Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-775/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X4 (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Ağstafa rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 Ağstafa Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədrinə verdiyi etiraza, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2, Ağstafa rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək bərpa edilməsi, 17 aprel 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilərək, miras əmlakın üzərində ikidə bir hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 işə baxan hakim Ağstafa Rayon Məhkəməsinin sədri X3 etiraz edərək, işə başqa rayon (şəhər) məhkəməsində baxılmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 etirazını onunla əsaslandırmışdır ki, iddiaçının həmin iddia tələbinin əsassız olduğunu müəyyən sənədlərlə sübuta yetirməsinə baxmayaraq, yəni iddiaçının nə özünün nə də ki, mərhum atası X2 mərhum anasından və qardaşı X1 miras qalmış Ağstafa rayonu, Muğanlı kəndində yerləşən yaşayış evinə vərəsəliyi nə faktiki, nədə hüquqi qaydada qəbul etmədiklrəni faktlarla sübuta yetirməsinə baxmayaraq, iddiaçı ona yaxın olan şəxləsirn yanında artıq işini həll etdiyini, iddia tələbinin təmin ediləcəyini bildirmişdir. O, düşünür ki, iddiaçı işə baxan hakimin yanında olmuşdur ki, bu hal isə “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq maddələrinə ziddir. O, işin obyektiv, qərəzsiz, qanunverciliyə uyğun baxılmasını istəyir. Lakin, işə baxan hakimin həmin işə qərəzsiz baxmasına inanmır. Buna görə də həmin işə ümumiyyətlə Ağstafa Rayon Məhkəməsində baxılmasının istəmir. O, baxılacaq işin nəticəsinin əvvəlcədən bəlli olduğu üçün işə baxan hakimə və məhkəmə tərkibinə etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Ağstafa rayon notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazında göstərilənlərə uyğun izahat verib, etirazın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hakimin məhkəmə iclasında davranışından da obyektiv olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdeh ümumiyyətlə heç bir məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də hakimin davranışı ilə bağlı mülahizə irəli sürməsi əsassızdır. Başqa şəxslərin yanında guya işin onun xeyrinə həll ediləcəyi ilə bağlı hər hansı bir söz danışması ilə bağlı isə cavadbehin göstərdikləri yalandır. İşin hansı məhkəmədə baxılmasının onun üçün heç bir əhəmiyyəti yoxdur. Buna görə də etirazın həll edilməsi məsələsini məhkəmənin mülahizəsinə verir. Məhkəmə tərəflərin izahatını dinləyrib hesab edir ki, Cavabdeh2 Ağstafa Rayon Məhkəməsinin hakimi, o cümlədən həmin məhkəmənin sədrinə verdiyi etiraz təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçının ona yaxın olan şəxslərin yanında artıq işini həll etdiyini, iddia tələbinin təmin ediləcəyini bildirdiyini və buna görə də iddiaçının məhkəmə iclasından kənar işə baxan hakimin yanında olduğunu düşündüyünü qeyd etmişdir ki, cavabdehin bu dəlili yalnız güman olmaqla, hər hansı bir əsasa söykənməmişdir. O, cümlədən cavabdehin qeyd olunan sözləri kimin yanında deməsi qeyri-müəyyən olmaqla, həmin şəxslərin şəxsiyyəti də naməlumdur. Bundan başqa cavabdeh hakimin məhkəmə iclasında davranışından obyektiv olmamasının hiss olunması dəlini irəli sürmüşdür ki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, onu nümayəndəsi qismində vəkil təmsil etmişdir. Hakimə etiraz isə nümayəndə tərəfindən deyil, məhz cavabdehin özü tərəfindən verilmişdir. Cavabdeh nümayəndəsinin sözlərinə əsasən hakimin işə obyektiv baxmamasının hansı davranışı ilə müəyyən etməsini isə konkret olaraq göstərməmişdir. Buna görə də verilmiş etiraz əsassız hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-cüm addəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 19, 22-23, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cavabdeh2, Ağstafa rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və mirasda payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 Ağstafa Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri X3 verdiyi etiraz təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-775/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-775/2023
24.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver