Məhkəmə qərarları › İş №2(104)-758/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-758/2023

15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-758/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X4 və onun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh X1* xidmət mərkəzində notariat ofisi və üçüncü şəxs X2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*21)- 2572/2*22 nömrəli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək cavabdeh X1* xidmət mərkəzində notariat ofisi və üçüncü şəxs X2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə şıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*21)-2572/2*22 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Qətnamə maddi və prosessual hüquq normaların pozulması ilə qəbul edilmişdir. Ona görə də qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çixarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 ərizə təqdim edərək, həmin evdə yaşadığını, mirası faktiki olaraq qəbul etdiyini, hazırda miras əmlaka aid vərəsəliklə bağlı rayon məhkəməsində mülki işin olduğunu bildirərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 və onun vəkili X7 üçüncü şəxsin apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə üçüncü şəxsin apellyasiya şikayətindən imtina etdiyi üşün apellyasiya icraatına xitam verilməsinə rtiraz etməmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs X1 Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*21)-2572/2*22 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və üçüncü şəxsin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya şikayətindən imtinanın təmin edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*21)-2572/2*22 nömrəli qətnaməsindən üçüncü şəxs X1 verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikasının MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 4*2.2 və 4*2.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 398, 4** və 4*2-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Üçüncü şəxs X1 Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*21)- 2572/2*22 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə yazılı ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar