Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-796/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X6 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı məhrum X11 miras qalmış ünvan 1 ünvanda yerləşən evə dair 27 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlakda çatası payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, miras əmlak üzərində X17 payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair reyestr nömrəsi **********61-10301 olan çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(021)-4794/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli arayışdan görünür ki, xx xxxxxx 2011-ci ildə Gəncə şəhərində İddiaçı1 doğulmuş İddiaçı2 atası X27 hesab edilmişdir. Bu barədə 18 iyun 2012-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 148 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur;
2. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli doğum haqqında arayışdan müəyyən olunur ki, X27 16 iyun 1954-cü ildə anadan olmuşdur, atası X28, anası isə X21r;
3. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 aprel 2020-ci il tarixli, AZ-İ № 329832 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X27 və İddiaçı1 nikahları 26 dekabr 2017-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir;
4. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X27 xx.xx.2023-cü ildə ölmüşdür;
5. Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2019- cu ildə ölmüşdür;
6. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X27 həmin tarixdə onun adından çıxış edilməsi üçün Nümayəndə3 etibarnamə vermişdir. Etbarnamədə qeyd edilmişdir ki, etibarnaməni Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X22 iştirakı ilə X34 tərəfindən imzalamışdır. Etbarnamə Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X35 tərəfindən təsdiqlənmişdir;
7. 27 yanvar 2023-cü il tarixlı miras payın bağışlanması müqaviləsindən təsdiq olunmuş surətindən müəyyən edilir ki, X27 25 iyun 2019-cu il tarixdə ölmüş anası X11 miras qalmış əmlakın ona çatası miras payını bacısı X12 bağışlamışdır. Bağışlama müqaviləsini X18 adından etibarnamə əsasında Nümayəndə3 imzalamışdır;
8. 27 yanvar 2023-cü il tarixli, 2V-16 saylı notariat işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X23, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə ölmüş X19 qanun üzrə vərəsəsi hesab edilmiş və miras əmlakdan, yəni ünvan 2 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evindən X23 4/8 hissədə, Cavabdeh2 2/8 hissədə, Cavabdeh4 1/8 hissədə və Cavabdeh3 1/8 hissədə irs almalıdır;
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 1966-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu X20 adına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun 09 mart 1966-cı il tarixli, 3-355 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X30 ona məxsus olan 24.8 kv.m yaşayış otağı, 839.0 kv.m torpaq sahəsini X9 bağışlamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 839.0 kv.m torpaq sahəsinə dair Kommunal Təsərrüfat Nazirliyinin 09 mart 1966-cı il tarixli Torpaq qeydi X7 adına işlənilmişdir. Kirovabad şəhər notariat kontorunun 18 fevral 1970-ci il tarixli, 1-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən fərdi yaşayış evi X7 vərəsələri X8 və X2. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər 1 saylı notariat kontorunun 21 fevral 1970-ci il tarixli, 1-103 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 və X36 tərəfindən X1. Kirovabad şəhər X26 31 avqust 1971-ci il tarixli, 22 nömrəli protokoldan çıxarışına əsasən ümumi sahəsi 60.0 kv.m, köməkçi sahəsi 35.0 kv.m evin tikintisinə icazə verilmişdir. Qeyd edilən sənədlərə əsasən X19 adına xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin 27 yanvar 2023-cü il tarixli, 2V-16 reyestr nömrəli Qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X10 (4/8 hissə), Cavabdeh2 (2/8 hissə), Cavabdeh4 (1/8 hissə) və Cavabdeh3 (1/8 hissə) adlarına payları göstərilməklə xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir;
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı iddiа ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə mürаciət edərək, X3 miras qalmış ünvan 2 ünvanda yerləşən evə dair 27 yanvar 2023-cü il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə və miras əmlak üzərində İddiaçı2 payının müəyyən edilərək cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə reyestr nömrəsi **********61-10301 olan mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X27 ilə nikaha daxil olaraq evlənmişdir. Onların İddiaçı2 adlı bir uşaq dünyaya gəlmişdir. X27 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X4 anası X24 məxsus ünvan 2 ünvanda yerləşən ev miras qalmışdır. X5 vəfat etməmişdən əvvəl anası Əsgərova Leyla vəfat etmişdir. İş üzrə vərəsəlik işi aparılan zaman X27 vərəsələr sırasından gizlədilməklə vərəsəlik işi açılmışdır. Vərəsəlik üzrə şəhadətnamə 27 yanvar 2023-cü il tarixdə verilmiş, X27 isə 22 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik işində olan sənədlərdən də görünür ki, onun tərəfindən miras paydan imtina barədə nə ərizə verilməmiş, nədəki, payın bağışlanması barədə mərhum əri tərəfindən heç bir etibarnamə verilməmişdir. Hazırda mərhum əri ilə nikahlarından anadan olmuş övladı İddiaçı2 atasına çatası pay cavabdehlər tərəfindən mənimsənilmişdir.
12. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iddianın həcminin artırılmasına dair ərizə verərək, X3 miras qalmış ünvan 2 ünvanda yerləşən evdə miras payın bağışlanması barədə müqavilənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində İddiaçı2 payının müəyyən edilərək cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə reyestr nömrəsi **********61-10301 olan mülkiyyət hüququ barədə qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(021)-4794/2024 nömrəli (hakim Ə.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilməsi; X3 miras qalmış ünvan 2 daşınmaz əmlak barəsində X27 ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi; Həmin tarixli müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh1 Gəncə şəhəri 2 saylı Notariat ofisində X3 qalan miras əmlaka görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 2V-16 reyestr saylı qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə Cavabdeh1 payının miras əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsi; X3 qalan miras əmlakın həmin 4/8 hissəsi üzərində X4 qanun üzrə vərəsəsi İddiaçı2 da payı müəyyən edilməklə, həmin miras əmlakda Cavabdeh1 ilə İddiaçı2 payları bərabər (hər birinin payı miras əmlakın 2/8 hissəsi qədər) müəyyən edilməsi; ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi barəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli **********361-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Cavabdeh1 payının əmlakın 4/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2, 337, 362.1, 362.2, 1159.1, 1252 maddələri və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 216-220, 357, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X3 miras qalmış ünvan 2 daşınmaz əmlak barəsində onunla X27 arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, qardaşı Ramiz boşanandan sonra mübahisəli evdə yaşamışdır. X14 isə başqa yerdə yaşamışdır. Qardaşı Ramiz mirasda olan payını satdığı üçün ona 10000 manat vermiş, od öz payını ona bağışlamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə3 izahatında bildirmişdir ki, evə dair sənədlərin hazırlanması maqsədilə Ramiz ona etibarnamə vermiş, daha sonra isə mirasdakı payının bağışlanması məqsədilə ikinci etibarnamə vermiş, həmin etibarnamə əsasında da bağışlama müqaviləsi bağlanmışdır. Əslində miras paya dair Rəmziyyə qardaşı Ramizə 10000 manat vermişdir.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı 2017-ci ildə Mehdiyev Ramizlə rəsmi olaraq boşanmışlar, 2017-ci ildə miras qoyan Leyla, 2023-cü ildə isə Ramiz vəfat etmişdir. 2017-ci ildən 2023cü ilə qədər Rəmziyyə və onun uşağı mübahisəli evdə yaşamamışdır. 2015-ci ildən Rəmziyə uşağı ilə birlikdə Sevinc qəsəbəsində mərhum yoldaşı tərəfindən inşa edilmiş evdə yaşamışdır. Ramiz isə mübahisə edilən evdə yaşamışdır. 2023-cü ildə Ramiz ölümündən sonra Rəmziyyə qanuni nümayəndə kimi uşağının adından notariusa mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Eləcədə Ramizin anasından faktiki olaraq qəbul etdiyi pay iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasında apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının qanuni nümayəndəsi, cavabdehlər və 2 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
23. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
26. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
30. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
31. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
32. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
33. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
39. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
50. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
51. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
53. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri
54. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
58. Hazırkı işin hallarından müəyyən olunur ki, 25 iyun 2019-cu il tarixdə ölmüş X11 ünvan 2 ünvanda ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X27 miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi, mirasdan pay almaq hüququ olmuş, lakin sonuncu anası X11 miras qalmış əmlakdan ona çatası payı bacısı X12 bağışlamışdır. X18 22 fevral 2023-cü il tarixdə ölümündən sonra oğlu X17 adından qanuni nümayəndə qismində İddiaçı1 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
59. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
60. Belə ki, işdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi 06 avqust 2024-cü il tarixdə yəni, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından sonra verilmişdir.
61. İddiaçının qanuni nümayəndəsi qismində Ruhiyyə Mehtiyevanın hazırkı iddia üzrə başlıca dəlili ondan ibarət olmuşdur ki, X11 miras qalmış əmlaka dair vərəsəlik işi aparılan zaman Ramiz Mehtiyev vərəsələr sırasından gizlədilmişdir. Başqa sözlə sonuncu mirasdan pay almaqdan məhrum edilmişdir. Kollegiya iddiaçı tərəfin bu dəlilini əsaslı saymır.
62. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
63. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
64. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
65. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
66. İşdən müəyyən olunur ki, X31 anasından miras qalmış və ona çatası payı təmsilçi vastəsilə bacısı Rəmziyyə Əliyevaya bağışlamışdır. Sonuncu sağlığında həmin əqdi bəyənmiş və bu barədə mübahisə açmamışdır. Göründüyü kimi hazırda mübahisələndirilən əqdlər səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin əqd etibarlıdır və iddiaçı tərəfindən mübahisələndirilməsi subyektiv baxımdan yolverilən deyil.
67. Sorğu əsasında alınmış cavabdanda müəyyən olunmuşdur ki, X18 adına vərəsəlik işinin açılmasına dair “Elektron notariat” İnformasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi X15 miras qalması müəyyən edilmir.
68. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənın, miras əmlakdakı payın bağışlanmasına dair müqavilənin etibarsızlığı üçün hüquqi əsaslar yoxdur. Belə olan təqdirdə isə iddia tələbinin miras əmlak üzərində X17 payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair reyestr nömrəsi **********61-10301 olan çıxarışın ləğv edilməsinin təmin edilməsidə özlüyündə istisna olunur.
69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(021)- 4794/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(021)-4794/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı məhrum X11 miras qalmış ünvan 1 ünvanda yerləşən evə dair 27 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlakda çatası payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, miras əmlak üzərində X17 payının müəyyən edilməsi və cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair reyestr nömrəsi **********61-10301 olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.