Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-712/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin naturada bölünməsi, cavabdehin və onun ailə üzvlərinin iddiaçıya məxsus torpaq sahəsində çıxarılması, həmin torpaq sahəsində yaradılan hər cür maneələrin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi, cavabdehin və onun ailə üzvlərinin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yaradılan hər cür maneələrin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)- 1597/2022 nömrəli qətnaməsindən idddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X28 oglu tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08.09.2020-ci il tarixli 1028 nömrəli arayışdan, AZ-İİ seriyalı 24988 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2003-cü il tarixdə ölmüşdür.
2. 08.09.2020-ci il tarixi 1028 nömrəli arayışdan görünür ki, X12 isə xx.xx.2010cu il tarixdə ölmüşdür.
3. Tovuz rayonu İcra hakimiyyəti Başçısının Əyyublu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2020-ci il tarixli, 1609 nömrəki arayışından görünür ki, tərəflərin valideynlərinin yaşamış olduqları həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi təsərrüfatbaşına kitabda Cavabdeh adına qeydə alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 04 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, X5, X7 ümumi birgə adına Tovuz rayonu Əyyublu kəndində JN-1834 sıra nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,26 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
5. Əyyublu bələdiyyəsinin sədri Dəmirov tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli 80 nömrəli arayışdan görünür ki, X9 vəfat etdikdən sonra ondan miras qalan 0,26 ha həyətyanı torpaq sahəsini onun oğlu Cavabdeh idarə edir və vergilərini o ödəyir.
6. Əyyublu bələdiyyəsinni sədri Dəmirov tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli 89 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum X2na məxsus torpaq sahəsinin üzərində 2 mərtəbəli yaşayış binası tikdirmişdir.
7. Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 xx.xx.1963-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində 42 nömrəli akt qeydi tərtib edilməklə nikaha daxil olmuşlar.
8. Doğum akt qeydi arayışlarından görünür ki, X13 04 mart 1956-cı ildə Tovuz rayonunun Əyyublu kəndində doğulmuşdur. X9 ilə X7 birgə nikahlarından xx.xx.1960-cı il təvəllüdlü X14, xx.xx.1858-ci il təvəllüdlü X15, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh Sakit oğlu, xx.xx.1965-ci ildə Cavabdeh və xx.xx.1954-cü il təvəllüdlü İddiaçı anadan olmuşlar.
9. Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinin 27 may 2022-ci il tarixli 1272 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2003-cü ildə ölmüş X4 qalmış miras əmlaka dair xx.xx.2013-cü il tarixində 2V-123 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
10. Aşağı Ayıblı kənd İH-nin nümayəndəsi X10 tərəfindən təsdiq edilən X7 vəsiyyətnaməsində göstərilmişdir : “Mən Tovuz rayonunun Aşağı Ayıblı kəndində yaşayan X3 rayonunun Aşağı Ayıblı kəndində yerləşən mənə məxsus olan 0.26 ha torpaq sahəmi və bütün mülkümü 1965-ci ildə anadan olmuş oğlum Cavabdeh” vəsiyyət edirəm.
11. Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli 2255 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli V-360 nömrəli vərəsəlik işi açılmışdır.
12. Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 827 nömrəli arayışında göstərilmişdir ki, X1nun adına olan JN-1834A nömrəli Torpağın Mülkiyyətinə verilməsinə dair Şəhadətnaməsi olan 0.26 ha torpaq sahəsində 1992-ci ildə tikilmiş ev vardır.
13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2003-cü il üzrə: xx.xx.2003cü il – giriş, xx.xx.2003-cü il – giriş, xx.xx.2003-cü il – çıxış, xx.xx.2003-cü il -giriş ; 2010-cu il üzrə xx.xx.2010-cu il -giriş, xx.xx.2010-cu il – çıxış, xx.xx.2010-cu il – giriş, xx.xx.2010-cu il – çıxış, xx.xx.2010-cu il – giriş, xx.xx.2010-cu il çıxış kimi qeydə alınmışdır.
14. JN-1834A kod 50300068 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997ci il tarixli 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini X9 və X7 mülkiyyətinə verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinə dair çəkilmiş xəritədə də hər iki evin miras qoyanın sağlığında tikildiyi öz əksini tapır və miras qoyanın adına qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi, cavabdehin və onun ailə üzvlərinin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yaradılan hər cür maneələrin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 26 may 2005-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Cavabdeh tərəfindən qanunsuz əldə edilmiş xx.xx.2013-cü il tarixli, 2V-123 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X1na məxsus olan ümumi sahəsi 0,26 ha torpaq sahəsinə iddiaçının vərəsəlik hüququnun müəyyən olunması, iddiaçının həmin 0,26 ha torpaq sahəsindən 0,13 ha hissəsinə dair payının müəyyən edilməsi və iddiaçı tərəfindən tikilmiş evin həmin 0,13 ha hissəyə aid edilməsi şərti ilə torpaq sahəsinin naturada bölünməsi, Cavabdeh və onun ailəsinin iddiaçıya məxsus 0,13 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yaradılan hər cür manelərin aradan qaldırılması, cavabdeh və digər şəxslərin iddiaçıya məxsus əraziyə qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon Əyyublu kəndində xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X2nun JN-1834 sıra nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə məxsus olan ümumi sahəsi 0,26 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yerləşən mərhum atasından qalmış evdə qardaşı Cavabdeh hazırda ailəsi ilə birlikdə yaşayır. Atalarından miras qalmış yurdda övladları olaraq bərabər şəkildə torpaq sahəsinə bərabər şəkildə hüquqlarının olmasına baxmayaraq qardaşı hüquqlarını aşaraq ona məxsus torpaq sahəsində təsərrüfat işləri aparmış, orada ona tikilmiş olan, evə qeyri-qanuni sahiblənməklə haqqı olan, ona məxsus evi və torpaq sahəsini faktiki olaraq zəbt etmişdir. Hətta onun Rusiya Fedarasiyasında yaşamağından istifadə edərək tikdirmiş olduğu evdə bəzi söküntü işləri aparmış və onun Azərbaycan Respublikasında yaşayan ailəsinin hazırda həmin əraziyə daxil olmasına maneçiliklər yaratmaqla onu mülkiyyətindən məhrum edir. Qardaşına dəfələrlə etdiyi xəbardarlığa baxmayaraq buna məhəl qoymamışdır. Nəticədə onu öz mülkiyyətində olan evdən və torpaq sahəsindən istifadə etməyə qoymamışdır. X2 xx.xx.2003-cü il tarixdə, anası X12 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Mərhum X2 mərhum anası X12 ilə xx.xx.1963-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində 42 nömrəli akt qeydi tərtib edilməklə nikaha daxil olmuşlar və birgə nikahlarından o və digər uşaqlar anadan olmuşlar. Atasından qalmış ərazinin abadlaşmasında hər il o da iştirak etmişdir. Özü Rusiyada yaşamasına baxmayaraq onun övladları baba yurduna gələrək onlarla qohumluq əlaqələri yaratmışdır. Tovuz rayonu Əyyublu kəndində yerləşən JN-1834 sıra nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum atasına məxsus olan 0,26 ha torpaq sahəsinin ½ hissəsi üzrə qanun üzrə vərəsədir. Digər qardaşlarından heç biri həmin ərazidən pay istəmirlər. Mübahisə təkcə qardaşı Cavabdeh və onun ailə üzvləri ilədir. Vəsiyyətnamə notarial qaydada təsdiq edilməmişdir. Yəni, rayonda notariat orqanının olmasına baxmayaraq vəsiyyətnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi yol verilməzdir.
17. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək göstərmişdir ki, anasının ölümündən 12 il keçəndən sonra qardaşı torpaqdan pay istəyir ki, bununa bağlı da qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Anasının ölümündən sonra qardaşı bir gün də olsa belə orada yaşamamışdır. Hətta anasının dəfn mərasimində belə iştirak etməmişdir. O uzun illərdir Rusiya Federasiyasında yaşayır. Tikdirdiyi evi, yarımçıq tikilini anasının sağlığında təxminən 1992-ci ildə tikdirmişdir, yəni həmin tikili miras açıldığı vaxt artıq mövcud idi.
18. Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1597/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən qeyd etmişdir ki, bələdiyyə sədri tərəfindən verilmiş hər iki arayış notariat orqanına vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün hazırki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmişdir. Birinci təqdim edilmiş arayışda X9 vəfat etdikdən sonra ondan miras qalan 0,26 ha həyətyanı torpaq sahəsinin onun oğlu Cavabdeh tərəfindən idarə edilməsi göstərilmişdir. Yəni ondan miras qalmış əmlak təkcə Məqsəd tərəfindən idarə edimişdir. Bu da o deməkdir ki, miras əmlak yalnız onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. İkinci arayışda isə göstərilmişdir ki, İddiaçı mərhum X2na məxsus torpaq sahəsinin üzərində 2 mərtəbəli yaşayış binası tikdirmişdir. Göründüyü kimi hər iki arayış eyni bələdiyyə sədri tərəfindən 9 gün fərqi ilə verilmişdir. Mirası qəbul etməyən vərəsə tərəfindən həmin torpaq sahəsində vərəsə kimi tikilinin aparılması inandırıcı deyildir. Çünki bələdiyyə sədri ilk verdiyi arayışda mirasın təkcə Məqsəd tərəfindən qəbul edildiyini qeyd etmişdir. İddiaçı qeyd edilən arayışdan başqa mərhum valideynlərindən miras qalmış əmlakı qəbul etməsinə, idarə etməsinə, sahiblik etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı vəsiyyətnaməni mübahisləndirmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmənin qənaətinə görə mübahisə edilən əmlakın iddiaçı tərəfindən qəbul edilməsi təsdiqini tapmadığından iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyildir.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı, ohun nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilərək Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1597/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsini yalnız iddiaçının subyektiv hüququnun olmaması əsası ilə əsaslandırmağa çalışmış, iddiaçı tərəfin hüquqi dəlillərinin heç birinə hüquqi münasibət bildirməmişdir. Halbuki, məhkəmə işin bütün hallarına iddia tələbinin hüquqi əsasına münasibət bildirmədən hansı əsasla iddia tələbinin əsassız olduğuna dair mövqeyini nümayiş etdirmədən, belə bir qeyri-müəyyən halların qaldığı şəraitdə qətnamə qəbul edə bilməz, bu ən başlıcası ədalət mühakiməsinin təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Ümumiyyətlə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020 və xx.xx.2022-ci il tarixli qərarlarına əsasən təkcə subyektiv hüququn olmadığına görə iddianı rədd edilməsi ilə razı deyil. Halbuki, subyektiv hüququn mövcudluğu işdən görünür. Bundan başqa, məhkəmə Əyyublu bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışı əsassız olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Həmin arayışla müəyyən olunur ki, iddiaçı mərhum atasına məxsus olan torpaq sahəsi üzərində ikimərtəbəli yaşayış binası tikmişdir. Vəsiyyətnamənin etibarsızlığı ilə bağlı əvvəla onu qeyd edir ki, vəsiyyətnamə notarial qaydada təsdiq edilməmişdir. Belə ki, rayonda notariat orqanının olmasına baxmayaraq vəsiyyətnamənin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməsi yolverilməzdir. İkincisi miras qalan əmlak üzərində vəsiyyətnamə qoyan şəxsin mülkiyyət hüququ yoxdur. Əks halda çıxarışın dövlət qeydiyyat nömrəsi sözügedən vəsiyyətnamədə yer alardı, haqlı olaraq sual yaranır ki, miras qalan əmlakın çıxarışı var idisə nə üçün notarial qaydada vəsiyyətnamə təsdiq edilməmişdir və ya icra hakimiyyəti üzrə nümayəndəlikdə bununla bağlı heç bir qeyd yoxdur. Miras qoyan özünə məxsus olmayan əmlakı qanunsuz şəkildə icra hakimiyyəti üzrə nümayəndəliyində vəsiyyət etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Vəsiyyətnamədə şahid kimi iştirak edən X8 xx.xx.1994-cü il təvəllüdlüdür, vəsiyyətnamənin tərtib edildiyi xx.xx.2005-ci il tarixdə onun 11 yaşı olmuşdur. Həm də o nümayəndə olan Məleykə Kərimovanın övladıdır. Vəsiyyətnamə etibarsız hesab edilməyəcəyi halda belə iddiaçının mirasda məcburi pay hüququ vardır. İddiaçı miras əmlak olan torpaq sahəsi üzərində mərhumun ölümündən sonra ev tikmişdir, şəxsin həmin əmlaka gözlənti ilə mülkiyyət hüququ vardır. Bələdiyyə mirasın qəbulu faktını müəyyən edən orqan deyildir və əgər belə bir arayış versə belə məhkəmənin həmin arayışı mötəbər sübut kimi qəbul etməsi absurd və qanunsuzdur. Bir arayış əmlakın cavabeh tərəfindən idarə edilməsini və vergilərinin ödənilməsini qeyd edir, digər arayış isə həmin torpaq sahəsində iddiaçı tərəfindən 2 mərtəbəli ev tikildiyini bildirir. Bu arayışlarda ziddiyyətli heç nə yoxdur, sadəcə mövcud faktın təsdiq edilməsidir. Miras əmlakı hər iki qardaş faktiki qəbul edib, 0.13 ha torpaq sahəsində iddiaçı, 0.13 ha torpaq sahəsində isə cavabdeh ev tikmişdir. Birinci instansiya məhkəməsi miras əmlak üzərində iddiaçının tikili tikmədiyini müəyyən etmiş, lakin bu məsələ qətnamədə hər hansı bir dəlillər sübut olunmur. Əksinə bələdiyyə arayışı ilə miras əmlakda iddiaçı tərəfindən ikimərtəbəli evin tikildiyi təsdiq edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı atasının ölümündən bir neçə gün sonra (atası 01 noyabr 2003-cü il tarixdə vəfat etmişdir) 15 noyabr 2003-cü il tarixində ölkəyə giriş etmişdir. Atasının ölümü barədə iddiaçıya məlumat gec verilmişdir, ona görə də dəfnində iştirak edə bilməmişdir. Lakin atasının vəfat xəbərini öyrənən kimi bir neçə gün ərzində rayona gəlib yas mərasimlərində iştirak etmişdir. Həmçinin iddiaçı ondan sonra da ölkəyə dəfələrlə giriş etmişdir. Bu hal iddiaçının atasının dəfn mərasimlərində iştirak etdiyi ondan miras qalan əmlakı faktiki qəbul etdiyini təsdiq edir. Bundan başqa bildirir ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində atasının ölümündən sonra ev tikilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə qardaşdırlar. Onların ataları Kərim Mirzəyev 01 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. Cavabdeh atasının dəfn və yas mərasimini keçirmiş, mirası qəbul etmişdir. Hazırda iddiaçının nümayəndəsi bildirir ki, mirası iddiaçı faktiki olaraq qəbul etmişdir və ona əsaslanır ki, iddiaçı atası vəfat etdikdən sonra həmin torpaq sahəsində ev tikmişdir. Qeyd edilən hal tamamilə əsassızdır. Belə ki, həmin torpaq sahəsində tikilən ev miras qoyanın sağlığında tikilmişdir, həmin ev artıq miras açıldığı zaman mövcüd olmuşdur. Evin tikilmə tarixinə dair Kənd İcra Nümayəndəliyi tərəfindən müvafiq arayış məhkəməyə təqdim olunmuşdur. İddiaçı uzun illər Rusiya Federasiyasında yaşayır. Onun Bakı şəhərində mənzili var və Azərbaycana gələrkən həmin evdə yaşayır. İddiaçının nümayəndəsinin izahatı onun mülahizələridir və bu halları təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Evin guya miras qoyan ölən kimi 2004-cü ildə tikildiyini bildirmişdir. Əslində isə iddiaçı mirası qəbul etməmişdir. İddiaçının ailə üzvlərindən hər hansı birinə mirası onun adından qəbul etməsinə dair etibarnamə verməsi, bu etibarnamə əsasında onun ailə üzvlərinin iddiaçının adından mirası qəbul etmək barədə qanunvericiliklə müəyyən olunmuş müddətdə notariat orqanına ərizə verməsi və ya etibarnamə əsasında faktiki qəbul edərək mirasda yaxılaşdırma işlərinin aparılmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş 0,26 ha torpaq sahəsinə dair şəhadətnamədə çəkilmiş xəritədə də hər iki evin miras qoyanın sağlığında tikildiyi öz əksini tapır və miras qoyanın adına qeyd edilmişdir. İddiaçı tərəfindən mirasın qəbul edilmədiyi şəksiz sübüt olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. İş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada təkrar xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, cavabdeh nümayəndə və vəkili ilə təmsil olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil isə məhkəmə kollegiyasına məlumat göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
32. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
35. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)- 1597/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 0.26 ha Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini X9 və X7 mülkiyyətinə verilmişdir. X9 xx.xx.2003-cü il tarixdə, X12 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X1 mərhum X12 ilə xx.xx.1963-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində 42 nömrəli akt qeydi tərtib edilməklə nikaha daxil olmuşlar və birgə nikahlarından Tofiq, Lətif, Məqsəd, Məqsəd və Akif uşaqları olmuşdur. İddiaçının iddiasına görə sözügedən torpaq sahəsində yerləşən mərhum atasından qalmış evdə qardaşı Cavabdeh hazırda ailəsi ilə birlikdə yaşayır. Atalarından miras qalmış torpaq sahəsinə bərabər şəkildə hüquqlarının olmasına baxmayaraq qardaşı hüquqlarını aşaraq ona məxsus torpaq sahəsində təsərrüfat işləri aparmış, orada ona tikilmiş olan, evə qeyri-qanuni sahiblənməklə haqqı olan, ona məxsus evi və torpaq sahəsini faktiki olaraq zəbt etmişdir. Hətta onun Rusiya Federasiyasında yaşamağından istifadə edərək tikdirmiş olduğu evdə bəzi söküntü işləri aparmış və onun Azərbaycan Respublikasında yaşayan ailəsinin hazırda həmin əraziyə daxil olmasına maneçiliklər yaratmaqla onu mülkiyyətindən məhrum edir. Qardaşına dəfələrlə etdiyi xəbrdarlığa baxmayaraq həmin evdən və torpaq sahəsindən istifadə etməyə qoymamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən JN-1834 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum atasına məxsus olan 0,26 ha torpaq sahəsinin qanun üzrə vərəsəsidir.
46. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən miras qalmış əmlak təkcə Cavabdeh tərəfindən idarə edilməsinə, İddiaçı mirası qəbul etmədiyindən onun tərəfindən həmin torpaq sahəsində vərəsə kimi tikilinin aparılması inandırıcı olmamasına, iddiaçının qeyd edilən arayışdan başqa mərhum valideynlərindən miras qalmış əmlakı qəbul etməsinə, idarə etməsinə, sahiblik etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməməsinə və beləliklə də vəsiyyətnaməni mübahisləndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad etmişdir.
47. Apellyasiya şikayətinin dəlillərində isə iddiaçı vəsiyyətnamənin etibarsızlığına dair 3 dəlil – nümayəndəlik tərəfindən təsdiq edilməsi, vəsiyyət edənin miras əmlak üzərində mülkiyyət hüququnun olmamasını və vəsiyyətnamənin şahidlərə dair qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyini göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, İddiaçı mirası nə faktiki nədə ki, notariat qaydada ərizə verməklə rəsmi qaydada qəbul etməmiş, iddiaçı, məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə - vaxtında müraciət etməmiş və baxılan işdə bu barədə heç bir subut yoxdur.
48. Bundan başqa, iddiaçının digər dəlili bələdiyyə sədri tərəfindən verilmiş arayışların iş üzrə sübut kimi qiymətləndirilməsini mübahisələndirmişdir ki, bununla bağlı isə kollegiya qeyd edir ki, Məhkəmə Kollegiyasına təqdim edilmiş, Tovuz rayon İHB Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 827 saylı arayışından görünür ki, X1nun adına olan JN-1834A nömrəli Torpağın Mülkiyyətinə verilməsinə dair Şəhadətnaməsi olan 0.26 ha torpaq sahəsində 1992-ci ildə tikilmiş ev vardır.
49. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, miras torpaq sahəsində onun tikdiyi ev vardır və həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, 0,26 ha həmin torpaq sahəsində tikilən ev miras qoyanın sağlığında 1992-ci ildə tikilmişdir, həmin ev artıq miras açıldığı zaman mövcüd olmuş və mirasın kütləsinə aid deyildir. Yəni mübahisələndirilən evə aid təqdim edilmiş fotoşəkillərdən də aydın olur ki, ev köhnə tikilidir, təmirsizdir, orada yaşayış yoxdur. Evin iddiaçı tərəfindən 2004-cü ildə tikilməsinə dair işdə heç bir subut yoxdur. Halbuki, işdə olan JN-1834A kod 50300068 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997ci il tarixli 13 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini X9 və X7 mülkiyyətinə verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinə dair çəkilmiş xəritədə hər iki evin (834 A və 834 AN) miras qoyanın sağlığında tikildiyi öz əksini tapır və miras qoyanın X5 adına qeyd edilmişdir. Yəni həmin evlər Kərim Mirzəyevin sağlığında mövcud olmuşdur.
50. Bununlada birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(062)-1597/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.