Məhkəmə qərarları › İş №2(104)-763/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-763/2025

11.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-763/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və cavabdehlər Cavabdeh1 hüquqi varisi X4, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X8, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsinə qarşı miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınması, mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdehlər Cavabdeh1 hüquqi varisi X13, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X8, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının mərhum babası X5 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair əmiləri Cavabdeh2 və Cavabdeh1 adına ünvan 6də 27 may 2017-ci il tarixli, 2V-514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçının mərhum babası X2 miras qalmış ünvan 2 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi, ünvan 3 ünvanda yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında mərhum əmisi X6 mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair əmisi Cavabdeh2 adına Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunda 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, Şəmkir şəhəri ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, **********9 qeydiyyat nömrəli çıxarış əsasında mərhum əmisi X6 mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əmisi Cavabdeh2 adına Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunda xx.xx.2020-ci il, 2V-715 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçının mərhum əmisi X3 miras qalmış əmlakları faktiki qəbul etməsi faktının müəyyən edilməsi, Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2020-ci iltarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasına dair xx.xx.2020-ci il tarixli, 4Ə- 1914 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədova) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 adına M.F.Axundazadə küçəsi, 17 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə dair ünvan 6də 27 may 2017-ci il tarixli, 2V-514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə olan X7 4/6 payından, X6 1/6 payından, həm də X9 1/6 payından İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınması, Cavabdeh2 adına ünvan 5 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair ünvan 6də 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi, ünvan 7 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Həmçinin, qətnaməndən narazı qalan cavabdehlər X10, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, o, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda cavabdehlər Cavabdeh1 hüquqi varisi X10 və Cavabdeh2 ilə qarşılıqlı razılıq əldə etmişlər və buna görə də şikayəti yoxdur. Odur ki, apellyasiya şikayətindən imtinalarının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Eyni zamanda, cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Hazırda mülki iş üzrə tərəflər qarşılıqlı olaraq razılıq əldə etmişlər və buna görə də şikayətləri yoxdur. Odur ki, apellyasiya şikayətindən imtinalarının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Eyni zamanda, cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 hüquqi varisi X10 izahat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 32/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda İddiaçı ilə qarşılıqlı razılıq əldə etmişlər və buna görə də şikayəti yoxdur. Odur ki, apellyasiya şikayətindən imtinalarının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Eyni zamanda, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Hazırda mülki iş üzrə tərəflər qarşılıqlı olaraq razılıq əldə etmişlər və buna görə də şikayətləri yoxdur. Odur ki, apellyasiya şikayətindən imtinalarının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişlər. Eyni zamanda, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsinə etiraz etmirlər. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisi, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçılarının izahatlarını, məruzəçi hakimi dinləyərək, İddiaçı, nümayəndəsinin (vəkilinin) və cavabdehlərin, həmçinin nümayəndələrinin (vəkillərinin) imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdehlər X10, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətlərindən imtina qəbul edilməli və tərəflərin apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası İddiaçı, nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 hüquqi varisi X10, Cavabdeh2 və nümayəndələri (vəkilləri) Nümayəndə tərəfindən verilmiş ərizəni apellyasiya şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı, nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 hüquqi varisi X10, Cavabdeh2 və nümayəndələri (vəkilləri) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərindən imtina etdiklərinə görə, qətnamədən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar