Məhkəmə qərarları › İş №2(104)-75/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-75/2025

14.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-75/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi və üçüncü şəxs Cavangirova Sevinc Aydın qızına qarşı alqı-satqı və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbinə, eləcədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cahangirova Sevinc Aydın qızının alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunmasına və miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4 dekabr 2*23-cü il tarixli, 2(125)-5751/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 3 saylı notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə və üçüncü şəxs Cahangirova Sevinc Aydın qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Cahangirov Aydın Qasım oğluna məxsus olmuş “Kia Sportage” markalı, 9* HH 7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1 iyun 2*23-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 2uş 14 may 2*23-cü il tarixli, 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək, mərhum Cahangirov Aydın Qasım oğluna məxsus olmuş “Kia Sportage” markalı, 9* HH 7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1 iyun 2*23-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 2uş 14 may 2*23-cü il tarixli, 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair ünvan 3 28 avqust 2*23-cü il tarixli, 4Ə-355 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, “Kia Sportage” markalı, 9* HH 7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə və ünvan 4 yerləşən fərdi yaşayış evinə İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eləcədə məhkəmə iclasında əvvəlki tələblərində bağışlanmış əmlaklardan məcburi pay tələb etdiklərini, hazırda isə qanun üzrə vərəsəlik qaydasında üçdə bir hissədə payların müəyyən olunmasını bildirmişdir. Cahangirova Sevinc Aydın qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ərizəsi verərək, mərhum atası Cahangirov Aydın Qasım oğluna məxsus olmuş “Kia Sportage” markalı 9* HH 7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış *1 iyun 2*23-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (Xanlar-Aqrotexservis) və ünvan 4 yerləşən fərdi yaşayış evinə dair ünvan 2uş 14 may 2*23- cü il tarixli 4Ə-95 və 4Ə-96 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (hazırda həmin əmlakın üzərindəki tikililər məhv edildiyinə görə torpaq sahəsi kimi qeydiyyata alınmışdır) dair ünvan 3 28 avqust 2*23-cü il tarixli, 4Ə- 355 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, “Kia Sportage” markalı 9* HH 7*2 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə (hazırda həmin əmlakın üzərindəki tikililər məhv edildiyinə görə torpaq sahəsi kimi qeydiyyata alınmışdır) və ünvan 4 yerləşən fərdi yaşayış evinə onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *4 dekabr 2*23-cü il tarixli, 2(125)-5751/2*23 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *8 may 2*24-cü il tarixli 2(1*4)-751/2*24 nömrəli qərardadı ilə məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin *3 fevral 2*25-ci il tarixli məlumata əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2*25-ci il tarixli 2(1*4)-75/2*25 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 hazırkı mübahisə üzrə 14 mart 2*25-ci il tarixdə notarial qaydada barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şrtlərindən biri kimi İddiaçı Gəncə Şəhər Məhkəməsinin *4 dekabr 2*23-cü il tarixli, 2(125)-5751/2*23 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsidir. Bu səbəbdən apellyasiya şikayətindən imtina etdiklərini, imtinanın qəbul olunmasını və apellyasiya icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştiakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı ilə Cavabdeh1 arasında hazırkı mübahisə üzrə 14 mart 2*25-ci il tarixdə notarial qaydada barışıq sazişi bağlamış və barışıq sazişinin şrtlərindən biri kimi İddiaçı Gəncə Şəhər Məhkəməsinin *4 dekabr 2*23-cü il tarixli, 2(125)-5751/2*23 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsidir. Kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Gəncə Şəhər Məhkəməsinin *4 dekabr 2*23-cü il tarixli, 2(125)-5751/2*23 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar