Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-823/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdeh2 hüquqi varisi Cavabdeh4 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Cavabdeh2, X4 və X5 adına paylı mülkiyyətdə olmaqla 0,30 ha həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Ölüm haqqında arayışdan görünür ki, X7 10 fevral 2000-ci il tarixdə vəfat etmişdir. 30 aprel 2021-ci il tarixli 2V-543 reyestr nömrəli və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 10 fevral 2000-ci il tarixdə vəfat etmiş X4 və 25 aprel 2005-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışda göstərilən 0,3 ha torpaq sahəsinin mərhumlara aid olan hissəsindən ibarət olması qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Cavabdeh2 adına tam mülkiyyətdə olmaqla 0,3 ha həyətyan torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. AZ-İİ seriyalı, 216160 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə “beyindaxili beyin kötüyünə qansızma” diaqnozu ilə ölmüşdür. xx.xx.2021-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum X3nın adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin X3nın payına düşən 0,10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X3nın adına paylı mülkiyyət hüququ əsasında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində atası Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi vardır. O, həmin evdə doğulub böyümüş və 2003-cü ilədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2003-cü ildə özünə ev tikdirib həmin evə köçmüşdür. X3 10 fevral 2000-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra sonuncudan qalmış miras əmlakı o, atası ilə bərabər qəbul etmiş və həmin təsərrüfatda yaşamışdır. Hazırda anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Tovuz regional Asan xidmət mərkəzi notariat ofisinə müraciət etmiş, orada isə ona məlum olmuşdur ki, mərhum anasından qalmış miras əmlaka dair 2012-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq onun məlumatı olmamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi (hakim Nofəl Mustafayev) ilə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1613/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və həmin nəticə ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. X11 xx.xx.2000-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPMnin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının mərhum anası Gülşən Abdullayevadan miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. Həmçinin iddiaçı anasından qalmış mirası qəbulu etməsini sübuta yetirilə bilməmişdir. Eyni zamanda iddiaçı izahatında mirası qəbul etmədiyini, lakin ata yurdunun satılmasını istəmədiyini bildirmişdir. İddiaçı izahatında göstərmişdir ki, o mirası qəbul etməmişdir, lakin ata yurdunun satılmasını istəmir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2 və 1243.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1, 217.3, 217.4, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat Qətnamədən iddiaçı (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasınını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər iddiaçının mirası qəbul etmək fikri olmasa idi anası vəfat etdikdən sonra 3 ay müddətində notariat orqanına yaxınlaşaraq mirası qəbul etməkdən imtinaya dair ərizə verərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının əsaslandırma hissəsindən aydın olur ki, əgər vərəsə miras açıldığı məqamdan 3 ay müddətində mirasdan imtinya dair ərizə vermirə o mirası qəbul etmiş hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.B.Babayev, hakimlər Ə.G.Nurməmmədov və A.Q.Hüseynovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1613/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, Valeh onun atasıdır. Onlar 2 qardaşdırlar. O və digər qardaşı Yasin. O, anasının sağlığında həmin evdən çıxmış, həmin kənddə özünün ayrı evi vardır. Hazırda mübahisələndirilən mülkdə övladlığa götürülmüş qardaşı Qəhrəman yaşayır. Atası Valeh mübahisələndirilən torpaq sahəsinin 10 sotunu hələ sağlığında Cəmaləddin adlı şəxsə alqı-satqı müqaviləsi əsasında satmışdır. X3 10 fevral 2000-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Tovuz regional Asan xidmət mərkəzi notariat ofisinə müraciət etmiş, orada isə ona məlum olmuşdur ki, mərhum anasından qalmış miras əmlaka dair 2012-ci ildə atasının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq onun məlumatı olmamışdır. Hesab edir ki, mərhum anasından miras qalmış əmılakda onun da payı vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mərhum anaslından miras qalmış əmlakda onun payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hüquqi varisi olan oğlu Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərdi ki, anasının vəfatından sonra həmin evdə atası və bacısı Maral yaşamış, Maral 2005-ci ildə vəfat etmişdir. Qardaşı Yaşar isə öz evində yaşamış, anasından qalan mirası qəbul etməmişdir. Ona görə də, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddiasının təmin edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum X3nın adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin X3nın payına düşən 0,10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ilə X4 birgə nikahından xx.xx.1970-ci il tarixdə İddiaçı1, xx.xx.1978-ci il tarixdə Maral Abdullayeva, 08 may 1977-ci ildə isə Cavabdeh4 doğulmuşdur. X7 xx.xx.2000-ci il tarixdə, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, X9 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. 30 aprel 2021-ci il tarixli 2V-543 reyestr nömrəli və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, 10 fevral 2000-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışda göstərilən 0,3 ha torpaq sahəsinin mərhuma aid olan hissəsindən ibarət olması qeyd edilmişdir.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışı iləTovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Cavabdeh2 adına tam mülkiyyətdə olmaqla 0,3 ha həyətyan torpaq sahəsi dövlət qeydiyyatına alınmış, xx.xx.2021-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə, Cavabdeh2 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini 5000 (beş min) manata X1. Məhkəmə kollegiyası hesab edir ki, X11 xx.xx.2000-ci ildə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyanların ölümündən sonra İddiaçı1 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. İşin həmin halı tərəflərin izahatı ilə də təsdiq olunur və o, valideynlərinin sağlığında daimi olaraq başqa ünvana köçərək yaşamış və ayrıca yaşayış evi vardır. Göründüyü kimi, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. X4 ölümündən sonra onun əri Cavabdeh2 miras əmlak olan evdə yaşamaqla onu idarə və sahiblik edərək, həm faktiki qəbul etmiş, həm də notariat orqanına müraciət edərək, həm birgə mülkiyyətdən öz payını, həm də arvadından və qızından miras qalmış payı adına rəsmiləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, miras əmlak Cavabdeh2 tərəfindən qanuni əsaslarla qəbul edilərək, onun mülkiyyəti qeydə alınmışdır. Ona görə də, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs ƏMDXın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası da təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-823/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-823/2024
04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver