Məhkəmə qərarları › İş №2(104)-821/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-821/2025

05.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-821/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, Goranboy rayon notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X8) mülki iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1nə, Goranboy rayon notariat ofisinə (bundan sonra – cavabdehlər) qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh2 etibarnamənin verilməsi barədə “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, İddiaçı – həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə onun bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər saləhiyyətləri doğma qızı Cavabdeh2 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2030-cu il tarixə kimi müəyyən edilmişdir.

2. İddiaçı əri X10 16 noyabr 2020-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat №-li çıxarışa əsasən, Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 saylı evin, ümumi sahəsi 86,40 kv.m. olan 48 saylı mənzili paylı mülkiyyət hüququ əsasında 5/8 hissədə İddiaçı, 1/8 hissədə X4, 1/8 hissədə Cavabdeh3 və 1/8 hissədə Cavabdeh2 xüsusi mülkiyyətindədir.

4. Goranboy rayon Notariat ofisinin xüsusi notariusu X12 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə” əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,40 kv.m., yaşayış sahəsi 62 kv.m. olan 4 otaqlı mənzil paylı mülkiyyət üzrə on(lar)a məxsus hissədən - İddiaçı (etibarnamə əsasında qızı Cavabdeh2 onun əvəzinə) ona məxsus 5/8 hissəni - oğlu S/N: 004 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim Zəki Babayev imzaladı xx.xx.2025, Hakim Vüsalə. Baxışova imzaladı - xx.xx.2025, X19 imzaladı - xx.xx.2025 Məhkəmənin adı: Azərbaycan Respublikasının Ali Məhkəməsi Sənədin elektron yüklənməünvanı:http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=4160278e8b2a4e81bc5 b309920776ff6 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. olan Cavabdeh3, Cavabdeh2 məxsus 1/8 hissəni qardaşı olan Cavabdeh3 bağışlanmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** və ********** qeydiyyat №-li çıxarışa əsasən, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 29, mənzil 48 paylı mülkiyyət üzrə 7/8 hissədə Cavabdeh3 və 1/8 hissədə X4 xüsusi mülkiyyətindədir.

6. İddiaçı Tərtər rayon notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, o, xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh2 verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir.

7. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(052)-249/2022 saylı qətnaməsindən görünür ki, X13i ilə Cavabdeh2 aralarında olan nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh2 ondan aldığı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağladığı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsi əsasında DƏDRX-in 7 saylı Bərdə Ərəzi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı İsmayıl Qurbanovun adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. Ev 4 otaqdan ibarətdir. İddiaçı həyat yoldaşı İsmayıl ilə həmin evi birgə nikah dövründə əldə etmişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak iddiaçı ilə miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi iddiaçıya verilmiş, qalan 1/2 hissə isə iddiaçı ilə iki nəfər oğlu Cavabdeh3, Rövşən Qurbanov və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən qızı Cavabdeh2 ondan xahiş etmişdir ki, adına çıxarış alınması üçün ona etibarnamə versin. İddiaçı da, qızına həddindən artıq inandığından ona etibarnamə vermişdir. Daha sonra iddiaçı dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə iddiaçıya məlum olmuşdur ki, qızı Sevda onun payına göz dikmiş, onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır. Beləliklə, iddiaçının yeganə yaşayış yeri olan Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48-i doğma qızı onu aldadaraq oğlu Cavabdeh3 bağışlamış və xx.xx.2021-ci il tarixdə iddiaçının adından Cavabdeh3 ilə bağışlama müqaviləsi bağlamışdır. Cavabdeh3 isə hər dəfə iddiaçını evdən qovacağı ilə hədələmiş və mübahisəli evin onun özünə məxsus olduğunu bildirmişdir. İddiaçı qızının adına vermiş olduğu etibarnaməni artıq ləğv etdirmişdir. Beləliklə iddiaçı miras payını heç kimə bağışlamamışdır. Sadəcə olaraq qızı Sevda onu aldadaraq yaşlı olduğunu, əziyyət çəkəçəyini bildirərək öz adına etibarnamə almış və iddiaçının payını qardaşı Cavabdeh3 bağışlamışdır.

11. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkil) məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Nəinki ölkəmizdə, bütün dünyada notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışam deməsinin heç bir əsası yoxdur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notarius və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəllənin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən iddiaçının mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur.

12. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, anası hər zaman ona inanmış, bu səbəbdən anasının hər bir işinin arxası ilə o, getmişdir. Buna səbəb oğlanlarının bu günə kimi anasının işlərinə köməklik göstərməməsi olmuşdur. Hətta anası pandemiya vaxtı xəstələnmiş, bu səbəbdən bütün işlərinin görülməsi üçün ona etibarnamə vermişdir. Həmin etibarnamə ilə o, ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etmişdir. Anası etibarnaməni onun adına məhz çıxarış almaq üçün deyil, ümumiyyətlə gələcəkdə bütün işlərinin görülməsi üçün vermişdir. Həmçinin qeyd edilən etibarnamə ilə o, anasına məxsus vaxtı keçmiş bank kartını da, banka müraciət edərək yenisi ilə dəyişmişdir. Əmlaka dair anasının adına çıxarış aldıqdan sonra çıxarışı anasına təqdim etməmiş, gizli saxlamışdır. Çünki qardaşı Kamil çıxarışın anasına verilməsinə icazə verməmişdir. Daha sonra həmin etibarnamədən istifadə edərək anasının evdəki payını anasından xəbərsiz qardaşı Kamilə bağışlamışdır. Dəfələrlə Kamilə bu barədə anasına demək lazım olduğunu bildirsə də, Kamil anasına deməyə icazə verməmiş və anasının buna razı olmayacağını ona bildirmişdir. Hətta o, həmin əmlakdakı öz payını da Kamilə bağışlamışdır. Anasının evin Kamilə bağışlanmasıdan xəbəri olmamışdır. Kamil hər bir halda gələcəkdə anasının onunla birlikdə yaşayacağını, onun himayəsində qalacağını və anasına yaxşı baxacağını dediyindən, o, da bu addımı ataraq payları Kamilin adına keçirmişdir. Həmçinin o, gələcəkdə belə bir vəziyyətin yaranacağını düşünməmişdir. Belə ki, onun həmin evdə ümumiyyətlə gözü olmamışdır. Hətta öz payını belə Kamilə təmənnasız olaraq bağışlamışdır. Hazırda həmin addımı nə səbəbdən atdığının dəqiq izahını verə bilmir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmə hazırlıq iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçı onun doğma anasıdır. Vaxtı ilə anası öz şəxsi istəyi ilə onu yaşadığı evə dəvət etmiş və birlikdə yaşamağı təklif etmiş, o, da ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Daha sonra evi şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bağışlama müqaviləsi bağlanarkən anası notariusda şəxsən iştirak etməmiş, lakin bacısının evi ona bağışlamasından xəbəri olmuşdur. Bu səbəbdən iddianı əsassız hesab edir.

14. Naftalan Şəhər Məhkəməsinin e2(052)-48/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia üzrə ilk növbədə bağışlama müqaviləsinin onun tərəflərinin qarşılıqlı iradə ifadəsinin nəticəsi olub-olmaması müəyyən edilməlidir. Belə ki, iddiaçı müqavilənin onun həqiqi iradə ifadəsinə uyğun olmadığını iddia edir və bunu onunla əsaslandırır ki, müqavilənin mövcudluğundan məlumatsız olmuş, müqavilə onun tərəfindən deyil, qızı Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamə əsasında, onun razılığı olmadan bağlanmışdır. Cavabdeh3 isə iddiaçının dedikləri ilə razılaşmasa da, əqdi imzalayan təmsilçi Cavabdeh2 iddiaçının dediklərini təsdiq edir. Cavabdeh2 mübahisəli əqdi bağlayarkən istifadə etdiyi etibarnamənin 17 avqust 2020-ci il tarixdə qeydiyyata alınması, bağışlama müqaviləsinin isə 19 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının həyat yoldaşı 16 noyabr 2020-ci il tarixdə ölmüş, ondan miras qalmış əmlaka dair isə 20 may 2021-ci il tarixdə müvafiq olaraq “Ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Bu isə onu deməyə əsas verir ki, 17 avqust 2020-ci il tarixdə etibarnamə verilərkən, həmin vaxt gələcəkdə bağlanacağı məlum olmayan hər hansı müqaviləyə dair iradə ifadəsinin mövcud olması mümkün deyildir. Bundan başqa Cavabdeh2 məhkəmə iclasında izahat verərkən anasının ona etibarnaməni məhz çıxarış almaq və ya əqd bağlamaq məqsədi ilə deyil, ümumilikdə işlərinin görülməsi üçün verdiyini, həmçinin bağışlama müqaviləsini anasının iradə ifadəsi olmadan, ondan gizli bağladığını bildirmişdir.

16. Məhkəmə yekun olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli əmlakda ona məxsus payın oğluna bağışlanmasına münasibətdə iradə ifadəsi olmamışdır. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrə ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsi mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməlidir. Mübahisəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi qismən etibarsız hesab edildiyindən, öz növbəsində daşınmaz əmlakın dövlət reyestrində çıxarış üzrə xx.xx.2021ci il tarixdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilməlidir.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 3, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 404.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir.

18. Cavabdeh3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilmiş hissəsində rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə baxılsa iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacı da yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh2 özü də, məhkəmə prosesi zamanı izahatında təsdiqləmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirmədiyi açıq şəkildə görünmüş olur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Beləliklə də, iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində qızının sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəlləsinin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh3 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də, qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən İddiaçı mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh3 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İndiki halda məhkəmə guya ki, Cavabdeh2 etibarnamə üzrə öz anasından almış olduğu səlahiyyətlər çərçivəsində öz doğma qardaşı Cavabdeh3 xeyrinə bağlamış olduğu əqdə dair iddiaçının iradəsinin olmadığına istinad etmişdir. Lakin iş materialları ilə tanış olan zaman bunu təsdiqləyici hər hansı bir sübutun olmadığı görünür. Beləliklə də, məhkəmə MPM-in prosessual tələblərini pozaraq heç bir sübut olmadan qanunvericiliyin tələblərini iddiaçının mülahizədən o yana keçə bilməyən şəxsi arzularına qurban vermiş və əsaslandırılmamış iddia tələbini təmin etmişdir. Halbuki MPM 77.1-ci maddəsinə görə “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. İndiki halda iddiaçı öz iddiasını (aldadıldığını) sübuta yetirə bilmədiyi kimi məhkəmə də sübuta yetirilə bilinməmiş iddia tələbini təmin etməklə prosessual pozuntuya yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev və Rəhman Muradov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsinə ehtiyac yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh2 özü də məhkəmə iclası zamanı izahatı ilə təsdiq etmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirməməsi açıq şəkildə görünür.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar qeyd etmişdir ki, cavabdehin bağlanmış əqdin notariat qaydasında təsdiqlənməsinin əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsinin mümkünlüyünün əsası kimi qeyd etmişdir. Lakin cavabdeh bu cür yanaşma ortaya qoyarkən işin hallarını nəzərə almamışdır. Belə ki, əqdi iddiaçı özü bağlamamışdır. Mübahisələndirilən əqd cavabdehin nümayəndəsi qismində qızı tərəfindən bağlanmışdır və əqdin bağlanması üçün verilmiş etibarnamə bağışlama müqaviləsinin predmeti olan əmlakın hələ iddiaçının mərhum ərinin mülkiyyətində olarkən verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq etibarnamə verilərkən iddiaçının mülkiyyətində mübahisəli əmlakın olmadığını qeyd etmiş və həmin etibarnamə verərkən iddiaçının gələcəkdə iddiaçının mülkiyyətinə keçməsi güman edilməyən əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinin mövcudluğunun inkar olunduğu nəticəsinə gəlmişdir.

24. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qızı Cavabdeh2 etbarnaməni məhz əri İsmayıl Qurbanovun ölümündən əvvəl verməsi, həmçinin Cavabdeh2 tərəfindən bu halın etiraf edilməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə etibarnamə verməsində iradə ifadəsi məhz iddiaçıya məxsus digər məsələlərlə bağlı işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçının qızı Cavabdeh2 isə qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gələrək fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlanmasına və onun mülkiyyətinə verilməsinə nail olmuşlar.

25. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlanması ilə əqdin etibarlılıq şərtləri pozulmuşdur. Bu halda isə həmin müqavilə etibarsızdır və birinci instansiya məhkəməsi haqlı olaraq onun etibarsızlığını təsdiq etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 339.1, 339.6, 359.1, 362.1, 666.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.3, 217.3, 384.0.1, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

Kassasiya instansiyasında icraat:

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən görünür ki, məhkəmə bağışlama müqaviləsini - Cavabdeh2 qardaşı Cavabdeh3 ilə pis niyyətlə razılığa gələrək mənzilin iddiaçının mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh3 bağışlamasını, bununla da iddiaçının iradə ifadəsinin pozulması ilə bağlanması əsası ilə etibarsız saymışdır. Bu zaman apellyasiya məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni iradəsinə zidd olaraq mənzili Cavabdeh3 bağışlamaq barədə müqavilə bağlamaqla etibarnamə ilə onu təmsil edən qızı Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, əslində işin hallarına görə iddiaçı ilə Cavabdeh2 eyni mövqedən çıxış etmələrinə, bu halda bağışlama müqaviləsindən uzun müddət ərzində məlumatsız olmasını sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşməsinə, belə olan halda isə Cavabdeh2 iddianı etiraf etməsinin iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmədiyinə, həmçinin müqavilənin iddiaçının aldadılması ilə bağlanması barədə iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 339.1, 339.2-ci maddələrini hazırki iddiaya düzgün tətbiq etməmişdir.

31. Məhkəmə kollegiyası eyni zamanda, apellyasiya instansiya məhkəməsinin - iddia tələbində göstərilən, iddiaçının bağışlanma müqaviləsinin bağlanmasından xəbərinin olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanmasına dair dəlillərinə düzgün hüquqi qiymət verməməsi ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə 10 il müddətinə verdiyi etibarnamədən görünür ki, etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə iddiaçıya məxsus bütün əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər səlahiyyətləri etibar edilmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2020-ci il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır. İddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, etibarnaməni hansı məqsədlə verməsindən asılı olmayaraq, qeyd olunan iradə ifadəsinin hələ müqavilə bağlanmamışdan on aya yaxın müddət əvvəl, iddiaçı tərəfindən Cavabdeh2 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilsə də, işin qeyd olunan halına apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

32. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı bağışlama müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını qeyd etsə də, iş materialları və tərəflərin izahatları ilə bu halın təkzib olunmasına, iddiaçı tərəfindən etibarnamənin Cavabdeh2 verilməsinin əsl məqsədinin sonuncu və iddiaçı tərəfindən gizlədilməyə çalışılmasına, iddiaçı və Cavabdeh2 izahatlarının həqiqəti əks etdirib-etdirməməsinə, həmin izahatların ziddiyyətli olmasına da apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qızı Cavabdeh2 etibarnaməni çıxarışın alınması üçün verdiyini qeyd etsə də, sonradan apellyasiya məhkəməsində etibarnaməni pensiya işlərini həll etməsi üçün verdiyini bildirmiş, Cavabdeh2 isə iddiaçı tərəfindən etibarnamənin ona bütün işlərinin görülməsi üçün, daha sonra isə anasının pensiya işlərini həll etməsi üçün verdiyini, həmin etibarnamə ilə ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etməsini, anasına məxsus vaxtı keçmiş bank kartını banka müraciət edərək yenisi ilə dəyişməsini qeyd etsə də, apellyasiya məhkəməsində verdiyi izahatında etibarnamədən yalnız mənzili qardaşına bağışlaması barədə bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etdiyini bildirmişdir.

33. Lakin bu halda apellyasiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamədə iddiaçının Cavabdeh2 onu məhkəmələrdə təmsil etmək səlahiyyəti verməməsinə, həmçinin Cavabdeh2 izahatında qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsinə hüquqi qiymət verilməmiş, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində nə kimi mübahisəsinin olmasını, həmin mübahisənin hazırkı işlə bağlılığının olub-olmamasını aydınlaşdırmamışdır.

34. Həmçinin Cavabdeh3 iddiaya qarşı etirazında, vaxtı ilə anasının öz şəxsi istəyi ilə onu yaşadığı mənzilə dəvət edərək birlikdə yaşamağı təklif etməsini, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçməsini, hadisələrin hazırkı məqama gəlib çatmasına səbəbin onun bacısı Sevdanın ailəsinin dağılması ilə bağlı olduğunu, bacısı Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola bildiyini qeyd etsə də, apellyasiya instansiya məhkəməsi həmin halları, o cümlədən Cavabdeh3 mənzilə hansı tarixdən köçməsini, iddiaçının məhz Cavabdeh3la münasibətlərinin yaxşı olduğu həmin vaxt bağışlama müqaviləsindən məlumatlı olubolmamasını aydınlaşdırmamışdır.

35. Eyni zamanda, Cavabdeh2 keçmiş əri, onun qardaşı Cavabdeh3 qaynı olduğuna görə, ərindən hansı tarixdə boşanması, qardaşı Cavabdeh3la Cavabdeh2 və iddiaçının münasibətlərinin hansı vaxtdan pozulması hazırkı iddia tələbinin həlli və müddətlərin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, həm də belə olan halda Cavabdeh2 bağışlama müqaviləsi barədə anasına məlumat verməməsi ağlabatan olmadığından, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılaraq hüquqi qiymət verilməli idi.

36. Həmçinin Cavabdeh2 “boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı Cavabdeh3 fikrini təkzib edərək, onun özünün iki otaqlı mənzilinin olduğunu bildirsə də, həmin hala dair məhkəməyə hər hansı sübut təqdim etməməsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir.

37. Bundan başqa iddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında oğlu Kamilin ailəsi ilə bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşadığını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxardıqlarını bildirsə də, iddiaçının uzun müddət Cavabdeh3 və onun ailəsi ilə birlikdə yaşadığı halda bağışlama müqaviləsindən xəbərsiz olmasını bildirməsinin real və inandırıcı olub-olmamasına, bu halda kəsici müddətin keçibkeçməməsinə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığına dair işin hallarına, bağışlanma müqaviləsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməklə bağlanmasına baxmayaraq, həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

38. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, oğlu Cavabdeh3 və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasını, lakin qızı Sevda boşanandan sonra onlarla bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşamasını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxarmalarını öz izahatında bildirsə də, nə səbəbdən öz mülkiyyəti kimi qəbul etdiyi mənzilindən oğlu Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmağa cəhd göstərmədiyini açıqlamamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan halların müəyyən edilməsi əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətinin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir.

39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

41. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı Qurbanov İsmayılın adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh2 onun pensiya işi bağlı işlərini həll etməsi üçün ona etibarnamə vermişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak onunla miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi ona verilmiş, qalan 1/2 hissə isə onunla iki nəfər oğlu Cavabdeh3, X8 və qızı Cavabdeh2 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan evin sənədləşməsi ilə bağlı işləri də qızı həll etmişdir. Daha sonra qızı Cavabdeh2 həmin etibarnamə ilə anasına məxsus 5/8 payı və özünun 1/8 payını qardaşı Cavabdeh3 vermişdir. O, dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə ona məlum olmuşdur ki, qızı Sevda onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh3 bağışlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə razılşamırlar. Belə ki, Kamil anası iddiaçını evdən qovmuşdur və hazırda onun qalmağa başqa yeri də yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

42. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

43. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

45. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

50. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

52. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

54. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

55. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

56. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

57. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

58. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

59. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

60. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

61. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

62. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

63. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

64. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

65. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

66. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

67. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

68. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

69. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

70. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

73. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

78. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

79. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

80. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

81. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

82. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

83. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

84. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

85. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

Apellyasiya baxışının hədləri

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

89. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

90. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

91. Çünki, Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

92. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən – iddianın təmin edilmiş hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

93. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində - maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

94. İlkin olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

95. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

96. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

97. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

98. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

99. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

100. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021- ci il tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

101. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına çıxarış alınması üçün qızı Cavabdeh2 etibarnamə verdiyini, həmin etibarnaməyə əsasən qızının mənzilin ona aid hissəsini, onun razılığı və məlumatı olmadan, oğlu Cavabdeh3 bağışladığını, verdiyi etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin onun aldadılması ilə bağlanmasını qeyd etmiş, Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edərək, qızı Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh3 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

102. Cavabdeh2 iddianı qəbul edərək, iddiaçının mənafeyinə uyğun izahat vermiş, pandemiya vaxtı anası xəstələnərkən onun bütün işlərinin görülməsi üçün anasının ona etibarnamə verdiyini, daha sonra isə anasının etibarnaməni ona pensiya işlərinin görülməsi üçün verdiyini, həmin etibarnamə ilə əmlaka dair anasının adına çıxarış aldıqdan sonra çıxarışı anasına təqdim etmədiyini, gizli saxladığını, etibarnamədən istifadə edərək anasının evdəki payını anasından xəbərsiz qardaşı Kamilə bağışladığını, qardaşının ona bağışlama barədə anasına bildirməməsini deməsini, ərinin qardaşının qaynı olduğundan məcbur qalıb razılaşmasını, anasının evin Kamilə bağışlanmasıdan xəbəri olmadığını, özünün iki otaqlı mənzilinin olduğunu, etibarnamədən yalnız bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etdiyini qeyd edərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

103. Cavabdeh3 isə iddianı qəbul etməmiş, iddiaya qarşı etiraz edərək, vaxtı ilə anasının öz şəxsi istəyi ilə onu yaşadığı mənzilə dəvət edərək birlikdə yaşamağı təklif etməsini, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçməsini, bağışlama müqaviləsi bağlanarkən anasının notariusda şəxsən iştirak etmədiyini, lakin bacısının mənzili ona bağışlamasından xəbərinin olmasını, anası tərəfindən qızına etibarnamənin notarius vasitəsilə verildiyini, bu səbəbdən iddiaçının “aldadılmışam” deməsinin heç bir əsasının olmadığını, iddia ərizəsində iddiaçının guya etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün verdiyini, halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işinin açılmadığını, mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsi ehtiyacının da yaranmadığını, hadisələrin hazırkı məqama gəlib çatmasına səbəbin onun bacısı Sevdanın ailəsinin dağılması ilə bağlı olduğunu, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola bildiyini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

104. Bununla belə, məhkəmə kollegiyası etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

105. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

106. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

107. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

108. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

109. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

110. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

111. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.

112. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən yuxarıda qeyd edilən halları göz önündə tutmamış, işin müəyyən edilmiş halları üzrə bu konteksdə hüquqi dəyərləndirmə aparmamışdır.

113. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə ilə qızı Cavabdeh2 geniş səlahiyyətlər – o cümlədən daşınmaz əmlakla sərəncam vermə, alma, satma, bağışlama, dəyişdirmə və digər hüquqi əməliyyatlar aparmaq hüququnu vermişdir. Həmin etibarnamə notariat qaydasında təsdiqlənmiş və xx.xx.2030-cu ilədək qüvvədə olan sənəddir. Həyat yoldaşı İsmayıl Qurbanovun vəfatından sonra iddiaçı vərəsəlik şəhadətnaməsi əsasında həmin ünvandakı əmlakın 5/8 hissəsinə sahib olmuşdur. Bundan sonra, xx.xx.2021-ci il tarixdə iddiaçının qızı – etibarnamə əsasında təmsilçi kimi çıxış edən Cavabdeh2, anasının payını digər övlad – Cavabdeh3 bağışlamışdır. Müvafiq olaraq xx.xx.2021-ci il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir.

114. İddiaçı həmin əqdin onun xəbəri olmadan bağlandığını, iradəsinin ifadə edilmədiyini və qızının onu aldadaraq etibarnamədən sui-istifadə etdiyini bildirərək, bağışlama müqaviləsinin və çıxarışın ləğvini tələb etmişdir.

115. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

116. İş materiallarına görə, iddiaçı bağışlanma müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılığı olmamışdır. Onun adından həmin hərəkətləri Cavabdeh2 buna səlahiyyəti olaraq yerinə yetirmişdir. Hazırki vəziyyətdə isə sənədləşmələrin aparılması üçün etibarnamə verilməsini, onun məlumatı və icazəsi olmadan digər şəxsə bağışlanmasını bildirmişdir.

117. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdən mübahisəli əmlak Cavabdeh3 mülkiyyətinə keçmiş, həmin vaxtdan da o əmlakı təyinatı üzrə istifadə edir. İddiaçı uzun müddət bu vəziyyətə etiraz etməmiş, əmlak üzərində onun adından sərəncam vermiş cavabdehlərlə yaxın qohumluq münasibətləri olmasına baxmayaraq cavabdehlərə hər hansı bir iradları olmamışdır.

118. Bununla paralel olaraq göstərilməlidir ki, iddiaçının qızı Cavabdeh2 xx.xx.2020ci il tarixdə 10 il müddətinə verdiyi etibarnamədən görünür ki, etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə iddiaçıya məxsus bütün əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər səlahiyyətləri etibar edilmişdir.

119. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2020-ci il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır. İddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, etibarnaməni hansı məqsədlə verməsindən asılı olmayaraq, qeyd olunan iradə ifadəsinin hələ müqavilə bağlanmamışdan on aya yaxın müddət əvvəl, iddiaçı tərəfindən Cavabdeh2 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir.

120. Qeyd olunan hallara əsasən, iddiaçının iradəsinə zidd olaraq mənzili Cavabdeh3 bağışlamaq barədə müqavilə bağlamaqla etibarnamə ilə onu təmsil edən qızı Cavabdeh2 tərəfindən aldadılmasının, bu halda bağışlama müqaviləsindən uzun müddət ərzində məlumatsız olmasını sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşsə də, iddiaçı bu halları təsdiq edəcək mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

121. Eyni zamanda, işin hallarına görə iddiaçı ilə Cavabdeh2 eyni mövqedən çıxış etmələrinə və sonuncun iddianı etiraf etməsinə baxmayaraq hazırkı iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etməmişdir.

122. Belə ki, İddiaçı izahatlarından və proses zamanı verdiyi bəyanatlardan aydın olur ki, o, qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixli etibarnaməni verdiyini təsdiqləsə də, etibarnamənin hansı məqsədlə verildiyi barədə fərqli mövqelər sərgiləmişdir; ilkin iddia ərizəsində bu sənədin yalnız çıxarış alınması məqsədi daşıdığını bildirmiş, sonradan isə pensiya işlərinin görülməsi üçün verildiyini qeyd etmişdir ki, bu da onun izahatlarının ziddiyyətli və qeyri-sabit olduğunu göstərir.

123. Cavabdeh2 da məhkəmə iclasında verdiyi ifadəsində etibarnamənin anası tərəfindən ümumi məqsədlərlə – “bütün işlərin görülməsi üçün” verildiyini bildirmiş, həmçinin etibarnamə əsasında bankda kart dəyişməsi, məhkəmələrdə onu təmsil etməsi kimi hallar olduğunu qeyd etsə də, bu dediklərini sübut edən hər hansı sənəd və ya obyektiv fakt məhkəməyə təqdim etməmişdir.

124. Tərəflərin izahatları əsasında belə qənaət formalaşır ki, etibarnamə geniş səlahiyyətləri ehtiva etsə də, onun faktiki istifadəsi və bu səlahiyyətlərdən hansı məqsədlərlə istifadə olunduğu mübahisəlidir. Bu isə məhkəməyə işin hallarını qiymətləndirərkən etibarnamənin forma üzrə mövcudluğu ilə yanaşı, məqsədyönlü istifadəsinin səmimiliyi və hüquqi niyyəti üzərində ayrıca təhlil aparmaq zərurəti yaradır.

125. İddiaçının “bağışlama müqaviləsindən uzun müddət məlumatsız olması” barədə iddiası da obyektiv sübutlarla təsdiqlənməmişdir. Belə ki, o, müqavilə xx.xx.2021-ci ildə bağlanmasına baxmayaraq, təxminən 2 ilə yaxın müddət ərzində, özü də həmin mənzildə Cavabdeh3 və ailəsi ilə birgə yaşadığı halda, mənzilin artıq öz adına olmadığından xəbərsiz olduğunu iddia etmişdir. Bu hal real həyat təcrübəsinə uyğun gəlmədiyi kimi, bu qədər müddət ərzində xəbərsiz qalması da inandırıcı hesab edilə bilməz.

126. Üstəlik, iddiaçının Cavabdeh3 həyat yoldaşı ilə münasibətlərinin gərgin olduğunu, bu səbəbdən birgə yaşayışın pozulduğunu bildirməsi, tərəflər arasında münaqişələrin olduğunu təsdiqləsə də, bunun bağışlama müqaviləsinin etibarsızlığı üçün hüquqi əsas yaratmadığı aydındır, çünki bu hal yalnız sonradan yaranmış şəxsi münasibətlər müstəvisində formalaşmışdır.

127. Cavabdeh3 izahatında qeyd etdiyi kimi, o, anası ilə birlikdə yaşamaq təklifi əsasında ailəsi ilə birgə həmin mənzilə köçmüş, anasının təşəbbüsü ilə birlikdə yaşamağa başlamışdır. Bu hal, bağışlama əqdinə iddiaçının əvvəlcədən xəbərsiz olması və ya əqdin onun iradəsinə zidd bağlanması ilə bağlı iddiasına əks arqument kimi çıxış edir.

128. Tərəflər arasında olan ailədaxili münasibətlərin — xüsusilə də Cavabdeh2 həyat yoldaşından boşanması, onun qardaşı ilə münasibətlərdəki ehtimal edilən planlaşdırmalar və gələcəkdə yaşayış sahəsi təminatı ilə bağlı narahatlıqlar fonunda iddianın qaldırılması — hüquqi baxımdan yalnız ehtimallara əsaslanan versiyalar kimi qiymətləndirilə bilər və bu səbəbdən, əqdin etibarsızlığı üçün yetərli əsas sayıla bilməz.

129. Cavabdeh2 “anasının göstərişi ilə hərəkət etdiyini” deməsinə baxmayaraq, onun izahatlarında da ziddiyyətlər müşahidə olunur. Belə ki, bir tərəfdən etibarnamə ilə anasının bütün işlərini gördüyünü, anasının pensiya işlərini həll etməsi üçün verdiyini, həmin etibarnamə ilə ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etməsini, anasına məxsus vaxtı keçmiş bank kartını banka müraciət edərək yenisi ilə dəyişməsini qeyd edir, digər tərəfdən isə bağışlama müqaviləsinin anasından gizli və öz təşəbbüsü ilə bağlandığını deyir. Bu izahatlar arasında ziddiyyətin olması, onun izahatlarının da hüquqi baxımdan tam etibarlı qiymətləndirilməsini çətinləşdirir.

130. Lakin, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin mətninin təhlili zamanı aydın olur ki, etibarnamədə Cavabdeh2 iddiaçını məhkəmələrdə təmsil etmək və bu məqsədlə hüquqi prosedurlar həyata keçirmək səlahiyyəti verilməmişdir.

131. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində nə kimi mübahisəsinin olmasını, həmin mübahisənin hazırkı işlə bağlılığının olub-olmamasını aydınlaşdırılan zaman, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə aşkar edilmişdir ki, Naftalan Şəhər Məhkəməsinin (hakim G.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(052)-95/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X7 və İddiaçı cavabdehlər X5 və X3 qarşı “cavabdehə məxsus yaşayış evinə köçürməklə iddiaçıya məxsus mənzildən çıxarma” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X4 və X2 iddiaçı X9 məxsus Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 nömrəli binanın 48 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Mehtiyev, L.Süleymanov, A.Bayramov) xx.xx.2019-cu il tarixli, 2(104)-4697/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X8 və X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4697/2019 saylı qətnaməsinin-cavabdehlər X4 və X2 iddiaçı X9 məxsus Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 nömrəli binanın 48 nömrəli mənzilindən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər X8 və X6 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. Kassiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 4697/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

132. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarı da nəzərdən keçirildikdə, Cavabdeh2 bu məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etdiyi barədə verdiyi izahatların həqiqəti əks etdirmədiyi aydın olur.

133. Belə ki, sözügedən Ali Məhkəmə qərarının məzmununda Cavabdeh2 nə iştirakçı qismində məhkəmə prosesində iştirak etdiyi, nə də həmin proseslərdə təmsilçi kimi çıxış etdiyi barədə hər hansı qeydə və ya təsdiqedici məlumata rast gəlinmir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli Ali Məhkəmə qərarında etibarnamənin təqdim edildiyi və ya müzakirə olunduğu da müəyyən edilməmiş, bu isə cavabdehin iddia etdiyi təmsilçilik faktının sübut olunmadığını bir daha təsdiq edir.

134. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi “etibarnamə əsasında nümayəndə kimi iştirak etmişəm” izahatı xx.xx.2020-ci il tarixli etibarnamənin məzmununa da ziddir, çünki həmin sənəddə onu məhkəmələrdə təmsil etmək səlahiyyəti açıq şəkildə nəzərdə tutulmamışdır.

135. Nəticə etibarilə, Cavabdeh2 özünü etibarnamə əsasında hüquqi nümayəndə kimi təqdim etməsi, məhkəmədə nümayəndəliyə münasibətdə hərəkət etdiyini bildirməsi Ali Məhkəmənin konkret qərarı və təqdim edilmiş sübutlar fonunda əsaslı sübuta yetirilməmiş, izahatları isə ziddiyyətli və qeyri-müəyyən xarakter daşıyır.

136. Həmçinin, Cavabdeh2 “boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı Cavabdeh3 fikrini təkzib etmişdir.

137. İş materiallarında müəyyən olunur ki, Cavabdeh2 ilə ərinin nikahlarına xx.xx.2022-ci il tarixli Naftalan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən xitam verilmiş, nikahın pozulması faktı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bu tarixin özü, onun ailə vəziyyətindəki dəyişikliklərin bağışlama müqaviləsinin bağlandığı tarix – xx.xx.2021 ilə zaman baxımından üst-üstə düşmədiyini göstərir.

