Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-779/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2414/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh2 X6 Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-450 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair birinci instansiya mhəkəməsinə ərizə verərək, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh2 X6 Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə-450 nömrəli bağışlama müqaviləsinin, həmin müqavilənin əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2414/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs atası Cavabdeh2, mərhumə X7 isə anasıdır. Ailədə iki övlad, o və bacısı Xədicə Muradova olmuşlar. Hər ikisi Bərdə şəhəri, ünvan 1 ünvanda doğulmuşlar. Anası Cavabdeh2 xx.xx.2021-ci ildə xəstəlikdən ölmüşdür. Bacısı Xədicə isə öz ailəsi, yəni əri və iki övladı ilə eyni küçədə yerləşən başqa özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Atası Azik əsəbi və nevroz olduğuna və başı səs küy götürmədiyinə görə o uşaqları atasını narahat etməsinlər deyə ailəsini götürüb kirayəyə çıxmışdır. 2021-ci ildə anası dünyasını dəyişəndən sonra atasının ona qarşı münasibəti qəfil pisləşərək dəyişmişdir. Atası yaşadığı həmin evi bacısı Xədicənin qızı Gülərin adına qeyd etdirmək niyyətinə düşmüş, ondan ötəri Bərdə regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə getmişdir. Lakin, “ASAN” xidmət’in notariat ofisində qeydiyyatda olan şəxslərin siyahısına baxan zaman onun adıının bağışlamaq istədikləri evdə qeydiyyatda olması məlum olmuşdur. Məlum olduğu kimi daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiqi üçün zəruri olan tələblərdən biri də, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Buna görə də, Bərdə rayon”ASAN xidmət” mərkəzində notariatı haqlı olaraq atası Azikin evi bacısı qızina bağışlamasından imtina etmişdir. Bundan sonra atası Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı Gəncə İnzibatı Məhkəməsinə müraciət edərək fərdi yaşayış evinin bağışlama müqaviləsinin bağlanmasının cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Məhz atası Cavabdeh2 tərəfindən Gəncə İnzibati Məhkəməsinə yazılmış iddia ərizəsində də, qeyd olunur ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 6/40-da qeydiyyatda olan onun razılığı olmadığından bağışlama müqaviləsi üzrə notariat hərəkətlərinin aparımasından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsində məhkəmə prosesində işə baxan hakim ondan fikrini soruşmuş, o da cavab olaraq etiraz edərək cavab vermişdir. Onun etirazından sonra hakim onların iddiasını təmin etməmişdir. Bu isə onu təsdiq edir ki, o məhz həmin ünvanda qeydiyyatda olmuşdur. Atası özüdə bunu təsdiq etmişdir. Lakin “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı belə iddia olduğu təqdirdə necə ola bilər ki, qısa müddət keçməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsini təsdiq etmişdir. Beləliklə evin 30 ildən çox müddətdir ki, ünvanı Bərdə şəhəri, ünvan 2ngə 6 ev 40 etmişlər. Atası ünvanı dəyişməklə onu qanuni əsaslarla qeydiyyatda olduğu ünvandan hansı yolla çıxarması hələdə müəmmalı qalır. Həmçinin Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş 1822**7589 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40 ünvanlı ev X5 adına qeyd olunmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2414/2022 saylı qərardadına əsasən X10 mülki iş üzrə 3-cü şəxs kimi cəlb edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2414/2022 saylı qərardadına əsasən Qanuni nümayəndə 3-cü şəxs X5 qanuni nümayəndəsi kimi tanınmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2414/2022 saylı qərardadına əsasən hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Mülki iş materiallarında olan: “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1955-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuşdur, 24 fevral 2022-ci il tarixdən Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40-da qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuşdur, 08 noyabr 2**3-cü il tarixdən Bərdə şəhəri, Füzuli küçəsi ev 40-da qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2278 saylı 21 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Füzuli küçəsi ev 40-da yaşayır, qeydiyyatdadır. 18 mart 1991-ci il tarixli Qeydiyyat vəsiqəsi surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanda yerləşən, iki otaqlı, 67,3 kv.m yaşayış, 37,17 kv.m köməkçi, 104,47 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ əsasında bütünlüklə Cavabdeh2 adına qeydə alınmışdır. Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 30 avqust 1984cü il tarixli İİİ-ЖГ 389961 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X4 30 avqust 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Muradova soyadı verilmişdir. 12 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40 ünvanda yaşayan Cavabdeh2 Bərdə şəhəri, ünvan 4i sahəsi 104,47 kv.m, yaşayış sahəsi 67,3 kv.m, yardımçı sahəsi 37,17 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Qanuni nümayəndə (X10 əvəzinə) bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 1822**7589 qeydiyyat nömrəli çıxarış surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40-da yerləşən, ümumi sahəsi 116,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X5, fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi isə tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 1822**7589 qeydiyyat nömrəli çıxarış surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40-da yerləşən, ümumi sahəsi 116,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X5, fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi isə tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, atası Cavabdeh2 Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fisinin xüsusi notariusu X1 ilə qanunsuz əlaqəyə girərək notariat ofisində Bərdə şəhəri Füzuli küçəsi 6/40 ünvanında yerləşən ümumi sahəsi 104,47 kv.m, sahəsi 67,3 kv.m olan 2 otaqlı fərdi yaşayış evini nəvəsi X6 bağışlamasını 2-ci il tarixli 40-450 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə qaydasında rəsmiləşdirmişdir. Həmin müqavilə əsasında X6 ünvan 5 ünvanlı fərdi yaşayış evinə xx.xx.2022-ci il qeydiyyat tarixli, 1822**7589 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarış da verilmişdir. Daha sonra atası Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X11 ilə qanunsuz əlaqəyə girərək həmin notariat ofisində Bərdə şəhəri ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin nəvəsi X6 bağışlamasını xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” ilə notariat qaydasında rəsmiləşdirilmişdir. Sözügedən evin, həm də onun yerləşdiyi torpaq sahəsinin atası tərəfindən həmin müqavilələrlə X6 bağışlanmasına onun razılığı olmamış, bu bağışlamaların rəsmiləşdirilməsi ondan gizlin edilmişdir. Həmçinin, iş materiallarında mənim və oğlum Ramalın məhz Bərdə şəhəri Füzuli küçəsi, ev 40 ünvanında qeydiyyatda olmağımız barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qeydiyyat arayışı vardır. Bu arayışla həm də təsdiq olunur ki, mübahisə predmeti olan bağışlanan evin ünvanı kimi göstərilmiş Bərdə şəhəri ünvan 7 və Bərdə şəhəri Füzuli küçəsi ev 40 ünvanında yerləşən fərdi yaşayış evi məhz bağışlanan evdir. Lakin, Bərdə rayon məhkəməsi bu mötəbər sübutlara qətiyyən əhəmiyyət və hüquqi qiymət verməmiş, bununla da son nəticə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə atası notariusa bağışlanan evin ünvanının güya Bərdə şəhəri ünvan 9tmişdir. Mənim qeydiyyat ünvanım isə rəsmiyyətdə (şəxsiyyət vəsiqəmdə) Bərdə şəhəri, ünvan 10 Daha sonra məhkəmə nəzərə almamışdır ki, atasının vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsəsi kimi onun da ata-anasının mirasından məcburi pay almaq hüququ vardır. Odur ki, atası evi və onun torpağını bütövlüklə bağışlaya bilməzdi. Atasının bağladığı sözügedən bağışlama müqavilələri atasının sağlamlıq vəziyyətinin ağır olmasından nəvəsi Gülər Aslanlının valideyinləri tərfindən sui-istifadə edilməklə bağlanmış və bilavasitə ona zərər vurmağa hazırda və gələcəkdə onu valideyinlərimin əmlakından istifadə etməkdə, həmçinin gələcəkdə onu vərəsə kimi həmin əmlaklardan məcburi paydan mərhum etməyə yönəlmiş, yəni pis niyyətlə bağlanmış müqavilələrdilər. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci ildə anası rəhmətə getmişdir. Bundan sonra eşitmişdir ki, atası evi nəvəsi Gülər Aslanlıya bağışlamışdır. Onun razılığı olmadığı üçün notariat kontoru imtina etmişdir. Lakin, atası sonradan evi necə bağışladığını bilməmişdir. Çünki, o mübahisə predmeti olan evdə qeydiyyatdadır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətində göstərilən xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərdi ki, Bərdə şəhəri, Füzuli küçəsi 6/40 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla onun xüsusi mülkiyyəti olmuşdur. Mübahisə predmeti olan həmin evi isə öz nəvəsinə bağışlamışdır. X2 ona qulluq etdiyi üçün fərdi yaşayış evini də nəvəsinə bağışlamışdır. Əmlak ona məxsus olduğundan ona dair istədiyi kimi sərəncam vermək iqtidarındadır. Heç bir qanun pozuntusu olmadan mübahisəli evi nəvəsi Gülər Aslanlıya bağışlamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və 3cü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, sonuncuların nümayəndələri heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin və 3-cü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndən iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yənildiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 1822**7288 qeydiyyat nömrəli çıxarış üzrə Cavabdeh2 adına Bərdə şəhəri, Füzuli küçəsi, döngə 6, ev 40 ünvanında yerləşən ümumi sahəsi 104.47 kv.m olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 həmin fərdi yaşayış evini xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında nəvəsi X6 bağışlamış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, 1822**7589 qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə bağışlama müqaviləsinin etibarsız sayılması tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və bu iddia üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdlır. Müqavilənin etibarsız sayılması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə də deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əqd kimi bağışlama müqaviləsinin Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilən tərifinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, «Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır». Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq, qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Belə ki, Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Lakin mübahisələndirilən bağışlama müqaviləsində hədiyyə alan tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. Digər tərəfdən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının, xx.xx.2022-ci il tarixli, 4Ə-450 nömrəli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbi, bu tələbin normaların qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Başqa sözlə, həmin müqaviləyə dair hüquqi proseslər barəsində Cavabdeh2 tam sərbəst şəkildə hərəkət edərək əmlakın müqəddəratı barədə sərəncam vermişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatda olması dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun izlədiyi məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası həmçin qeyd edir ki, mübahisəli evə dair cavabdeh X5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair bağlanmış yuxarıda qeyd olunan bağışlanma müqaviləsindən törəmişdir. Buna görə də, həmin evə dair qeyd olunan müqavilə etibarsız edilmədiyindən, törəmə hüquq münasibəti olan evə dair G.Aslanlının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışında etibarsız olunması üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2022-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi (həmçinin həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) tələbini təmin etməməkdə haqlı olmuşdur və belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2414/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-779/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-779/2023
14.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver