Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-738/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X14 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqələrinin və “Doğum haqqında şəhadətnamələrin” surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxxx 1970-ci il tarixdə, İddiaçı2 xx xxxxxx 1972-ci ildə, İddiaçı3 xx xxxxxxx 1970-ci il tarixdə, Bağırova (Məmmədova) Tamara Mədət qızı 07 avqust 1975-ci ildə anadan olmuşlar. Onların atası X27, anaları isə X15r.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsinin 06 iyul 2022-ci il tarixli 274 saylı məktubundan məlum olur ki, X27 ilə X13 uşaqları İddiaçı1 xx xxxxxxx 1970-ci il tarixdə, İddiaçı2 xx xxxxxx 1972-ci ildə, İddiaçı3 xx xxxxxxx 1970-ci il tarixdə, X21 07 avqust 1975-ci ildə, X30 xx xxxxxxx 1966-cı ildə, X16 xx xxxxxx 1964-cü ildə, X22 08 aprel 1957-ci ildə anadan olmuşlar. X22 27 dekabr 2016-cı ildə ölmüşdür.
3. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1964-cü ildə X5 (keçmiş Xanlar) rayonunda anadan olmuşdur.
4. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2016-cı ildə ürəyin dayanması səbəbindən ölmüşdür.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinin 17 iyul 2022-ci il tarixli 1700 nömrəli məktubundan məlum olur ki, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair Cavabdeh1 məhkəmə qaydasında mirasın qəbulu faktını müəyyən etdirdikdən sonra Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş 15 mart 2018-ci il tarixdə vərəsəlik işi açdlrlb, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsindən məlum olur ki, X7 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 90,3 kvadrat metr yaşayış sahəsindən ibarət olan miras əmlakın vərəsəlik qaydasında ərizəçi Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)- 2006/2017 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022ci il tarixli, 2(102)-5043/2022 saylı qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi Cavabdeh1 onun iddia icraatı qaydasında ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ olması izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum bacılarından miras qalmış, 26 sentyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə qanun üzrə ikinci növbə vərəsə olaraq hər birinə bərabər olaraq 1/6 hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun bacılarıdır. Onların mərhum bacıları X3 Cəlal İsmayıl oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahdan uşaqları olmamışdır. Onların valideyinləri Mədət Bağırov 2005-ci ildə, anaları Qumru Bağırova isə 1991-ci ildə ölmüşdür. X1 əri X18 2011-ci ildə ölmüşdür. X4 isə 27 dekabr 2016-cı ildə ölmüşdür. X1 ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Göründüyü kimi, X1 birinci növbəli vərəsələri olmamışdır. Buna baxmayaraq X4 öldükdən sonra Cavabdeh1 Göygöl Rayon Məhkəməsinə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, X1 yeganə vərəsəsi olmasını, ondan qalmış miras əmlakı faktiki qəbul etməsini bildirmişdir. Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 iddiası təmin edilmişdir. Həmin qətnamə əsasında Cavabdeh1 15 mart 2018- ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarış verilmişdir. Onların Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsindən məlumatları olduqdan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Çəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5043/2022 saylı Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)- 1535/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5043/2022 saylı Qərarında Cavabdeh1 yenidən iddia qaydasında müraciət etməsi qeyd edilmiş olsa da, Cavabdeh1 yenidən iddia ərizəsi ilə müraciət etməmişdir.
10. Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddiasının təmin edilməsi, 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum X7 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə qanun üzrə ikinci növbə vərəsə olaraq hər birinə bərabər olaraq 1/6 hissədə payın müəyyən edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X7 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə münasibətdə tərəflər bərabər hüquqlu vərəsədirlər.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1151, 1159, 1160, 1243 və 1246cı maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və X8 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 vərəsə olaraq tam payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar X28, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh2 X7 miras qalmış ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini miras əmlak kimi nə notarial qayda da, nə də ki, faktiki qəbul etməmişlər. Bundan başqa, iddiaçılar X28, İddiaçı2, İddiaçı3, İddiaçı4 8 ildən sonra miras əmlakla bağlı iddia qaldırmışdırlar. İşə baxan hakim işi araşdırarkən, iddiaçıların və Cavabdeh2 miras əmlakı qəbul etməmələri qənəatinə gəlsə də, Ali məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5043/2022 saylı baxılmamış saxlama haqqında qərarına əsas tutaraq iddianı təmin etmişdir. İşə baxan hakim Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5043/2022 saylı baxılmamış saxlama haqqında qərarının mahiyyətini və hüquqi əsaslandırmasını səhv səhv təfsir etmiş, ona görə də, səhv nəticəyə gəlmişdir (qətnamənin axırncı vərəqində göstərilmişdir ki, X7 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0.06 ha hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat m ümumi sahəsi olan fərdi yaşayış evinə münasibətdə tərəflər barəbər hüquqlu vərəsələrdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5043/2022 saylı baxılmamış saxlama haqqında qərarında kassasiya insitansiya məhkəməsinin apelyasiya instansiya məhkəməsinin hansı mövqeyi ilə razılaşmadığını göstərmişdir. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5043/2022 saylı baxılmamış saxlama haqqında qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, apellyasiya şikayəti verənlər miras əmlakı qəbul etməmişlər, uzun müddətdir miras əmlakla bağlı iddia qaldırmamışdırlar, ona görə də, onların şikayəti təmin edilməməlidir. Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qərarında göstərmişdir ki, kassasasiya şikayəti verənlər X9 2-ci dərəcə vərəsələridir. Həmin vərəsələr arasında mübahisə mövcud olduğu təqdirdə Göygöl Rayon Məhkəməsində mülki iş xüsusi icraat qaydasında baxılmışdır. Apellyasiya məhkəməsi isə MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən, qətnaməni ləğv edib mülki işin icraatını baxılmamış saxlamalı olduğu təqdirdə, Göygöl Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Ona görə də, Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib, mülki işin icraatı baxılmamış saxlanılmalıdır. Ali Məhkəmə qərarının mahiyyəti bundan ibarət olmuşdur ki, 2-ci dərəcəli vərəsə mirası qəbul etsə də, etməsə də, xüsusi icraat qaydasında baxılan işdən şikayət vermişdirsə iş üzrə mübahisə olduğundan mülki işin icraatı baxılamamış saxalanılmalıdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5043/2022 saylı baxılmamış saxlama haqqında qərarında vərəsələrin hər birinə pay verilməsi kimi göstəriş olmamışdır, ola da bilməzdi, belə ki, Ali Məhkəmənin qərarı baxılamış saxlama qərarıdır və həmin qərarda aşağı instansiya məhkəməsinə hər hansı göstəriş nəzərdə tutulmur. Bundan başqa, həmin qərar predusiual əhəmiyyətli qərar deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-ci maddəsində göstərilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi predusial əhəmiyyətli qətnamədir. Görsəndiyi kimi, Ali Məhkəmənin baxılamamış saxlama qərarı qətnamə deyildir. Ona görə də, baxılamış saxlama qərarı hər hansı predusuallığı özündə ehtiva etmir. Yuxarıdakı hallardan tam müəyyən olunur ki, işə baxan hakim bu nəticəyə gəlməklə mülki hüquq dövriyyəsini kobud sürətdə pozmuş, mirası faktiki qəbul etməmiş şəxslərə pay vermişdir. Bundan başqa, işə baxan hakim məhkəmə iclasında aşağıdakı müəyyən edilən sübutlara və dəlillərə qiymət verməmişdir. İddiaçılar və Cavabdeh2 miras əmlakın X17 öldükdən sonra həmin mirasdan istifadə etmədiklərini, həmin mirasın Cavabdeh1 tərəfindən istifadə edildiyini, evin acarının Zenfirada olmasını bildirmişdirlər. İddiaçılar X28, İddiaçı2, İddiaçı3 məhkəmə iclasında bildirmişdirlər ki, onlar mərhum X7 miras qalmış evin olmasını uzun müddət bilməmiş, 2022-ci il tarixdə komunaldan arayış alarkən evin miras qalmasını bilmişdirlər. İddiaçıların X11 dəfnində, 3-də və 7-də ümumiyətlə heç bir zaman iştirak etmədikləri şahid ifadələri ilə müəyyən olunmuşdur. X2 qırmızlı rəngli xalçanı Bəsdi Bağırovaya hədiyyə vermədiyi müəyyən olunmuşdur. İddiaçı4 X17 vəfat edən zaman Azərbaycan Respublikasının hüdudları xaricində olmuşdur. İddiaçılar 8 il müddətinə miras əmlakla bağlı iddia qaldırmamışdırlar. İddiaçılar müəyyən olunmuş müddət ərzində miras əmlakı qəbul etmələri barədə notariusa müraciət etməmişdirlər. İddiaçılar iddialarını təmin olunmasınıaşağıdakı dəlillərə və sübutlara əsasən təmin edilməsini xahiş etmişdirlər. İddiaçılar (guya) X6nın dəfnində, 3-də və 7-də iştirak etmişdirlər. X6 (guya) sağlığında İddiaçı2 qırmızı rəngli xalça hədiyyə etmişdir. İddiaçılar tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlər bildirmişdirlər ki, iddiaçılar guya mərhum X9 dəfnində, 3-də və 7–də iştirak etmişdirlər və X2 qırmızı rənglixalçanı Bəsdi Bağırovaya hədiyyə vermişdir. İşə baxan hakim iddiaçıların dəlillərini və sübutlarını əlaqəli araşdırmamış və qiymət verməmişdir. Belə ki, iddiaçılar tərəfindən X9 öldüyü gündən 6 ay müddətinə mirası faktiki qəbul etmələrini araşdırmalı olduğu təqdirdə araşdırmamışdır. İddiaçıların gətirdikəri dəlillərdən də, müəyyən olunur ki, miras əmlakı nə faktiki nə də ki, notarial qaydada qəbul etməmişdirlər. Onsuz da, işə baxan hakim iddiaçıların mirası əmlakı qəbul etməmələri ilə razılaşmışdır. Lakin, Ali Məhkəmənin baxılmamış saxlama qərarında göstərilən hüququ mövqeyini səhv təfsir etməklə səhv nəticəyə gəlmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
20. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
21. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
25. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
26. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:
27. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
28. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
37. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməlidir.
43. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mirasqoyan X19 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra ondan ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun vəfat etməsi ilə miras açılmışdır. Mülki iş üzrə Cavabdeh1 X10 ölümündən dərhal sonra ondan miras qalmış əmlakı saihiblik etməyə faktiki başlamışdır. X9 ölümündən sonra onun əmlakının Cavabdeh1 tərəfindən faktiki sahiblik və istifadə etməsi məhkəmə iclasında dindirilmiş tərəflər, şahidlər o, cümlədən iş üzrə iddiaçılar və iddiaçıların şahidləri tərəfindən təsdiqlənmişdir. Həmin əmlakın açarları Cavabdeh1 olmuşdur. Mülki iş üzrə iddiaçıların mirası istər notarial qaydada, istərsə də faktiki qəbul etməmələri iş materialları ilə sübuta yetirilmir. İddiaçılar İddiaçı1, X29, İddiaçı3, İddiaçı4 X9 ölümündən 6 ay müddətinə mirası qəbul etmək üçün notariusa müraciət etməmiş, həmçinin miras əmlakı nə faktiki nə də ki sahiblik etməmişdirlər. İddiaçılar 8 il müddətinə miras əmlakla bağlı məhkəməyə müraciət etməmişdirlər. İşə baxan birinci instansiya məhkəməsi mirasda iddiaçıların paylarını müəyyən etmiş, hər bir vərəsəyə pay vermişdir ki, bununla da, qanunvericiliyin tələblərini pozmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçılar İddiaçı1, X29, İddiaçı3, İddiaçı4 X8 miras qalmış ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini nə notarial qaydada qəbul etməmiş, mirası faktiki qəbul etmələrinə dair heç bir mötəbər sübut növünü məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsində ifadə verən şahid Sevil Abbasova bildirmişdir ki, mərhum X17 ölməmişdən 10 gün qabaq qırmızı rəngli xalçasını İddiaçı2 pay vermişdir. Göründüyü kimi, iddiaçılar gətirdikləri dəlillər miras əmlakın faktiki qəbulu ilə bağlı olmamışdır. Belə ki, birmənalı olaraq miras açılması anlayışı şəxs öldükdən sonra meydana gəlir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli baxılamamış saxlama qərarına istinad etmişdir. Qətnaməsində göstərmişdir ki, Ali Məhkəmə baxılmamış saxlama qərarında göstərilir ki, Dilbər Məmmədovanın birinci növbəli vərəsələri olmadığı üçün, onun ikinci növbəli vərəsələri qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Ali Məhkəmə qərarında belə göstəribsə deməli mirası qəbul etməməyindən aslı olmayaq mirası bütün 2-ci dərəcəli vərəsələr arasında bərabər payla bölünməlidir. Birinci inistansiya məhkəməsi Ali Məhkəmənin baxılmamış saxlama qərarına istinad etməkdə haqlı olmuş, lakin düzgün izah verməmişdir. Belə ki, Ali Məhkəmə qərarında göstərmişdir ki, Göygöl rayon Məhkəməsi işə xüsusi icraat qaydasında baxmışdır, birinci inistansiya məhkəməsi işə baxarkən vərəsələrin dairəsini müəyyən etməmişdir, kassatorlar 2-ci dərəcəli vərəsələrdir və hal-hazırda vərəsələr arasında mübahisə mövcüdur, 2-ci dərəcəli vərəsələrin biri birincdən üstünlüyü yoxdur hamsı 2-ci dərəcədir, xüsusui icraat zamanı mübahisə mövcüdursa işə baxılmamış saxlanılmalıdır, ancaq apellyasiya məhkəməsi Göygöl Rayon Məhkəməsinin qətnaməsini ləğv edib işi baxılmamış saxlama əvəzinə qətnaməni qüvvədə saxlamışdır. Ona görə də, apellyasiya məhkəməsinin qərarı ləğv edilib, mülki iş baxılmamış saxlanılmalı Cavabdeh1 yenidən iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, birinci inistansiya məhkəməsinin qətnaməsinin nəticəsi səhv olmuş, miras iddiaçı vərəsələr tərəfindən faktiki qəbul edilməsə də, onlara pay verilmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçıların mərhumun yas mərasimində iştirak etməsi ilə gətirdikləri dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçıların yas mərasimində iştirak etməsi mərhuma məxsus olmuş və miras qalmış fərdi yaşayış evini faktiki qəbul etmək və idarə etmək kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yas mərasimində iştirak etmək isə nə mirasa faktiki sahiblik etməyi, nə də ki, miras əmlakı faktiki idarə etməyi ehtiva edir. Odur ki, kollegiya iddia tələbinin həmin dəlilini də, əsassız hesab edir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X8 miras qalmış ünvan 2 ünvanda yerləşən 0.06 hatorpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 vərəsə olaraq tam payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırki iş iş materialları ilə müəyyən olnur ki, 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh1 mirası qəbul etməsi müəyyən olunmuş və həmin şəhadətnamə əsasında mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.
47. Göründüyü kimi, iddiaçılar X8 miras qalmış əmlakı nə rəsmi, nə də ki, faktiki qəbul etmədiklərindən onların həmin miras əmlakla bağlı Cavabdeh1 mirası qəbul etməsi barədə 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş reyestrdən çıxarışı mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”..
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.