138. Belə olan halda Cavabdeh3, bacısı Cavabdeh2 “boşanma ehtimalı səbəbilə gələcəkdə yaşayış yeri problemi yaranmasın deyə” bu əqdin bağlanmasına şərait yaratdığı və anadan gizlədildiyi barədə izahı vaxt ardıcıllığı baxımından qeyri-müvafiq və məntiqsiz görünür.

139. Əksinə, bağışlama müqaviləsi Cavabdeh2 hələ ailəli olduğu bir dövrdə bağlanmışdır. Bu isə onun “boşanmış qadın kimi gələcəkdə evsiz qalacağı” motivasiyası ilə hərəkət etdiyi versiyasını əsassız və subyektiv bəyanat səviyyəsində saxlayır.

140. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 etibarnamə verdiyi dövr ilə bağışlama müqaviləsinin bağlandığı dövr arasında olan müddətə aid heç bir sübut təqdim edilməmişdir ki, bu müddətdə etibarnamənin ləğv olunması üçün cəhd göstərilməsi və ya bu hüquqi əməliyyata qarşı iddiaçının narazılıq bildirməsi müşahidə edilməmişdir. Bu da göstərir ki, etibarnamə hüquqi qüvvədə olmuş və onun əsasında verilmiş sərəncamlara qarşı heç bir müddətli reaksiya göstərilməmişdir.

141. İş üzrə təqdim olunan və izahatlardan əldə olunan ümumi nəticə ondan ibarətdir ki, iddiaçı iradə pozuntusu iddiasını tam şəkildə sübuta yetirə bilməmiş, yalnız ailədaxili münasibətlər, etimadın pozulması və qohumluq bağları kontekstində emosional yanaşmalar əsasında iddia irəli sürmüşdür ki, bu da hüquqi baxımdan bağışlama əqdinə xələl gətirmək üçün yetərli əsas hesab edilə bilməz.

142. Bundan əlavə, iddiaçı verdiyi izahatında oğlu Kamilin ailəsi ilə bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşadığını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxardıqlarını bildirmişdir.

143. İş materiallarının və tərəflərin izahatlarının təhlili göstərir ki, mübahisəli bağışlama müqaviləsi xx.xx.2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmişdir. İddiaçı isə öz izahatında qeyd etmişdir ki, yalnız qızı boşandıqdan, yəni Cavabdeh2 xx.xx.2022-ci il tarixdə həyat yoldaşından boşandıqdan sonra həmin mənzili tərk etmiş və başqa ünvanlarda yaşamağa başlamışdır.

144. Bu isə o deməkdir ki, bağışlama müqaviləsinin bağlanmasından sonra təxminən 1 il 6 ay müddətində iddiaçı həmin mənzildə Cavabdeh3 və onun ailəsi ilə birgə yaşamışdır. Belə uzunmüddətli birgə yaşayış faktı şəraitində iddiaçının mübahisəli əqdin mövcudluğundan və ya mənzilin artıq onun adından çıxarılaraq oğlunun adına keçirilməsindən xəbərsiz qalması real və inandırıcı hesab edilə bilməz.

145. İddiaçı tərəfindən isə bu birgə yaşayış dövrü ərzində mənzilin bağışlandığı barədə məlumatının olmaması yalnız subyektiv bəyanatlarla izah olunmuş, bu barədə heç bir yazılı, şahid və ya faktiki sübut təqdim edilməmişdir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

146. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

147. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

148. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

149. Bağışlama müqaviləsi xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilsə də, iddiaçının bu əqd barədə məlumatsız olması və ya gec xəbər tutması barədə iddiaları yalnız subyektiv izahatlara əsaslanır və bu izahatlar obyektiv sübutlarla dəstəklənmədiyi üçün onların əsasında dəqiq hüquqi nəticə çıxarmaq və müddətin başlanma tarixini müəyyənləşdirmək mümkün olmamışdır.

150. Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddət yalnız hüququn pozulması faktı məlum olduqdan sonra başlasa da, bu anın müəyyən edilməsi üçün obyektiv əsas olmalıdır. Bu əsas olmadıqda, müddətin keçib-keçmədiyini hüquqi cəhətdən dəqiqliklə qiymətləndirmək və bu əsasda iddianın rədd edilməsi mümkün deyil.

151. Bu baxımdan, kəsici müddətin keçib-keçmədiyi barədə hüquqi qiymət verilməsi üçün zəruri şərt olan “hüququn pozulmasından xəbər tutma vaxtı” müəyyənləşdirilmədiyindən, məhkəmə bu əsasla müddətin keçməsini təsdiq edə bilmir.

152. Nəticə etibarilə, məhkəmə hesab edir ki, kəsici müddətin tətbiqi üçün əsas təşkil edən iddiaçının bağışlama müqaviləsinin bağlandığı tarixdən nə vaxt xəbər tutduğu dəqiq sübutlarla müəyyən edilmədiyindən, bu əsasla iddianın müddət baxımından rədd edilməsi mümkün olmamışdır.

153. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (Cavabdeh2 şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

155. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

156. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

157. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

158. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

159. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 nömrəli qətnaməsi – “xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh3 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi” hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar