Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-707/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19.12.2*23-cü il tarixli, 2(125)- 6565/2*23 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 19.12.2*23-cü il tarixli, 2(125)-6565/2*23 saylı qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı Cavabdeh1 və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “müqavilənin və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkil) X3 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-6565/2*23 saylı, 19.12.2*23-cü il tarixli qətnaməsini ləğv edib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə dair onunla Cavabdeh1 arasında bağlanmış kimi göstərilən *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsini və alqı-satqıdan sonra Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış 29.*8.2*22-ci il tarixli 1522*22734 nömrəli dövlət qeydini etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onundur. Cavabdeh1 onun qardaşı Qabilin oğul nəvəsidir, subaydır, atası Vüqarın ailə üzvü olaraq onun evində yaşayır. Onlara həyətində ayrıca çıxışı olan yaşayış evi vermişdir. O, 8* yaşlı qoca, hərf bilmir, ancaq imza etməyi öyrənmişdir. Ülvün keçən ilin yayında qeydiyyatda olmamasını bildirib, onu evə qeydiyyata salmağı xahiş etmişdi. Onun xahişində fırıldaq görməmişdir. Vətəndaşı ev qeydiyyatına necə və harda götürülməsini də bilmir. Ülvün onu avtomaşına mindirib, “Metallurq" stadionun yanında bir yerə aparıb, bir sənədə imza etdirdi. Həmin sənəd evinin *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsi imiş, sonralar öyrənmişdir ki, orada guya evini ona 2*.*** manata satmağı yazılmışdır. Halbuki o, nəinki evi, heç nə satmamış, ondan 1 manat da olsa, pul almamışdır. Orada necə yaşamışdırsa, yenə də o qaydada və o hüquqla yaşayır. Evin bütün şəraiti, hətta qarajı və tövləsi var, onun dəyəri 2*.*** manat deyil, 1**.*** manatdan, yəni 5 dəfədən artıqdır. Cavabdeh1 nadinc cavandır, adam bıçaqlamağa görə dəfələrlə polisə düşmüşdür. Son dəfə o, ölüm işinə görə tutulmuşdu, bir neçə ay həbsxanada qalandan sonra evə buraxıldı. Evinin qeydiyyatından çıxarılmasını bildirib, yenidən qeydiyyata düşmək niyyətəini deyəndə, etiraz etməmişdir. Bu yaxınlarda Ülvün onu saymayıb, ailə üzvlərini incidəndə, özü də “ev mənimdir” - deyəndə, onun saxlanca verdiyi sənədləri oxutdurub, aldadılmağını, evinin onun adına keçirilməsini, yəni ona tələ qurulmasını anlamışdır. X2 yaşamaq istəmədiyindən çoxdandır ki, şəhərdə kirayə ev tutub, yaşayır, amma qeydiyyatı onun evindədir. Onun arvad-uşağı isə onun yanında qalır, amma qeydiyyatları yoxdur. Sahiblə söhbət edib, bilmişdir ki, Ülvün ona hədə-qorxu gəlib, hansısa sənədə imza etdirmişdir. Yəqin ki, həmin sənəd evinin satılmasına razılıq ərizəsidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işin faktiki hallarını müəyyən edərkən səhvə yol vermiş, düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh onu aldatmaqla mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına nail olduğundan həmin müqavilə etibarlı hesab edilə bilməz. Belə ki, cavabdeh ondan onu mübahisələndirilən mənzilə qeydiyyata salmaq üçün xahiş etmiş və onu buna görə notariat ofisinə aparmışdır. Onun isə savadı və oxuma bacarığı olmadığından hansı məzmunlu sənədlərə imza etdiyini bilməmişdir. Qeydiyyatla bağlı sənədlərə imza etdiyini düşünmüş və imzalamağa etiraz etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmişdir. Əgər o, özünü bu məsələdə haqlı hesab etsə idi əlbəttə ki, məhkəmə iclaslarında iştirak edərdi. O, iddia ərizəsində qeyd etməklə məhkəmədə də bildirmişdir ki, mənzilin dəyəri 1**.*** manata yaxındır. O, nə üçün mənzili 2*.*** manata satmalı idi. Həmçinin bildirmişdir ki, cavabdeh ona hər hansı məbləğdə pul verməmişdir. Qanunun tələbinə görə alqı-satqı notariusun bankdakı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Lakin o heç bir banka getməmiş, bankdan pul almamışdır. Qeyd edilən məsələlər məhkəmə zamanı araşdırılmamış, qətnamədə iddiamın həmin əsaslarına qiymət verilməmiş, toxunulmamışdır. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsasların olmaması ilə bağlı gəldiyi nəticəni sübutlarla əsaslandırmamışdır. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, Cavabdeh1, Gəncə şəhəri 3 saylı Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq mübahisələndirdiyi alqı-satqı müqaviləsində satıcı qrafasındakı imzanın, həmçinin "xxxx" ASC-nin Kəpəz filialından 22*** manat pulun *8 avqut 2*22-ci il tarixdə alınmasına dair bank çekindəki imzanın ona məxsus olduğunu bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə əlaqəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə şikayət qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*8.2*22-ci il tarixli, qeydiyyat nömrəsi 1522*22734 olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı (yeni qaydalarla: Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan *8.*8.2*22-ci il tarixli, AN-İ 1**7843 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, R.Gəncəvi küçəsi, 65 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 22*** manata satmışdır. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş mübahisəli ünvandakı fərdi yaşayış evinin alğı-satqısına dair notariat işindən görünür ki, alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi Gəncə şəhəri 3 saylı notariat ofisinin notariusu tərəfindən Kapital bank ASC-nin Kəpəz filialına ünvanlanmış *8.*8.2*22-ci il tarixli məktubda göstərilir ki, “Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 22*** (iyirmi iki min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubuma əsasən Gəncə şəhəri V.Xuluflu küçəsi, 1-ci döngə ev 67-də qeydiyyatda olan İddiaçı verilməsi üçün bankınızda olan AZ1*AİİB41*4**1944**5266*1128 №-li depozit hesabına qəbul edilməsini xahiş edirəm”. Məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-nin Kəpəz filialından alınmış **44665 saylı çekdən görünür ki, İddiaçı *8.*8.2*22-ci il tarixdə "xxxx" ASC-nin Kəpəz filialından həmin çekə imza etməklə alqı-satqı müqaviləsinə görə 22.*** manat pul almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ev iddiaçıya məxsus olmuşdur. Cavabdeh1 onun qardaşı Qabilin oğul nəvəsidir, subaydır, atası Vüqarın ailə üzvü olaraq onun evində yaşayır. Onlara həyətində ayrıca çıxışı olan yaşayış evi vermişdir. O, 8* yaşlı qoca, hərf bilmir, ancaq imza etməyi öyrənmişdir. Ülvün keçən ilin yayında qeydiyyatda olmamasını bildirib, onu evə qeydiyyatına salmağı xahiş etmişdi. Onun xahişində fırıldaq görməmişdir. Vətəndaşı ev qeydiyyatına necə və harda götürülməsini də bilmir. Ülvün onu avtomaşına mindirib, “Metallurq" stadionun yanında bir yerə aparıb, bir sənədə imza etdirdi. Həmin sənəd evinin *8.*8.2*22-ci il tarixli 4Ə-146 nömrəli alqı-satqı müqaviləsi imiş, sonralar öyrənmişdir ki, orada guya evini ona 2*.*** manata satmağı yazılmışdır. Halbuki o, nəinki evi, heç nə satmamış, ondan 1 manat da olsa, pul almamışdır. Orada necə yaşamışdırsa, yenə də o qaydada və o hüquqla yaşayır. Evin bütün şəraiti, hətta qarajı və tövləsi var, onun dəyəri 2*.*** manat deyil, 1**.*** manatdan, yəni 5 dəfədən artıqdır. Cavabdeh1 nadinc cavandır, adam bıçaqlamağa görə dəfələrlə polisə düşmüşdür. Son dəfə o, ölüm işinə görə tutulmuşdu, bir neçə ay həbsxanada qalandan sonra evə buraxıldı. Evinin qeydiyyatından çıxarılmasını bildirib, yenidən qeydiyyata düşmək niyyətəini deyəndə, etiraz etməmişdir. Bu yaxınlarda Ülvün onu saymayıb, ailə üzvlərini incidəndə, özü də “ev mənimdir” - deyəndə, onun saxlanca verdiyi sənədləri oxutdurub, aldadılmağını, evinin onun adına keçirilməsini, yəni ona tələ qurulmasını anlamışdır. X2 yaşamaq istəmədiyindən çoxdandır ki, şəhərdə kirayə ev tutub, yaşayır, amma qeydiyyatı onun evindədir. Onun arvad-uşağı isə onun yanında qalır, amma qeydiyyatları yoxdur. Sahiblə söhbət edib, bildim ki, Ülvün ona hədə-qorxu gəlib, hansısa sənədə imza etdirmişdir. Yəqin ki, həmin sənəd evinin satılmasına razılıq ərizəsidir. Həmin sənədlərdən məlumatlı olmadığına görə məhkəmə müraciət etməli olmuşdur. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, dolayısıyla onun əsasında aparılmış qeydin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün imzaladığı müqavilənin məzmunu barədə məlumatı olmadığı ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, qeyd edilən evin özgəninkiləşdirməsini rəsmiləşdirən notariat ofisinə alqı-satqısı məqsədilə getdiklərini bilmişdir. İddiaçı tələbini həmçinin Cavabdeh1 tərəfindən aldadılaraq müqavilənin imzalaması ilə əsaslandırmışdır. Lakin daşınmaz əmlakın alqı-satqısına dair müqavilə aldatma olmadan bağlanıla bilməyən əqd deyildir. Bundan başqa, Cavabdeh1 aşkar edilsəydi, iddiaçının əqdi bağlamayacağı hallar barəsində susması işin tədqiq edilmiş hallarından müəyyən olunmur. Belə olan halda, iddiaçının aldadılmış tərəf kimi əqdi mübahisələndirməsi üçün əsaslar müəyyən olunmur. Bundan başqa, iddiaçı imzladığı müqavilənin məzmunu barədə məlumatsız olduğunu bildirmişdir. Lakin bu hal vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd kimi belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs kimi iddiaçının alq-satqı müqaviləsinin mübahisələndirməsinin əsaslılığı üçün kifayət deyil. Belə ki, iddiaçının razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və ya bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və ya tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması kimi əsaslar və ya vacib əhəmiyyətə malik digər hallar barədə yanılma sübuta yetirilmir. Məhkəmə həmçinin nəzərə alır ki, əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin iddiaçı tərəfdən Cavabdeh1 bildirilməsi, əqdin etibarsızlığı ilə bağlı mübahisə yarandığı üçün iddiaçının məhkəməyə müraciət etməsi işin hallarından müəyyən olunmur. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatla və tələbin faktiki əsasları bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin etibarsız hesab edilməsinə dair tələb təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-in 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 39*.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin Maddə 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. İddiaçı isə hazırki iddiasında mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb kimi cavabdehdən pul almadığını və notariat orqanına aldadılaraq aparıldığını göstərsə də, mıəhkəmə kollegiyası tərəfindən müvafiq banka sorğu edilmiş və 22.*** manat vəsaitin cavabdeh tərəfindən imza edilməklə alması müəyyən olunmuşdur. Beləliklə də, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinə, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 19.12.2*23-cü il tarixli, 2(125)-6565/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.*.1, 385.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 19.12.2*23-cü il tarixli, 2(125)-6565/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-707/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-707/2024
08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver