Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-791/2025 19.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Şəmkir Bələdiyyəsinə qarşı avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaitləri hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(076)- 3523/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, **********85 reyestr nömrəli 0.05 ha torpaq sahəsi Cavabdeh2 tam mülkiyyətindədir.
2. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, **********34 reyestr nömrəli 0.05 ha torpaq sahəsi X1 tam mülkiyyətindədir.
3. xx.xx.2024-cü il tarixli 2358 nömrəli Şəmkir şəhər İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanda yaşayır.
4. Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək vergilər üzrə 566.93 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək məcburi dövlət sosial sosial sığorta haqları üzrə 1131.80 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icbari tibbi sığorta haqları üzrə 115.77 manat dövlət büdcəsinə ödəniş etmiş edilmişdir.
5. xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-1120/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Şəmkir şəhəri, İ.Məmmədov küçəsində yerləşən Cavabdeh2 və X2 məxsus avtomobil yuma məntəqələrinə aid təyinatı üzrə heç bir hüquqmüəyyənedici sənəd yoxdur.
6. 05 iyun 2024-cü il tarixli 3-16-16/2-10/8823 saylı Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən avtomobil yuma məntəqələri inşa edilərək qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.92 m (3.7mx0.25) və X2 məxsus avtomobil yuma məntəqələri inşa edilərkən qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.85m (3.4mx0.25) nəzərdə tutulmalıdır. Tədqiq olunan ünvanda Cavabdeh2 tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə və K.Musayeva qonşu tikiliyə bitişik inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.
7. xx.xx.2024-cü il tarixli 86 nömrəli Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məktubundan görünür ki, X2 məxsus avtoyuma məntəqəsi ona məxsus həyətyanı torpaq sahəsində inşa edilmişdir. Məntəqənin açılması üçün aidiyyatı qurumların razılığı vardır. Avtoyuma məntəqəsində çirkab suları həyətdə qazılmış çalaya axıdılır. Avtoyuma məntəqəsi şikayətçi İddiaçı yaşadığı evdən aralı məsafədə yerləşir. Baxış zamanı avtoyuma məntəqəsinin sanitariya gigiyena qaydalarına uyğun olduğu aşkarlanmışdır. Cavabdeh2 məxsus avtoyuma məntəqəsi şikayətçinin İddiaçı yaşadığı evə bitişik kafe ilə birlikdə fəaliyyət göstərir. Evə bitişik olduğu üçün avtoyuma zamanı yüksək tezlikli səs-küy, vibrasiya əməl gəlir. Bu da vətəndaşın haqlı narazılığına və istirahətinin pozulmasına səbəb olur. Bundan başqa avtoyuma zamanı çirkab suları küçə arxına tökülür. Həmin arx vasitəsi ilə axıdılan çirkab suları suvarmada istifadə edilən su kanalına tökülür. Bu da sanitar gigiyenik qaydaların pozulması deməkdir. Cavabdeh2 avtoyuma məntəqəsinin açılmasına və razılıq verilməsinə dair heç bir sənəd təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi və tikililəri yerli baxış keçirilmiş, məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə bitişik torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 məxsus torpaq sahəsində üzərində “Çimərlik” sözü yazılmış çay evi kimi istifadə edilən tikili, həmin tikilidən içəri daxil olduqdan sonra tikilinin arxa hissəsində, yenə iddiaçının yaşadığı fərdi yaşayış evinə yaxın hissədə böyük “Hovuz” yerləşməsi müəyyən edilmişdir. Həmin “Çimərlik” yazılan tikili yerli baxış zamanı ”çay evi” kimi fəaliyyət göstərməsi müəyyən edilmiş, arxa hissədə yerləşən “hovuz” isə Cavabdeh2 deməsinə görə yay aylarında pul qarşılığında başqa şəxslərə “çimərlik və hovuz“ kimi xidmət göstərilir. Çay evinə bitişik avtoyuma məntəqəsi də Cavabdeh2 istifadəsindədir. Digər Cavabdeh1 arvadı X1 mülkiyyətində olan torpaq sahəsi iddiaçıya məxsus fərdi yaşayış evinin qarşı tərəfində yerləşməklə hasara alınmış hasardan içəri daxil olduqda avtoyuma məntəqəsi kimi fəaliyyət göstərsə də çirkab sularının küçəyə axıdılmaması və həmin torpaq sahəsinin daxilində avtomobillərin yerləşməsi üçün geniş ərazi olması müəyyən edilmişdir.
9. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş QYF/D-177 saylı texniki rəyin surətindən görünür ki, Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən qeyri-yaşayış obyektin memarlı-planlaşdırma bölməsi arasındakı uyğunsuzluqlar aşkar edilməmişdir.
10. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 31 yanvar 2025-ci il tarixli, 3-21-2-20/2-Z-43-43-/2025 saylı arayışından görünür ki, Cavabdeh2 şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2025-ci ilədək vergilər üzrə 566,93 manat, xx.xx.2019-cu ildən xx.xx.2025-ci ilədək məcburi dövlət sosial sığorta haqları üzrə 1131,80 manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icbari tibbi sığorta haqları üzrə 115,77 manat dövlət büdcəsinə ödəniş edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X12 15 iyul 2025-ci il tarixli, 3-xx-xx/1709/2025 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı məxsus evdə səsin səviyyəsi ölçülmüş, ölçmələr zamanı yalnız ünvan 5 ünvanında yerləşən vətəndaş Cavabdeh2 məxsus avtoyuma məntəqəsi fəaliyyət göstərmiş, həmin küçədə yerləşən vətəndaş X2 məxsus avtoyuma məntəqsi fəaliyyət göstərməmiş, Cavabdeh2 məxsus avtoyuma məntəqəsindən ətrafa yayılan səs-küyün mənbəyi orada istifadə olunan tozsoran, təzyiqli yuma aparatı kimi avadanlıqlardır. ünvan 4 ünvanında yaşayan İddiaçı evində ölçmələrin nəticəsi zamanı səsin səviyyəsi aşaıdakı kimi müəyyən olunmuşdur. 1) Saat 11:30-12:00 arasında yaşayış otağında 43.0 dBA, yataq otağında 45,0 dBA; 2) Saat 14:00-14:30 arasında yaşayış otağında 41.0 dBA, yataq otağında 43,0 dBA; 3) Saat 16:00-16:45 arasında yaşayış otağında 45.0 dBA, yataq otağında 47,0 dBA; 2. Ölçmələr zamanı yaranan səsküyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanının Cədvəl-1 “Nüfuzedən səsküyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”da göstərilən göstəricidən (yol verilən səviyyə 40 dBA) çoxdur. Səsin səviyyəsinin aşağı salınması üçün müxtəlif növ səs izolyasiyaedici materiallardan istifadə edilməli, səs səviyyəsi aşağı olan avadanlıqdardan istifadə edilməlidir. 3. Avtoyuma məntəqəsindən istifadə olunan qurğuların və yuyucu maddələrin atmosfer havasına zərərli təsirinə nəzarət "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-nin vəzifə səlahiyyətlərinə daxil deyil. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 501 nömrəli Fərmanına uyğun olaraq "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2.-ci maddəsinə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini, həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999- cu il tarixli 173 nömrəli Fərmanına uyğun olaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinə görə ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini qanunvericiliklə müəyyən edilən qaydada Ekologiya X16 Nazirliyi həyata keçirilir.
12. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-791/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə yenidən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Gigiyena Və Epidemiologiya Mərkəzi" X14 3-28-15/2-2261/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qərardadda "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-nin qarşısına aşağıdakı tərkibdə 1-ci sual qoyulmuşdur: Sual: Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsi Cavabdeh1 (X2) məxsus qeyri-yaşayış (avtoyuma məntəqəsi) sahəsindən ətrafa yayılan səs-küyün mənbəyi nədir və səviyyəsi (“səs-küy ölçənlə” (şumomer) səhər, günorta və axşam ayrı-ayrılıqda ölçülməklə) neçə desibeldir? Müraciətinizlə əlaqədar Sizin köməkçinizlə telefon (+99450 688-83-84) ilə əlaqə yaradılmış və ona ГОСТ 33062-2014 “Tребования к размещению объектов дорожного и придорожного сервиса” Dövlətlərarası Standartının 5.14.4 bəndinə əsasən, beş yuma postuna qədər olan avtomobil yuma məntəqələrində 50 m sanitar mühafizə zonası gözlənilməsinin vacib olduğu bildirilmişdir. Məsələnin araşdırılması ilə əlaqədar şifahi göstərişinizə əsasən, Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlanılmış və Mərkəzin göndərdiyi xx.xx.2025-ci il tarixli 184 saylı məktubda göstərilən ünvanda yerləşən avtomobil yuma məntəqənə baxış keçirildiyi, məntəqənin yalnız 1 ədəd estakadadan ibarət olması, heç bir tikilinin olmaması bildirilmişdir. Qərardadda qeyd olunduğu kimi, avto yuma məntəqəsi iddiaçının evindən 8.20 m məsafədə yerləşməsini nəzərə alaraq, ГОСТ 33062-2014 Dövlətlərarası Standartının 5.14.4 bəndinə əsasən, avtoyuma məntəqəsi ilə yaşayış evi arasında sanitar mühafizə zonasının gözlənilməməsi müəyyən edilir. Eyni zamanda qapalı istehsalat sahəsi olmadığından, avto yuma məntəqəsinin açıq havada yerləşməsini nəzərə alaraq, məntəqədə laborator müayinələrin aparılması məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyi həyata keçirir.
13. Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyinin 2 X7 X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-14-41/2-362/2025 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdehlərə qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaitləri hesabına sökülməsi” tələbinə dair müvafiq ekspertizanın keçirilməsi üçün ETSNə göndərilməsi barədə 2(104)-791/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli, müraciətlə bağlı avtoyuma məntəqəsindən ətraf mühitə yayılan səs-küy və atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarının müəyyən edilməsi üçün X13 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sahibkar Cavabdeh1 və Şəmkir Bələdiyyəsinin nümayəndəsi Ramiz Əliyevin iştirakı və 2 saylı RETSİnin əməkdaşları ilə birgə sabit hava şəraitində şikayətçinin evinin və avtoyuma məntəqəsinin qarşısında monitorinq keçirilərək müvafiq ölçmə işləri aparılmışdır. XKEMİ-nin əməkdaşları tərəfindən SKY-2000-R5 və SV 977 D SVANTEK cihazları vasitəsilə aparılan ölçmələrin nəticələrinə əsasən səs-küy səviyyəsi şikayətçinin evinin qarşısında 57,5 dBA, avtoyuma məntəqəsinin qarşısında 57,6 dBA (norma 60 dBA), dəm qazı (CO) 0,0 mq/m3 (norma 5 mq/m3 ), azot 4-oksid qazı (NO2) 0,0 mq/m3 (norma 0,085 mq/m3 ), hidrogen sulfid qazı (H2S) 0,0 mq/m3 (norma 0,008 mq/m3 ), karbondioksid (CO2) -0,08 mq/m3 , metan (CH4)-0,0 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilində olduğu, eyni zamanda avtoyuma məntəqəsində istifadə olunan yuyucu vasitələrin dövlət standartına uyğun olmaqla insan sağlamlığına ziyanlı təsiri olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq avtoyuma məntəqəsinin sahibkarı Cavabdeh1 avtomobil yuma bölməsinin qapısında şəffaf, ağ polietilen pərdələrdən istifadə etməklə ətraf mühitə yayılan səsin daha da azaldılmasının məqsədəuyğun olduğu tövsiyə olunmuş və tövsiyəyə əməl edilmişdir.
14. AR Ekologiya X16 Nazirliyinin X13 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli, 003701 nömrəli aktın surətindən görününür ki, ünvan 5 ünvanın ətraf ərazilərində monitorinq-ölçmə işləri keçirərkən, adlçəkilən ünvanda XKEMİ-nin əməkdaşları mühaəndis Həsənxzadə Zəki, mühəndis İbrahimov Rəşad, 2 saylı RETSİ-nin əməkdaşları mühaəndislər Sahib səmədov və Məmmədli İlkinin iştirakı və sabit hava şəraitində səyyar qaz analiz edici detektor SKY 2000 0, səs-küy vibrasiya, analiz edici SV 977D SVANTEK cihazdakı vasitəsi və monitorinq ölçmə işləri həyta keçirilir. Monitoriqdən bəlli oldu ki, şikayətdə qeyd olunan avtoyuma məntəqəsi Aslanovun V., evindəki 10-11 metr aralıda hasarlanmış 500 kub metr sahədə fəaliyyət göstərir. Avtoyuma məntəqəsinin koordinat nöqtəsi № 40 dərəcə, 50, 30, 9” EO46 01” 449, 6”/ avtoyuma 2 ədəd boksdan ibarətdir. Avtoyuma məntəqəsində 1 ədə OMAX göpükvuran, 1 ədəd suvuran qurğularından istifadə edilmir. Məhkəmənin iş üzrə mühəndis texniki ekspertizası təyini üzrə qərarı 2-ci və 3-cü suallarına cavab olaraq, 2 bənd avtoyuma nəntəqəsində/ avtomobil yuyarkən/ səs küy səviyyəsi şikayətçinin evi qarşısında 57,5 dBA, avoyuma məntəqəsinin darvazası qarşısında 57,6 dBA qeydə alındı./norma 60,0 dBA Avtoyuma məntəqəsiin sahibkarı Cavabdeh1 tövsiyə kimi boksun qapısına şəffav ağ salofan pərdələrdən istifadə etmək bildirildi. Səs küy norma daxilində olmasına baxmayaraq, ətraf mühitə səsin yayılması bir daha azalacaqdır. 3 bənd-Avtoyuma məntəqəsində yuyucu maddələrin istifadəsi zamanı atmosfer hava nümunələrinə təsir cihazın göstəricisinə ğörə, ətraf mühit üçün yol verilən hədd daxilindədir. NO2-0.0 mq/m kub , CO2-0.8% CO-0.0mq/4 kub H2S-0.0 mq/m, Ch4- 0.00% monitorinq -ölmçmə işləri, aparılakən aparılan Foto sənədləşmə akta əlavə edilmişdir. AKT iki nüsxədən ibarət tərtib edildi. Nəticə; Azərbaycan Respublikası Prezidentinin 2008 iyul ayının 8 tarixli 796 nömrəli fərmanının, cədvəl 1 bənd 16 əsaslanaraq qeydə alındı.
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışn surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X1 adına qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, Şəmkir şəhəri İ.Məmmədov küçəsində, ona məxsus olan 85 saylı fərdi yaşayış evinin yaxınlığında cavabdehlər tərəfindən özbaşına inşa etdirməklə əsassız və qanunsuz fəaliyyət göstərən avtoyuma məntəqəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, Şəmkir şəhəri İ.Məmmədov küçəsində yerləşən, ona məxsus olan 85 saylı fərdi yaşayış evinin yaxınlığında özbaşına inşa etdirdikləri avtoyuma məntəqəsində əsassız fəaliyyət göstərib səs-küy qaldıraraq onu və ailə üzvülərini narahat edirlər. Dəfələrlə cavabdehlərə qanunsuz və əsassız olaraq uyğun olmayan yerdə özbaşına inşa etdirib fəaliyyət göstərdikləri avtoyuma məntəqəsinin fəaliyyətini dayandırmaları və söküb götürülməklə ailəsini narahat etmələrinə son qoymaları barədə xəbərdarlıq etməyinə baxmayaraq ona məhəl qoymamışlar. Həmçinin, mübahisə predmeti olan avtoyuma məntəqəsinin cavabdehlər tərəfindən fəaliyyətinin dayandırılması və sökülüb götürülməsində köməklik edilməsi üçün Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatına və Şəmkir rayon Polis şöbəsinə müraciət etmişdir. Cavab məktubunda qaldırdığı məsələ mübahisə xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, Şəmkir şəhəri İ.Məmmədov küçəsində, ona məxsus olan 85 saylı fərdi yaşayış evinin yaxınlığında cavabdehlər tərəfindən özbaşına inşa etdirməklə əsassız və qanunsuz fəaliyyət göstərən avtoyuma məntəqəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(076)-3523/2024 saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı fərdi yaşayış evinin yaxınlığında, Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsində olan tikililərdən qeyri-yaşayış sahəsi kimi (“Çay evi, Çimərlik və avtoyuma məntəqəsi kimi) istifadə edilməsinin qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X6 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəmkir şəhərində qonşuluqda yaşayırlar. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra Cavabdeh2 özünə məxsus həyətyanı torpaq sahəsində “Dövlət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə qeyri-yaşayış sahəsini (çay evi, çimərlik və avtoyuma məntəqəsini) iddiaçının yaşayış evinə bitişik tikmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 05 iyun 2024-cü il tarixli 3-16-16/2-10/8823 saylı ekspert rəyindən Cavabdeh2 məxsus çay evi və avtomobil yuma məntəqələri inşa edilərkən qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.92 m (3.7mx0.25) nəzərdə tutulmalı olduğu halda, Cavabdeh2 tərəfindən inşa olunmuş qeyriyaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə bitişik inşa edilməklə həmin tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa edilmişdir. Cavabdeh iddiaçının evinə bitişik qeyri-yaşayış sahəsi- “Çay evi”, Hovuz (çimərlik) və avtoyuma məntəqəsi tikmiş və hazırda həmin “Çay evi”, çimərlik və avtoyuma məntəqəsindən istifadə edir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının yaşayışı dözülməz vəziyyətə gəlmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarını həmin tikili deyil, tikilidən “çay evi, çimərlik” və avtoyuma məntəqəsi kimi, yəni qeyri-yaşayış sahəsi kimi istifadə olunması üzrə fəaliyyət pozur. Ona görə də, iddiaçının qonşuluq hüququndan istifadə etməklə cavabdehə qeyri-yaşayış sahəsi kimi istifadə etməsini qadağan etmək hüququ vardır. Çünki əgər cavabdeh həmin yaşayış sahəsində yerləşən tikililərdən “çay evi, çimərlik” və avtoyuma məntəqəsi, yəni Qeyri-yaşayış sahəsi kimi (çay evi, çimərlik və avtoyuma) istifadə etməsə həmin tikili iddiaçının hüquqlarını pozmayacaq və tikilinin sökülməsi zərurəti aradan qalxacaqdır. əhkəmə bu zaman çıxarılacaq qətnamənin MPM-nin 218.3-cü maddəsi baxımından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməsi ehtimalı ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin əsaslandığı qonşuluq münasibətlərində qonşu təsirinə dözmək vəzifəsi müəyyən olunub. Bu hüququ təsbit edən Mülki Məcəllənin 171.1-ci maddəsində, təsirə məruz qalan qonşunun müdafiə üsulu kimi təsirin qadağan edilməsidir və iddia tələbi də bu məzmuna uyğun olmalıdır. Bu səbəbdən də Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərdən “çay evi, çimərlik” və avtoyuma məntəqəsi kimi, yəni Qeyri-yaşayış sahəsi kimi (çimərlik, çay evi və avtoyuma) istifadə edilməsi qadağan edilməlidir.
20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.4, 152.4, 152.5, 157.4, 170.2, 172.2, 172.2, 180.4, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.2, 69.4, 69.5, 69.2-1, 69.5.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın Cavabdeh1 münasibətdə təmin edilərək, Cavabdeh1 tərəfindən ona məxsus tikilidən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, ona məxsus olan ünvan 7 ünvanında olan fərdi yaşayış evinin yaxınlığında özbaşına avtoyuma məntəqəsi inşa etdirərək, əsassız fəaliyyət göstərir, səs-küy qaldıraraq onu və ailə üzvlərini narahat edirlər. Dəfələrlə cavabdehlərə qanunsuz və əsassız olaraq uyğun olmayan yerdə özbaşına tikili inşa etdirib fəaliyyət göstərdikləri avtoyuma məntəqəsinin fəaliyyətini dayandırmaları və söküb götürülməklə ailəmi narahat etmələrinə son qoymaları barədə xəbərdarlıq etməyimə baxmayaraq, ona məhəl qoymayıblar. Həmçinin, mübahisə predmeti olan avtoyuma məntəqəsinin cavabdehlər tərəfindən fəaliyyətinin dayandırılması və sökülüb götürülməsində köməklik edilməsi üçün Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatına və Şəmkir rayon Polis şöbəsinə də müraciət etmişdir. Hətta bununla bağlı cavabdehin izahatı alınmışdır. Lakin, məhkəmə tərəfindən işə baxılarkən iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsinin əsası kimi iş materialları ilə Cavabdeh1 məxsus avtoyuma məntəqəsindən istifadə edilməsinin onun qonşuluq hüquqlarını pozması və bunun nəticəsində yaşayışının dözülməz vəziyyətə gəlməsinin müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən (xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/8823 saylı ekspert rəyi) müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3- cü bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-1120/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1211 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyi ilə Cavabdeh2na və X2 məxsus avtomobil yuma məntəqələrinə aid təyinatı üzrə heç bir hüquqmüəyyən edici sənəd olmadığı müəyyən edilmişdir. Qeyd etmişdir ki, X2 məxsus torpaq sahəsində inşa edilmiş tikilidən əri Cavabdeh1 avtoyuma məntəqəsi kimi istifadə edir. Belə olan vəziyyətdə necə ola bilər ki, onun fərdi yaşayış evinin yaxınlığında yerləşən avtoyuma məntəqələrindən Cavabdeh2 məxsus çay evi, çimərlik və avtoyuma məntəqəsi kimi, yəni qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi onun qonşuluq hüquqlarını pozur, ancaq Cavabdeh1 məxsus avtoyuma məntəqəsindən istifadə nəticəsində onun yaşayışının dözülməz vəziyyətə gəlməsi müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsinin hasara alındığını, avtoyuma məntəqəsinin çirkab sularının küçəyə axıdılmamasını və həmin torpaq sahəsinin daxilində avtomobillərin yerləşməsi üçün geniş ərazi olduğunu müəyyən etməklə iddia tələbini ona qarşı əsassız hesab etmişdir. Halbuki, qeyd olunan hallar ətrafa səs-küyün yayılmasına, onun narahtçılıqlarla üzləşməyinin qarşısını almır. Yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
23. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 8 ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi tam olaraq onun mülkiyyətindədir. Həmin torpaq sahəsində onun tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsindən o, çay evi, hovuz və avtoyuma məntəqəsi kimi istifadə edir. Məhkəmə qətnaməsində onun həmin tikilidən çay evi, çimərlik və avtoyuma məntəqəsi kimi, yəni qeyri-yaşayış sahəsi kimi istifadə etməyinin iddiaçının hüquqlarını pozduğunu, ona görə iddiaçının qonşuluq hüququndan istifadə etməklə ona qarşı həmin tikililəri qeyri-yaşayış sahəsi kimi istifadə etmək hüququnu qadağan etmək hüququnun olduğunu qeyd etmişdir. Lakin, məhkəmə iclasında araşdırılmış sübutlarla onun həmin tikililərdən qeyri yaşayış sahəsi kimi istifadə etməyinin iddiaçının qonşuluq hüquqlarını pozması müəyyən edilməmişdir. Hətta, avto yuma məntəqəsi iddiaçının evindən 8.20 m kənarda yerləşir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində onun tərəfindən avtomobil yuma məntəqələri inşa edilərək qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsinin 0.92 m (3.7mx0.25) nəzərdə tutulmalı olduğu, onun tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə bitişik inşa olunduğu müəyyən edilərək, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunduğu müəyyən edilmiş olsa da, məhkəmə tərəfindən qətnamə çıxarılarkən onun mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərdən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olmaması, iddiaçı üçün hər hansı narahatçılıq yaratmaması nəzərə alınmamışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli ekspert rəyində onun tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə bitişik inşa olunduğu müəyyən edilərək, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunduğu müəyyən edilmiş olsa da, həmin hallar mövcud deyildir. Ümumiyyətlə avtoyuma məntəqəsi ilə iddiaçının evi arasında 8.20 m məsafə vardır. Aradakı tikili isə çay evidir ki, həmin çay evindən istifadə heç bir səs-küyə səbəb olası deyildir. Artıq onun tərəfindən iddiaçı ilə qonşu sərhəddə onun evindən ara məsafəsi qoyulmaqla hörgü inşa edilmişdir. Bundan başqa, onun tərəfindən 2020-ci ildə qeyri yaşayış sahəsinin inşasına başlanılmamışdan əvvəl "xxxx" MMC tərəfindən tikinti razılaşdırılmış və o, qanuni əsaslarla ona məxsus torpaq sahəsində qeyriyaşayış sahəsi inşa etdirmişdir. Tikinti aparılarkən tikinti razılaşdırılmış plan əsasında aparılmışdır. Məhkəmə qətnaməsində Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda ona məxsus avtoyuma məntəqəsinin evə bitişik olduğundan avtoyuma zamanı yüksək tezlikli səs-küy, vibrasiya əmələ gəldiyi, bunun da vətəndaşın haqlı narazılığına və istirahətinin pozulmasına səbəb olduğunu qeyd etməklə ona məxsus qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi, çimrəlik və çay evi kimi istifadə edilməsinin iddiaçının qonşuluq hüquqlarını pozması qənaətinə gəlinmişdir. Lakin, məhkəmənin bu qənaətə hansı mötəbər sübutlar əsasında gəlməsi iş materialları ilə müəyyən edilmir. Bir halda ki, avtoyuma məntəqəsi iddiaçının evindən 8.20 metr aralıda yerləşir. Həmin məsafədən səs-küy olduğu halda iddiaçının qonşuluq hüququnu pozması xüsus bilik tələb edən hallar olduğundan müvafiq ekspert rəyi ilə müəyyən edilməli olduğu halda belə bir rəy olmadan məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Hazırki vəziyyətdə isə ekspert rəyində qeyd edilmiş ara məsafəsi ilə bağlı qeyd etmişdir ki, artıq iddiaçının evindən ara məsafəsi saxlamaqla tikinti inşa etdirmişdir. Onun həmin tikililərdən qeyri yaşayış sahəsi kimi istifadə etməyi iddiaçının qonşuluq hüquqlarını pozmur. İddiaçı qərəzli olaraq ona qarşı hazırki iddianı qaldırmışdır. Hesab etmişdir ki, məhkəmə qətnaməsində iddia tələbini ona aid hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, cavabdehlər Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, ona məxsus olan ünvan 7 ünvanında olan fərdi yaşayış evinin yaxınlığında özbaşına avtoyuma məntəqəsi inşa etdirərək, əsassız fəaliyyət göstərir, səs-küy qaldıraraq onu və ailə üzvlərimi narahat edirlər. Dəfələrlə cavabdehlərə qanunsuz və əsassız olaraq uyğun olmayan yerdə özbaşına tikili inşa etdirib fəaliyyət göstərdikləri avtoyuma məntəqəsinin fəaliyyətini dayandırmaları və söküb götürülməklə ailəmi narahat etmələrinə son qoymaları barədə xəbərdarlıq etməyimə baxmayaraq, ona məhəl qoymamışlar. Məhkəmə Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsinin hasara alındığını, avtoyuma məntəqəsinin çirkab sularının küçəyə axıdılmamasını və həmin torpaq sahəsinin daxilində avtomobillərin yerləşməsi üçün geniş ərazi olduğunu müəyyən etməklə iddia tələbini ona qarşı əsassız hesab etmişdir. Halbuki, qeyd olunan hallar ətrafa səs-küyün yayılmasına, onun narahtçılıqlarla üzləşməyinin qarşısını almır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin ona münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
29. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, məhkəmə qətnaməsində Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda ona məxsus avtoyuma məntəqəsinin evə bitişik olduğundan avtoyuma zamanı yüksək tezlikli səs-küy, vibrasiya əmələ gəldiyi, bunun da vətəndaşın haqlı narazılığına və istirahətinin pozulmasına səbəb olduğunu qeyd etməklə ona məxsus qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi, çimrəlik və çay evi kimi istifadə edilməsinin iddiaçının qonşuluq hüquqlarını pozması qənaətinə gəlinmişdir. Lakin, məhkəmənin bu qənaətə hansı mötəbər sübutlar əsasında gəlməsi iş materialları ilə müəyyən edilmir. Bir halda ki, avtoyuma məntəqəsi iddiaçının evindən 8.20 metr aralıda yerləşir. Həmin məsafədən səs-küy olduğu halda iddiaçının qonşuluq hüququnu pozması xüsus bilik tələb edən hallar olduğundan müvafiq ekspert rəyi ilə müəyyən edilməli olduğu halda belə bir rəy olmadan məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilmişdir. İddiaçı qərəzli olaraq ona qarşı hazırki iddianı qaldırmışdır. Hesab edir ki, məhkəmə qətnaməsində iddia tələbini mənə aid hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
30. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
34. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
35. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
36. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
37. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. İddiaçı apellyasiya şikayətində qətnamə təmin olunmayan hissədə, cavabdeh isə təmin olunmuş hissədə mübahisələndirdiyndən birinci instansiya məhkəməsi aktı tam yoxlanılmşdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməlidir.
53. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı tələbi və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdehlər Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, Şəmkir şəhəri İ.Məmmədov küçəsində yerləşən, ona məxsus olan 85 saylı fərdi yaşayış evinin yaxınlığında özbaşına inşa etdirdikləri avtoyuma məntəqəsində əsassız fəaliyyət göstərib səs-küy qaldıraraq onu və ailə üzvlərini narahat edirlər. Bu səbəbdən də, həmin tikililərin sökülməsini xahiş etmişdir.
54. Məhkəmə araşdırması zamanı müvafiq mütəxəssis rəyləri alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X12 15 iyul 2025-ci il tarixli, 3-xx-xx/1709/2025 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı məxsus evdə səsin səviyyəsi ölçülmüş, ölçmələr zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X12 15 iyul 2025-ci il tarixli, 3-xx-xx/1709/2025 saylı rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən vətəndaş Cavabdeh2 məxsus avtoyuma məntəqəsi fəaliyyət göstərmiş, həmin küçədə yerləşən vətəndaş X2 məxsus avtoyuma məntəqsi fəaliyyət göstərməmiş, Cavabdeh2 məxsus avtoyuma məntəqəsindən ətrafa yayılan səs-küyün mənbəyi orada istifadə olunan tozsoran, təzyiqli yuma aparatı kimi avadanlıqlardır. ünvan 4 ünvanında yaşayan İddiaçı evində ölçmələrin nəticəsi zamanı səsin səviyyəsi aşaıdakı kimi müəyyən olunmuşdur. 1) Saat 11:30-12:00 arasında yaşayış otağında 43.0 dBA, yataq otağında 45,0 dBA; 2) Saat 14:00-14:30 arasında yaşayış otağında 41.0 dBA, yataq otağında 43,0 dBA; 3) Saat 16:00-16:45 arasında yaşayış otağında 45.0 dBA, yataq otağında 47,0 dBA;
2. Ölçmələr zamanı yaranan səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanının Cədvəl-1 “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”da göstərilən göstəricidən (yol verilən səviyyə 40 dBA) çoxdur. Səsin səviyyəsinin aşağı salınması üçün müxtəlif növ səs izolyasiyaedici materiallardan istifadə edilməli, səs səviyyəsi aşağı olan avadanlıqdardan istifadə edilməlidir. 3. Avtoyuma məntəqəsindən istifadə olunan qurğuların və yuyucu maddələrin atmosfer havasına zərərli təsirinə nəzarət "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-nin vəzifə səlahiyyətlərinə daxil deyil. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 501 nömrəli Fərmanına uyğun olaraq "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2.-ci maddəsinə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini, həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999- cu il tarixli 173 nömrəli Fərmanına uyğun olaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinə görə ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini qanunvericiliklə müəyyən edilən qaydada Ekologiya X16 Nazirliyi həyata keçirilir.
55. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Gigiyena Və Epidemiologiya Mərkəzi" X14 3-28-15/2-2261/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, ГОСТ 33062-2014 “Tребования к размещению объектов дорожного и придорожного сервиса” Dövlətlərarası Standartının 5.14.4 bəndinə əsasən, beş yuma postuna qədər olan avtomobil yuma məntəqələrində 50 m sanitar mühafizə zonası gözlənilməsinin vacib olduğu bildirilmişdir. Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlanılmış və Mərkəzin göndərdiyi xx.xx.2025-ci il tarixli 184 saylı məktubda göstərilən ünvanda yerləşən avtomobil yuma məntəqənə baxış keçirildiyi, məntəqənin yalnız 1 ədəd estakadadan ibarət olması, heç bir tikilinin olmaması bildirilmişdir. Qərardadda qeyd olunduğu kimi, avto yuma məntəqəsi iddiaçının evindən 8.20 m məsafədə yerləşməsini nəzərə alaraq, ГОСТ 33062-2014 Dövlətlərarası Standartının 5.14.4 bəndinə əsasən, avtoyuma məntəqəsi ilə yaşayış evi arasında sanitar mühafizə zonasının gözlənilməməsi müəyyən edilir. Eyni zamanda qapalı istehsalat sahəsi olmadığından, avto yuma məntəqəsinin açıq havada yerləşməsini nəzərə alaraq, məntəqədə laborator müayinələrin aparılması məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyi həyata keçirir.
56. Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyinin 2 X7 X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-14-41/2-362/2025 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı cavabdehlərə qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaitləri hesabına sökülməsi” tələbinə dair müvafiq ekspertizanın keçirilməsi üçün ETSNə göndərilməsi barədə 2(104)-791/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli, müraciətlə bağlı avtoyuma məntəqəsindən ətraf mühitə yayılan səs-küy və atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarının müəyyən edilməsi üçün X13 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sahibkar Cavabdeh1 və Şəmkir Bələdiyyəsinin nümayəndəsi Ramiz Əliyevin iştirakı və 2 saylı RETSİ-nin əməkdaşları ilə birgə sabit hava şəraitində şikayətçinin evinin və avtoyuma məntəqəsinin qarşısında monitorinq keçirilərək müvafiq ölçmə işləri aparılmışdır. XKEMİ-nin əməkdaşları tərəfindən SKY-2000-R5 və SV 977 D SVANTEK cihazları vasitəsilə aparılan ölçmələrin nəticələrinə əsasən səs-küy səviyyəsi şikayətçinin evinin qarşısında 57,5 dBA, avtoyuma məntəqəsinin qarşısında 57,6 dBA (norma 60 dBA), dəm qazı (CO) 0,0 mq/m3 (norma 5 mq/m3 ), azot 4-oksid qazı (NO2) 0,0 mq/m3 (norma 0,085 mq/m3 ), hidrogen sulfid qazı (H2S) 0,0 mq/m3 (norma 0,008 mq/m3 ), karbondioksid (CO2) -0,08 mq/m3 , metan (CH4)-0,0 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilində olduğu, eyni zamanda avtoyuma məntəqəsində istifadə olunan yuyucu vasitələrin dövlət standartına uyğun olmaqla insan sağlamlığına ziyanlı təsiri olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq avtoyuma məntəqəsinin sahibkarı Cavabdeh1 avtomobil yuma bölməsinin qapısında şəffaf, ağ polietilen pərdələrdən istifadə etməklə ətraf mühitə yayılan səsin daha da azaldılmasının məqsədəuyğun olduğu tövsiyə olunmuş və tövsiyəyə əməl edilmişdir. Ekologiya X16 Nazirliyinin X13 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli, 003701 nömrəli aktın surətindən görününür ki, ünvan 5 ünvanın ətraf ərazilərində monitorinq-ölçmə işləri keçirərkən, adlçəkilən ünvanda XKEMİ-nin əməkdaşları mühəndis Həsənzadə Zəki, mühəndis İbrahimov Rəşad, 2 saylı RETSİ-nin əməkdaşları mühəndislər Sahib Səmədov və Məmmədli İlkinin iştirakı və sabit hava şəraitində səyyar qaz analiz edici detektor SKY 2000 0, səs-küy vibrasiya, analiz edici SV 977D SVANTEK cihazdakı vasitəsi və monitorinq ölçmə işləri həyta keçirilir. Monitoriqdən bəlli oldu ki, şikayətdə qeyd olunan avtoyuma məntəqəsi Aslanovun V., evindəki 10-11 metr aralıda hasarlanmış 500 kub metr sahədə fəaliyyət göstərir. Avtoyuma məntəqəsinin koordinat nöqtəsi № 40 dərəcə, 50, 30, 9” EO46 01” 449, 6”/ avtoyuma 2 ədəd boksdan ibarətdir. Avtoyuma məntəqəsində 1 ədəd OMAX göpükvuran, 1 ədəd suvuran qurğularından istifadə edilmir. Məhkəmənin iş üzrə mühəndis texniki ekspertizası təyini üzrə qərarı 2-ci və 3-cü suallarına cavab olaraq, 2-ci bənd avtoyuma nəntəqəsində/ avtomobil yuyarkən səs küy səviyyəsi şikayətçinin evi qarşısında 57,5 dBA, avtoyuma məntəqəsinin darvazası qarşısında 57,6 dBA qeydə alındı./norma 60,0 dBA Avtoyuma məntəqəsinin sahibkarı Cavabdeh1 tövsiyə kimi boksun qapısına şəffaf ağ salofan pərdələrdən istifadə etməsi bildirildi. Səs küy norma daxilində olmasına baxmayaraq, ətraf mühitə səsin yayılması bir daha azalacaqdır. 3-cü bənd- Avtoyuma məntəqəsində yuyucu maddələrin istifadəsi zamanı atmosfer hava nümunələrinə təsir cihazın göstəricisinə görə, ətraf mühit üçün yol verilən hədd daxilindədir. NO2-0.0 mq/m kub , CO2-0.8% CO-0.0mq/4 kub H2S-0.0 mq/m, Ch4-0.00% monitorinq - ölçmə işləri, aparılakən aparılan Foto sənədləşmə akta əlavə edilmişdir. Göründüyü kimi, alınmış mütəxəssis rəylərindən yalnız Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X12 15 iyul 2025-ci il tarixli, 3-xx-xx/1709/2025 saylı məktubunda ünvan 4 ünvanında yaşayan İddiaçı məxsus evdə səsin səviyyəsi ölçülmüş, ölçmələr zamanı yalnız ünvan 5 ünvanında yerləşən vətəndaş Cavabdeh2 məxsus avtoyuma məntəqəsindən ətrafa yayılan səs-küyün mənbəyi orada istifadə olunan tozsoran, təzyiqli yuma aparatı kimi avadanlıqlar olduğu, ünvan 4 ünvanında yaşayan İddiaçı evində ölçmələrin nəticəsi zamanı səsin səviyyəsinin saat 11:30-12:00 arasında yaşayış otağında 43.0 dBA, yataq otağında 45,0 dBA; saat 14:00-14:30 arasında yaşayış otağında 41.0 dBA, yataq otağında 43,0 dBA; saat 16:00-16:45 arasında yaşayış otağında 45.0 dBA, yataq otağında 47,0 dBA olduğu, ölçmələr zamanı yaranan səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanının Cədvəl-1 “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”da göstərilən göstəricidən (yol verilən səviyyə 40 dBA) çox olduğu qeyd edilmişdir.
57. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar qeyd edir ki, digər rəylərdə ətraf mühitə yayılan səs-küyün yol verilən səviyyə 60 dBA olması qeyd olunsa da, Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X12 15 iyul 2025-ci il tarixli, 3xx-xx/1709/2025 saylı məktubunda bu norma 40 dBA olması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə 13 fevral 2009-cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya X16 Nazirliyinin həyata keçirməsi və Ekologiya X16 Nazirliyinin mütəxəssisləri tərəfindən verilmiş rəylərdə ətraf mühitə yayılan səs-küyün yol verilən səviyyənin 60 dBA olması qeyd olunduğu nəzərə alaraq həmin rəyləri daha mötəbər hesab edir.
58. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanının Cədvəl-1 “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” cədvəlinin 13 bəndinə əsasən “Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər”də ətraf mühitə yayılan səs-küyün yol verilən maksimal səviyyəsi günüdz 70 dBA, gecə 60 dBA müəəyn olunmuşdur.
59. Məhkəmə kollegiyası alınmış mütəxəssis rəylərinə əsasən belə nəticəyə gəlir ki, cavabdehlərin fəaliyyətləri nəticəsində ətraf mühitə yayılan səs-küyün yol verilən maksimal səviyyəsi normadan aşağı, həmçinin avtoyuma məntəqəsində yuyucu maddələrin istifadəsi zamanı atmosfer hava nümunələrinə təsir cihazın göstəricisinə görə, ətraf mühit üçün yol verilən hədd daxilində olduğundan həmin obyektlərin yaydığı səs-küy və atmosfer havasına təsiri iddiaçının hüquqlarını pozmur və MM-nin 171-ci maddəsinin normalarına uyğun olaraq iddiaçının qonşu təsirinə dözmək vəzifəsi vardır.
60. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehlərə məxsus tikililərin qanunsuz olması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunması dəlilləri ilə bağlı qeyd edir ki, həm iş materialları, həm də, yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus çay evi iddiaçının evi qonşuluqda tikilmişdir. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının özü tərəfindən inşa edilmiş fərdi yaşayış evi də, şəhərsalma və tikinti normalarına əməl edilmədən iddiaçıya məxsus torpaq sahəsinin sərhədində inşa edilmişdir. Həmçinin cavabdehlərə məxsus tikililər də, özlərinə məxsus torpaq sahələrində inşa edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi ilə qonşuluqda inşa edilmiş Cavabdeh2 məxsus çay evinin inşası zamanı şəhərsalma və tikinti normalarına əməl edilmədiyi müəyyən edilsə də, iddiaçıya məxsus fərdi yaşayış evinin də, şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa edilməsini və tərəflərin hər ikisinin həmin tikililər inşa edilərkən hər hansı etiraz bildirmədiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh2 məxsus çay evinin tikintisi üçün çəkdiyi xərclərin əvəzinin ödənilmədən sökülməsini tələb etməkdə haqlı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 2016-cı ildən sahibkar kimi fəaliyyət göstərir və özbaşına tikili olan çay evi uzun müddətdir inşa edilmiş və fəaliyyət göstərir. Cavabdeh2 həmin çay evində sahibkar kimi fəaliyyətə başladıqdan sonra ağlabatan müddət ərzində iddiaçı həmin tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, tərəflər qonşudurlar və uzun müddətdir qonşuluqda yaşayırlar. Həm iddiaçının, həm də, Cavabdeh2 qonşuluqda şəhərsalma və tikinti normalarına əməl edilmədən tikili inşa edərkən bir-birinə etiraz etməmələri, özbaşına tikilinin inşa olunması zamanı onların qarşılıqlı razılığının olması kimi qəbul edilməlidir. Odur ki, iddiaçının münasibətlər normal olarkən özbaşına tikilinin inşasına razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsi tələbinə qiymət verərəkən, Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmalıdır. Belə ki, həmin normanın tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir (m.560.1). Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (m.560.2). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir (m.560.3.4). Qeyd edilnələrə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin iddiçının Cavabdeh2 məxsus çay evinin tikintisi üçün çəkdiyi xərclərin əvəzinin ödənilmədən sökülməsini tələb hissəsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
61. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin ona məxsus avto yuma məntəqəsi iddiaçının evindən 8.20 m kənarda yerləşməsi, avtoyuma məntəqəsi ilə aradakı çay evinin olması və həmin çay evindən istifadə heç bir səs-küyə səbəb olmaması dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh2 özünə məxsus torpaq sahəsində inşa etdiyi tikilərdən gələn səs küy ətraf mühit üçün yol verilən hədd daxilində olduğundan həmin obyektlərin yaydığı səs-küy və atmosfer havasına təsiri iddiaçının hüquqlarını pozmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddiaının təmin edilməməsi hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, iddianın təmin edilməsi hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin həmin hissədə ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, “İddiaçı yaşadığı fərdi yaşayış evinin yaxınlığında, Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsində olan tikililərdən qeyri-yaşayış sahəsi kimi (“Çay evi, Çimərlik və avtoyuma məntəqəsi kimi) istifadə edilməsinin qadağan edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.