Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-870/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X12 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edib, 03 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlu və X8 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.metr yaşayış evinə və 0,55 ha həyətyanı torpaq sahəsinə olan paylarına və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair, həmçinin X9 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 12 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3, Cavabdeh2 və X24 işə cavabdeh qismində cəlb edilmişlər. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh1 vərəsəlik hüququ əsasında tam mülkiyyət hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış 1/6 hissəsi və X8 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh1 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha pay torpaq sahəsinin Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış 1/6 hissəsi və X8 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsə Cavabdeh1 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin X9 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsələr Tağıyev Bahadur Şahlar oğlu və X5 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2,95 ha pay torpaq sahəsinin X9 miras qalmış 1/6 hissəsi üzərində qanun üzrə birinci növbədə vərəsələr Tağıyev Bahadur Şahlar oğlu və X18 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qətnamədən Cavabdeh3 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, onların da vərəsə kimi tanınması, miras qalmış əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1376/2022 nömrəli mülki iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov - sədrlik edən və məruzəçi, R.Muradov və F.Mehtiyev) iddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, 3 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 112,4 kv.m yaşayış evindən və 3 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlu, X8 miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsində, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan miras paylarının Cavabdeh1, Cavabdeh3 və X25 tərəfindən faktiki qəbul edilməsi və həmin miras əmlakda X13 miras payının onun qanun üzrə birinci növbəli vərəsələri övladları Tağıyev Bahadur Şahlar oğlu və X19 tərəfindən onların qanuni nümayəndəsi olan iddiaçı vasitəsilə qəbul etmələri faktı kimi müəyyən olunması, mərhum X20 həmin torpaq sahələrində olan miras payının Cavabdeh1, Cavabdeh3 və X13 qanun üzrə birinci növbəli vərəsələri arasında 1/3 paylarla bərabər bölünməsi, həmin torpaq sahələrində mərhum X14 miras qalmış payın üzərində onun qanun üzrə birinci növbəli vərəsəsi-oğlu X26 tam payının müəyyən edilməsi, nəticə etibarı ilə Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh1, 1/3 hissəsi üzərində Cavabdeh3 və 1/3 hissəsi üzərində mərhum X13 qanun üzrə birinci növbəli vərəsələri-Tağıyev Bahadur Şahlar oğlunun və X5 birgə paylarının; JN-341A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Tağıyev Bahadur Muxtar oğlunun, X15, X20, X21, Cavabdeh1, X13 ümumi paylı mülkiyyətində olan Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin və JN-276 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Daşkəsən rayonunun, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi (1/6 hissə miras payı və 1/6 hissə öz payı) üzərində Cavabdeh1, 1/6 hissəsi üzərində Cavabdeh3, 2/6 hissəsi (1/6 hissə miras payı və 1/6 hissə öz payı) üzərində mərhum X13 qanun üzrə birinci növbəli vərəsələri-Tağıyev Bahadur Şahlar oğlunun və X5 birgə və 1/6 hissəsi üzərində X21 qanun üzrə birinci növbəli vərəsəsi X26 paylarının müəyyən edilməsi, mirasın başqa vərəsələr tərəfindən faktiki qəbul edilmiş hissəsinə aid olan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, miras qoyan Tağıyev Bahadur Muxtar oğlunun Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 112,4 kv.m. həcmində olan fərdi yaşayış evi olan miras əmlakını oğlu Cavabdeh1 idarə və sahiblik edərək qəbul etməsini şəksiz nümayiş etdirdiyi üçün onun tam həcmdə mülkiyyətinə verilməsinə və 0,55 ha həcmdə həyətyanı torpaq sahəsini, 2,95 ha həcmdə kənd təsərruflı təyinatlı torpaq sahəsinin 3/6 hissəsinə mülkiyyət hüququnun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6062/2022 nömrəli qərarı ilə (hakimlər V.Həsənov – sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1376/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslanıdırılmışdır ki, cavabdehin qardaşı X25 ilə ailə qurmuşdur. Lakin rəsmi nikah qeydiyyatından keçməmişlər. Ailə qurduqdan sonra X25 ilə birlikdə qayınatası Tağıyev Bahadur Muxtar oğluna məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə onların 29 dekabr 2010-cu ildə Bahadur və 19 yanvar 2013-cü ildə Qərənfil adlı iki uşaqları anadan olmuşdur. Qayınatası Tağıyev Bahadur Muxtar oğlu və qayınanası X27 3 avqust 2008-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişlər. Onların ölümündən sonra da qayınatası Bahadur Tağıyevdən miras qalmış əmlakı faktiki olaraq qəbul etməklə, əri Şahlar Tağıyev ilə birlikdə orada yaşamış, ümumi təsərrüfat idarə etmişlər. X11 26 iyul 2013-cü il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra o, uşaqları ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Qayınatası Tağıyev Bahadur Muxtar oğlunun vəfatından sonra Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.m yaşayış evi və 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi, qayınanası X16 vəfatından sonra Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi, Tağıyev Bahadur Muxtar oğlu və X8 Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmçinin, əri Şahlar Tağıyevin adına Xoşbulaq kəndində 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi miras qalmışdır ki, həmin miras əmlak birinci növbəli vərəsələr Tağıyev Bahadur Şahlar oğlu və X10 aid olmuşdur. İlk vaxtlar torpaq sahəsindən istifadə etsələr də, son vaxtlar cavabdeh buna imkan verməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli qətnaməsi ilə onun və azyaşlı uşaqlarının qayınatası Tağıyev Bahadur Muxtar oğlunun adına olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evə köçürülərək, ona və uşaqlarına həmin evdən yaşayış hüququnun verilməsi qət edilmişdir. Digər vərəsələrlə birlikdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsələr də, Cavabdeh1 bundan imtina etdiyi üçün şəhadətnamə ala bilməmişlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, o, mərhum X25 ilə faktiki nikah münasibətlərində olmuşdur. Onların birgə münasibətlərindən iki övladı dünyaya gəlmişdir. Ərinin anası və atası eyni gündə avtomobil qəzasında vəfat etmişlər. Bundan sonra Şahlar Tağıyev onlardan qalan mirası faktiki olaraq qəbul etmişdir. Bundan sonra 2013-cü ilin 26 iyun tarixində X25 da vəfat etmişdir. Şahların vəfatından sonra o, uşaqların qanuni nümayəndəsi kimi mirası qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları araşdırmamışdır. Ona görə də Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, onların atası Tağıyev Bahadur Muxtar oğlu və anası X27 eyni gündə, yəni xx.xx.2008-ci il tarixdə avtomobil qəzasında dünyalarını dəyişmişlər. Onların ölümündən sonra onlardan miras qalmış əmlakları vərəsə kimi qəbul etmişlər. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır. Ona görə də Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, onların da vərəsə kimi tanınması, miras qalmış əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Aellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, digər apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, qaynata və qaynanasının ölümündən sonra miras qalmış evə ailəsi ilə birlikdə onun mərhum əri Şahlar, qayınları Qalib və Vüqar yaşamış, ərinin ölümündən bir müddət sonra Vüqar onları da evdən çıxarmışdır. Ona görə də o, müvafiq iddia ilə məhkəməyə müraciət edərək evə köçürülməsini xahiş etmiş,iddia tələbi təmin edilmiş olsa da, Cavabdeh1 qətnaməni icra etməkdən yayınaraq uşaqları ilə birlikdə onu evə buraxmaqdan imtina etmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 verdiyi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, valideynlərinin 8 uşağı olmuşdur. Onlardan dördü vəfat etmişdir. Valideynlərinin vəfatından sonra miras qalmış evdə ailəsi ilə birlikdə Anar deyə çağırdıqları Şahlar, Qalib və Vüqar yaşamışdır. Şahların ölümündən sonra qardaşı Vüqar digər qardaşları Qalibi və Şahların ailəsini həmin evdən çıxarmış, buna görə də aralarında müəyyən münaqişələr olmuşdur. Özü Daşkəsən rayonu Xoşbulaq kəndində yaşamaqla iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənə qədər özünün valideynlərindən qalmış mirasın qəbul edilməsi ilə bağlı müraciəti olmamışdır. Lakin bununla belə valideynlərindən qalmış mirasdan ona da payın ayrılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 hər iki apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, valideynlərinin xx.xx.2008-ci ildə ölümündən sonra miras evdə qardaşları Şahlar, Qalib və o, özü yaşamışdır. Soradan Qalib və Şahların ailəsi də həmin evdən çıxmışdır və həmin evdə tək özü yaşayır. İş materiallarında olan miras əmlakın bölgüsünə dair akt əmilərinin iştirakı ilə tərtib edilmişdir. Həmin aktda Anar kimi göstərilən şəxs qardaşı Şahların ləqəbidir, yəni Anar və Şahlar eyni adamdır. Hazırda o, mirasdan paylarının həmin aktda göstərilən qaydada bölçüsü ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X24 izahat verərək bildirdi ki, onun özünün ayrı evi olmuşdur. Valideynlərinin sağlığında və onların ölümündən sonra da atasına məxsus olmuş həmin evdə qardaşları Vüqar, Şahlar və Qalib yaşamışlar. Digər qardaşı Aqilin ayrı evi olmuş, valideynlərinin ölümündən sonra da Aqil öz evində yaşamışdır. Qardaşı Şahların ölümündən sonra arvadı Xanım öz uşaqları ilə bir müddət həmin evdə yaşasa da sonradan çıxıb getmişdir. Digər qardaşı Xaliq valideynləri ilə birlikdə avtoqəza hadisəsi nəticəsində ölmüş, ərinin ölümündən sonra onun arvadı qısa bir müddət ərzində həmin evdə qalmış, daha sonra özü çıxıb getmiş və bir daha həmin evə qaytmamışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin 08 oktyabr 2019-cu il tarixli 05/Q-541/69 saylı arayışından görünür ki, Tağıyev Bahadur Müxdər oğlu ilə X27 22 fevral 1971-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli arxiv çıxarışından və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Tağıyev Bahadur Muxtar oğlu ilə X16 birgə nikahından xx.xx.1958-ci ildə X37, xx.xx.1961-ci ildə X38, xx.xx.1964-cü ildə Cavabdeh2 Muxtar oğlu, xx.xx.1966-cı ildə X28, xx.xx.1968-ci ildə Cavabdeh3 Muxtar oğlu, xx.xx.1971-ci ildə X39, xx.xx.1972-ci ildə Cavabdeh1 Muxtar oğlu və xx.xx.1976-cı ildə X30 adlarında 8 övladları anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 032901 nömrəli və AZ seriyalı 032898 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Tağıyev Bahadur Muxtar oğlu və X27 eyni gündə -12 mart 2008-ci il tarixdə ölmüşlər. İş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 05/Q-582/69 saylı arayışından görünür ki, X31 xx.xx.1981-ci ildə vəfat etmişdir. İş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 05/Q-585/69 saylı arayışından görünür ki, X32 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 05/Q-586/69 saylı arayışından görünür ki, X25 xx.xx.2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 994733 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İİİ seriyalı 186793 nömrəli və AZ-İİİ seriyalı 186794 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, xx.xx.2010-cu ildə doğulmuş Tağıyev Bahadur Şahlar oğlunun və xx.xx.2013-cü ildə doğulmuş X3 ataları X25, anaları İddiaçıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.2008-ci ildə Daşkəsən rayonu Zağalı kəndində doğulmuşdur. X6, anası X2r. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-341A seriyalı KOD 50605028 olan Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri Tağıyev Bahadur Muxtar oğlu, X27, X34, X32, Cavabdeh1 və X13 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,55 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi və ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evi Tağıyev Bahadur Muxtar oğlunun, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X16, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X20, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X21, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh1, 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi X13 adına Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri Tağıyev Bahadur Muxtar oğlu, X27, X34, X32, Cavabdeh1 və X13 paylı mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 2,95 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18 may 2020-ci il tarixli **********05 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 15 mart 2002-ci il tarixli JN-341A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2020-ci il tarixli 33 saylı arayışına əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi Tağıyev Bahadur Muxtar oğlunun (112,4 kv.m ümumi sahəli fərdi yaşayış evi və 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi) və hər birinin payı 0,55 ha torpaq sahəsinin 1/6 hissəsi olmaqla X15, X20, X21, Cavabdeh1, X13 adına qeydiyyata alınmış və onların adına 31 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən Tağıyev Bahadur Muxtar oğlunun, X16, X20, X21, Cavabdeh1, X13 adına Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 iyul 1998-ci il tarixli JN-276 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı işlənmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Tağıyev Şahlar qardaşları Cavabdeh2 və əmilərinin iştirakı ilə valideynlərinin ölümündən sonra qalmış mirasın üç vərəsə, yəni Cavabdeh3, Cavabdeh1 və Tağıyev Şahlar arasında bərabər qaydada bölünməsi ilə bağlı razılaşmışlar (qeyd: aktda Tağıyev Anar kimi qeyd olunan şəxs Tağıyev Şahlardır). İş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli 2(030)-255/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü Bahadur və xx.xx.2013-cü il təvəllüdlü Qərənfil adlı uşaqları ilə birlikdə Cavabdeh1 atası–mərhum Tağıyev Bahadur Muxtar oğlunun adına olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evə köçürülərək, ona və uşaqlarına həmin evdə yaşayış hüququnun verilməsi qət edilmişdir. X35 qanuni nümayəndəsi olan X4 bundan əvvəl apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim edərək mərhum həyat yoldaşı X14 miras qalmış Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən torpaq sahəsindən vərəsə kimi oğlu X26 payının müəyyən edilməsini xahiş etmiş, eyni zamanda işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələrdən yalnız Cavabdeh1 miras evdə doğulmuş, boya-başa çatmış, ailə quraraq orada yaşamış, miras qoyanların vəfatından sonra da, orada yaşamaqda davam etmiş, mirası qoruyub saxlamış, əkib becərmiş, idarə etmiş və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Digər vərəsələr isə yetkinlik yaşına çatdıqdan sonra ailə qurub daimi yaşamaq üçün başqa yerə köçmüş, özlərinə məxsus evləri və təsərrüfatları olmuşdur. Onlar mirası qəbul etməmişlər. Eyni zamanda, Şahlar Tağıyevin birinci növbə vərəsələri Bahadur Tağıyev və Qərənfil Tağıyeva mirası faktiki olaraq qəbul etmişlər Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İşin mübahisəsiz halları odan ibarətdir ki, miras qoyanlar Bahadur Tağıyev və Qumru Tağıyeva xx.xx.2008-ci ildə, Şahlar Tağıyev xx.xx.2013-cü ildə vəfat etmişdir. Bahadur Tağıyevdən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 112,4 kv.m olan yaşayış evi, həmin evin yerləşdiyi 0,55 ha həyətyanı torpaq sahəsində və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan 1/6 payı, Qumru Tağıyevadan və X9 Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsində və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan hər birinin 1/6 payından ibarət miras əmlaklar qalmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, valideynləri Bahadur Tağıyev və Qumru Tağıyevanın ölümündən sonra qalmış mirası uşaqlarından üçü - Cavabdeh3, Cavabdeh1 və Şahlar Tağıyev faktiki olaraq qəbul edərək mirasdan istifadə qaydası ilə bağlı aralarında razılığa gəlmiş, mirasdan razılaşdıqları qaydada beş ildən artıq istifadə etmişlər. X47 xx.xx.2013-cü ildə ölümündən sonra vərəsələrdən Cavabdeh1 qardaşları Cavabdeh3 və Şahlar Tağıyevin uşaqlarını miras evdən çıxarmış, ona görə də İddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli 2(030)-255/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2022-ci il tarixli Qərarında və digər qərarlarında mirasın qəbulu ilə bağlı hüquqi mövqeyni ortaya qoyaraq göstərmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə kollegiyası tədqiq olunmuş subutlara əsaslanaraq hesab edir ki, X25, Cavabdeh1 və Cavabdeh3 tərəfindən valideynlərinin sağlığında və onların ölümündən sonra da miras evdə yaşamaqla, ata və anadan qalmış mirası faktiki qəbul etmələri tərəflərin izahatları və işdəki aktla öz təsdiqini tapmışdır. Ona görə də, kollegiya belə qənaətə gəlmişdir ki, həmin vərəsələr valideynlərindən qalmış mirası faktiki qəbul etmişlər. Digər vərəsələrdən Cavabdeh2 və Pərzad Tağıyeva isə valideynlərinin sağlığında başqa ünvana köçərək yaşamağa başlamış, vərəsəlik açıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etməmişlər. Qanun üzrə birinci növbəli vərəsələrdən Vahir Tağıyev valideynlərinin sağlığında vəfat etmiş, onun və valideynlərindən sonra vəfat etmiş Qərif Tağıyevin vərəsələrinin olması və mirası qəbul etmələri ilə bağlı işdə sübut müəyyən olunmamışdır. X25 vəfat etdikdən sonra isə miras əmlakdan ona çatası payı, habelə həyətyanı və pay torpaq sahəsinin ona aid olan hissəni onun qanun üzrə birinci növbəli vərəsələri olan xx.xx.2010-cu il tarixdə doğulmuş Bahadur və xx.xx.2013-cü il tarixdə doğulmuş Qərənfil adlı uşaqları onların qanuni nümayəndələri olan anaları vasitəsilə faktiki olaraq qəbul etmişlər. Ona görə də həm Tağıyev Bahadur Muxtar oğlundan və X8, həm də X9 miras qalmış əmlakdan onların payları müəyyən edilməlidir. Miras qoyan Bahadur Tağıyevin və Qumru Tağıyevanın ölümündən sonra uşaqlarından X13, Cavabdeh1 və Cavabdeh3 mirası faktiki qəbul etmələri nəzərə alınmaqla Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarış əsasında ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evindən X25, Cavabdeh3 və Cavabdeh1 hər birinin payı 2/6 hissədə, Bahadur Tağıyevin və X29 rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi və 2,95 ha pay torpaq sahəsindən ibarət əmlaklarından hər birinin payı 4/36 hissədə, X9 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi və 2,95 ha pay torpaq sahəsindən ibarət əmlaklardan uşaqları - xx.xx.2010-cu il tarixdə doğulmuş Tağıyev Bahadur Şahlar oğlunun və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 hər birinin payı 3/36 hissədə müəyyən edilməli, beləliklə də Tağıyev Bahadur Şahlar oğlunun və X5 Daşkəsən rayonu Xoşbulaq kəndində ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evindən ibarət əmlakdan hər birinin payı 1/6 hissədə, Cavabdeh3 və Cavabdeh1 hər birinin payı isə 2/6 hissədə, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi və 2,95 ha pay torpaq sahəsindən ibarət əmlaklardan Tağıyev Bahadur Şahlar oğlunun və X5 ümumilikdə hər birinin payı 5/36 hissədə (1/36 hissə babaları Bahadurdan, 1/36 hissə nənələri Qumrudan, 3/36 hissə ataları Şahlardan qalmış miras əmlak), Cavabdeh1 payı ümumilkdə 10/36 hissədə (4/36 hissə miras payı, 6/36 hissə öz payı), Cavabdeh3 isə payı 4/36 hissə təşkil edəcəkdir. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin və 2,95 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 6/36 hissəsi və ya da 1/6 hissəsi mərhum X22, 6/36 hissəsi və ya da 1/6 hissəsi isə mərhum X21 adında qalır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə iddianı qismən təmin edərkən Bahadur Tağıyev və Qumru Tağıyevadan qalmış mirasın uşaqlarından Şahlar Tağıyev və Cavabdeh3 də faktiki qəbul etmələrini nəzərə almamış, ona görə də iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti tam, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti isə qismən, Cavabdeh3 aid hissədə təmin edilməlidir. Kollegiya mərhum Xalıq Tağıyevin birinci növbəli vərəsəsi olan xx.xx.2008-ci ildə doğulmuş X26 qanuni nümayəndəsi – anası X1 ərizəsi ilə bağlı qeyd edir ki, X14 Daşkəsən rayonu Xoşbulaq kəndində qalmış mirasın qəbulu hazırkı iddianın predmeti deyildir və ərizəçinin ərindən qalmış mirasın qəbulu üçün ayrıca müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti tam, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti isə qismən - Cavabdeh3 aid hissədə təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-437/2021 saylı mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 03 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlundan qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evi, 03 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlundan və X8 qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində Tağıyev Bahadur Muxtar oğluna məxsus ümumi sahəsi 112,4 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0,55 ha həyətyanı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-276 Seriyalı KOD 50605028 saylı Dövlət Aktına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinə məxsus 1/6 hissəsindən ibarət miras əmlakın X25, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktları müəyyən edilsin; 26 iyun 2013-cü il tarixdə vəfat etmiş X9 qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsinin və 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsindən ibarət mirasın xx.xx.2010-cu il tarixdə doğulmuş Tağıyev Bahadur Şahlar oğlu və xx.xx.2013-cü il tarixdə doğulmuş X19 tərəfindən qanuni nümayəndələri İddiaçı vasitəsi ilə qəbul edilməsi faktı müəyyən edilsin; 03 avqust 2008-ci il tarixdə vəfat etmiş Tağıyev Bahadur Muxtar oğlundan miras qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 112,4 kv.metr yaşayış evindən xx.xx.2010-cu il tarixdə doğulmuş Tağıyev Bahadur Şahlar oğlunun payı 1/6 hissədə, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 payı 1/6 hissədə, Cavabdeh3 payı 2/6 hissədə və Cavabdeh1 payı 2/6 hissədə müəyyən edilsin; Tağıyev Bahadur Muxtar oğlu, X27 və X9 qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsindən və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət əmlakdan xx.xx.2010-cu il tarixdə doğulmuş Tağıyev Bahadur Şahlar oğlunun payı ümumilikdə 5/36 hissədə (2/36 hissə baba və nənəsindən keçən pay, 3/36 hissə atasından çatan pay), xx.xx.2013-cü il tarixdə doğulmuş X5 payı ümumilikdə 5/36 hissədə (2/36 hissə baba və nənəsindən keçən pay, 3/36 hissə atasından çatan pay) müəyyən edilsin; Tağıyev Bahadur Muxtar oğlu və X8 qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsindən və Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət əmlakdan xx.xx.2010cu il tarixdə doğulmuş Tağıyev Bahadur Şahlar oğlunun payı ümumilikdə 5/36 hissədə (2/36 hissə baba və nənəsindən keçən pay, 3/36 hissə atasından çatan pay), xx.xx.2013cü il tarixdə doğulmuş X5 payı ümumilikdə 5/36 hissədə (2/36 hissə baba və nənəsindən keçən pay, 3/36 hissə atasından çatan pay), Cavabdeh1 payı ümumilikdə 10/36 hissədə (4/36 ata və anasından keçən miras payı, 6/36 hissə öz payı), Cavabdeh3 payı 4/36 hissədə müəyyən edilsin. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-870/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-870/2023
15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver