Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-834/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(021)-3306/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı xx.xx.2020- ci il tarixli Aktdan görünür ki, Abonent kodu: **********01310 olan abonent İddiaçı adına olan qaz sayğacının çıxış və giriş borusundan qaz sızdığı qeyd olunmuşdur
2. Azəriqaz İB tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, MSK 29\1710-01706-1 saylı akta əsasən Abonent kodu: **********01310 olan abonent İddiaçı adına olan qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deformasiya nəticəsində çatladığı, giriş yivli birləşmənin gövdədən aralandığı aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və itirilmiş qazın dəyərinin abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur.
3. Azəriqaz İB tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Abonent kodu: **********01310 olan abonent İddiaçı adına olan Bərdə rayon X5 yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 2160 m3 kimi hesablanmışdır. Abonentin saldosundan görünür ki, Abonent kodu: **********01310 olan abonent İddiaçı adına olan Bərdə rayon X5 yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2021-ci il üçün 243.70 qalıq cərimə borcu yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yazılmış 243 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Daim mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu heç vaxt gecikdirmədən vaxtlı-vaxtında ödəmişdir. Azəriqaz İB-nin X8 İdarəsinin Bərdə rayon filialının əməkdaşları onların yaşadıqları evdə quraşdırılmış sayğaca baxış keçirib, xx.xx.2022-ci il tarixli ******* nömrəli “Akt” tərtib etmişlər ki, "sayğacın çıxış və giriş borusundan qaz sızır". Bundan sonra sayğac yenisi ilə əvəz olunmuşdur. Bu günlərdə isə ona 243,00 manat cərimə borclarının olması barədə "Abonent Saldosu" verilmişdir. Tərəflərindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtı-vaxtında ödənilmiş, eyni zamanda onlar tərəfindən quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi sözügedən sayğac zavod qüsurludur. Bu səbəbdən də hesab edir ki, sayğaca onun tərəfindən kənar müdaxilə edilmədiyindən və borcu olmadığından ona qanunsuz yazılmış cərimə borc məbləği silinməlidir.
6. Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(021)-3306/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın təmin edilməsi, Bərdə rayon X7 -1 yerləşən mənzilə qazdan istifadəyə görə Abonent kodu: **********01310 olan abonent İddiaçı hesablanmış 243 manat əsassız yazılmış cərimə borcunun silinməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.2, 4.8, 4.9, 5.5, 6.7-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(021)-3306/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Bərdə rayonu X5 yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 12579657 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı 12579657 nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-01706-1 saylı aktına əsasən G-4 markalı 12579657 nömrəli sayğacın çıxış plastmas borusunun deformasiya nəticəsində çatlamış, giriş yivli birləşməsinin gövdədən aralandığı aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent İddiaçı 2160 kub.m, yəni 216 manat itirilmiş qaz hesablanmışdır. Lakin Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3306/2022 qətnaməsində 243 manat borcun silinməsi qət edilmişdir. Halbuki 27 manat borc abonentin mənzilində istifadə etdiyi təbii qaza görə yaranmış borcudur və məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödənilməsi borcu silinməsini qət etmişdir. İddiaçı qazdan istifadə etmişdir. Yəni abonent sayğaca dəyən kənar təsir nəticəsində xəta ilə işləmiş sayğacdan keçən qazın qeydə alınmayan hissəsinin məbləğini işlətsə də ödəməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
22. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
26. Aapellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Belə ki, işin müəyyən olunmuş hallarına görə, təbii qaz abonenti İddiaçı Bərdə rayon X5-1 yerləşən mənzilinə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır.
29. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-01706-1 saylı aktına əsasən G-4 markalı 12579657 nömrəli sayğacın çıxış plastmas borusunun deformasiya nəticəsində çatlamış, giriş yivli birləşməsinin gövdədən aralandığı aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent İddiaçı 2160 kub.m, yəni 216 manat itirilmiş qaz hesablanmışdır. Lakin cavabdeh tərəf aşkarlanmış qüsurun iddiaçı tərəfindən törədilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya qaz itkisinə görə pul hesablanması yolverilməzdir.
30. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
31. Hazırki iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(021)-3306/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .