Məhkəmə qərarları › İş №2(104)-846/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-846/2024

05.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-846/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X1 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onlara məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin hərraca çıxarılması barədə Cavabdeh1 qərarı və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında olan Y-78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı vəkili və nümayəndəsi X2 15 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)- 3857/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3857/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında Y- 78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməsi və Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməsi, İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiyasında baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3857/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin mümkün sayılması qərara alınsa da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsi İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə “məhkəmə qəbzinə” şəxsən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir (iş materialları səhifə 87). İddiaçı vəkili və nümayəndəsi X2 tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, İddiaçı qətnamənin surətini xx.xx.2024-cü il tarixdə əldə etmiş, lakin apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş və bununla qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(021)-3857/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar