Məhkəmə qərarları › İş №2(104)-730/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-730/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-730/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2278.7 manat əsas borc və 683.6 manat cərimə, cəmi 2962.3 manat borcun, və 49.62 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsi ilə (R.Məmmədov) iddia qismən təmin edilməsi, Cavabdeh 2278.7 manat ödənilməmiş hissəsi və 83.6 manat cərimə olmaqla, cəmi 2362.3 (iki min üç yüz altmış iki manat otuz qəpik) manat və 49.62 (qırx doqquz manat altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olan pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(013)-3404/2024 saylı qətnaməsinin dəyişdirilərək yeni qəynamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etsə də, birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsi baxılmamış, verilmiş apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(013)-3404/2024 saylı qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsi baxılmamış və bununla da, Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-3404/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar