 avqust 2018-ci il tarixli, V173 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ******* saylı çıxarış əsasında 12 may 2022-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Tərtər rayon sakini X1. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yoxdur. Məhkəmə, alqı-satqı müqaviləsi əsasında X11 mübahisələndirilən fərdi yaşayış evini vicdanlı şəkildə əldə etməsi və mülkiyyət hüquqlarının artıq həmin çıxarış əsasında dövlət qeydiyyatından keçirilməsini nəzərə almışdır.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 389.1, 392.1, 1133, 1134, 1145, 1146, 1246, 1243.2, 1151, 1157, 1157- 1.1, 1157-1.2, 1159-cu, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(061)-1161/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mirasın harada yerləşməsindən asılı olmayaraq onun atasının mirasından məcburi pay almaq hüququ olmasına, eləcə də mirasdan məhrum edilməsi barədə hər hansı məhkəmə qərarı, vəsiyyətnamə və.s olmadığı halda mirasdan məcburi pay almaq hüququndan məhrum edilmişdir. Atası vəfat etdikdə onunla birlikdə yaşayan mərhum qardaşı Sənan olmuşdur və miras faktiki olaraq onun tərəfindən qəbul edilərək idarə edilmişdir. Qardaşı Sənan 2014-cü ildə miras qalmış evdə öldürülmüş və bu cinayət hadisəsi ilə əlaqədar Səxavət adlı şəxs azadlıqdan məhrum edilmişdir. Atalarının vəfatı ərəfəsində, yəni 2001-ci ildə ağır xəstə olarkən də onun bütün müalicə xərclərini yanında yaşayan oğlu kimi qardaşı Sənan çəkmiş, atalarının dəfn xərcləri, qəbirüstü xatirə abidəsi, habelə yas mərasiminin xərcləri də qardaşı Sənan və qismən onun tərəfindən çəkilmişdir. Əgər belə olmasaydı, Cavabdeh2 atalarından miras qalmış əmlakı 2002-2014-cü illərdə ələ keçirməyə çalışardı. Bundan əlavə, notariat ofisi tərəfindən onun vərəsəliyə çağırılmaması faktı məhkmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə tərəfindən işə cəlb edilmiş X17 məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini 70000 manat müqabilində almışdır. Lakin alqı-satqı müqaviləsində əmlakın dəyəri 30000 manat göstərilmişdir. İşin qeyd olunan halları məhkəmə qətnaməsində göstərilməmiş və hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və L.S.Süleymanovdan ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı atasının ölümündən sonra mirasın onun tərəfindən faktiki qəbul edilməsini bildirsə də, lakin sonuncunun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, iddia ərizəsindən, habelə İddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, sonuncu mərhum atası X5 ölümündən sonra miras qalmış əmlakı faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. İddiaçı apellyasiya kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ər evində yaşamağa başlamış və tez-tez gedib mərhum atasına baş çəkmişdir. Mərhum atası 2002-ci ildə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır.
23. Göründüyü kimi, mərhum X4 miras qalmış əmlakın onun qızı (iddiaçı) İddiaçı tərəfindən faktiki qəbul edilməsi sübut olunmur.
24. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.
25. İşin hallarını bu aspektən araşdıran məhkəmə müəyyən etmişdir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilmədiyindən, iddia tələbinin qalan hissəsi, yəni Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə həmin şəhadətnamə əsasında verilmiş digər sənədlərin (çıxarış, alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş çıxarış) etibarsız hesab edilməsi hissəsinin təmin olunması da mümkünsüzdür.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 389.1, 567, 600.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1, 1243.2, 1243.3, 1246-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
27. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 81/2024 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı tələblərini (alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələblərə Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq göstərmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ər evində yaşamağa başlamış və tez-tez gedib mərhum atasına baş çəkmişdir. Mərhum atası 2002-ci il tarixdə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır, sonuncunun ailəsi isə Bakı şəhərində yaşamışdır. Belə ki, qardaşı Sənan Mirzəyev 1991-ci il tarixdə işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Lakin, ataları Ərşad Mirzəyev 2002-ci il tarixdə vəfat etdikdən sonra mübahisəli mülkdə Sənan yaşamışdır. Sənan 2014-cü il tarixdə həmin evdə qətlə yetirilmişdir. Cavabdeh2 isə 1992-ci il tarixdən Rusiya Federasiyasına getmişdir və atası öləndən sonra Azərbaycana gəlsə də, o həmin mülkdə yaşamamışdır. Söhrab 2015-ci il tarixdə Bakı şəhərindən Tərtər rayonuna qayıtmış və miras qalmış evdə yaşamağa başlamışdır. Hesab edir ki, mübahisəli evdən köçüb getsə də, mülk atalarına məxsus olduğu üçün onunda həmin mülkdə payı vardır. Həmçinin, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin satılmasından əvvəllər məlumatı olmamış, lakin bu barədə xəbəri 2022-ci ilin may ayından olmuşdur .Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
32. İş üzrə cavabdehlər Tərtər rayon notariat ofisinin nümayəndəsi, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızı, X17 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
38. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
39. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
41. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
47. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
48. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
51. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
52. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
53. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
54. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
55. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı
56. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
57. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
59. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
60. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
61. Maddə 9. Bənd 1. Fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; Bənd 2. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; Bənd 3. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
62. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
63. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
74. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
75. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
76. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
77. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
78. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
79. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
80. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
82. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
83. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
85. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
87. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməsi nəticəsinə gəlmişdir.
88. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
89. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
91. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
92. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
93. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır
94. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
95. Məhkəmə Kollegiyasında iş materialları ilə müəyyən edilir ki, mərhum X5 mülkiyyətində ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m olan fərdi yaşayış evi olmuşdur. Sonuncunun 12 oktyabr 2002-ci il tarixdə ölümündən sonra qeyd olunan əmlaka miras açılmışdır. Sonuncunun uşaqları - birinci növbəli vərəsələri qızı İddiaçı, X12 və Cavabdeh2 olmuşlar. Miras qoyanın oğlu Cavabdeh2 notariat kontoruna müraciət edərək atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və onun adına 15 avqust 2018-ci il tarixli, 2V-171 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak vərəsə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Lakin, digər vərəsə olan İddiaçı mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişdir.
96. Qeyd edilməlidir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
97. Göründüyü kimi, Tərtər rayonu dövlət notariat kontoru tərəfindən Cavabdeh2 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V-172 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən iddaçının heç bir məlumatı olmamışdır və o miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur.
98. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hansı sübutlara istinad etdiyini qeyd etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Halbuki, iddiaçının “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən məlumatlı olması barədə sübutları cavabdeh tərəf təqdim etməli idi. Ancaq, cavabdeh tərəf belə bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya təkrar olaraq vurğulayır ki, Tərtər rayonu dövlət notariat kontoru tərəfindən Cavabdeh2 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V-172 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən iddiaçı məlumatlandırılmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur.
99. Bundan başqa, vərəsə olan İddiaçı mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsə mübahisəli miras əmlakını qəbul etmişdir.
100. M əhkəmə kollegiyası qeyd edir ki, mərhum X14 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair qızı Cavabdeh2 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur.
101. M əhkəmə kollegiyası belə olan halda hesab edir ki, İddiaçı cavabdeh X7 qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m, yardımçı sahəsi 36.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinnə və Tərtər Şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair verilmiş 15 avqust 2018-ci il tarixli reyestrdə 2V- 171 və 2V-172 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbində haqlı olmuşdur. Ona görə də, həmin şəhadətnamə etibarsız hesab edilməlidir.
102. Bundan əlavə, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini alıcı X2. Bundan sonra fərdi yaşayış evi 06 iyun 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Kənan Rəhimlinin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır.
103. Məkhəmə kollegiyası qeyd edir ki, iddianın alğı-satqı müqaviləsinin və mübahisəli əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair hissəsində mübahisəli əmlakın üçüncü şəxsə satılıb-satılmamasını və şəxsin vicdanlı əldə edibetməməsi ilə bağlı Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymət verilməlidir.
104. Əvvəla, mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır.
105. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb.
106. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.
107. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
108. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüqüqunu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin, məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir.
109. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.
110. Hazırkı halda, alıcı X17, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh2 satın alıb.
111. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, habelə və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh2 ilə X17 arasında notarial qaydada xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən iddiaçının iddiası olmayıb və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə X15 məlum olmamışdır. Çünki, yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan 03 aya yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
112. Göründüyü kimi, X17 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və fərdi yaşayış evi əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır.
113. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
114. Məhkəmə iddianın ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, miras əmlakı alqı-satqı yolu ilə əldə edən X17 əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V-172 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı, o, vurulmuş ziyanla bağlı Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.
115. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
116. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
117. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
118. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
119. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
120. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
123. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
124. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
125. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
126. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(061)-1161/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Tərtər rayonu dövlət notariat kontoru tərəfindən Cavabdeh2 adına qeydə alınmış 15 avqust 2018-ci il tarixli, reyestrdə 2V-171 və 2V-172 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.