Məhkəmə qərarları › İş №2(104)-891/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-891/2025

07.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-891/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X11 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 340/2025 saylı qərardadından iddiaçılar X7 və İddiaçı1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanında yerləşən yaşayış evindən ibarətdir və sözügedən əmlak X4 mülkiyyətində olmuşdur. X8 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan yuxarıda qeyd edilən əmlak miras qalmışdır. Miras qoyanın X9 ilə birgə nikahından 7 övladı olmuşdur: Nəcibə, Lətifə, Rahilə, Mehriban, Mirzə, Əli (xx.xx.2003 vəfat edib) və Leyla (2 yaşında olarkən vəfat edib). Eyni zamanda, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh (miras qoyanın öz nəvəsi - övladı Əli Nadirovun qızı) xx.xx.2002-ci il tarixdə miras qoyan B.Məmmədov tərəfindən övladlığa götürülmüşdür. xx.xx.2009-cu il tarixdə Göygöl İH Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə X1 Məmmədovanın qəyyumu təyin edilmişdir. Həyat yoldaşı Tamara Məmmədova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Etibarsız vəsiyyətnamə nəticəsində əmlak cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, Nəcibə Məmmədova valideynlərinin vəfatından bir müddət əvvəl öz məkrli niyyətlərini həyata keçirmək üçün valideynlərini öz evinə aparmış və atalarının vəfatından əvvəl nəvəsi Emmanı valideynlərinə övladlığa götürməyə məcbur etmişdir. xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh xx.xx.2002-ci ildə 1 yaşı tamam olmamış, Nəcibə onu 80 yaşlı atalarını övladlığına verilməsinə dair şəhadətnamə almışdır. Bununla da, miras qoyan tərəfindən xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanda yerləşən yaşayış evinin Cavabdeh vəsiyyət edilməsinə nail olunmuşdur. Lakin, X8 tərəfindən vəsiyyətnamənin faktiki olaraq imzalanması mümkün deyildi. Belə ki, atalarının xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı vəsiyyətnamədə hər hansı qeydlər göstərilməmişdir. Halbuki xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin tərtib edilməsi zamanı notarius tərəfindən vəsiyyətnamənin şəxsən onu verən səxs tərəfindən imza edildiyi qeyd edilmişdir. İddiaçılar olaraq vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmiş, bundan yalnız cavabdeh məlumatlı olmuşdur. Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin mətnində X4 mübahisəli fərdi yaşayış evini Cavabdeh vəsiyyət etdiyi qeyd edilmişdir. Həmin vəsiyyətnamənin 2-ci bəndində şahidlərə yalnız vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib olunması izah edilmişdir. Halbuki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinə uyğun olaraq vəsiyyətnamənin məzmunu dövlət notariusu tərəfindən şahidə izah edilməli və bu barədə qeyd edilməli, həqiqətən də notarius tərəfindən ona izah edilməsi barədə təsdiqedici qeyd mövcud olmalıdır. Həmçinin qeyd edək ki, Bayraməli Məmmədov vəsiyyətnamə imzalanarkən onun ahıl yaşlı olmuş, yaddaşı ilə bağlı müvafiq dərmanlar qəbul etmiş, belə bir vəziyyətdə xəstəliyin vəsiyyətnamənin onun tərəfindən imzalanmasına mane olur. Bundan sonra isə Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınması ücün notariat kontoruna müraciət etmədən məhkəməyə müraciət etmiş, nəticədə Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-09/2014 səylı qətnaməsi ilə Cavabdeh X3 vəsiyyət üzrə vərəsəsi kimi tanınaraq Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanda yerləşən yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Digər bir məhkəmə aktı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1838/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Cavabdeh qəyyumu X6 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(066)-802/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Maraqlı şəxs2, X19 və X16 10 000 manat kompensasiya ödəməklə ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin mövcudluğundan icra mərhələsindən məlumat əldə etmişlər. Bundan sonra İddiaçı1 miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Göygöl Rayon Notariat Ofisinə müraciət edilsədə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Miras qalan yaşayış evi bu günədək vərəsələr - Lətifə, Rəhilə, Mehriban və Mirzə tərəfindən faktiki olaraq idarə edilir. Belə ki, hazırda həmin yaşayış evinin bütün kommunal və digər xərcləri tərəflərindən ödənilməklə yaşayış evinə daima nəzarət edilir. Miras qalan yaşayış evinə daima nəzarət edilməsi ücün faktiki vərəsələr miras qoyan Bayraməli Məmmədovun nəvəsi - Əlinin oğlu Maraqlı şəxs2 yerləşdirmişlər. xx.xx.1989-cu ildən bu günədək həmin mənzildə mərhum qardaşları Əli Nadirovun övladı Maraqlı şəxs2 və onun ailə üzvləri hazırda həmin yaşayış evində yaşamaqla təsərrüfat aparırlar. Məhrum atalarının qoyduğu vəsiyyətnamə əsasında məhkəmənin qərarı ilə mülkiyyətçi kimi tanınan azyaşlı Emma, mərhum qardaşları Əlinin oğlu İlqarın qızıdır. Digər tərəfdən vərəsələr Nəcibə, Lətifə, Rəhilə, Mehriban və Mirzə vəsiyyətnamənin və Göygöl Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(066)-09/2014 