Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-791/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 mülkiyyətində olan, Göygöl rayonu, Üçtəpə ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə dair həmin kənd icra nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 427 saylı arayışı əsasında X3 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışın, Göygöl rayon Notariat ofisinin 14.06.2V- 125 saylı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında Cavabdeh adına mübahisəli 0.09 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Göygöl Rayon Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)- 41/2023 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə əsassız və qanunsuz olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə hazırki iş üzrə icraata xitam verərkən nəzərə almamışdır ki, mərhum Məmmədov Zahirin adına olan mübahisəli torpaq sahəsinin arayış təqdim etməklə mərhum Məmmədov Zahirin qanunsuz hərəkətləri nəticəsində baş vermiş, bu hərəkət nəticəsində öz adına çıxarış əldə etmiş, həmin çıxarış əsasında ölümündən sonra oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi əsasında yenidən öz adına mübahisəli torpaq sahəsəsinə dair çıxarış almışdır. Göründüyü kimi, mübahisənin səbəbi inzibati orpaq hesab edilən reyestr xidmətinin hərəkət və hərəkətsizliyində deyil, mərhum X3 qanunsuz sənəd təqdim edilməsi ilə bağlı hərəkətləri nəticəsində baş vermişdir. Ancaq məhkəmə qərardad çıxararkən bu halı nəzərə almamışdır. Odur ki, şikayətinin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar vardır, birinci instansiya məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlməmiş və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi “X4rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə olan qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın verilməsinə əsas torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş və həmin şəhadətnamə hal-hazırda qüvvədədir, iddiaçı ilkin olaraq şəhadətnaməni mübahisələndirməli və bununla bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının hazırki tələbi atası mərhum X1 miras qalmış əmlaka dair vərəsə kimi əmlak hüquqlarını əldə edilməsindən ibarət olmuşdur. O, atasından miras qalmış 0.09 ha torpaq sahəsinin mərhum əmisi X5 tərəfindən qanunsuz ələ keçirildiyini, bunun nəticəsində həmin torpağa dair şəhadətnamə və çıxarış aldığını, onun vəfatından sonra isə mübahisəli torpağın Cavabdeh mülkiyyətinə keçdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi atasından miras qalmış torpağın əvvəlki hüquqi vəziyyətini bərpa etmək və həmin torpağa vərəsəlik hüququ əldə etməkdir. Birinci instansiya məhkəməsinin qənaətinə əsasən iddiaçının mübahisələndirdiyi hüquqi sənədlər əslində hansısa inzibati aktın hüquqi nəticəsi kimi çıxış edir. İddiaçı ilkin olaraq həmin inzibati aktı mübahisələndirməklə, sonradan hazırkı məsələni mübahisələndirməyə çıxış əldə edə bilərdi kimi mülahizəsi heç bir halda iş üzrə icraatın xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 261ci maddəsində iş üzrə icraata xitam verilməsinin belə bir əsası nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin irəli sürdüyü bu mülahizə iş mahiyyəti üzrə baxılaraq iddianın təmin edilib-edilməməsinə təsir edən amil kimi çıxış edə bilər. Beləliklə birinici instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmanı davam etdirərəkən digər məsələlər yanaşı bu məsələni də hərtərəfli araşdırmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Göygöl Rayon Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 saylı qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Göygöl Rayon Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Şikayət təmin edilsin. İş üzrə Göygöl Rayon Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(066)- 41/2023 saylı qəradadı tam və 25 yanvar 2023-cü il tarixli, 2(066)-41/2023 saylı qərardadı qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışların ləğv edilməsi, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair mülki iş mahiyyəti üzrə üzrə baxılmasının davam etdirilməsi üçün Göygöl Rayon Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-791/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-791/2023
14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver