Məhkəmə qərarları › İş №2(104)-722/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-722/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-722/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16.11.2*22-ci il tarixli, e-2(125)-1292/2*22 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və *7 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16.11.2*22-ci il tarixli, 2(125)-1292/2*22 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X29 miras qalmış və X35 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı, X29 miras qalmış və X3* tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın digər ½ hissəsinə X14 payının müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun nənəsi X36 adına olmuş və X55 21 noyabr 1977-ci ildə vəfat etmişdir. Onun babası X18 isə daha əvvəl, yəni *9 may 1974-cü ildə vəfat etmişdir. X55 və X11 5 övladı olmuşdur. X55 vəfat edəndən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yalnız onun anası X35 və dayısı X31 yaşamışlar. X31 31 yanvar 1998-ci ildə, anası X35 isə 25 avqust 2*21-ci ildə vəfat etmişlər. Həmin şəxslər öldükləri günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və analarından miras qalmış əmlakı qəbul etmişlər. X6 qalmış mirasın anası X35 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, X35 mirası öz adına rəsmiləşdirmədən vəfat etmişdir. Buna görə də miras əmlakda onun anasına çatası pay ona çatmalı idi. Lakin yaxın vaxtlarda o, anasının vəfatından sonra cavabdehlərin, yəni dayısı X15 vərəsələrinin və Cavabdeh2 onun xəbəri olmadan əvvəlcə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini yalnız öz adlarına keçirdikləri, daha sonra isə *7 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus miras payı Cavabdeh1 bağışladığı müəyyən olunmuşdur. Beləliklə də mülk bütövlükdə Cavabdeh1 adına keçmişdir. Buna görə vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, onun anası X19 payı ona çatmalı olduğu halda anasının ölümünə kimi sözügedən mülkdə yaşaması, bununla da nənəsindən qalmış mirası qəbul və idarə etməsi gizlədilmiş, ona hər hansı pay verilməmişdir. Əslində isə onun nənəsindən qalmış mirası anasının qəbul etməsi faktı mübahisəsiz olsa da, anası X35 mirası öz adına rəsmiləşdirmədən 25 avqust 2*21-ci il tarixdə vəfat etmişdir. X16 qalmış mirası isə hazırda o, qəbul etmişdir. Ona görə də sözügedən miras mülkdə anasına çatası pay ona çatmalı idi. Buna baxmayaraq cavabdehlər notariusu aldadaraq onu payından məhrum etmişlər. Öz növbəsində notarius da bunu etməli olduğu halda vərəsələrin axtarılması istiqamətində hər hansı tədbir görməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X76 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi qızının oğlu, Cavabdeh2 isə bibisi oğlunun arvadıdır. O, uşaq yaşlarından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedib-gəlmişdir. Buna görə də X19 199*-cı ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən gəlin köçdüyünü və 2***-ci ildə geri qayıdıb, özünə məxsus evdə yaşadığını, 2***-ci illərdən öldüyü günədək isə Cavabdeh2 razılığı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başladığını bilmişdir. İddiaçı isə yeni ailə qurması ilə əlaqədar anasının ölümündən bir neçə ay əvvəl həmin ünvandan anasının mülkiyyətində olan başqa bir evə köçmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X77 ifadəsində bildirmişdir ki, X19 nənəsi və onun nənəsi xala uşaqları olmuşlar. Buna görə də o, X19 yaşayarkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras pay tələb etmədiyini bilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamə maddi və prosessual normaların düzgün tətbiq edilməsi və pozulması ilə qəbul edilmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, mərhum Mahirə Məmmədova vəfat edənədək mirasqoyan anasının vəfat etməsi, ondan miras əmlak qalması ona açıqaydın bəlli olmuşdur. Buna baxmayaraq, mərhum qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Deməli, iddiaçının iddia etdiyi anasının mirası qəbul etməsi ümumiyyətlə mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq həll edilməli olduğu qənaətinə gəlmiş və buna görə də Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Halbuki, tərəflər arasında yaranmış hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin müvafıq normalarına uyğun həll edilməli idi. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, X19 2**7-ci il tarixdən vəfat etdiyi tarixədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Deməli, birinci instansiya məhkəməsi prosesual normaların pozulması ilə qəbul edilmişdir. Məhəməyə sübut kimi təqdim olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.1*.2*15-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X63 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X35 və İddiaçı ona məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 3-də yerləşən 4 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və onun iddiası təmin olunmuşdur. Məhkəməyə sübut kimi təqdim olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.*6.2*16-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X35 cavabdeh X48 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin olunmuşdur. Beləliklə kər iki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, vərəsələrin özlərinə məxsus evləri mövcud olmuş, hazırki mübahisəli miras əmlak heç kim üçün yada belə düşməmişdir. Çünki, həmın əmlaka dair heç bir vərəsənin, xüsusilə də Mahirə Məmmədovanın iddiası olmamışdır. Bu da o deməkdir ki, iddiaçının mərhum X91 miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mərhum X9 şəhəri, İ.Məmmədov küçəsi, 1-ci döngə, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən miras pay tələb etməmişdir. Ona görə də hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, X5 Zirəddin, Mahirə, Əqidə, İradə, Rüfət və Fəxrəddin adında altı övladı olmuş, onlardan Fəxrəddin iki yaşında ikən vəfat etmiş, digər övladları isə qaynanasının hələ sağlığında həmin evdən köçüb getmiş, mirası qəbul etməmişlər. X5 21 noyabr 1977-ci ildə ölümündən sonra miras qalmış evdə baldızı Mahirə Məmmədova və onlar, yəni əri Zirəddin Məmmədov, o və uşaqları yaşamışlar. Mahirə Məmmədova 199*-cı ildə ailə qurması ilə əlaqədar həmin evdən köçüb getmiş, lakin 2**7-ci ildə qayıdaraq yenidən həmin evdə yaşamağa başlamış və ölən günədək həmin evdə yaşamışdır. Lakin Zirəddin tərəfindən Mahirə üçün başqa ünvanda ev alındığına görə hesab edir ki, Mahirənin mübahisəli ünvandakı evdən ibarət mirasda payı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi – vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin məzmununa uyğun izahat verərək qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçının X91 anasından miras qalmış evdə yaşamış olsa da, lakin mirası qəbul etməmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia tələbi isə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, mərhum X91 miras qoyan X36 21 noyabr 1977-ci ildə ölümündən sonra mirası faktiki qəbul edərək miras evdə yaşamaqda davam etmiş, miras əmlakın idarə olunmasında iştirak etmişdir. X91 hələ ölməmişdən əvvəl həmin evdə payının olduğunu ona demişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyasının 22.*2.2*23-cü il tarixli iclasında iştirak etmiş üçüncü şəxs X39 anasının ölümündən sonra miras evdə qardaşı Zirəddin və bacısı Mahirənin yaşadığını, lakin evin bütün xərclərinin qardaşı Zirəddin tərəfindən ödənildiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və məhkəmə kollegiyasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə X36 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli kitabın 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 24.*8.2*21-ci il tarixli *5/Q- 1815/15 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1924-cü il tarixdə anadan olmuş və xx.xx.1977-ci il tarixdə vəfat etmiş X55 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X54” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 24.*8.2*21-ci il tarixədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.uşaq X4* *4.*4.1956-cı il 2.uşaq X3* *4.*9.1947-ci il (vəfat edib) 3.uşaq X37 25.*8.1953-cü il 4.uşaq X21 29.*1.195*-ci il İşdə olan AZ-İ seriyalı 587734 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X55 21 noyabr 1977-ci ildə ölmüşdür. İş materiallarında olan AA seriyalı 281875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mamedov Zirəddin İsfəndiyar oğlu *4.*9.1947-ci ildə anadan olmuş, atası X22, anası X41r. İşdə olan V-ЖГ seriyalı 259571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3* 31 yanvar 1998-ci ildə ölmüşdür. İş materiallarında olan ИЕ seriyalı 8994** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 *4 avqust 1953-cü ildə anadan olmuşdur. M.İ.Məmmədovanın atası X18, anası X42r. İş materiallarında olan İ-ЖГ seriyalı 392**4 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3* və Cavabdeh2 16 oktyabr 1976-cı ildə nikahlarını qeydə aldırmışlar. İşdə olan Vİİİ-ЖГ seriyalı 86221* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. X8, anası Cavabdeh2dır. İşdə olan “X54” AQİS-dən çıxarışdan görünür ki, X1* Azər Məmmədəli oğlu ilə 29.*1.2**5-ci ildə nikah bağlamış, X49 “Vəliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan 24 avqust 2*21-ci il tarixli, *5/Q-1816/14 nömrəli arayışın surətindən görünür ki, X14 vərəsələri atası X7 (vəfat edib), anası X29 (vəfat edib), arvadı Cavabdeh2, uşağı Məmmədova (Vəliyeva) Məryəm Zirəddin qızından, uşağı X23 və uşağı Məmmədova (Heydərova) Gülçin Zirəddin qızından ibarət olmuşdur. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V1513 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, 31.*1.1998-ci il tarixdə ölmüş X14 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X14 xx.xx.1977-ci ildə vəfat etmiş anası X43 məxsus olmuş ünvan 1 ünvanında istifadədə olan *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 21 oktyabr 2*21-ci il tarixli 3M-787 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 *7.1*.2*21-ci il tarixli 2V- 1513 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5-də yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan XVİ-JQ seriyalı 295793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1991-ci ildə anadan olmuşdur. X34, anası isə X24r. İşdə olan AZ-İİ seriyalı 213*59 nömrəli ölüm haqqında şəhadətamənin surətindən görünür ki, X35 25 avqust 2*21-ci ildə ölmüşdür. İşdə olan 31 may 2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X16 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə *1 iyul 2*22-ci il tarixli arayışdan görünür ki, Kirovabad şəhər Baş Arxitektura İdarəsi tərəfindən X64 fərdi yaşayış evinin tikintisi üçün 1951-ci il tarixli layihə verilmişdir. Kirovabad şəhəri Baş memarının təsdiq etdiyi 23.1*.1953-cü il tarixli fərdi yaşayış evinin qəbulu aktına əsasən Kirovabad şəhəri, Kooperativ küçəsində 198 kv. m. torpaq sahəsində X78 tərəfindən inşa edilmiş 26 kv. m. bir yaşayış otağı, 12 kv. m. eyvandan ibarət tikililər istismara qəbul edilmişdir. Kirovabad şəhər notariat kontorunun 29.*1.1954cü il tarixli, 1*-2458 saylı alqısatqı müqaviləsinə əsasən Kirovabad şəhəri, Kolxoz küçəsi, 1-ci döngə, 56 saylı fərdi yaşayış evi X78 tərəfindən X13. Kirovabad şəhər notariat kontorunun 12.*4.1954-cü il tarixli 36-9556 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk (26.* kv.m. bir yaşayış otağı, 12 kv.m. eyvan, 1* kv.m. zirzəmi) X95 tərəfindən X3. X43 hazırda ünvanı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 olan fərdi yaşayış evinə xx.xx.1992-ci il tarixli 7348 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinə X36 adına 2*.*9.2*21-ci il tarixli 1521*24172 qeydiyyat nömrəli nömrəli çıxarış verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin *7.1*.2*21-ci il tarixli 2V-1513 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X14 vərəsələri Cavabdeh1 və Cavabdeh2 İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evindən bərabər hissədə pay almalı olduqları, miras əmlak vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X3* vəfat etmiş anası X43 məxsus olmuş bu ünvanda *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarət olduğu göstərilmişdir; 3M-787 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 İsrafil Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evinə (istifadəsində olan *,**48 hektar torpaq sahəsində yerləşən tikili “A”-da 25,7 kv. m. bir yaşayış otağı, 12 kv.m. köməkçi sahə, 1*,3 kv.m. zirzəmi) 2*.1*.2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2*22-ci il tarixli 22332***7*74 nömrəli arayışın surətindən görünür ki, Kirovabad şəhəri 1 saylı notariat kontorunun *9.*3.1989-cu il tarixli 4-4-436 saylı alqı-satqı müqaviləsinə əsasən X65 məxsus Kirovabad şəhəri, Lermantov küçəsi, 1-ci dalan, 5 saylı ünvanda yerləşən “A-da 42,5 kvadrat metr iki yaşayış otağı, 2*,5 kvadrat metr örtülü eyvan, 14,9 kvadrat metr mətbəx, tikili “B-də 47,5 kvadrat metr iki yaşayış otağı, 8,5 kvadrat metr və 2*,9 kvadrat metr anbar, 8,4 kvadrat metr mətbəx, 17,6 kvadrat metr və 16 kvadrat metr hamam, 8,7 kvadrat metr əl damından ibarət fərdi yaşayış evinin 1/3 hissəsini X2. Kirovabad şəhəri 1 saylı notariat kontorunun 12.*3.1989-cu il tarixli 5-1-594 saylı evin bölgü müqaviləsinə əsasən bu əmlak iki hissəyə bölünmüşdür. Tikili “B”-də 5*,3 kvadrat metr iki yaşayış otağı, 26,5 kvadrat metr örtülü eyvan, 8,5 kvadrat metr mətbəx, 16 kvadrat metr hamam, 1,6 kvadrat metr tualet X68, tikili “A”-da 42,5 kvadrat metr yayış otaqları, 2*,5 kvadrat metr örtülü eyvan, 14,9 kvadrat metr mətbəx, tikili “V”-də 14,6 kvadrat metr hamam, tikili “D”-də 8,7 kvadrat metr əl damı X19 mülkiyyətinə verilmişdir. X25 Lermantov küçəsi, 1-ci dalan, 5 saylı fərdi yaşayış evinə 21.*3.1989-cu il tarixli 146* nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 17.11.2*15-ci il tarixli 1/5-3197/M164 saylı arayışında 146* nömrəli qeydiyyat vəsiqəsinin naməlum şəraitdə itdiyi bildirilmişdir. X19 adına Lermantov küçəsi, 1-ci dalan, 5 saylı ünvanda *,*163 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 18.12.2*15-ci il tarixli 1515*17291 qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 31.*5.2*22-ci il tarixli 2V-126 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X19 adından X17 adına keçmişdir. Vərəsəyə bu mülkə 17.*6.2*22-ci il tarixli 1522*17284 qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X36 mülkiyyətində olmuş və M.H.İsgəndərova 21 noyabr 1977ci ildə vəfat etmişdir. X36 ümumilikdə altı övladı olmuş olsa da, onlardan Fəxrəddin adlı uşağı hələ valideynlərinin sağlığında vəfat etmiş, X36 vəfat etməsindən sonra qeyd olunan fərdi yaşayış evində onun qanun üzrə birinci növbədə vərəsələrindən X3* və X35 yaşamışdır. 199*-cı ildə X4 Şakir Yusif oğlu nikaha girərək başqa ünvana köçmüş, 2**7-ci ildə isə X35 oğlu İddiaçı ilə birlikdə miras mülkə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və vəfat etdiyi 25 avqust 2*21-ci il tarixədək orada yaşamışdır. İddiaçı anası X16 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmiş, buna dair 31 may 2*22-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 X12 miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında *7 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnaməyə əsasən bərabər hissədə pay almışlar. X12 qalmış miras əmlak isə onun xx.xx.1977-ci ildə vəfat etmiş anası X43 məxsus olmuş ünvan 1 ünvanında istifadədə olan *,**48 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 37,7 kvadrat metr olan fərdi yaşayış evindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlakla bağlı üç mübahisə mövcuddur. Birinci mübahisə X36 mirası ilə bağlı mübahisə, ikincisi mübahisə X15 və üçüncü isə X19 mirası ilə bağlı mübahisədir. X55 21 noyabr 1977-ci il tarixdə və X31 31 yanvar 1998-ci il tarixdə vəfat etdiyindən birinci və ikinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. X36 qanun üzrə birinci növbə vərəsələri X4*, X3*, X37, X5* və X44 olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X33, həmçinin X27 oğlu X45 izahatları, habelə şahidlərin ifadələri ilə müəyyən edilir ki, X36 vərəsələrindən X3* və X35 analarının sağlığında onunla birlikdə yaşamış, analarının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələr isə həmin əmlakı qəbul və ondan pay tələb etməmişlər. Mülki işin məhkəmə tədqiqi zamanı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X2* 1977ci ildən 199*-cı ilədək yaşadığı müddətdə həmin əmlakın M.İ.Məmmədova tərəfindən miras əmlak kimi qəbul edilməsini mübahisələndirmişlər. Lakin mülki işin mübahisə edilməyən hallarından göründüyü kimi X19 mülkiyyətində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin olmasına baxmayaraq, M.İ.Məmmədova öz iradəsinə uyğun olaraq, 2**7-ci il tarixdən vəfat etdiyi tarixədək də məhz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bu isə X19 1977-ci ildən 199*-cı ilədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığı müddətdə həmin miras əmlakı faktiki qəbul etdiyini və ona öz mülkiyyəti kimi yanaşdığını göstərir. Əks təqdirdə X35 özünün başqa ünvanda yaşayış sahəsi olduğu halda yenidən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamazdı. Digər tərəfdən şəxsin mülkiyyətində olan əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq, X3* ilə yanaşı X37 tərəfindən qəbul olunması nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. Həmçinin həmin vərəsəlik işinin daxilində miras payının bağışlanması barədə X56 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə faktiki olaraq Cavabdeh2 qanunsuz olaraq verilmiş miras payı barəsində bağlandığından etibarsız hesab edilməlidir. Mülki işin məhkəmədə araşdırılması zamanı X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun vərəsələrindən yalnız X3* və X35 tərəfindən faktiki qəbul edildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X29 miras qalmış və X35 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı, X29 miras qalmış və X3* tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın digər ½ hissəsinə X14 payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun birinci növbə vərəsələri olan uşaqlarından yalnız mərhumlar X3* və X35, X19 vəfatından sonra isə oğlu İddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı qənaəti ilə razılaşsa da, lakin anası X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bütövlükdə etibarsız hesab edilməsini qət etməkdə haqlı olmamışdır. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş halları ilə müəyyən olunur ki, anası X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlakdan ona çatacaq payı X3* qəbul etmişdir və bu hal mübahisələndirilmir. X14 vəfatından sonra qalmış miras payının isə arvadı Cavabdeh2 ilə qızı Cavabdeh1 tərəfindən qəbul edilməsi də mübahisəsizdir. Ona görə də, məhkəmə kollegiyası anası X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bütövlükdə etibarsız hesab edilməsini əsassız sayır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, X55 21 noyabr 1977-ci il tarixdə və X31 31 yanvar 1998-ci il tarixdə vəfat etdiyindən onların ölümündən sonra qalmış mirasın qəbul edilməsi həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 27 oktyabr 2*21-ci il tarixli 2V-1513 reyestr nömrəli şəhadətnamənin tərtibi zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq, X3* ilə yanaşı X37 tərəfindən qəbul olunması nəzərə alınmamışdır. Ona görə də kollegiya hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ½ hissədə etibarsız hesab edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlama müqaviləsi 1/2 hissədə etibarsız hesab edildiyindən həmin sənədlər əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ½ hissədə etibarsız hesab edilməlidir. Kollegiya qeyd edir ki, X37 25 avqust 2*21-ci ildə öldüyünə görə onun ölümündən sonra qalmış mirasa vərəsəlik məsələsi *1.*9.2***-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda gstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ½ hissədə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır Azərbaycan Respublikası MPM-in 384.*.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 4*2-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16.11.2*22-ci il tarixli, e-2(125)-1292/2*22 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2V-1513 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, Cavabdeh2 ilə Cavabdeh1 arasında *7 oktyabr 2*21-ci il tarixdə bağlanmış 3M-787 reyestr nömrəli miras əmlakın bağışlama müqaviləsi və həmin fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 2* oktyabr 2*21-ci il tarixli 1521*27257 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ½ hissədə etibarsız hesab edilsin. X29 miras qalmış və X35 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar