Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-827/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi və qeyri tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 292*635******2* nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə abonent İddiaçı təbii qazdan istifadə ilə bağlı 2*1*-cu ilin sentyabr ayından 2*25-ci ilin yanvar ayını əhatə edən borc məbləği əks olunmuşdur. Abonent saldosuna əsasən İddiaçı 2*25-ci ilin yanvar ayına olan borcu 1*74,43 manat təşkil edir.
2. X5 Sahəsinin İddiaçı ünvanlandığı 3* sentyabr 2*11-ci il tarixli məktubundan görünür ki, sonuncuya debitor borcunu tam ödədikdən sonra mənzilinə qaz sayğacının quraşdırılacağı bildilmişdir.
3. X6 İstismarı İdarəsinin rəisi X3 Vəliyevə ünvanlandığı *6 dekabr 2*23-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Bağbanlar küçəsi dalan 1 ev 2 ünvanınızda qaz hesab kodunda yaranmış borc barədə 3*.11.2*23-cü il tarixli, 14-2-2-14/1 -V-29-42/2*23- 1115 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən fərdi yaşayış ünvanında istifadə olunan təbii qaza görə 2*1*-2*12-ci illər üzrə cihaza görə hesabatı aparılmış qaz sərfinin dəyəri 1623.73 manat olmuşdur. İstifadə olunan təbii qazın müqabilində 2*1*-cu il üzrə 15 manat, 2*11-ci il üzrə 5* manat, 2*12-ci il üzrə 8* manat olmaqla cəmi 145 manat ödəniş olunmuş, nəticədə 13.*4.2*12-ci il tarixə 1478.73 manat borc təşkil etmişdir. 13.*4.2*12-ci il tarixdə ünvanınızda G-4 markalı İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmışdır. Yaranmış 1478.73 manat borcun hissəli olaraq tutulması üçün 3E bazası vasitəsilə qaz sayğacının kartına yönləndirilmişdir. 13.11.2*2*-ci il tarixdə G-4 İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacının dövrü yoxlama müddəti bitdiyi üçün sonradan ödənişli G-4 ZENNER tipli 2*11*6*2548 zavod nömrəli sayğacla əvəzlənmişdir. İTRON tipli öncədən ödənişli qaz sayğacı sökülərkən 1167.93 manat dəyərindəki borc AGİS bazasında hesab kodunda 85.6* manat ödənişi, aylıq istifadə olunmuş qazın 97 manat dəyərini nəzərə almaqla nəticədə 31.12.2*2*-ci il tarixə 1179.33 manat borc təşkil etmişdir. 2*21-ci ilin yanvar və fevral aylarında 113.4* manat dəyərində təbii qazdan istifadə olunmuş onun müqabilində 122 manat ödəniş olunmuş nəticədə 28.*2.2*21 -ci il tarixə borc 117*.73 manat təşkil etmişdir. *1.*3.2*21-ci il tarixdən yaşayış ünvanında G-4 markalı ZENNER SMART tipli *1892***64559 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmış və hal hazırda onun hesab kodunda 1*88.83 manat borc təşkil edir. Xahişi nəzərə alınaraq kartdan borca görə tutulma faizini 2* faiz dəyişdirilmişdir.
4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş abonentin saldosundan görünür ki, ünvan 5n fərdi yaşayış evi üzrə istifadə olunan təbii qazın müqabilində 2*1*-cu il üzrə 15 manat, 2*11-ci il üzrə 5* manat, 2*12-ci il üzrə 8* manat olmaqla cəmi 145 manat ödəniş olunmuş, nəticədə 13.*4.2*12-ci il tarixə 1478.73 manat borc təşkil etmişdir.
5. X6 İstismarı İdarəsinin rəisi Hüseyn Şirinovun məhkəmə kollegiyasına ünvanladığı məktubdan görünür ki, ünvan 5n fərdi yaşayış evi X6 İstismarı İdarəsinin Gəncə Xidmət sahəsi üzrə əhali sektorunda 292*635******2* saylı hesab kodu altında İddiaçı adına olmaqla 2*1*-cu ildən qeydiyyatdadır. Həmin ünvanda 1*61.83 manat məbləğində debitor borc təbii qazdan istifadəyə görə yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9- cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil olunması və borc kimi hesablanmış 1*88,33 manat borcun qanunsuz hesab edilməklə şəxsi hesabdan silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 9*-cı illərdə Gəncə şəhərinə bütövlükdə qazın nəqli dayandırıldıqdan sonra, o, əhali qrupundan olan qaz istehlakçılarının mavi yanacaq növü ilə təmin edilməsi istiqamətində uzun illər mübarizə aparmışdır. Mübarizəsinin nəticəsi olaraq qanunların yol verdiyi çərçivədə yazışmalar həyata keçirməklə paralel olaraq, kommunal xidmət sahəsində təchizatçı və istehlakçıların hüquq və vəzifələrinin təbliği, təşviqi və maarifləndirilməsi ilə əlaqədar müxtəlif layihələrin icraçısı olmuş və bütün qeyd etdiyi tədbirlərdə, təchizatçıların, eləcə də şəhər icra hakimiyyətinin nümayəndələrinin iştirakına və müzakirələrdə fikir bildirmələrinə nail olmuşdur. Eləcə də, təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən qarşılıqlı müqavilələrin redaktə olunmasına və həmçinin əlavə və dəyişikliklərin həyata keçirilməsinə nail olmuşdur. Lakin bütün qeyd etdikləri təchizatçı qismində çıxış edən “Azəriqazın” yerli struktur bölməsini məmnun etməmiş və fürsət yaranan kimi onunla qeyri-sivil danışıqlara yol verməkdən çəkinməmişlər. Yaranmış mübahisələrin əks sübutu kimi, qazın qaz xəttində olubolmamasını müəyyənləşdirmək üçün onun yaşadığı mənzildə böyük bir qrupla (8 nəfərlik) qəfləti yoxlamalar həyata keçirilmiş və qazın həqiqətən də olmamasına şahidlik etmişlər və bu barədə müvafiq akt tərtib edilmişdir. Sonralar rəsmi məktubları ilə həmin tərtib edilmiş akta diqqət yetirilməsi xahiş olunsa da belə, xahişlərinin heç bir səmərəsi olmamışdır. Beləliklə də, olmayan və yandırmadığı qaza görə onun şəxsi hesabına böyük miqdarda qaz pulu borc kimi hesablanaraq otuzdurulmuşdur. Xüsusi ilə qeyd edir ki, hətta şərti olaraq Qaz istismarı idarəsi haqlı olmuş olsa belə nədənsə, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil olunmasını məqsədə uyğun hesab etməmişlər. Son dövrlərdə onun, ailəsinin iqtisadi durumunda kəskin pisləşmə baş verdiyindən *9.1*.2*23-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə məktubla müraciət edərək, X4 idarəsinin qanunlarla deyil, subyektiv amillərlə fəaliyyət göstərməsindən bəhs etmiş və istehlak etmədiyi mavi qaz yanacağına görə ona məxsus olan şəxsi hesabında əsassız və heç bir hüquqi normaya söykənməyən və onun üçün külli miqdar hesab edilən borc məbləğinin şəxsi hesabına otuzdurulmasını qeyd etməklə, yaranmış borcun onun ictimai fəaliyyətimlə əlaqələndirilərək ona təsir vasitəsi kimi istifadə edilməsindən, bununla da, Konstitusiya ilə təsbit olunmuş bir neçə hüquqlarının pozuntusuna yol verilməsindən, ictimai fəaliyyətinin göstəricisi olan və o zamankı “AZƏRİQAZ"-ın rəhbəri Əlixan Məlikovla həyata keçirdiyi yazışmaların nümunələrini təqdim etməklə sonda, onunla əlaqədar yaranmış durumun nəzarət altına alınmasını və uyğun tədbir görülməsi üçün sərəncam verilməsini, eləcə də, X6 İstismarı İdarəsi tərəfindən onun bu müraciətinin məzmununa uyğun şəkildə yaranmış borca görə açıqlama verilməklə şəxsi hesabından çıxarışın verilməsini rica etmişdir. Müraciətinə verilmiş cavablar, el arasında “hər yeni gələn gedənin atasına rəhmət oxutdurur” deyiminin gerçəkliyinin sübut olunması faktinin bir nümunəsidir. Yəni öncə SOCAR prezidenti işləmiş cənab R.Abdullayevə ünvanlanan hər məktub demək olar ki, müsbət cavablandırılırdı. Məsələn: Göygöl rayonunun Yeni-Qızılca kəndində yarımçıq qalmış qazlaşmanın sonlanması istiqamətində müraciəti dərhal müsbət cavablandırılaraq məsələ qısa zaman çərçivəsində öz həllini tapmışdır. Beləliklə, SOCAR Prezidenti cənab Rövşən Nəcəfə ünvanladığı məktuba verilən cavablar ünvanlanmış məktubun məzmun və fəlsəfəsinə uyğun gəlmədiyindən, yenidən X6 İstismarı idarəsinin rəisinə aşağıdakı sualları özündə ehtiva edən məktubla müraciət etmişdir. O cümlədən sualları aşağıdakılardan ibarət olmuşdur: Onun şəxsi hesabında formalaşmış borc məbləğinin illər və aylar üzrə hansı dövrləri əhatə etməsini, həmin borc məbləğinin formalaşmasında hansı normativlərə və hansı həcmdə qazın istehlak edilməsinə dair məlumatın verilməsini, nəql edilmiş qazın normativlər əsasında hansı keyfiyyət daşıyıcıları normalarına uyğun olmasına dair açıqlama verilməsini, nəql edilmiş qazın hansı təzyiqdə olmasına dair məlumatın verilməsini; həmçinin sözügedən qazın nəqli zamanı təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən müqavilənin bağlanıb-bağlanmamasına dair məlumatın verilməsini, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə" 29 dekabr 2**9cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil-olunub olunmaması barədə məlumatın verilməsini və əgər həqiqətən də, borc yaranmışdırsa da bu məsələnin məhkəmə çəkişməsi predmetinə yönəldilməməsinin səbəbi barədə məlumatın verilməsini, hal-hazırda istehlak etdiyi qazın keyfiyyət göstəricilərinin hansı normativlərlə tənzimlənməsinə və uyğunluluq dərəcəsinə dair məlumatın verilməsini, indiki dövrdə sayğaca öncədən yüklənən vəsaitdən dərhal borc silinməsinin faiz dərəcəsinin hansı normativlərlə tənzimlənməsinə dair məlumatın verilməsini və s. Təəssüflə qeyd edir ki, məktubu X6 İstismarı İdarəsinin rəisinin imzası ilə cavablandırılmış olsa da belə, qəbul etdiyi cavab məktubunda da, səsləndirdiyi suallar cavablandırılmamaqla paralel olaraq, sanki qəlibdən çıxmış şablon şəklində ona cavab məktubu yazılmaqla, ya başdan edilmiş və yaxud da, məktubuna verilmiş cavab məktubundakı fikirlər ərizə və şikayətlərə baxilması qaydaları və informasiya əldə etmək haqqında qanunvericiliyin tələblərinə uyğun olmamaqla, qaz satışı və təchizatı üzrə vəzifələndirilən şəxslərin intellektual və peşəkarlıq səviyyələrinin qənaətbəxş olmamasının göstəricisi rolunu oynamışdır.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi borc, onun göstərmiş olduğu əsasa, yəni Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli, 2*7 nömrəli Fərmanın təsir dairəsinə düşməsinə görə silinə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi borc 2*1*-cu il və ondan sonrakı dövrdə yaranmışdır. 1*. Məhkəmə öz mövqeyini Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli, 2*7 nömrəli Fərmanına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 9*-cı illərdə Gəncə şəhərinə bütövlükdə qazın nəqli dayandırıldıqdan sonra, o, əhali qrupundan olan qaz istehlakçılarının mavi yanacaq növü ilə təmin edilməsi istiqamətində uzun illər mübarizə aparmışdır. Mübarizəsinin nəticəsi olaraq qanunların yol verdiyi çərçivədə yazışmalar həyata keçirməklə paralel olaraq, kommunal xidmət sahəsində təchizatçı və istehlakçıların hüquq və vəzifələrinin təbliği, təşviqi və maarifləndirilməsi ilə əlaqədar müxtəlif layihələrin icraçısı olmuş və bütün qeyd etdiyi tədbirlərdə, təchizatçıların, eləcə də şəhər icra hakimiyyətinin nümayəndələrinin iştirakına və müzakirələrdə fikir bildirmələrinə nail olmuşdur. Eləcə də, təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən qarşılıqlı müqavilələrin redaktə olunmasına və həmçinin əlavə və dəyişikliklərin həyata keçirilməsinə nail olmuşdur. Lakin bütün qeyd etdikləri təchizatçı qismində çıxış edən “Azəriqazın” yerli struktur bölməsini məmnun etməmiş və fürsət yaranan kimi onunla qeyri-sivil danışıqlara yol verməkdən çəkinməmişlər. Yaranmış mübahisələrin əks sübutu kimi, qazın qaz xəttində olubolmamasını müəyyənləşdirmək üçün onun yaşadığı mənzildə böyük bir qrupla (8 nəfərlik) qəfləti yoxlamalar həyata keçirilmiş və qazın həqiqətən də, olmamasını şahidlik etmişlər və bu barədə müvafiq akt tərtib edilmişdir. Sonralar rəsmi məktubları ilə həmin tərtib edilmiş akta diqqət yetirilməsi xahiş olunsa belə, xahişlərinin heç bir səmərəsi olmamışdır. Beləliklə də, olmayan və yandırmadığı qaza görə onun şəxsi hesabına böyük miqdarda qaz pulu borc kimi hesablanaraq otuzdurulmuşdur. İddia ərizəsində qeyd etdiyi 1*88,33 manat borc Gəncə şəhəri, Bağmanlar küçəsi, 1-ci dalanda yerləşən 2 saylı evdə qazdan istifadə ilə bağlı vaxtilə yazılmışdır. Həmin borc 2*1*-cu ildə əsassız olaraq cavabdeh tərəfindən yazılmışdır. O, borcun silinməsi ilə bağlı həmin müddətdən bəri cavabdehə, eləcə də bir sıra orqanlara çoxsaylı müraciətlər etmiş, lakin onun müraciətləri müsbət həll olunmamışdır. O, həmin müddətdən bəri yalnız indi borcun silinməsilə bağlı iddia qaldırmışdır. Qeyd edilən məsələlərlə bağlı cavabdehə və bir sıra orqanlara müraciəti iddia müddətinin axımını kəsmişdir. Nə qədərki ona əsassız olaraq yazılmış borc hal-hazıra qədər silinməyib “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Fərmanı tətbiq olunmaqla qeyd edilən borc onun şəxsi hesabından silinməlidir. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil olunması və borc kimi hesablanmış 1*88,33 manat borcun qanunsuz hesab edilməklə şəxsi hesabdan silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlarda həmişə smart sayğac olmuşdur. 2*12-ci ildən smart sayğac quraşdırılmışdır. Ona smart sayğac quraşdırılan zaman borcu olduğu bildirilmişdir. O, isə borcu dərhal ödəmişdir. Çünki borc olanda smart sayğac işə düşmür.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, borc olanda da, sayğac dəyişdirilə bilər. İddiaçıya 2*2*-ci ildə smart sayğac quraşdırılmışdır. Prezidentin Fərmanına əsasən 1 oktyabradək olan borclar silinmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli, 2*7 nömrəli Fərmanı
19. 1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2**9-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,* milyon manat məbləğində borcları silinməsi,
2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2**9-cu il dövlət büdcəsindən təzminat verilməsi,
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməsi,
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etməsi, 4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verməsi, 4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi qərara alınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8* saylı, 12 may 2*11-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 2*. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
23. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 1*-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
24. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.
25. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
26. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
27. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
28. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 3*. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 4*2.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 4*. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İş üzrə iddiaçı onun debitor borcunun 29 dekabr 2**9-cu il tarixinədək yaranması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
44. Kollegiya apellyasiya şikayətinin istifadə etmədiyi təbii qaza görə borc yazılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, debitor borc abonent saldosuna istinad edilərək borcun yaranma tarixi, sayğacın göstəricisi, sərfiyyat, qazın dəyəri, ödənilmiş məbləğ və qalıq borc göstərilməklə müəyyən edilir. Kollegiyanın sorğusu əsasında əldə edilmiş 292*635******2* saylı abonent saldosundan və X6 İstismarı İdarəsinin məktubundan görünür ki, Gəncə şəhəri, Bağbanlar küçəsi dalan 1 ev 2 ünvanında istifadə olunan təbii qaza görə 2*1*-2*12-ci illər üzrə cihaza görə hesabatı aparılmış qaz sərfinin dəyəri 1623.73 manat olmuşdur. İstifadə olunan təbii qazın müqabilində 2*1*-cu il üzrə 15 manat, 2*11-ci il üzrə 5* manat, 2*12-ci il üzrə 8* manat olmaqla cəmi 145 manat ödəniş olunmuş, nəticədə 13.*4.2*12-ci il tarixə 1478.73 manat borc təşkil etmişdir. 13.*4.2*12-ci il tarixdə ünvanınızda G-4 markalı İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmışdır. Yaranmış 1478.73 manat borcun hissəli olaraq tutulması üçün 3E bazası vasitəsilə qaz sayğacının kartına yönləndirilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Fərmanı tətbiq olunmaqla qeyd edilən borcun iddiaçının şəxsi hesabından silinməsi dəlilinə münasibətdə qeyd edir ki, sözügedən Fərmanda 1 oktyabr 2**9-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,* milyon manat məbləğində borcların silinməsi qərara alınmışdır. Halbuki iddiaçının istehlak etdiyi qaz üzrə borcu sonrakı illəri əhatə etməklə həmin fərmanın təsir dairəsinə düşmür.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4*2.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 4*2 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-185/2*25 saylı, 13.*1.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.