saylı qətnaməsinin olmasından sonradan məlumatlı olmuşlar. Hazırda vərəsələr tərəfindən "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılaraq bərpa edilməsi, miras əmlaka dair məcburi mirasda pay hüququnun tanınması, həmin paya dair vəsiyyətnamənin verilməsinin notariat ofisinə həvalə edilməsi və xx.xx.2028-ci il tarixli, **********3 nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Mübahisə predmeti olan Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanında yerləşən yaşayış evində bu günədək Maraqlı şəxs2 və onun ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Bunu AR DİNnin X23 xx.xx.2024-cü il tarixli, MKTB-nin xx.xx.2021-ci il tarixli arayışı və qonşuların xx.xx.2024-cü il tarixli aktı da təsdiq edir. İş materiallarında olan qəbzlərlə sübut olunur ki, indiyədək mənzildə Maraqlı şəxs2 və onun ailə üzvləri faktiki yaşayırlar, mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onların hesabına ödənilir. X2 şəhəri H.Əliyev prospekti 40 saylı ünvanında yerləşən yaşayış evini övladı Adil Nadirova vəsiyyət etmiş, lakin 2007-ci ildə Emma Bayramovanın təkidi ilə məcburiyyət qarşısında qalaraq həmin yaşayış evini sonuncuya vəsiyyət etmişdir. Əlavə edilən 1993-cü ilin vəsiyyətnaməsi bunu təsdiq edir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-340/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh, maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar İddiaçı3, İddiaçı1 və Maraqlı şəxs2 şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-340/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə qəbul edilməsi barədə iddiaərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə miras əmlak ünvan ünvan 4 X4 mülkiyyətində olmuşdur. X8 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan yuxarıda qeyd edilən əmlak miras qalmışdır. Miras qoyanın X9 ilə birgə nikahından 7 övladı olmuşdur: Nəcibə, Lətifə, Rahilə, Mehriban, Mirzə, Əli (xx.xx.2003 vəfat edib) və Leyla (2 yaşında olarkən vəfat edib). Eyni zamanda, xx.xx.2001-ci təvəllüdlü Cavabdeh (miras qoyanın öz nəvəsi - övladı Əli Nadirovun qızı) xx.xx.2002-ci il tarixdə miras qoyan B.Məmmədov tərəfindən övladlığa götürülmüşdür. xx.xx.2009-cu il tarixdə Göygöl İH Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə X1 Məmmədovanın qəyyumu təyin edilmişdir. Əlavə olaraq bildirirlər ki, həyat yoldaşı Tamara Məmmədova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Nəcibə Məmmədova öz valideynlərinin vəfatından bir müddət əvvəl öz məkrli niyyətlərini həyata keçirmək üçün valideynlərini öz evinə aparmış və atanın vəfatından əvvəl nəvəsi Emmanı valideynlənə övladlığa götürməyə məcbur etmişdir. xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh xx.xx.2002-ci ildə Cavabdeh 1 yaşı tamam olmamış, Nəcibə onu 80 yaşlı atanın övladlığına verilməsinə dair şəhadətnamə almışdır. Bununla da, Miras qoyan tərəfindən xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanında yaşayış evinin Cavabdeh vəsiyyət edilməsinə nail olunmuşdur. Lakin qeyd edirlər ki, X8 tərəfindən vəsiyyətnamənin faktiki olaraq imzalanması mümkün deyildir. Belə ki, onun xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı vəsiyyətnamədə hər hansı qeydlər göstərilməmişdir. Halbuki, xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin tərtib edilməsi zamanı notarius tərəfindən vəsiyyətnamənin şəxsən onu verən şəxs tərəfindən imza edildiyi qeyd edilmişdir. İddiaçılar vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmiş, bundan yalnız cavabdeh məlumatlı olmuşdur. Əlavə olaraq qeyd edirlər ki, miras qalan yaşayış evi bu günədək vərəsələr - Lətifə, Rəhilə, Mehriban və Mirzə tərəfindən faktiki olaraq idarə edilir. Belə ki, hazırda həmin yaşayış evinin bütün kommunal və digər xərcləri tərəflərindən ödənilir, yaşayış evinə daimi nəzarət edilir. Miras qalan yaşayış evinə daimi nəzarət edilməsi üçün faktiki vərəsələr miras qoyan Bayraməli Məmmədovun nəvəsi – Əlinin oğlu Maraqlı şəxs2 yerləşdirmişlər. xx.xx.1989-cu ildən bu günədək həmin mənzildə mərhum qardaşları Əli Nadirovun övladı və ailə üzvləri hazırda həmin yaşayış evində yaşamaqla təsərrüfat aparır. Məhrumun qoyduğu vəsiyyətnamə əsasında məhkəmənin qərarı ilə mülkiyyətçi kimi tanınan azyaşlı Emma, mərhum qardaşları Əlinin oğlu İlqarın qızıdır. Buna gör də qanun üzrə vərəsələr tərəfindən xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə qəbul edilməsi məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmənin 2(066)-340/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iş üzrə xitam verilmişdir. Hesab edirlər ki, Göygöl Rayon Məhkəməsinin qərardadı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə öz qərardadında hazırki mülki iş üzrə Cavabdeh vəsiyyət üzrə vərəsə kimi tanınması və miras əmlakda onun payının müəyyən edilməsinə dair mülki işə əvvəllər baxıldığını, həmin mülki iş üzrə hazırki mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş şikayətlərin təmin olunmadığnı və qətnamələrin qanuni qüvvəsini aldığını, buna baxmayaraq vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən edilməsi ilə bağlı iddianın irəli sürüldüyünü, buna görə də tərəflərin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilmədiyini yazmışdır. Məhkəmə əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadına istinad etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi öz qərardadında Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadına istinad etməklə hüququn tətbiq edilməsində səhv buraxmış və Qərardadın müvafiq müddəalarını səhv təfsir etmişdir. Məhkəmənin gəldiyi bu fikrə münasibətdə ilk öncə onu bildirmək istərdilər ki, hazırki mübahisədə eyni tərəflər və eyni predmet olsa da, eyni əsas deyildir. Hazırki iddianın əsasını “xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması” təşkil edir. Əvvəlki məhkəmə qətnaməsi, yəni Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-09/2014 saylı qətnaməs ilə Cavabdeh X3 vəsiyyət üzrə vərəsəsi kimi tanınması, Göygöl şəhəri H.Əliyev pr 40 saylı ünvanında yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Göründüyü kimi, bu qətnamə ilə Emma Bayramovaya münasibətdə vəsiyyət üzrə vərəsə müəyyən olunsa da, qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi məsələsi öz həllini tapmamışdır. Hazırki iddia da məhz qanun üzrə vərəsələrin payının müəyyən olunması ilə bağlı olduğundan, bu eyni tərəf, eyni predmet və eyni əsas sayıla biməz. Əlavə olaraq onu da qeyd edirlər ki, məhkəmənin istinad etdiyi Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadı hazırki mübahisəyə şamil oluna bilməz. Çünki həmin qərardad sırf tərəflər arasındakı mübahisə kredit münasibətləri olduğu zaman tətbiq oluna bilər. Belə ki, Qərardadın 3-cü bəndinə görə “Kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bir sıra məhkəmə tərkibləri eyni kateqoriyadan olan mübahisələr üzrə qəbul etdiyi qərarlarında hazırkı məhkəmə tərkibindən fərqli hüquqi mövqedən çıxış edərək, kredit müqaviləsi üzrə borcun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, eyni müqavilənin etibarsız hesab edilməsinə dair iş üzrə kassasiya şikayətlərinə baxmış, kassatorların dəlillərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət vermişlər. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da iddianın əsası, predmeti və obyekti anlayışlarına izah verilmiş və fərqləndirilmişdir. Həmin Qərara əsasən; iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s.aid edilə bilər. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləriniaid etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yanaşmasından müəyyən etmək olur ki, “xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması” barədə iddianın qaldırılması əvvəlki qətnamə ilə müəyyən olunmuş iddialarla eyni əsas olması demək deyil. Hazırki iş üzrə iddia tələbinin əsasını aralarında bağlanan qanun üzrə vərəsələrin payının müəyyən edilməsi olduğu halda, əvvəlki qətnamələrdə isə yalnız vəsiyyət üzrə vərəsənin payının müəyyən olunması təşkil edir. Belə olan halda birinci instansiya məhkəməsi Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadını səhv tətbiq etməklə ciddi prosessual pozuntuya yol vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-340/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 340/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 09/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiаçı Cavabdeh X4 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti 40 nömrəli ünvanda 916.0 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kvm, o cümlədən 67.8 kvm 3 yaşayış otağından 7.8 və 6.1 kvm mətbəxlərdən, 4.1 kvm açıq eyvandan, 5.2 və 5.5 kvm hamamlardan, 10.6 kvm dəhlizdən, 31.2 kvm əl damından, 70.5 kvm çardaqdan ibarət olan yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmənin 2(066)- 802/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs2, X12 və X16 10000 manat kompensasiya ödənilməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunmuşdur. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh və maraqlı şəxslər Göygöl rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaklarda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində iddiaçıların qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasında olan mövcud mübahisə və əsasa artıq hüquqi qiymət verildiyindən, bu barədə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişiklikliyin olmaması, belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, şikayətçi şikayətində tərəflər arasında olan vərəsəlik münasibətlərinə toxunmuş və işin faktiki hallarına istinad etmişdir. Hesab etmişdir ki, hazırki mübahisədə eyni tərəflər və eyni predmet olsa da, eyni əsas deyildir. Lakin, Göygöl Rayon Məhkəməsi “vəsiyyətnamənin etibarsız hesab edilməsi” məsələsinə qiymət vermişdir. Həmçinin, hazırki iş üzrə iddiaçıların məcburi paylarının olub-olmamasına hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-340/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-340/2025 saylı qərardadından iddiaçılar X7 və İddiaçı1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-340/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar