Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-811/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X8 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və cavabdeh X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(042)-1217/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı Hüseynqulu qızının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 999.24 kv.m həyətyanı torpaq sahəsinin ayrıldığı şəxsin soyadı, adı və ata adı “X4” kimi qeyd edilmiş, həmin soyad, ad və ata adının üst hissəsindən əlyazma ilə İddiaçı qeyd edilmiş və möhürlə təsdiq edilmişdir.
2. “Torpaqdan istifadə hüququna dair Akt”ın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17-9/361 saylı rəyinə əsasən Cavabdeh Əhməd qızına fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh Əhməd qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon XDS-nin xx.xx.1995-ci il tarixli 65 nömrəli qərarı ilə Cavabdeh Əhməd qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2009-cu il tarixli A 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə mülkiyyətçi kimi X4 göstərilmiş və sonradan müvafiq düzəliş edilərək Cavabdeh Əhməd qızı yazılmış və düzəliş möhürlə təsdiq olunmuşdur.
4. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 92 nömrəli məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Xalq X19 Heyətinin 03 may 1995-ci il tarixli, 65 nömrəli və Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 nömrəli protokolunun qərarı ilə Cavabdeh Əhməd qızının adına 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 3533.73 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına seriya A, 087774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 adına seriya A, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı Hüseynqulu qızının adına tam mülkiyyət hüququ ilə 30 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Azərbaycan Respublikasının Milli Arxiv idarəsi, Gədəbəy rayon Dövlət Arxivinin 06 oktyabr 2017-ci il tarixli, 779 nömrəli arayışı və Gədəbəy şəhərinin kompleks yerquruluşu layihəsindən çıxarış (sənədi Gədəbəy rayon baş memarı və Gədəbəy bələdiyyəsinin sədri möhür və imza ilə təsdiq ediblər). Qeyd edilən torpaq sahəsi Gədəbəy rayon notariat ofisinin 07 avqust 2019-cu il tarixli, 4Ə-240 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 29 avqust 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2052/2023 saylı qərardadından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh Əhməd qızının hüquq müəyyənedici sənəd olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN087923 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmış, ərizəçi Cavabdeh Əhməd qızına ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir.
8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A № 087923 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh Əhməd qızının adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Həmçinin bildiririk ki, Gədəbəy Rayon Xalq X19 Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0.10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur.
9. Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-44/2-404/2024 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Dövlət Arxivinin təqdim etdiyi məktuba əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A N 087923 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Eyni zamanda, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh Əhməd qızının adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Əlavə olaraq bildirilir ki, Gədəbəy rayon Xalq X19 Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0,10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə A № 087923 seriyalı “Torpaq sahəsinin plan və ölçüsünə” dair kadastr əsasında İddiaçıa və ailə üzvlərinə ümumilikdə 999.24 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin sənəd əsasında mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədləri toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, “Torpaq sahəsinin plan və ölçü” sənədində onun ata adı “Hüseynqulu” kimi yazılmışdır. Lakin onun ata adı bütün sənədlərdə “Əhməd” kimi qeyd edilmişdir. Bu isə iddiaçıya həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona imtina verilərək bildirilmişdir ki, “Torpaq sahəsinin plan və ölçü” sənədində soyadın düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan “Torpaq sahəsinin plan ölçü” sənədinin “İddiaçı Hüseyinqulu qızı”na yox, “İddiaçı” qızına məxsus olması faktnın müəyyən edilməsini istəyir. Bu məqsədlə iddiaçı Gədəbəy Rayon Məhkəməsinə MPM-nin 307.1-ci maddəsinə uyğun olaraq xüssusi icraat qaydasında ərizə ilə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(042)-753/22 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Lakin DƏDRX-ninl 11 saylı ərazi idarəsinə sənədlərini toplayaraq müraciət edən zaman cavabdeh İddiaçı Hüseyinqulu qızı tərəfindən DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə etiraz ərizəsi verilmiş və həmin ərizə əsasında iddiaçıya sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsi mümkün olmamışdır. Eləcə də Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(042)-753/22 saylı qətnaməsindən maraqlarına toxunmuş İddiaçı Hüseyinqulu qızı apellyasiya şikayəti vermiş, həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə baxılaraq mülki işə xitam verilməklə baxılmamış saxlanılmışdır. İddiaçıya izah olunmuşdur ki, ümumi iddia icraatı qaydasında yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. O da məcburiyyət qarşısında qalaraq yenidən məhkəməyə müraciyət etmək qərarına gəlmişdir. Əlavə olaaq bildirir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə həm İddiaçı, həm də cavabdeh İddiaçı Hüseyinqulu qızına Gədəbəy rayon Yenikənd massivində yerləşən “Milisyeri” adlanan sahədən eyni ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Lakin texniki səhv olaraq İddiaçı ata adı düzgün qeyd edilməmişdir. Həmin torpaq sahəsinin plan və ölçü sənədində düzəliş edilmiş və möhürlə təsdiq edilmişdir. Lakin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının subyekt siyahısında İddiaçı adı cavabdehin adı ilə eyni olduğu üçün səhvən eyni plan ölçü sənədi verilmişdir ki, bu da onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Cavabdeh İddiaçı Hüseyinqulu qızı özünə məxsus olan torpaq sahəsini həmkəndlisi X16 xx.xx.2019-cu il tarixli 4Ə-240 reystr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,5 ha hissəsini satmışdır. Bu brədə DƏDRX-nin 11 saylı ərazi idarəsi tərfmdən verilmiş xx.xx.2023-cü il tarixli məktubu iddia ərizəsinə əlavə etmişdir. Sözügedən torpaq sahəsi isə 1995-ci il tarixdən onun istifadəsində olmaqla o istifadə edir.
12. Gədəbəy Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(042)-1217/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov), iddianın təmin edilməsi, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X4” yazılan hissədə İddiaçı məxsus olması faktı müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
13. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, şahid ifadələri və işdəki sübutlarla müəyyən olundu ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17- 9/361 saylı rəyinə əasən Cavabdeh Əhməd qızına fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli A 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyətçi kimi X4 göstərilmiş və sonradan müvafiq düzəliş edilərək Cavabdeh Əhməd qızı yazılmış və düzəliş möhürlə təsdiq olunmuşdur. Eyni zamanda Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 3533.73 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına seriya A, 087774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
14. Göründüyü kimi, Gədəbəy rayonu, Yenikənd kəndində Cavabdeh və ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087774, həyətyanı torpaq sahəsinin ölçüsü isə 3533.73 kv.m olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının eyni tarixli qərarı ilə Cavabdeh Əhməd qızının və onun ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087923, həyətyanı torpaq sahəsinin ölçüsü isə 999.24 kv.m olmuşdur.
15. Göründüyü kimi, 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilimş, iddiaçıya məxsusluğu iddia edilən A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cavabdehə heç bir aidiyyəti müəyyən edilmir. Həmçinin məhkəmə iclasında şahid ifadələri ilə də müəyyən edildi ki, sözügedən 999.24 kv.m torpaq sahasi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir.
16. Məhkəmə cavabdehin 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması barədə bildirdiklərini heç bir sübutla əsaslandırlmamış şəxsi mülahizəsi hesab edir və qeyd edir ki, cavabdehin bu mülahizəsi iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə tam təkzib olunur.
17. Belə olan halda məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi İddiaçı məxsusdur. Həmin sənəddə mülkiyyətçi kimi qeyd edilmiş “X4” adında “Bayraməliyev” və “Hüseynqulu oğlu” yazılışları texniki səhv olaraq qəbul edilməli və həmin hüquq müəyyənedici sənədin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh X1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(042)-1217/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Gədəbəy rayonu Yenikənd kəndinin ərazisindən sahəsi 999,24 kvm olan həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı onun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanıb verilmişdir. Lakin, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində onun cinsi səhv yazılmışdır, yəni “Cavabdeh” əvəzinə “X4” yazılmışdır. Həmin sənəddə onun cinsinin səhv yazılması ilə bağlı ona arayışlar verilmişdir. İddiaçı Cavabdeh Əhməd qızı ərinin əmisi oğlu X6 arvadıdır. Buna görə hər ikisinin soyadı Bayraməliyevadır və təsadüfdən hər ikisinin adı Tərlandır. Onların yalnız ata adları fərqlidir, yəni iddiaçının ata adı “Əhməd”, onun ata adı isə “Hüseynqulu”dur. İddiaçı soyadlarının adlarının eyni iddiaçının ata adı “Əhməd”, onun ata adı isə “Hüseynqulu”dur. İddiaçı soyadlarının adlarının eyni olmasından istifadə edərək Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarıilə onun mülkiyətinə verilmiş torpaq sahəsinin ona məxsus olmasını iddia edir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edir ki, 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş, iddiaçıya məxsusluğu iddia edilən A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cavabdehə heç bir aidiyyəti müəyyən edilmir. O bununla razılaşmır. Belə ki, həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl də ona məxsus olmuşdur. Bu fakt Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə də təsdiq olunur. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında onun ailə üzvləri kimi əri X11 və övladları X12, X13, X17 və X18 qeyd olunmuşdur. Əgər torpaq sahəsi ona verilməmişdirsə subyekt siyahısında niyə onun ailə üzvləri qeyd edilmişdir. Əgər torpaq sahəsi Cavabdeh Əhməd qızına verilmiş olsaydı onun ata adı səhv yazılsa da subyekt siyahısında onun öz ailə üzvləri olardı. Məhkəmə torpaq sahəsinin və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin iddiaçıya məxsus olması barədə gəldiyi nəticəni şahidlərin verdiyi ifadələriilə əsaslandırmışdır. Belə ki, məhkəmə iclasında şahidlər R.Əsgərov və K.Abdullayev torpaq sahəsinin istifadəsində olmasını demişlər. Şahidlərin ifadələri ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı hər zaman torpağı özadına çıxıb, torpaq “mənimkidi” deyib. Şahidlər də buna görə torpağın iddiaçıya məxsus olmasını qeyd edirlər. Çünki, torpaq sahəsi boşdur, orada hər hansı tikinti və s. yoxdur. Torpaq sahəsindən istifadə olunmur ki, istifadə edən də iddiaçı olsun. İkincisi, torpaq sahəsindən istifadə edilməsi hələ torpaq sahəsinin ondan istifadə edən şəxsə məxsus olması, həmin şəxsin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsi demək deyil. Üçüncüsü, əgər iddiaçı həqiqətən də 1995-ci ildən həmin torpaq sahəsindən istifadə etsəydi, islahat komissiyası torpağı istifadəçiyə, yəni ona verərdi. Çünki, İslahat Komissiyası torpaqdan kim istifadə edirdisə torpağı elə ona da verirdi, başqa şəxsə vermirdi. Onu da qeyd edir ki, Aqrar İslahat Komissiyası iddiaçının adına torpaq sahəsi verməmişdir, iddiaçının əri X6 adına torpaq sahələri vermişdir. Həmin torpaq sahələrinin bir neçəsini X14 özgəninkiləşdirmişdir. Bundan başqa məhkəmə torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olmasına dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan “Torpaqdan istifadə hüququna dair Akt”ın surətindən görünür ki, Gədəbəy rayonu “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17-9/361 saylı rəyinə əsasən Cavabdeh Əhməd qızına fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bununla bağlı qeyd etmək istəyir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 03 may 1995-ci il tarixli 65 nömrəli Gədəbəy rayon XDS İK-nin və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli 02 nömrəli protokolunun qərarı ilə onun adına da 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə Gədəbəy rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 163 nömrəli arxiv arayışını məhkəməyə təqdim etsə də, məhkəmə onun təqdim etdiyi həmin arayışı nəzərə almamışdır. Bundan başqa məhkəmə qeyd edilən qətnaməni çıxararkən nəzərə almamışdır ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. İddiaçı Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470/2023 saylı qərarı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-522/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470 /2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegiyasının mövqeyinə görə Aqrar İslahat Komissiyasının qeyd edilən qərarının məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. X32 Komissiyasının qərarı qüvvəsində qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sözügedən torpaq sahəsi cavabdeh İddiaçı Hüseynqulu qızına məxsusdur. İddiaçının həmin torpağa aid sənədləri yoxdur. İddiaçının iddia etdiyi sənəd əslində cavabdehə məxsusdur. İddiaçı əvvəllər A087923 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədini ona məxsus olması faktının təsdiq edilməsi üçün Gədəbəy Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(042)-753/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. A087923 seriyalı torpaq sahəsinin plan və ölçüsü sənədinin ona məxsus olması faktı müəyyən edilmişdir. Həmin sənəddə məhkəmə qətnaməsi əsasında düzəliş aparılmışdır. Əslində isə həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl də cavabdehə məxsus olmuşdur. Bu fakt Gədəbəy rayon Dövlət Arxivindən verilmiş arxiv arayışı ilə də təsdiq olunur. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında cavabdehin ailə üzvləri kimi əri X11 və övladları X12, X13, X17 və X18 qeyd olunmuşdur. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. İddiaçı Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1470/2023 saylı qərarı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-522/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470 /2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. X32 Komissiyasının qərarı qüvvəsində qalmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini Məhkəmə Kollegiyasından xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə A087923 seriyalı Torpaq sahəsinin plan və ölçüsünə dair kadastr əsasında İddiaçı və ailə üzvlərinə ümumilikdə 999.24 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin sənəd əsasında mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədləri toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, Torpaq sahəsinin plan və ölçü sənədində onun ata adı Hüseynqulu kimi yazılmışdır. Lakin onun ata adı bütün sənədlərdə Əhməd kimi qeyd edilmişdir. Bu isə iddiaçıya həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. İş üzrə İddiaçı və cavabdeh İddiaçı Hüseynqulu qızı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
37. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
38. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
39. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
40. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
48. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
49. İşin kollegiya tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olmasını və yanlış olaraq sənəddə mülkiyyətçi kimi “X4” kimi qeyd edildiyini bildirmişdir.
50. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, həmin torpaq sahasinə dair tərtib edilmiş A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi İddiaçı məxsusdur. Həmin sənəddə mülkiyyətçi kimi qeyd edilmiş “X4” adında “Bayraməliyev” və “Hüseynqulu oğlu” yazılışları texniki səhv olaraq qəbul edilməli və həmin hüquq müəyyənedici sənədin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir.
51. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə əsaslı deyildir.
52. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
53. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
54. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
55. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
56. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
57. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
58. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
59. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A № 087923 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, eyni zamanda həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh Əhməd qızının adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Həmçinin bildiririk ki, Gədəbəy Rayon Xalq X19 Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0.10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur.
60. Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-44/2-404/2024 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Dövlət Arxivinin təqdim etdiyi məktuba əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri, o cümlədən xx.xx.2009-cu il tarixli 347 nömrə ilə uçota alınmış A N 087923 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, həmin sənədin verilməsinə əsas olmuş sənəd Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Eyni zamanda, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarında Cavabdeh və yaxud Cavabdeh Əhməd qızının adına torpaq sahəsi ayrılması qeyd olunmamışdır. Əlavə olaraq bildirilir ki, Gədəbəy rayon Xalq X19 Heyətinin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh adına 0,10 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur.
61. İşin faktiki halları ilə müəyyən olunur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu Yenikənd kəndinin ərazisindən sahəsi 999,24 kvm olan həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı cavabdehin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanıb verilmişdir. Lakin, həmin sənəddə “Cavabdeh” əvəzinə “X4” yazılmışdır. İddiaçı Cavabdeh Əhməd qızı ilə adları fərqlidir, yəni iddiaçının ata adı “Əhməd”, onun ata adı isə “Hüseynqulu”dur. İddiaçı soyadlarının adlarının eyni olmasından istifadə edərək Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002ci il tarixli 20 saylı qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl də cavabdehə məxsus olmuşdur. Bu Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə də təsdiq olunur. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında cavabdehin ailə üzvləri kimi əri X11 və övladları X12, X13, X17 və X18 qeyd olunmuşdur. Torpaq sahəsi boşdur, orada hər hansı tikinti və s. yoxdur. X31 Komissiyası iddiaçının adına torpaq sahəsi verməmişdir, çünki, iddiaçının əri X14 ailə başçısı olmuş, onun adına torpaq sahələri verilmişdir. Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 03 may 1995-ci il tarixli 65 nömrəli Gədəbəy rayon XDS İK-nin və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli 02 nömrəli protokolunun qərarı ilə cavabdehin adına da 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu Gədəbəy rayon Dövlət Arxivinin 29 iyun 2022-ci il tarixli 163 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. İddiaçı Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi üçün iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1470/2023 saylı qərarı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-522/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1470 /2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X31 Komissiyasının qeyd edilən qərarının məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. X32 Komissiyasının qərarı qüvvəsində qalmışdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, Gədəbəy rayonu Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 2 nömrəli qərarı ilə verilmiş torpaq sahəsi İddiaçı deyil, cavabdeh İddiaçı Hüseynqulu qızına verilmişdir. Lakin, birinci instansiya məhkəməsi göstərilən halları hərtərəfli, tam araşdırmamış və səhv nəticəyə gəlmişdir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
64. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
65. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
66. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
67. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
72. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.
73. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh İddiaçı Hüseynqulu qızının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(042)-1217/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh İddiaçı Hüseynqulu qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.