Məhkəmə qərarları › İş №2(104)-800/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-800/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-800/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Göygöl Rayon İcra və Probasiya şöbəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlakın yenidən qiymətləndirilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01 noyabr 2019-cu il tarixli 229/1 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, aparılan təhlil, hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı1 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 180000 (yüz səksən min) manat təşkil edir.

2. Azərbaycan Respublikası Daşınmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01 noyabr 2019-cu il tarixli 229 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılan təhlil, hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı1 məxsus Göygöl şəhəri, X23 küçəsində yerləşən 94 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 55000 (əlli beş) manat təşkil edir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətindən görünür ki, Gəncə şəhəri A.Kazımov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 185.2 kv.m olan qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi No **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətindən görünür ki, Göygöl şəhəri X23 küçəsi 94 saylı ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətindədir.

5. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə (ekspertizası) təyin edilmiş və ekspertizanın keçirilməsi Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 məhəllə 1933 yerləşən "Tərəqqi MMC"-yə həvalə edilmiş və ekspert qarşısında ipoteka predmeti, olan mülkiyyət hüququ ilə İddiaçı2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və İddiaçı1 məxsus olan ünvan 7yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiyməti nə qədər ola bilər barədə sual qoyulmuşdur.

6. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabata əsasən, toplanmış məlumatlar və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı2 məxsus Göygöl şəhəri, X23 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 80000 (səksən min) manat təşkil edir.

7. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30/1 nömrəli hesabata əsasən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı1 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri 430000 (dörd yüz otuz min) manat təşkil edir.

8. Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X11, X12, İddiaçı2, X13, X14 və X8 qarşı borcun tutulması və həmin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər X3, X4, İddiaçı2, X5 və X9 müştərək qaydada 124.104,54 ABŞ dolları əsas, 20.286,77 ABŞ dolları faiz, 392.26 ABŞ dolları dəbbə pulu olmaqla, ümümilikdə 144.783.57 ABŞ dolları məbləğində borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı2 məxsus ünvan 4ndə 0,6 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə və cavabdeh X14 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq həracda satılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X17, X18, İddiaçı2, X19 və X9 ümumi qaydada tutulması, ipoteka predmetilərinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının boşaldılması və ünvan 4ndə yerləşən 94 nömrəli fərdi yaşayış evindən cavabdehlər İddiaçı2, X19, X20 və X6 çıxarılması, iş üzrə 50 manat ekpertiza xərcinin cavabdehlər X17, X18, İddiaçı2, X19 və X9 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5568/2018 nömrəli qərarından görünür ki, iddiaçılar X18, İddiaçı2, X19, X20 və X15 və vəkili Osmanov Elxan Osman oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsi kassatorlara münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, özlərinə məxsus olan ünvan 4 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinin və ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ilk satış qiymətinin müəyyən edilməsi ilə bağlı rəyləri etibarsız hesab edərək həmin əmlakların yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41/2017 saylı qətnaməsinə əsasən cavabdeh X20 və digor cavabdehlər İddiaçı2 Talib oğlundan, X7, X4 və X1 müştərək qaydada 124104.54 ABS dollar əsas, 20286.77 ABŞ dollar faiz borcunun, 392.26 ABŞ dollar cərimə olmaqla cəmi 144783.50 ABŞ dollar pulun tutularaq iddiaçı "xxxx" QSC-nin hesabına tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı2 Talib oğluna məxsus ünvan 4 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinə və X14 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi qət olunmuşdur. Həmin əmlaklar Cavabdeh1 tərəfindən digər cavabdeh "xxxx" MMC-yə sifariş edilərək ipoteka predmetlərinin ilkin satış qiymətinin ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyriyaşayış binasına münasibətdə 180.000 manat dəyərində və ünvan 4ndə yerləşən 94 nömrəli fərdi yaşayış evinə münasibətdə isə 55.000 manat müəyyənləşdirilmişdir. Cavabdeh1 qiymətləndirmənin sifariş edilməsindən sonra onların həmin qiymətləndirmə fəaliyyətinin keçirilməsində iştiraklarını təmin etməmişdir. Halbuki, məhkəmə qərarlarının icrası haqqında qanunun tələbinə əsasən icra hərəkətlərinin icrası ilə bağlı məhkəmə icraçısı bu barədə borclu və tələbkar tərəfə məlumat verməlidir və tərəflərin bu icra hərəkətlərinin icrasında iştirak etmək hüquqlarıdır. Digər cavabdeh "xxxx" MMC-yə isə qiymətləndirmə fəaliyyətini həyata keçirərkən tərtib etdiyi rəylərində əmlakların ilkin satış qiymətinin müəyyən edilməsində əsaslandırma aparmayaraq şablon rəy tərtib etmişdir. Həmin rəylə əmlakların yerləşməsi yeri, ərazisi və sahələri eyni sahədə yerləşən əmlakların qiymət meyarlarını müəyyən etməmişdir. Hazırda əmlakının dəyəri bazar dəyəri ilə qeyr-yaşayış binasının dəyəri 600.000-700.000 manat və fərdi yaşayış evinin isə dəyəri 100.000 manat dəyərindədir. Bu baxımdan iddiaçıların əmlaklarının dəyərindən dəfələrlə aşağı qiymətə hərraca çıxarılması onların əmlak üzrə hüquqlarını və gələcəkdə digər əmlaklar əldə etmələri ilə bağlı hüquqlarını pozur. Belə ki, həmin əmlakların satışından nə qədər çox pul qalarsa onlarda artıq qalmış pulla özlərinin və ailələrinin yaşayış və maddi ehtiyacını ödəmiş olarlar.

13. Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsi (hakim Qələmdar Abbasov) ilə iddianın təmin edilməsi, İddiaçı2 məxsus Göygöl şəhəri, X23 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri (“Tərəqqi MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabatına əsasən”) 80000 (səksən min) manat və İddiaçı1 məxsus Göygöl şəhəri, A.Kazımov küçəsi ilə A.Hazıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri (“Tərəqqi MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30/1 nömrəli hesabatına əsasən”) 430000 (dörd yüz otuz min) manat müəyyən edilməsi, iş üzrə aparılmış ekpertiza tədqiqatının 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi MMC” icraçının VÖENİ **********, İcraçının hesablaşma hesabı: H/H: AZ61AİİB********************, Kapital Bank ASC-nin Nərimanov Filialı, M/H: AZ37NABZ********************, Kod: 200093, Bankın VÖENi **********, SFİFT: AİİBAZ2X hesaba ödənilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid olunması qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 29.1 və 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. İddiaçılar apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin əmləklar cavabdeh Göygöl rayon lcra və Probassiya şöbəsi tərəfindən digər cavabdeh "xxxx" MMC-yə sifariş edilərək ipoteka predmetlərinin ilkin satış giymətinin ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasina münasibətdə 180.000 manat dəyərində və Göygöl şehəri, M.Ə.Rasulzadə küçəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə münasibatdə isə 55.000 manat müəyyənləşdirilmişdir. Göygöl rayon İcra və Probasiya şöbasiqiymətləndirmənin sifariş edilməsindən sonra onların həmin qiymətləndirmə faaliyyətinin keçirilməsində iştiraklarını təmin etməmişdir. Digar cavabdeh "xxxx" MMC-yə isə qiymətləndirmə fəaliyyətini həyata keçirərkən tərtib etdiyi reylərində əmlakların ilkin satış qiymətinin müəyyən edilməsində asaslandırma aparmayaraq şablon rəy tərtib etmişdir. Həmin rəylə əmlakların yerləşmasi yeri, ərazisi və sahələri eyni sahədə yerləşən əmlakların qiymət meyarlarını müəyyən etməmişdir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə (ekspertizası) təyin edilmiş və ekspertizanın keçirilmasi Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 məhəllə 1933 yerləşən “Tərəqqi MMC”-yə havalə edilmiş və ekspert qarşıİsında ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və İddiaçı1 məxsus olan Göygöl şəhəri A.Kazmov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiyməti nə qədər ola bilər barədə sual qoyulmuş, iş üzrə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabatına əsasən İddiaçı2 məxsus Göygöl şəhəri, X25 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 80000 (səksən min) manat və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30/1 nömrəli hesabatına əsasən isə İddiaçı1 məxsus ünvan 5ıyev küçəsinin kasişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri 430000 (dörd yüz otuz min) manat taşkil etməsi qeyd edilmişdir. Hazırda isə qeyri-yaşayış sahəsinin qiyməti isə 800.000-900.000 manat və fərdi yaşayış evinin dəyəri isə 150.000 manat təşkil edir.

17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakların ilkin satış qiyməti müəyyən olunmuşdur. İpoteka müqavilələrinə əsasən Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 55000, ünvan 7yev küçələrinin kəsişməsində yerləşən qeyri yaşayış sahəsinin dəyəri 103540 manat məbləğində müəyyən olunmuşdur. Açıq aydın görünür ki, ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılaşdırdıqlari qiymətlə "xxxx" MMC-nin rəyi arasında çox böyük fərq mövcuddur. Hesab edirlər ki, ipoteka müqavilələri bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakların dəyəri Tərəqqi MMC-nin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. "xxxx" MMC-nin rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir: bu cür məlumat standart olaraq bütün rəylərdə olur; qiymətləndirici isə həmin metodlardan uyğun əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetlərinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çunki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər; yalnız mütəxəssisekspert-qiymətləndirici verdiyi qiyməti təffərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Qiymətləndirici tərəfindən əmlakin qiyməti müəyyən edilərkən ərazi üzrə əmlak bazarının monitorinqi aparılmamış, rieltor qurumlarından, alqı-satqi sahəsində fəaliyyət göstərən internet resurslarından və digər mənbələrdən məlumatlar alınmamışdır. "xxxx" MMC-nin rəyində əmlakın qiymətini müəyyən edərkən analoqlardan istifadə etməmiş, oxşar əmlakların dəyərini müqayisə etməmişdir. Birinci instansiya məhkəməsi Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin rəyinin nəticəsi nəticəsi ilə razılaşmamasını əsaslandırmamış, özünün təyin etdiyi qiymətləndirmə rəyi ilə Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin rəyindəki kəskin fərqin səbəblərini araşdırmamış, həmin qiymətlə daşınmaz əmlakın hərraca çıxarılmasının ipoteka saxlayanın mənafeyinə zidd olduğunu, onun hüquqlarını poza biləcəyini nəzərə almadan iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək və iddiaçılar tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

21. İş üzrə iddiaşılar və cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

23. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

24. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

25. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.

26. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

27. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

28. Maddə 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

“İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

31. Maddə 4. İpoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.

32. Maddə 39.3.2, 39.3.3. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.

33. Maddə 38.2.2. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

34. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

35. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

37. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

46. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

50. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

52. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

53. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X11, X12, İddiaçı2, X13, X14 və X8 qarşı borcun tutulması və həmin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər X3, X4, İddiaçı2, X5 və X9 müştərək qaydada 124.104,54 ABŞ dolları əsas, 20.286,77 ABŞ dolları faiz, 392.26 ABŞ dolları dəbbə pulu olmaqla, ümümilikdə 144.783.57 ABŞ dolları məbləğində borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı2 məxsus ünvan 4ndə 0,6 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə və cavabdeh X14 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq həracda satılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X17, X18, İddiaçı2, X19 və X9 ümumi qaydada tutulması, ipoteka predmetilərinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının boşaldılması və ünvan 4ndə yerləşən 94 nömrəli fərdi yaşayış evindən cavabdehlər İddiaçı2, X19, X20 və X6 çıxarılması, iş üzrə 50 manat ekpertiza xərcinin cavabdehlər X17, X18, İddiaçı2, X19 və X9 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra iddiaçılar X17, X18, İddiaçı2, X19, X20 və X15 həmin qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, onların iddiasının təmin edilməsi, "xxxx" QSC-nin onlara iqarşı iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Daha sonra isə iddiaçılar X17, X18, İddiaçı2, X19, X20 və X15 qətnamənin dəlilləri ilə razılaşmayıb kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5568/2018 nömrəli qərarı ilə, iddiaçılar X18, İddiaçı2, X19, X20 və X15 və vəkili Osmanov Elxan Osman oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsi kassatorlara münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda isə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, özlərinə məxsus olan ünvan 4 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinin və ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ilk satış qiymətinin müəyyən edilməsi ilə bağlı rəyləri etibarsız hesab edərək həmin əmlakların yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

54. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

55. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

56. İşin faktiki hallarından göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)-41/2017 saylı qətnaməsindən görünür ki, “tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı2 məxsus ünvan 4ndə 0,6 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə və cavabdeh X14 məxsus ünvan 5ıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq həracda satılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X17, X18, İddiaçı2, X19 və X9 ümumi qaydada tutulması”. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5568/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri əvvəlki birinci instansiya məhkəmə baxışı zamanı müəyyən edilmiş, həmin qətnamə isə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olsa da, birinci instansiya məhkəməsi işin faktiki hallarına diqqət yetirməmiş və əsassız qətnamə qəbul etmişdir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

59. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.

60. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi ilə ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

61. Göstərilən mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır.

62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar).

63. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999cu il 28 oktyabr tarixli qərar).

64. Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar).

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

66. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

67. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

73. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasınını MPM-in 119.1-ci maddəsinə əsasən 200 manat ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rusumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tululub Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Tərəqqi MMC” icraçının VÖENİ **********, İcraçının hesablaşma hesabı: H/H: AZ61AİİB********************, Kapital Bank ASC-nin Nərimanov Filialı, M/H: AZ37NABZ********************, Kod: 200093, Bankın VÖENi **********, SFİFT: AİİBAZ2X hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar