Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-780/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, ebvdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-343/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsindən Cavabdeh istifadə hüququna 8000 manat kompensasiya verməklə xitam verilməsi, onun əşyaları ilə birlikdə evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-343/2022 nömrəli (hakim G.Şirinov) qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1, Gəncə şəhəri 7 saylı Notariat Ofisi və İddiaçı2 qarşı Gəncə şəhəri 7 saylıl Dövlət Notariat Ofisində bağlanmış 15 fevral 2007-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair 2(125)-2483/2022 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırlması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikəyət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(125)-55/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4. maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. İşdən müəyyən olunur ki, Cavabdehlər İddiaçı2, İddiaçı1 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə hazırlıq iclası 12 dekabr 2022-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-2483/2022 nömrəli iş üzrə tələb arasında qarşılıqlı bağlılq və asılılıq olduğundan hazırkı iş üzrə icraat dayandırılmışdır Məhkıəmə kollegiyası da hesab edir ki, hazırkı iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlkmişdir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə hazırkı iddia tələbi arasında qarşılıqlı bağlılq və asılılıq mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-343/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-343/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-780/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-780/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver