Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-890/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: subroqasiya hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(030)-90/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur;
2. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 12 ay müddətinə sığortalanmışdır. Müqaviləyə əsasən sığorta məbləği əmlaka vurulan zərər görə 5000 manat, bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir;
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 05 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Eminbəyli küçəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs sürücü X6, avtomaşının sahibi Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuşdur. İşə əlavə edilmiş yol-nəqliyyat hadisənin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, X5 az ağır xəsarət, X7 yüngül xəsarət almış, X1 isə vəfat etmişdir;
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 05 dekabr 2021-ci ildə bədbəxt hadisə, dəqiqləşdirilməmiş fəaliyyət zamanı, travmatik subaraxnoidal qansızma nəticəsində Gəncə şəhəri Nizami rayonunda ölmüşdür. Bu barədə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2021-ci il tarixdə 823 nömrə ilə qeyd edilmişdir;
5. 02 avqust 2021-ci il tarixli RXA130944 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X2 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 1500 manat məbləğində müəyyənləşdirilmişdir;
6. 02 avqust 2021-ci il tarixli RXA130945 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X2 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X8 yüngül dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 750 manat məbləğində müəyyənləşdirilmişdir;
7. 02 avqust 2021-ci il tarixli RXA130946 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X2 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 vəfat etmişdir. Sığorta ödənişi 5000 manat məbləğində müəyyənləşdirilmişdir;
8. 02 avqust 2021-ci il tarixli RXA150887 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 avqust 2021-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrində Gəncə şəhəri Eminbəy küçəsində X2 idarə etdiyi “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X9 ağır dərəcədə xəsarət almışdır. Sığorta ödənişi 1500 manat məbləğində müəyyənləşdirilmişdir;
9. Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi, polis kapitanı X3 cinayət işi üzrə şəxsin əməlinin tövsif edilməsi və icraatına xitam verilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 185.2.4 və 263-1.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X6 özü də almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CMnin 185.2.4 və 263-1.3-cü maddələri ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsi ilə xitam verilmişdir Həmin qərardan (qərarın 10-cu vərəqi) görünür ki, aparılan araşdırma zamanı X2 05 dekabr 2021-ci il tarixdə saat 17 radələrində atası Cavabdeh məxsus Mercedes Benz E220 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili icazəsiz, talama məqsədi olmadan qanunsuz ələ keçirərək Gəncə şəhəri Eminbəyli küçəsində yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxs Cavabdeh 10000 manat maddi ziyan vurmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8750 manat məbləğində pul vəsaitinin və ödənilmiş 108 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, 05 dekabr 2021-ci il tarixdə saat 17:15 radələrində Gəncə şəhəri Eminbəyli küçəsində Cavabdeh məxsus X2 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mercedes Benz E220” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X9, X5 və X8 müxtəlif dərəcəli xəsarətlər almışlar, digər piyada X4 isə aldığı xəsarətlərdən vəfat etmişdir. Həmçinin, hadisə zamanı sürücülük hüququ olmayan və yetkinlik yaşına çatmayan X6 hadisə yerində aldığı xəsarətlərdən vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı piyada X9, X5 ağır və ağır dərəcədə xəsarət aldığından hər birinə 1500 manat, X8 yüngül dərəcəli xəsarət aldığından 750 manat sığorta ödənişinin ödənilməsi müəyyənləşdirilmişdir. X4 isə aldığı xəsarətlərdən öldüyündən, şəxsin ölümü ilə bağlı 5000 manat sığorta ödənişi onun vərəsələrinə verilmişdir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA130944/23, PXA130946/23, PXA150887 və PXA130945/23 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 8750 manat məbləğində sığorta ödənişi edilmişdir.
12. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(030)-90/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 922.1, 936.1, 936.2, 936.5, 1096.1, 1104.2 və 1108.2-ci maddələrinə, həmçinin “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 13.1, 13.2 və 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15 İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hadisə zamanı səlahiyyətli sürücü yüksək təhlükə mənbəyinin faktiki sahibi olduğu üçün təqsiri olmasa belə məsulliyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqinin cinayət işi üzrə şəxsin əməlinin tövsif edilməsi və icraatına xitam verilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan, 11 iyul 2005-ci il təvəllüdlü X6 atası Cavabdeh məxsus “Mercedes Benz E220” markalı 16- BC- 320 dövlət qeydiyyat nişanlı avtomobili icazəsiz, talama məqsədi olmadan qanunsuz ələ keçirərək 05 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Eminbəyli küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir". Lakin iş materiallarında X2 nəqliyyat vasitəsini icazəsiz götürməsini təsdiq edən heç bir sübut öz əksini tapmır. Belə ki, nəqliyyat vasitəsinin özbaşına götürülməsi zamanı mülkiyyətçinin 102 xidmətinə bu barədə məlumat verməsi haqqında məlumat yoxdur. Bu isə məhkəmə tərəfindən araşdırılmamış, icazəsiz götürülmənin həqiqiliyi müəyyən edilməmişdir. Nəqliyyat vasitəsini idarə edən məhz Cavabdeh yetkinlik yaşına çatmayan oğlu olmuşdur. Belə olan halda həm valideyn olaraq, həm də yüksək təhlükə mənbəyinin sahibi olaraq yüksək təhlükə mənbəyinin onun xəbəri olmadan istismar edilməsi və bu hal barədə sonuncunun məlumatı olmamağa borclu olmaması özü belə sual doğurur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polis şöbəsində araşdırma aparılmış və onun hər hansı təqsiri olmadığı müəyyən edilmişdir. Mərhum oğlu onun məlumatı və razılığı olmadan ona məxsus avtomobili qaçırmış və yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.
23. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında 31 iyul 2021-ci il tarixli RXA********** nömrəli sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sığortalıya məxsus “Mercedes Benz E220” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta məbləği həddində xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə sığortalı Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü oğlu Numan Əlizadə atası Cavabdeh məxsus “Mercedes Benz E220” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun məlumatı və razılığı olmadan ələ keçirərək idarə etmişdir. Numan Əlizadə həmin zaman Gəncə şəhəri Eminbəyli küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X9, X5 və X8 müxtəlif dərəcəli bədən xəsarətlər almış, digər piyada X4 aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə nəticəsində həmçinin avtomobili idarə edən Numan Əlizadə də aldığı xəsarətlərdən vəfat etmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 185.2.4 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla -talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) və 263-1.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X6 özü də almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CMnin 185.2.4 və 263-1.3-cü maddələri ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsi ilə xitam verilmişdir. Eyni zamanda Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənlərə (vəfat etmiş zərərçəkənin isə vərəsəsinə) "xxxx" ASC tərəfindən ümumilikdə 8750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı həmin məbləğin subroqasiya qaydasında avtomobilin mülkiyyətçisi olan cavabdehdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
36. İddia ərizəsindən görünür ki, iddiaçı subroqasiya tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
37. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
38. İddiaçı sığorta şirkəti mülki məsuliyyətin icbari sığorta növü üzrə sığortalanmış **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2005-ci il təvəllüdlü Numan Əlizadə tərəfindən idarə edilməsindən sığortalı Cavabdeh məlumatlı olmağa borclu olduğunu iddia etmişdir. Lakin, işin müəyyən olunmuş faktiki hallarına əsasən bu hal öz təsdiqini tapmamışdır.
39. Əksinə, işin hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polis şöbəsində araşdırma aparılmış və cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sığortalı Cavabdeh yetkinlik yaşına çatmayan oğlu Numan Əlizadə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində atası Cavabdeh məxsus Mercedes Benz E220 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili atasından icazəsiz, talama məqsədi olmadan qanunsuz ələ keçirərək Gəncə şəhəri Eminbəyli küçəsində yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 185.2.4 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla -talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) və 263-1.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X6 özü də almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CMnin 185.2.4 və 263-1.3-cü maddələri ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsi ilə xitam verilmişdir.
40. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq mülki məsuliyyətin icbari sığorta növü üzrə sığortalanmış **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortalı Cavabdeh məlumatı olmadan mərhum Numan Əlizadə tərəfindən istismar edildiyi müəyyən olunmuşdur.
41. İşin obyektiv həlli baxımından diqqət yetirilməli hallardan biri də odur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM maddə 81).
42. Bu mənada qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsini inzibati xəta sayır və bu xətaya görə İXMnin 335.1-ci maddəsində müvafiq intizam tənbehi nəzərdə tutulmuşdur. Lakin, hazırkı işdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma nəticəsində nə sığortalı Cavabdeh bu növ inzibati xətaya yol verməsi müəyyən edilmiş, nə də ki, onun barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməmişdir.
43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq cavabdehə (sığortalıya) qarşı subroqasiya hüququ yaranmamışdır.
44. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(030)-90/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.