Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-779/2025 01.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)-5145/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmə sorğusuna cavab məktublarından görünür ki, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmuşdur;
2. Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-1040 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli ƏN-Vİİİ seriyalı 728501 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı1 (etibarnamə etibar etmişi etibar etmə qaydasında verildiyi üçün əvəzinə nümayəndə İddiaçı2 imza etmişdir) tərəfindən Cavabdeh2 1 il müddətinə (xx.xx.2024-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür;
3. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 (onun adından Cavabdeh2 imza etmişdir) özünə məxsus olan “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 manat müqabilində alıcı Cavabdeh1 satmışdır;
4. Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E2228 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli ƏN-Vİ seriyalı 451507 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı1 5 ay 13 gün müddətinə (xx.xx.2023-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür;
5. Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-8128 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı2 9 il 11 ay 30 gün müddətinə (xx.xx.2033-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir;
6. Gəncə Şəhər Prokurorluğunun məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X7 müraciəti əsasında Gəncə şəhər 1-ci PŞ-nin TB-də HK1/143 nömrəli material toplanmış, həmin material üzrə araşdırma aparılaraq xx.xx.2024- cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar mübahisələndirilməmiş və hazırkı vaxtadək ləğv edilməmişdi. Sorğuya əlavə edilmiş Gəncə şəhər 1-ci Polis Şöbəsi TB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, xx.xx.2024-ci il tarixdə X14 Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə müraciət edərək, qohumu Kifayət adlı qadının ona 18000 borcunun olması, qarşı tərəfin borcu qaytarmayaraq Gəncə şəhəri “Ziqo” restoranın qarşısında Kifayət adlı qadının və tanışları 15 nəfər kişinin onu ölümlə hədələməsi və onu təhqir etmələri ilə əlaqədar özünü ölüm həddinə çatdırması barədə məlumat vermişdir. Həmin məlumat xx.xx.2024-ci il tarixdə Gəncə şəhər 1-ci PŞ-də HK- 1/143 sayla qeydə alınaraq icraatına daxil edilmişdir. xx.xx.2024-ci il tarixdə X4 şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət edərək, təxminən 7-8 ay bundan əvvəl X9 18000 manat borc vermişdir. Borcunu istəyən zaman Kifayət mobil telefonla zəng edərək, onu təhqir edir, eyni zamanda Kifayətdən borcunu istədiyinə görə Amo adlı şəxs üzbəüz və mobil telefon vasitəsi ilə onu nalayiq sözlərlə təhqir etmişdir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir; Həmin müraciət Gəncə şəhər 1-ci PŞ-də HK-1/143 saylı materiala əlavə edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X14 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır. Kifayət Aliyeva onun keçmiş eltisidir. O, təxminən 15 il əvvəl yoldaşından ayrılmış, həmin vaxtdan sonra onun Kifayətlə əlaqəsi olmamışdır. Təxminən bir il əvvəl Kifayət Aliyeva ona zəng vurub, Goranboy rayonunda yerləşən evlərinə çağırmışdır. O da həmin gün onun evinə gedə bilməmişdir. Təxminən 3 gün sonra tanışı Vüsalla birlikdə Goranboy rayonunda yaşayan Kifayətin evinə getmişlər. Evdə stol açmış, yemək yemişlər. Yemək yeyən zaman, Kifayət onlara yalvarmağa başlamış, bildirmişdir ki, “mənim pul verəcəyim var, mənə köməklik edin, pul verin, qısa müddətə qaytaracam” deyə bildirmişdir. O da Kifayətə pulları olmadığını, Vüsalın idarə etdiyi avtomobil olduğunu, ondan başqa heç bir mülkləri olmadığını bildirmişdir. Kifayət də, “onda avtomobili lombarda qoy, mənə 10000 (on min) manat pul götür ver, mən də həmin lombardı 3 ay müddətinə bağlayacam” deyə bildirmiş, Vüsal da razılıq vermişdir. Onlar Gəncə şəhərinə gəlmiş, Vüsal tanışı Adillə danışmış, “pul lazımdır avtomobilimi qoyum, pul ver” deyə bildirmiş, sonra Vüsal Adilin yanına getmiş, atası İddiaçı1 adına olan “Chevrolet Malibu” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili Adil Həsənova vermiş, avtomobilin müqabilində Adildən 12500 manat pul götürmüşdür. Adil də Vüsala, “1 il müddətinə hər ay 1520 manat olmaqla ödəniş edəcəksən” deyə bildirmişdir. Vüsal da lombard olaraq Adildən avtomobilini qoyub götürdüyü 12500 manat puldan 10000 (on min) manatını yaşadığı evdə gətirib ona vermişdir. O da həmin 10000 manat pulu aparıb Goranboy rayonunda yaşayan keçmiş eltisi Kifayət Alıyevə vermişdir. Vüsala avtomobilini lombarda qoyub pul götürməyi Kifayət demişdir. Vüsal da pulu götürəndə Kifayətə “avtomobilə görə 12500 manat pul götürürük, 2500 manat xərclər var, 10000 sənə verəcəm, 1 il müddətində 18240 manat lombarda pul ödənəcək" deyə bildirmişdir. Kifayət də razılaşdığı üçün, lombarddan götürdüyü puldan 10000 manatını Rəhimli kəndində yerləşən evindən Kifayət Alıyevə vermişdir. Kifayət də həmin puldan 500 manatını ona qaytarmışdır. Sonra Vüsalla o, çıxıb gəlmiş, sonradan ilk 3 ay müddətində Kifayət hər ay 1520 manat olmaqla ona pul ödəmişdir. O da Kifayətin ona verdiyi pulu Vüsala vermiş, Vüsal da ödəniş olaraq hər ay pulu Adilə vermişdir. 3 aydan sonra Kifayət ona zəng vurub, “Rusiya Federasiyasından gəlmişəm, lombardı hesablat, gəlirəm, bağlayaq” deyə bildirmişdir. O da zəng vurub lombardı hesablatmış, həmin tarixə ümumi borcun 10700 manat olduğunu demişlər. O da Kifayətə zəng vurub demişdir. Kifayət də “Gəncə şəhərində Azərittifaq deyilən yerdə görüşək” deyə bildirmişdir. O da Vüsal və Adillə birlikdə getmiş, Kifayət də Dinar adlı şəxslə gəlmişdir. Həmin vaxt Kifayət ona “hal-hazırda bağlaya bilmirəm, pul üzərimdə deyil, evdədir" deyə bildirmişdir. Kifayətin yanında olan Dinar söhbətə müdaxilə edəndə o, Dinarın kim olduğunu soruşmuşdur. Dinar da bildirdi ki, Kifayətin yaxınıdır, o da Kifayətlə arasında olan məsələni ona danışmışdır. Dinar da Kifayətə, pulu aldığını, ödəməli olduğunu bildirmişdir. Sonra da ona “sizdən əvvəl mənə təklif olunmuşdu, mən yaxşı qutardım" deyə bildirmiş, sonra Dinar çıxıb getmişdir. O da həmin vaxt orada Kifayətlə söhbət etmişdir ki, "pulu ödəmək lazımdır ki, avtomobili girovdan çıxaraq”, həmin vaxt Kifayət telefonla bir nəfərə zəng vurmuş, o da Kifayətə zəng vurub, kimlə danışdığını soruşmuşdur. Kifayət də Amoyla danışdığını bildirmişdir. O da Kifayətə, Amoya onu şikayət etdiyini soruşmuşdur. Sonra telefonu götürmüş, Amo ona “mübahisə etməyin, ona 3 gün vaxt verin, 3 gün müddətində pulu bağlayacaq, avtomobilinizi girovdan çıxararsız” deyə bildirmişdir. Bir qədər sonra Reyhan adlı bir xanım oraya gəlmiş, Kifayətlə onun mübahisə etdiyini görmüş və ona “Kifayət mənim tanışımdır, ayıbdır, mübahisə edirsiz, gedək bizə evdə söhbət edək” deyə bildirmişdir. Sonra Kifayət və Vüsalla birlikdə Reyhanın evinə getmişlər. Reyhan da ona "Kifayətin pulu yoxdu, ona vaxt verin ödəsin" deyə qeyd etmiş, o da razılaşmış və bildirmişdir ki, ayın sonuna qədər ödəyər. 2 gün sonra Reyhan ona zəng vurub evə çağırmış, o da Vüsalla onun evinə getmişdir. Reyhanın evinin qarşısında görüşmüş, bir qədər sonra Kifayət Amo ilə birlikdə gəlmişdir. Kifayət və Reyhanla birlikdə evə keçmişlər, Amo da Vüsalla birlikdə çıxıb getmişdir. Kifayət də ona bildirmişdir ki, “mən Amonu bura mübahisəyə gətirməmişəm, xahişə gətirmişəm ki, mənə etibar edəsiniz ki, pulu ödəyəcəm", Amo da onlara “Kifayətin nağd ödəməyə pulu yoxdur, həmin pulu aybaay ödəyəcək” deyə bildirmiş, onlar da razılaşmışlar. Ondan sonra aybaay pulun ödəniş vaxtı gələndə Kifayət onların nömrələrini blok etmiş və bildirmişdir ki, “mənə sözünüzü Reyhan vasitəsilə deyin”. O da ayın sonunda Amoya zəng vurub, “Kifayətin xahişini sən eləmisən, sənə görə razılaşdıq, indi Kifayət ödəniş eləmir” deyə bildirmişdir. Amo da onu telefonda təhqir etmiş və bildirmişdir ki, "məni birdə narahat eləmə, get Kifayətlə problemini həll elə”. O da Kifayətə zəng vurub bildirmişdir ki, “Amo məni telefonda niyə təhqir edir", Kifayət də ona bildirmişdir ki, “onsuz Amo deyir ki, mən Lauranın yanına pulu silmək üçün getmişdim”. Kifayət onun nömrələrini bloka atmış, onu Reyhana yönəltmiş və bildirmişdir “ödənişi Reyhana göndərəcəm, Reyhan sizə verəcək”. Ondan sonra 2023-cü ilin dekabr ayına kimi Kifayət Reyhan vasitəsi ilə ona hissə-hissə ümumilikdə 9800 (doqquz min şəkkiz yüz) manat pul ödəmişdir. Ondan sonra o. onların heç biri ilə əlaqə saxlaya bilməmişdir. Həmin müddətdə də bir neçə dəfə Amoyla telefonla danışan zaman Amo ona bildirmişdir ki, “Kifayətə 10000 pulu sələmə vermisiz. Kifayət də həmin pulun müqabilində sizə 9800 manat pul ödəyib. Sizə başqa pul ödəməyəcək". O da pulunun ödənilməsini Amoya bildirəndə Amo onu təhqir etmiş və telefonda onu öldürəcəyi ilə hədələmişdir. Onu da qeyd etmişdir ki, Kifayətin tanışı Reyhan 2023-cü ilin avqust ayından indiyə kimi Kifayətin əvəzindən pulun ödəniləcəyinə vəd verərək indiyə kimi pulun tam ödənilməsinə maneçilik yaratmışdır, indiyə kimi də Kifayət Reyhanın vasitəsilə ona 9800 manat pul ödəmişdir. O da bu barədə polisə şikayət etmişdir. Əlavə olaraq onuda qeyd etmişdir ki, Amo onu ancaq telefon danışığı zamanı təhqir edib hədələmişdir. Kifayət isə onu həm telefonda, həm də üzbəüz təhqir edib hədələmişdir. Ondan əlavə telefonda əgər qapısına getsə, şantaj edib onu tutduracağı ilə hədələmiş və ona bildirmişdir ki, Amo və adamları sizi axtarır, tutsalar, öldürəcəklər. Daha sonra öz izahatında bildirmişdir ki, o, Kifayət Alıyevaya 10000 manat pulunun yaşadığı Goranboy rayonu Rəhimli kəndində onun yaşadığı evdə vermişdir. Kifayət tanışı Vüsalla o, Kifayətin evində qonaq olanda onlara yalvarmışdır ki, ona kömək etsinlər. Vüsal da ona görə atasının adına olan avtomobili lombarda qoyub 12500 manat pul götürmüş, həmin pulun da 10000 manatını Kifayətə vermişlər. Kifayət də 12500 manat pulun müqabilində 1 il müddətində lombarda 18240 manat pul ödəyəcəyini demişdir. Amma sonradan həmin pulun 9800 manatını ödəmiş, qalan pulu indiyə kimi ödəməmişdir. Vüsalın atasının adına olan avtomobil də halhazırda Vüsalın avtomobili qoyub pul götürdüyü Adil Həsənovun tanışı Cavabdeh1 adına keçirmişdir. Hal-hazırda da Adil Vüsaldan pulu tələb etmişdir ki, avtomobilini girovdan çıxartsın. Kifayət də pulunu ödəmədiyi üçün, Vüsal girovdan avtomobilini çıxarda bilməmişdir; Material üzrə araşdırma zamanı izahatı alınmış X15 izahatında bildirmişdir ki, X7 onun barəsində etdiyi şikayətlə tanış olmuş, həmin şəxs onun keçmiş eltisi olmuş, aralarında heç bir narazılıq olmamışdır. 2023-cü ilin fevral ayında pula ehtiyacı olduğundan, ondan 5-6 min manat borca pul istəmişdir. Laura bildirmişdir ki, öz avtomobilini lombarda qoyub, ona da borc verəcəkdir. Daha sonra ona pul vermiş, o Rusiya Federasiyasına getmiş və hər ay ona ödənişlər etmiş, hal-hazırda Lauraya pul borcu qalmamışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı2 öz izahatında X7 izahatında göstərdiyi xüsusatları bir daha tədiq etmişdir; Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. 2023-cü ilin fevral ayında tanışı Adil ona zəng vurub bildirmişdir ki, tanışı var ona pul lazımdır, “Malibu” markalı avtomobilini girov qoyub pul götürəcək. O da tanışı Nadirə zəng vurub bildirmişdir ki, tanış adam var, avtomobilini girov qoyub, 13500 manat pul götürmək istəyir. Nadir də bir qədər sonra ona zəng vurub bildirmişdir ki, Rəfael adlı bir nəfər var, avtomobilini adına qeydiyyat elətdirib, 13500 manat pul verəcək, 1 il müddətində hər ay 1520 manat pul ödəyəcəksiniz, o da Adillə danışmış razılaşmışdır. Sonra Vüsal “Malibu” markalı avtomobilə görə ona etibarnamə vermişdir. O da həmin avtomobili DYP-da Rəfaelin adına qeydiyyat elətdirmişdir, Rəfael də ona, 13500 manat pul vermişdir. Həmin puldan 300 manat o, götürmüş, 300 manat Nadirə vermiş, 400 manat da Adil götürmüş, 12500 manat pulu da Adil aparıb Vüsala vermişdir. Vüsal da həmin pula görə 4 ay müddətində hər 1520 manat pul vermişdir. Sonradan Vüsal ödəniş edə bilmədiyi üçün Rəfaellə aralarında mübahisə yaranmağa başlamışdır. Ondan sonra Adillə o, Vüsalla Rəfaeli görüşdürmüşdür. Vüsal Rəfaeldən vaxt almış və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. 1 il müddətində hissəhissə Vüsal Rəfaelə ümumilikdə 6080 manat pul ödəmişdir. Vüsal avtomobillə hadisə törətdiyi üçün, sığorta şirkətinin hadisə ilə əlaqədar avtomobilə verdiyi 3450 manatı da Rəfaelə vermişdir. Bununla da Vüsal Rəfaelə ümumilikdə 9480 manat pul ödəmişdir. Rəfael Vüsalın atasının adına olan avtomobili adına qeydiyyat etdirdikdən sonra avtomobilə görə ona verdiyi 13500 manata görə aylıq ödəniş 1520 manat olmaqla Vüsala hər hansı ödəniş qrafiki verilməmiş, Vüsalla ancaq öz aralarında razılaşma olmuşdur. Daha sonra öz izahatında bildirmişdir ki, o, Vüsalı şəxsən tanımamış, sonradan Adilin vasitəsilə tanımışdır; Material üzrə araşdırma zamanı izahatı alınmış X16 izahatında bildirmişdir ki, Gəncə şəhəri Vaqif küçəsində “Keçəllər” adlanan ərazidə ticarətlə məşğul olur. 2023-cü ilin fevral ayında Şahmar ona zəng vurub bildirmişdir ki, “dostunda “Chevrolet Malibu” markalı avtomobil var, ona pul lazımdır, tanışın varmı avtomobili adına keçirsin, pul götürsün, pulunu bağlayanda avtomobili özünə qaytarsın”. O da həmin vaxt tanışı Rəfael yanında olduğu üçün, Rəfaelə bildirmişdir ki, “Şahmarın tanışına pul lazımdır, girovda 2016-cı ilin “Chevrolet Malibu” markalı avtomobilini qoyacaq”. Rəfael də razılaşmışdır. Şahmar Rəfaelə bildirmişdir ki, “avtomobili adına keçirəcəyik, bizə 13500 manat pul verəcəksən”. Rəfael də bildirmişdir ki, “13500 manat pul verəcəm, bir il müddətində hər ay 1520 manat olmaqla pul ödəyəcəksiniz, ilin sonunda da avtomobili adınıza qaytaracam”. Şahmar da razılaşmışdır. 2023-cü ilin fevral ayında Şahmar və Adillə “Chevrolet Malibu” markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobili Rəfaelin yanına gətirmiş, sonra birlikdə DYP-ya getmiş, avtomobili Rəfaelin adına qeydiyyat etmiş, sonra Rəfael Şahmara 13500 manat pul vermişdir. Şahmar da həmin puldan ona 300 manat pul vermişdir. Həmin gündən sonra 4 ay vaxtlı-vaxtında Şahmar Rəfaelə hər ay 1520 manatdan pul ödəmişdir. 5-ci ay pulun ödəniş vaxtı Şahmar pulu ödəyə bilmədikdə, Rəfaellə Şahmar arasında narazılıq yaranmışdır. Həmin müddətdə məlum olmuşdur ki, “Chevrolet Malibu” markalı **-DP-*** markalı avtomobil Vüsala məxsus olmuşdur. Vüsala pul lazım olduğu üçün, avtomobili etibarnamə ilə Şahmara vermiş, Şahmar da həmin avtomobili Rəfailin adına qeydiyyat elətdirib, ondan 13500 manat pul götürüb həmin pulun da 12500 manatını Vüsala verib, Vüsal da 12500 manat pula görə Şahmara hər ay 1520 manat pul ödəməli olmuşdur. Vüsal da həmin pula görə 4 ay Şahmara 1520 manat pul ödəmiş, sonradan ödəniş edə bilməmişdir. Ondan sonra onlar arasında narahatçılıq yaranmışdır. Onu da qeyd etmişdir ki, Şahmar və Rəfael arasında heç bir sənədləşmə olmamış, nə də ki, Rəfael Şahmara avtomobilə görə ödəniş üçün heç bir qrafik verməmişdir; Material üzrə araşdırma zamanı izahatı alınmış X12 izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. 2023-cü ilin fevral ayında tanışı Vüsal ona zəng vurub bildirmişdir ki, “ona 12500 manat pul lazımdır, avtomobili girov qoya bilərəm”. O da tanışı Şahmara zəng vurub bildirmişdir ki, “dostuma 12500 manat pul lazımdır, özünə məxsus olan "Chevrolet Malibu" markalı avtomobilini girov qoyacaq”. Şahmar da bir qədər sonra ona zəng vurub bildirmişdir ki, "tanışım Nadir var, onun vasitəsilə həll edərik”. Sonra Şahmar ona zəng vurub bildirmişdir ki, “Vüsalın adına olan avtomobil həmin şəxsin adına keçəcək, həmin şəxs də 12500 manat pul verəcək, ona da 1 il müddətinə ayda 1520 manat pul ödənəcək". O da Vüsala zəng vurub bildirmişdir ki, “avtomobilini girov etibarnamə ilə Şahmara verəcəksən, Şahmar da avtomobili pul verən şəxsin adına qeydiyyat edəcək, həmin şəxs də sənə 12500 manat pul verəcək, sən də 1 il müddətinə həmin şəxsə hər ay 1520 manat pul ödəyəcəksən”, Vüsal da razılıq vermişdir. Sonra Vüsal idarə etdiyi “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Şahmara vermişdir. Şahmar da Rəfaellə birlikdə fevral ayında DYP-yə getmiş, avtomobili Rəfaelin adma qeydiyyat etmişlər. Sonra Şahmar ona zəng vurmuş, onu DYP-yə çağırmış, o da onların yanına getmişdir. Şahmar Rəfaelin yanında ona 12500 manat pul vermişdir. O da həmin 12500 manat pulu həmin gün 19.02.23-cü il tarixdə Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən notariat kontorunun yanında Vüsala vermişdir. Avtomobil etibarnamə ilə Vüsalın özünə qaytarmışlar. Vüsal da həmin puldan ona 200 manat hörmət etmişdir. Həmin vaxt Vüsala da bildirmişdir ki, ayın 19-u 1520 manat pul ödəyəcəksən, 1 il müddətində, 1 ildən sonra avtomobili yenidən öz adına qeydiyyat olunacaq. Vüsal da ondan sonra 4 ay ardıcıl olaraq hər ay 1520 manat pul ödəmişdir. 2 ay pulu gətirib ona vermiş, o da Şahmara vermiş, son 2 ayda Vüsalın özü Şahmara ödəniş etmişdir. 4 aydan sonra Vüsal ödəniş edə bilməyəndə Şahmar ona zəng vurub narazılığını bildirmişdir. O da həmin vaxtlarda Vüsalı Şahmar və Rəfaellə tanış etmiş, bildirmişdir ki. “avtomobil Vüsala məxsusdur pulu da Vüsal götürüb, ödənişi də Vüsal edəcək”. Vüsal da onlarla danışmış, pulu götürüb başqa adama verdiyini, həmin adamın da ödəniş edə bilmədiyi üçün narazılıq olduğunu, pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ondan sonra Vüsal ödəniş etməmiş, avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti avtomobilə görə 3450 manatı avtomobilin sahibi olan Rəfaelə vermişdir. Rəfael də həmin pulu ödənişə çıxmışdır. Onun bildiyinə görə, Vüsal Rəfaelə indiyə kimi ümumilikdə 10600 manat pul ödəmişdir. Təxminən bir neçə ay əvvəl Vüsal ona zəng vurub bildirmişdir ki, avtomobilin ödənişinə görə pul verdiyi şəxs ödəniş qrafiki istəyir. O da Vüsala bildirmişdir ki, ödənişə görə qrafik tərtib edilməmişdir. Aralarında olan danışıq əsasında razılıq olmuşdur ki, ayda 1520 manat manat pul ödənəcək, 1 il müddətinə olacaqdır. Vüsal da ona bildirmişdir ki, “özünüzdən qrafik tərtib edib mənə verin, mən də pul verdiyim şəxsə verim”. O da Rəfaelə bildirmiş, Rəfael də ona özündən tərtib etdiyi qrafiki göndərmiş, o da həmin qrafiki Vüsala göndərmişdir. Həmin qrafikdə də aylıq ödəniş 1520.29 manat göstərilmişdir. Qeyd etmişdir ki, Vüsala məxsus avtomobil Rəfaelə verilib, Rəfaeldən pul götürülmüş, Vüsala verilən zaman o, sonradan bilmişdir ki, Şahmar Rəfaeldən 13500 manat pul alıb həmin puldan 300 manat ona, 300 manat Nadirə vermiş, 400 manat özünə götürmüş, Vüsala vermək üçün də 12500 manat pulu ona vermişdir, o da həmin 12500 manat pulu Vüsala vermişdir. Vüsalda həmin puldan ona 200 manat vermişdir; Material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, heç bir yerdə işləmir. Laura Rzayevanın 1-ci polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd edir ki, 2023-cü ilin fevral ayında Nadir ona zəng vurub bildirmişdir ki, “dostumuz var, adına olan “Chevrolet Malibu” markalı avtomobili girov qoyub 13500 manat pul götürmək istəyir”. O da Nadirə bildirmişdir ki, “avtomobilini onun adına qeydiyyat edəcək, o da 13500 manat pul verəcək, bir il ərzində hər ay 1520 manat pul ödəyəcək”. Nadir də danışmış, onlar da razılaşmışdır. 2023-cü ilin fevral ayının 19-da etibarnamə ilə “Chevrolet Malibu” markalı avtomobili idarə edən Şahmar onunla birlikdə DYP-ya getmiş, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyat etmiş, sonra o, 13500 manat pulu Şahmara vermiş, avtomobilə görə də İddiaçı2 adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şahmar da bildirmişdir ki, “hər ay 1520 manat ödənişi mən Nadirə verəcəm, Nadir də sizə verər”. Ondan sonra 4 ay müddətində Nadir ona hər ay hissə-hissə olmaqla, ümumilikdə 6080 manat pul ödəmişdir. Ondan sonra ona ödəniş olmayanda Nadirlə aralarında söhbətləri olanda məlum olmuşdur ki, onun adına qeydiyyyat olan avtomobil Vüsala məxsusdur. Vüsal avtomobili girov qoyub pul götürüb, həmin pulu da vaxtlıvaxtında ödəyə bilməmişdir. Sonradan o, bilmişdir ki, Nadir, Şahmar və Adil vasitəçilik etmişlər, avtomobilə görə Şahmar ondan aldığı 13500 manat puldan 12500 manatını Vüsala vermiş, hazırda da ödəniş edə bilməmişdir. Sonradan Vüsal idarə etdiyi, onun adına olan “Chevrolet Malibu” markalı avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti də hadisə ilə əlaqədar avtomobilə dəymiş ziyana görə ona 3450 manat pul ödəmişdir. O da həmin pulu avtomobilin ödənişinə hesablamışdır. Ona görə də Nadir avtomobilə görə ona ümumilikdə 9530 manat pul ödəmişdir. Ondan əlavə ona ödəniş olmamışdır. Daha sonra öz izahatında bildirmişdir ki, o, Vüsalı 13500 manat pulu Şahmara verəndən 5 ay sonra tanımışdır. Şahmara verdiyi 13500 manat pula görə də Nadir ona sığortadan alınan pulla birlikdə ümumilikdə 9530 manat pul ödənmişdir. Ona 10600 manat pul verilməmişdir;
7. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 manat müqabilində alıcı X3;
8. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X17 “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 17500 manat müqabilində alıcı X2.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” minik markalı avtomobilin alqısatqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh1 da iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 9800 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsi qərəzli və yalandır, iddia ərizəsini qəbul etmir. Belə ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri “Azərbaycan İnşaat Materialları” mağazasının yaxınlığındakı, hazırda adı bu işdə digər cavabdeh kimi keçən Gəncə şəhər sakini X8 məxsus avtosalonda tanışlıqla "Chevrolet Malibu” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını 13500 manat nağd pulla almışdır. Həmin gün Cavabdeh2 vasitəçiliyi ilə öz tanışına ayı 1520 manata bir illik sürmək, sonra isə pulu tam ödədikdən sonra özündə tam qalmaq şərti ilə hazırda bu işdə olan İddiaçı2 vermişdir. Bundan sonra Vüsal 4 ay olaraq aralarındakı razılığa görə 1520 manat pulu onun öz tanışı, adı bu işdə cavabdeh kimi keçən Cavabdeh2 ödəyib, o isə həmin pulları Şahmardan qəbul etmişdir. Bundan sonrakı növbəti ödənişlər İddiaçı2 Telman oğlu tərəfindən dayandırılmış və yaxın zamanlarda pulu yenidən ödəyəcəyini bildirmişdir. Bu müddətdə İddiaçı2 həmin maşında qəza törətdiyini bilmişdir. Avtomaşın onun adına olduğundan sığorta şirkətindən 3450 manat sığorta pulu almış və həmin pulu növbəti ayların ödənişi kimi qəbul etmişdir. Bundan sonra ödəniş İddiaçı2 tərəfindən tam dayandırılmış və İddiaçı2 ona bildirmişdir ki, “bir az gözlə maşını sataq və sənə yerdə qalmış pulu tam ödəyəcəm”. Ödəniş yenə uzun müddət olmadığından 2024-cü ilin mart ayında İddiaçı2 Telman oğlu onun adına olan avtomaşını dayanacaqdan qaçırdıb apararaq gizlətmiş və ona bildirmişdir ki, “qalmış pulu sənə verməyəcəyəm”. Buna görə o, Daxili İşlər Nazirliyinin “102” Çağrı Xidmətinə zəng edərək ona aid olan avtomaşının tapılıb ona qaytarılması barədə Gəncə şəhər Polis İdarəsində araşdırılmasını xahiş etmişdir. Avtomaşın tapılmadığı üçün yenidən Gəncə şəhər Yol Polis İdarəsinə müraciət etmişdir. Gəncə Şəhər Yol Polis İdarəsinin səyi nəticəsində avtomaşın 2024-cü ilin avqust ayında tapılmış və ona təhvil verilmişdir. Bundan sonra aralarında vasitəçi olan Cavabdeh2 demişdir ki, bu işi yoluna qoysun, sonuncu heç bir köməklik edə bilmədikdə ona bildirmişdir ki, “maşın sənin öz adınadır, apar sat öz pulunu götür”. Sonrakı mərhələdə göstərilən avtomaşını Bakı şəhərində 15500 manata satmışdır. Satmamışdan qabaq avtomobilə 1000 manat xərc çəkmişdir. Özündə apardığı hesablamaya görə İddiaçı2 avtomaşına görə ona 9000 manat pul ödənilib. Aralarındakı razılaşmaya görə Vüsal maşından istifadə etdiyinə və ödənişləri hissə-hissə apardığına görə ona 18000 manat pul ödəməli idi. O, iddiaçılar tərəfindən ona verilən puldan maşının tapılmasına, yaxşı qiymətə satılması üçün çəkdiyi 1000 manat təmir xərclərinə və onların istifadə etdiyi müddətlərdə onun adına gələn cərimələrə və digər əlavə xırda xərclərə görə 5000 manat xərci çıxıbdır. Həmin xərcləri də, hesablamaqla bildirir ki, cavabdehin ona ödəmədiyi pullara və vurduğu zərərə görə əlavə 9800 manat borcu vardır. Ona görə də, ilkin iddia təmin ediləcəyi halda həmin pul iddiaçılardan alınıb ona verilməlidir. Gəncə Şəhər Polis idarəsi və X27 idarəsində araşdırmalar aparılmış və bu müddətdə ona maddi və mənəvi ziyanlar dəymişdir. Bunun nəticəsində onun əsəbləri və sağlamlığı pozulmuşdur. İddiaçıların ona qarşı qaldırdıqları iddia əsassız və qərəzlidir, iddiada qaldırılanlar reallığı əks etdirmir.
12. Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)-5145/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) ilk iddia təmin edilərək, 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, 20-DP040 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış “xx.xx.2023-cü il tarixli avtomobilin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi; 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, 20-DP040 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına aparılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyatının ləğv olunması; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İddiaçı2 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilməsi; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi; Hazırki qətnamə ilə müəyyən edilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində borc üzrə girov müqaviləsinin qaydalarının tətbiq edilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.2, 269.3, 269.5, 270.1, 270.2, 273, 295 və 528-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşin həqiqi və faktiki halları ondan ibarətdir ki‚ o, xx.xx.2023-ci il tarixdə Gəncə şəhəri “Azərbaycan İnşaat Materialları” mağazasının yaxınlığındakı adı bu işdə digər cavabdeh kimi keçən Gəncə şəhər sakini Cavabdeh2 məxsus avtosalondan “Chevrolet Malibu” markalı dövlət nömrə nişanlı ** DP *** olan avtomaşını 13500 manat nağd pulla almışdır. O, həmin 13500 manat pulu Cavabdeh2 ödəmiş və avtomaşını da ondan təhvil almışdır. Həmin günə qədər maşının sahibi kimi Cavabdeh2 tanımışdır. İddiaçılar Vüsal və İddiaçı1ları tanımamış və görməmişdir. Çünki, maşına dair tam səlahiyyət verən etibarnamə Cavabdeh2 adına olmuşdur. Ona görə də, rəsmiləşməni Cavabdeh2 özü müstəqil şəkildə icra etmişdir. Bundan sonra Cavabdeh2 Rəfaelə ona maşını əvvəlki sahibinə 1 il müddətinə sürüb pul qazanmaq üçün icarəyə verməklə, hər ay 1520 manat almaqla, nəticədə 18000 manat pul ödənilməklə onlara verməyi təklif etmişdir. Rəfael 1 il ərzində 4500 manat qazanc əldə edəcəyini nəzərə alaraq həmin təkliflə razılaşmış və Cavabdeh2 zaminliyi ilə maşını onlara, idarə etməyə dair etibarnamə əsasında vermişdir. Qarşılıqlı iddia ərizələrində göstərildiyi kimi Cavabdeh2 vasitəsi ilə, Cavabdeh1 hər ay 1520 manat olmaqla 4 ay müddətində 6080 manat pul almışdır. Həmin 6080 manat 2023cü ilin mart, aprel, may və iyun aylarına aid olmuşdur. Bundan sonra Şahmarın verdiyi məlumata əsasən İddiaçı2 maşını vurdurduğuna görə aylıq ödəməni dayandırmışdır. Bundan sonra Şahmarın təklifi ilə Adil, Nadir və Vüsal onunla görüşmüşlər. Xahiş etmişlər ki, Vüsala bir necə ay vaxt versin ki, Vüsal maşını düzəltdirib sonrakı aylıq ödənişləri ödəməkdə davam etsin. Həmin ərəfədə sığorta şirkətindən maşının qəzası ilə əlaqədar 3450 manat sığorta pulu verilmiş maşın onun adına olduğu üçün pulu o almışdır. Razılaşmışlar ki, həmin sığorta pulunu 2 aylıq ödəniş kimi hesablasınlar. Qalıq pul isə növbəti ayın ödənişindən çıxılmalı idi. Bundan sonra İddiaçı2 maşını 2-3 ay ərzində maşını düzəltdirməmiş, maşın təmirsiz qalmışdır. Təqribən 6 aydan sonra yəni, 2024-cü ilin fevral ayında Vüsalın maşını təmir etdirib sürməsi haqqında məlumat almışdır. 2024-cü ilin fevral ayında 1 illik müddət bitdiyinə görə, mart ayında Şahmar, Nadir, Vüsal və onun atası Elşənlə görüşdə bildirmişdir ki, ona həmin vaxta qədər 9530 manat pul ödənilmişdir, həmin pul nəzərə alınmaqla onlar əlavə 8600 manat qalıq borclarını ödəməlidirlər. Həmin vaxtı Vüsalgil təklif etmişlər ki, maşını satıb həmin borc pulu ödəyə bilərlər. Onlarla razılaşmışdır. Bundan sonra İddiaçı2 öhdəliyinə əməl etməmiş, avtomobili gizlədərək borcun qalıq hissəsini ödəməkdən boyun qaçırtmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət edərək avtomaşının tapılıb ona qaytarılması barədə Gəncə Şəhər Polis İdarəsində araşdırılmasını xahiş etmişdir Gəncə Şəhər Yol Polis İdarəsinin səyi nəticəsində avtomaşın 2024-cü ilin avqust ayında tapılmış və ona təhvil verilmişdir. Daha sonra o, Cavabdeh2 müraciət edərək işin yoluna qoyulmasını xahiş etmiş, o, isə maşının onun (qarşılıqlı iddiaçının) adına olduğuna görə, aparıb satıb pulunu götürməsini təklif etmişdir. Sonrakı mərhələdə həmin avtomaşını satmaq üçün 1000 manatdan artıq xərc çəkmiş və 15500 manata satmışdır. İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, həmin ərizədə guya maşına görə borcunun 2900 manat olduğunu qeyd etmişdir. Onlar isə qarşılıqlı iddia ərizəsində ondan borclarına görə 9800 manat pul ödəməsini tələb etmişlər. Həmin məbləğin hesabatı aşağıdakı qaydadadır. İddiaçı2 1 illik etibarnamə müddətində hər ay 1520 manat olmaqla 18240 manat pul ödəməli olduğu nəzərə alınmaqla, Şahmarın vasitəsilə 18000 manata razılaşmışlar. Vüsal 4 ay ərzində 1520 manat olmaqla, 6080 manat ödəmiş sonra maşını vurdurduğuna görə pul ödəməmişdir. Maşının sığortasına görə 3450 manat pul almışdır. Bu hesabla Vüsalın 8470 manat borcu qalmışdır. O, maşını götürüb satmaq ərəfəsində, maşının əsaslı təmirinə (mühərrikin yığılması və s.) maşının cərimələrin ödənməsi və sair xərclərə görə 5000 manat xərc çəkmişdir. Məhkəmə baxışı ərəfəsində Moskva şəhərində olduğuna görə xərclərlə əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, cavabdehlərdən əvvəlki qalıq borclarına görə 9800 manat pul tələb etmişlər. Məhkəmə isə 2970 manat pulun alınmasına dair qərar qəbul etmişdir. Tərəflər arasında ilkin mərhələdə alqı-satqı müqaviləsi baş vermişdir. Belə ki, əvvəl maşının sahibi olmuş İddiaçı1 verdiyi bütün səlahiyyətlərə aid etibarnamə əsasında maşın Şahmarın avtosalonunda olmuş, Cavabdeh1 həmin maşına 13500 manat pulu satıcı Cavabdeh2 ödəməklə maşını almışdır. Həmin maşın rəsmi alqı-satqı müqaviləsi əsasında Dövlət Qeydiyyat İdarəsində onun adına rəsmiləşərək, onun mülkiyyətinə keçmişdir. Bundan sonra Cavabdeh2 ikinci variantı, yəni maşını 1 illik sürmək şərti ilə 18240 manat pul ödənilməsi variantını təklif etmişdir. O, 1 il ərzində 4500 manatdan artıq qazancı olacağını nəzərə alaraq razılaşmışdır. Məhkəmə tərəflərin arasında baş vermiş və razılaşdırılmış alqı-satqı müqaviləsini nəzərə almayaraq, yalnız ikinci variantla razılaşılmış münasibətə uyğun girov hüquq-münasibətlərini əsas götürərək mübahisəni qiymətləndirmişdir. Məhkəmə bu nəticəyə gələrkən işin bütün faktik hallarını aydınlaşdırmamışdır. Bunun üçün məhkəməyə lazım gəlirdi ki, iş üzrə razılaşmanın təşkilatçısı olan Cavabdeh2 ətraflı dindirməklə, eyni zamanda şahid qismində həmin mübahisənin məhkəməyə qədər araşdırmalarında iştirak etmiş Adil və Nadir adlı şəxsləri dindirməklə ziddiyyətli məqamları aydınlaşdırsın. Məhkəmə həmin şəxsləri dindirmədiyinə görə, iş üzrə mühüm əhəmiyyətli faktlar aydınlaşdırılmamış hesab edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsində icraat:
17. X17 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
d) Məhkəmə icraatı iştirakçılarının izahatı
18. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında avtomobilin 18000 manata satılması barədə alqı-satqı müqaviləsi imzalanıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehlər avtomobili götürüb, 18000 manat pul verib, pulu ödəmədiklərinə görə avtomobili özlərində saxlayıblar. Qarşılıqlı iddiaçının deməsinə əsasən 9530 manat pul ödənilmiş, 8600 manat borc qalmışdır. Əvvəllər cavabdehlər avtomobili satıb borcu bağlamağı təklif etsələr də, həmin vaxt avtomobil satılmayıb. Daha sonra qarşılıqlı iddiaçı özü avtomobili başqa şəxsə satıb. İlk iddia təmin edilmiş, ona görə də, qarşılıqlı iddiaçıya cavabdehlər tərəfindən 9800 manat borc ödənilməlidir. Rəfaelin bidirdiyinə görə avtomobili alğı-satqı əsasında Şahmardan almış, müqavilə bağlanana qədər Rəfael cavabdehləri tanımamışdır. Hesab edir ki, müqavilə bağlanan zaman niyyət avtomobilin alğı-satqısı yox, pulun verilməsi olmuşdur. Ona görə də indi pulunu tələb edir. Qarşılıqlı iddiaçı Şahmar adlı şəxsə 13500 manat pul vermiş, həmin puldan 1000 manatı Şahmar özünə götürmüşdür. Həmin məsələ işin mübahisəssiz halıdır. Avtomobil cavabdeh İddiaçı2 istifadəsində olarkən qəza baş verib və avtomobilə ziyan dəyib. Rəfaelin bildirdiyinə görə avtomobili o, təmir etdirib. Sığorta şirkətindən də ödənilən pul Rəfaelin adına göndərilib. Sığorta ödənişi ilə birlikdə 9530 manat pul ödənilib.
19. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobil onun mülkiyyətində olmuşdur. Ona pul lazım olduğundan Şahmara ümumi etibarnamə vermiş, Şahmar isə bunun müqabilində ona 12500 manat pul vermişdir. Onlar 10 ay ərzində 1520 manat pul ödəməli idilər. Üçüncü ay pulu verdikdən sonra Nadir adlı şəxs ona 1 il müddətinə 1520 manat pul verməli olduğunu bildirərkən onlardan qrafik tələb etmişdir. Çünki, ilk razılaşmaları ilə onların dedikləri fərqli idi. Sığorta ödənişi daxil olmaqla ümumilikdə onlara 10600 manat pul ödəmişlər. Sədrlik edən sualların olub-olmamasını soruşur. Verilən suallara cavab olaraq İddiaçı2 bildirmişdir ki, 7 ay 1520 manatdan pul ödəmişlər, əlavə də sığorta ödənişi verilmişdir. Avtomobili özü təmir etdirmişdir. 7 ay müddətində 1520 manat pulu Şahmarın və Nadirin vasitəsilə ödəmişdir. Rəfaeli isə ancaq problem yarananda tanımışdır. Rəfaeli tanımadığına görə ona əlbəəl pul verməmişdir.
20. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobil onların istifadəsində olub. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra etibarnamə ilə avtomobili idarə etmişlər. Daha sonra etibarnamə ləğv edildiyinə görə avtomobili oğlunun əlindən alıb cərimə meydançasına yerləşdirmişlər. Qarşı tərəf yeni açar düzəltdirərək maşını ordan götürmüşlər və onlara məlumat verməmişlər.
21. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, avtomobili 13500 manata Cavabdeh2 almışdır. Lakin, avtomobilin mülkiyyətçisi barədə məlumatı olmamışdır. Razılaşmalarına əsasən 1 il müddətində hər ay 1520 manat ödəniş olmalı idi. Pulu Şahmara vermiş, həmin puldan ona cəmi 9530 manat pul ödənilib. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, 4 ay 6080 manat ödəniş olub, bundan əlavə 3450 manat sığorta ödənişi verilmişdir. Ümumilikdə isə 18240 manat ödəniş olmalı idi. Əgər pul tam ödənilərsə, avtomobilin ilkin iddia üzrə iddiaçılara verilməsinə etirazı yoxdur. Pulu verdikdən sonra aralarında alqı-satqı müqaviləsi bağlandı, avtomobil Şahmarda qaldı, şəhadətnaməni ona verdi. Ödənişlər dayandıqdan sonra 102 xidmətinə müraciət etmiş və avtomobil axtarışa verilərək üzərinə həbs qoyulmuşdur. Bir müddət sonra Şahmar ona ödənişi ödəyə bilmədiklərini söyləmişdir. Bu səbəbdən 2024-cü ilin sentyabr ayında Bakı şəhərində avtomobili 15500 manata etibarnamə ilə satmışdır. Avtomobili alan şəxsi tanımır. Əgər cavabdehlər borclarını ona ödəsələr, avtomobili alan şəxslə razılaşaraq avtomobili geri qaytara bilər. Həmçinin artıq ödənilmiş pulun qaytarılmasına da razıdır. Avto qəzadan sonra avtomobili cavabdehlər təmir etdirmiş, sığorta ödənişi isə ona verilib. Hazırda cavabdehlərin 8600 manat borcları qalıb, bundan əlavə 1200 manat əlavə xərcləri çıxıb, hansı ki, həmin xərclərə dair sübutları vardır.
22. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobili qarşılıqlı iddiaçıya satmamışlar, ondan götürdükləri borca görə avtomobili girov qoymuşlar. Bu səbəbdən də aralarında alqı-satqı müqaviləsi bağlanmamış, yalnız avtomobilə dair etibarnamə vermişdir. Avtomobil də onun istifadəsində olub. Əslində, Şahmar adlı şəxsə lombard krediti üçün müraciət etmişdir, o, Cavabdeh1 tapıb pulu ondan istəyib. Qarşılıqlı iddiaçını özü tanımamışdır. Hazırda isə avtomobilin ona qaytarılmasını tələb edir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı2 bildirmişdir ki, ona 13500 manat pul verilmişdir. Həmin pulu 10 ay müddətində ödəməli idi. Bir müddət sonra ona əlavə 2 ay da ödəniş edəcəyi bildirilmiş bu səbəbdən aralarında mübahisə yaranmışdır. Borcundan 10600 manat ödəniş etmişdir. Belə ki, 5 ay üzrə borcundan ödəniş etmiş, lakin 5-ci ayın ödənişi razılaşdırılmış məbləğdə olmamışdır, 1120 manat vermişdir. Bundan əlavə sığorta ödənişi də qarşılıqlı iddiaçıya ödənilmişdir. Borca dair ödənişləri Adilə və Şahmara vermişdir.
23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini qəbul etmədiklərini və əvvəlki məhkəmə iclasında verdikləri izahata əlavələri olmadığını bildirmişlər. Cavabdehlər sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
27. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
28. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 270.2-ci maddəsinə görə bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.
29. Maddə 273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır.
30. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
34. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir. İlkin iddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni qarşılıqlı iddiaya dair hissədə (iddianın təmin edilməmiş hissəsi) mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 2023-cü ilin fevral ayında Cavabdeh1 İddiaçı2 pul götürülməsi məqsədilə, İddiaçı1 mülkiyyət hüququ üzrə ona məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobili Cavabdeh1 qarşısında girov qoyaraq (avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır; həmin alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə yalançı əqd kimi bağlandığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş avtomobil qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir) 12500 manat məbləğində pul vəsaitini borc kimi götürmüşdür. Tərəflər belə razılığa gəlmişlər ki, İddiaçı2 ona verilmiş 12500 manat vəsait müqabilində Cavabdeh1 12 ay müddətinə hər ay 1520 manat ödəniş edəcək (12 x 1520=18240). **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobil Cavabdeh1 adına qeydə alınsa da, lakin avtomobil faktiki olaraq İddiaçı2 və İddiaçı1 sahiblik və istifadəsində olmuş, hətta Cavabdeh1 tərəfindən avtomobilə dair İddiaçı1 adına 5 ay 13 gün müddətə (xx.xx.2023-cü il, saat 23:59-dək) etibarnamə verilmişdir; xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında İddiaçı2 avtomobilə dair 9 il 11 ay 30 gün müddətinə (xx.xx.2033-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bundan sonra, İddiaçı2 dörd ay müddətində hər ay Cavabdeh1 1520 manat verməklə, 6080 manat ödəmiş, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3450 manat sığorta ödənişi verilmiş, tərəflərin razılaşması ilə həmin vəsait Cavabdeh1 tərəfindən qəbul edilmiş və verilmiş vəsaitin silinməsinə yönəldilmişdir. Daha sonra İddiaçı2 ödəməyi üzərinə götürdüyü pul vəsaitini vaxtlı-vaxtında ödəmədiyindən Cavabdeh1 xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında borcun təminatı kimi girov qoyulmuş “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 manat müqabilində alıcı X3. O, satışdan əldə edilmiş vəsaitdən girov qoyan İddiaçı1 hər hansı vəsait qaytarmamışdır. Daha sonra isə, xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında həmin avtomobil satıcı X17 tərəfindən 17500 manat müqabilində alıcı X1. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh1 borcalan İddiaçı2 ona borclu qaldığını iddia edir və borcun ödənilməsini tələb edir.
48. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi hazırkı apellyasiya baxışı çərçivəsində qətnamənin qanuniliyi və əsaslılığı yalnız qarşılıqlı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia qismən təmin edilmiş və qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamədən yalnız qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermişdir.
49. Yəni, apellyasiya baxışının predmetini qarşılıqlı iddiaçının apellyasiya şikayəti üzrə qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin araşdırılması təşkil etmişdir. Başqa sözlə, qarşılıqlı iddianın təmin edilmiş hissəsində işin hallarının araşdırılması apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılmır.
50. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
51. Məhkəmə kollegiyası yoxlanılan (qarşılıqlı iddianın təmin edilməmiş hissəsi) hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
52. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, cavabdeh İddiaçı2 2023-cü ilin fevral ayında qarşılıqlı iddiaçı Cavabdeh1 pul götürülməsi məqsədilə, atası olan digər cavabdeh İddiaçı1 mülkiyyətindəki **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobili qarşılıqlı iddiaçı Cavabdeh1 qarşısında girov qoyaraq (avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır; həmin alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə yalançı əqd kimi bağlandığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş avtomobil qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir) 12500 manat məbləğində pul vəsaiti borc kimi götürmüşdür. Tərəflər belə razılığa gəlmişlər ki, cavabdeh İddiaçı2 ona verilmiş 12500 manat vəsait müqabilində qarşılıqlı iddiaçı Cavabdeh1 12 ay müddətinə hər ay 1520 manat (faiz hesablanmaqla) ödəniş edəcək (12 x 1520=18240). Lakin, kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı cavabehlərə verdiyi pul vəsaitinə görə cavabdehlərdən faiz borcu tələb etməkdə haqlı deyildir.
53. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
54. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
55. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının vermiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
56. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
57. İşdən müəyyən edilir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 20 fevral 2023-cü il tarixdə yaranmışdır (həmin gün avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır). Bu halda məsələ hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş hüquq normalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin əvvəlki redaksiyasının 740.1-ci maddəsində deyilirdi ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Məcəllənin 740.2-ci maddəsində isə deyilirdi ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
58. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, 12500 manat vəsaitin borca verilməsi ilə bağlı tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmamışdır. Həmin vəsait şifahi müqavilə əsasında verilmiş və həmin vəsaitin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. 3000 manat borc məbləğinin şifahi kredit müqaviləsi əsasında verilməsi mülki qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Lakin, 12500 manat borc məbləğinin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin miqdarı 3000 manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından iddia olunan məbləğ cavabdeh İddiaçı2 tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da cavabdeh İddiaçı2 iddiaçının (məhrum olanın) hesabına həmin məbləğdə əsassız varlanmışdır.
59. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları əsas götürülməlidir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
60. Nəzərə alınmalıdır ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən olan mübahisələr üzrə əsassız varlanma obyektinə (pul məbləğinə) faiz borcu ödənilməsi nəzərdə tutulmur.
61. Kollegiya vurğulamağı zəruri sayır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən yaranmış mübahisənin xarakterini düzgün müəyyən etməmiş və mübahisənin borc öhdəlik hüquq münasibətlərindən qaynaqlandığı qənaətinə gəlmişdir. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi əsası kimi prosessual qanunvericilikdə nəzərdə tutulsa da, lakin kollegiya mahiyyət etibarı ilə düzgün gəlinmiş nəticəni formal əsaslara görə ləğv edilməsini zəruri hesab etmir və məhkəmənin diqqətinə çatdırır ki, hər bir mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin həqiqi məzmunu müəyyən edilərək qətnamə işə aid olan maddi hüquq normaları ilə əsaslandırılmalıdır.
62. Bununla belə, işin halları əsasında məlum olur ki, qarşılıqlı iddiaçının cavabdeh İddiaçı2 verdiyi vəsaitdən 9530 manat pul vəsaiti qarşılıqlı iddiaçıya qaytarılmışdır. Belə ki, kollegiyanın iclasında qarşılıqlı iddiaçı Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, cavabdeh İddiaçı2 dörd ay müddətində hər ay 1520 manat verməklə, 6080 manat ödəmiş, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3450 manat sığorta ödənişi verilmiş, həmin vəsait onun tərəfindən qəbul edilmiş və cavabdehlərə vermiş olduğu vəsaitin qaytarılmasına (silinməsinə) hesablanmışdır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddiaçı Cavabdeh1 **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobilin tapılmasına, yaxşı qiymətə satılması üçün 1000 manat təmir xərclərinə və onların istifadə etdiyi müddətlərdə onun adına gələn cərimələrə və digər əlavə xırda xərclərə görə 5000 manat xərci çıxdığını iddia edərək həmin vəsaitin cavabdeh İddiaçı2 tutulmasını tələb etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim edilmədiyindən kollegiya həmin hisədə qarşılıqlı iddiaçının tələbini əsassız saymışdır.
64. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavanbdeh İddiaçı2 qarşılıqlı iddiaçı Cavabdeh1 ödəməli olduğu 12500 manat vəsaitdən 9530 manat hissəni ödəmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh İddiaçı2 (12500-9530=2970) qalıq 2970 manat vəsaitin tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
65. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yoxlanılan hissədə qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)-5145/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.