Məhkəmə qərarları › İş №2(104)-895/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-895/2024

05.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-895/2024 05.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X54 (sədrlik edən məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi X27, vəkili X21, ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh1 İmamverdi oğlunun, cavabdehlər (qarşılıqlı iddiaçılar), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndələri Cavabdeh3, Cavabdeh4 və onların vəkili Vəkil1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Düyərli kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 135 nömrəli arayışdan görünür ki, X72 ölən günə kimi Şəmkir rayonu, Düyərli kəndində yaşamışdır. Cavabdeh2 Məhəmməd qızı hazırda Gəncə şəhərində yaşayır. Cavabdeh4 həmin təsərrüfatda qeydiyyatda olmasına baxmayaraq mərhum ölən günədək həmin evdə tək yaşamışdır. Cavabdeh4 həmin həyətyanı torpaq sahəsində mərhum babasına məxsus evdə nənəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsi mərhumun nənəsi mərhum X73 məxsusdur. Mərhumun bir qızı var- İddiaçı Hüseyn qızı, Bakı şəhərində yaşayır.

2. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş **********74 saylı 25 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, JN-350F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi X55 adına tam mülkiyyət hüququ ilə qeyd edilmişdir. Şəmkir rayonu, Düyərli kəndində yerləşən ümumi sahəsi 44.0 kv.m və 42.0 kv.m olan fərdi yaşayış evlərinə dair X55 adına xx.xx.1986-cı il tarixli, 751 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

3. JN-350F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon AİK-nın 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə X55 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X81 12 noyabr 1969-cu ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

5. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X95 02 noyabr 1996-cı ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

6. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X38 nikahı haqqında məlumatın əldə edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir.

7. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X72 24 avqust 1957-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. X1r. Ata qrafası boşdur. Qeyd edilən şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

8. AZ 013288 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X56 08 fevral 2000-ci ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

9. İİ-JQ 338375 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 30 fevral 1981-ci ildə Bakı şəhərində ölmüşdür.

10. A3 ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 xx.xx.1930-cu ildə anadan olmuşdur. X19, anası X74r.

11. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X29 14 mart 1985-ci ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

12. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X39 24 yanvar 2002-ci ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

13. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X40 19 mart 1987-ci ildə Şəmkir rayonu, Düyərli kəndində ölmüşdür.

14. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X55 nikahı haqqında məlumatın əldə edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat infirmasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir.

15. İ-İE 014543 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 25 iyun 1955-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, X1r. Ata haqqında məlumat qrafası boş buraxılmışdır.

16. A3 430280 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X57 06 aprel 1945-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuşdur. X26, anası X97 qeyd edilmişdir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş və 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş və xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunun Düyərli kəndində vəfat etmiş X55 İddiaçı anası olması faktı müəyyən edilmişdir.

18. Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat əməliyyatının aparılmasından imtina edilmişdir.

19. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 292781 saylı xx.xx.2019-cu il tarixli doğum haqqında arayışdan görünür ki, X30 xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X9, anası X41r.

20. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 723934 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 06 noyabr 2015-ci il tarixdə vəfat etmişdir.

21. AZ-İ 255317 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxx 1999-cu ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, atası Məmmədalıyev Rasim Ələs oğlu, anası X14r.

22. AZ-İİ 713700 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X42 xx xxx 1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, atası Məmmədalıyev Rasim Ələs oğlu, anası X14r.

23. AZ-İİ 293650 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 11 yanvar 2004-cü ildə Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, atası Məmmədalıyev Rasim Ələs oğlu, anası X14r.

24. Düyərli 1 nömrəli kənd tam orta məktəbin 39 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 2013-cü ildə Düyərli 1 nömrəli kənd tam orta məktəbin 9-cu sinifini müvəfəqiyyətlə bitirmişdir.

25. Milli Arxiv İdarəsi X103 Filialı tərəfindən verilmiş k-1-694 saylı 06 noyabr 2019-cu il tarixli Arxiv arayışından görünür ki, Şəmkir filialında mühafizə olunan Şəmkir rayonunun sabiq Düyərli kənd X36 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə dair təsərrüfatbaşına kitabında 345 nömrəli şəxsi hesabda X56 X20nun təsərrüfatında ailə tərkibində qeyd edilməklə 1933-cü ildə anadan olması qeyd edilmişdir. X81, ailə başçısı, təvəllüdü 1980. X95, qadını, təvəllüdü 1898. X56, oğlu, təvəllüdü 1933.

26. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 15/11 saylı arayışdan görünür ki, xx.xx.1900-cu ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş X95 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ilədək aparılmış və müəyyən edilmişdir ki, X95 1996-cı ildə, qızı X29 1985-ci ildə, qızı X43 1987-ci ildə, oğlu X31 1992-ci ildə, oğlu X56 2000-ci ildə, qızı X39 2002-ci ildə vəfat etmişlər. Qızı İddiaçı Hüseyn qızı xx.xx.1945-ci ildə anadan olmuşdur.

27. 04 may 1972-ci il tarixli Nikahın bağlanması haqqında qeydin surətindən görünür ki, X44 ilə X58 arasında nikah 04 may 1972-ci ildə bağlanmışdır. Ümumi uşaqları 1962-ci il təvəllüdlü Şərqiyyə, 1965-ci il təvəllüdlü Şahbaz, 1967-ci il təvəllüdlü Şahnaz, 1969-cu il təvəllüdlü Hicran və 1972-ci il təvəllüdlü Şakir adlı uşaqları vardır.

28. Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışndan görünür ki, xx.xx.1900-cu il təvəllüdlü X55 övladları: xx.xx.1924-cü il təvəllüdlü X29 (xx.xx.1985-ci ildə vəfat edib), xx.xx.1930-cu il təvəllüdlü X40 (xx.xx.1987-ci ildə vəfat edib), xx.xx.1930-cu il təvəllüdlü X89 (xx.xx.1981-ci ildə vəfat edib), xx.xx.1933-cü il təvəllüdlü X56 (xx.xx.2000-ci ildə vəfat edib), xx.xx.1939-cu il təvəllüdlü X39 (xx.xx.2002-ci il tarixdə vəfat etmiş), xx.xx.1945-ci il təvəllüdlü İddiaçıdır.

29. Şəmkir rayonu Düyərli kənd orta məktəbinin xx.xx.2022-ci il tarixli 20 nömrəli arayışından görünür ki, Cavabdeh3 2006-cı ildə Şəmkir rayonu Düyərli 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə 2-ci sinfi bitirdikdən sonra Gəncə şəhəri 20 saylı tam orta məktəbə yerdəyişmə etmiş və buna görə də adı məktəbin şagird kontingentindən çıxarılmışdır.

30. Şəmkir rayonu Düyərli kənd sakiləri X45, X32, X16, X59 və X60 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Şəmkir rayonu Düyərli kəndində onlarla qonşuluqda yaşamış X95 1996-cı ildə vəfat etmişdir. Sara Quliyevanın yoldaşı Hüseyn Quliyev 1969-cu ildə vəfat etmişdir. Sarayla birlikdə və onun ölümündən sonra həmin mülkdə onların oğlu X56 yaşamışdır. Ələddin Abbasov 2000-ci ildə vəfat etmişdir. Ələddin Abbasovun sağlığında Tovuz rayonuna ərə köçmüş qızı X30 əri ilə yola getməmiş və əsasən atası Ələddin ilə yaşamış, sonuncunun iki uşaqları olan Ələs və Ələddin həmin kənddə həmin evdə yaşayarkən anadan olmuş, babaları Ələddinin evində yaşayıb böyümüşlər və hal-hazıra kimi həmin evdə yaşamaqdadırlar. X37 başqa həmin evdə qızları Salatın və sonuncunun oğlu Sərdar ölənə qədər yaşamamışlar. Bundan başqa Sarayın oğul nəvəsi Abbas ev tikdirib yaşamışlar. Sərdar xəstə və subay olduğundan ona Ələddin nəvələri Ələs və Ələddin qulluq etmiş və onu dəfn etmişlər, hazırda da, onun evində yaşayırlar. Dursun Quliyeva gəncliyindən Sumqayıt şəhərinə ərə köçüb və o, vaxtdan indiyə kimi anasından qalmış evdə yaşamamışdır. Anasının ölümündən keçən 30 ilə yaxın müddətdə o, həmin mülkə getməmiş, cəmi bir neçə dəfə onun kənddə yaşayan qızı Solmazın evinə gəlməsini görmüşlər.

31. B seriyalı 7715 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 2014-cü ildə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli musiqi məktəbinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin xanəndə ixtisası üzrə kursu bitirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

32. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 İmamverdi oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən, JN-350F Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X7 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə birinci növbə vərəsə olaraq faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

33. İlk İddiaçı mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə ilk iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 İmamverdi oğlu qardaşı İmamverdinin oğlu, Cavabdeh3 və Cavabdeh4 qardaşı Ələddinin nəvələri, Cavabdeh2 bacısı Salatının qızıdır. O və 5 nəfər qardaş bacıları ataları X81 ilə anaları X55 birgə ailə həyatlarından o, yəni İddiaçı, X23, X33, X56, X61, Abbasova (Quliyeva) Salatın Hüseyn qızı anadan olmuşlar. Atası ilə anasının rəsmi nikahları olmamışdır. X20 xx.xx.1969-cu ildə, anası X95 isə xx.xx.1996-cı ildə vəfat etmişlər. X7 Şəmkir rayon AİKnın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı, JN-350F saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Qardaş-bacıları X62 1985-ci ildə, X40 1987-ci ildə, X47 2002-ci ildə, X28 1982-ci ildə, X56 isə 2000-ci ildə vəfat etmişlər. X34 üzrə birinci növbə vərəsələrindən yalnız o sağ qalmışdır. Anasından miras qalmış həmin həyətyanı torpaq sahəsini qanun üzrə birinci növbə vərəsəsi olaraq anasının vəfatından sonra o faktiki olaraq qəbul etmiş, həyətyanı torpaq sahəsini əkib-becərmiş, orada inşa etdirdiyi kiçik həcmli evdə yaşamaq üçün mərhum qardaşı İmamverdinin oğlu, cavabdeh Abbasa imkan vermişdir ki, oğlu Samirin ailəsi ilə birlikdə həmin ünvanda yaşasınlar. Həmçinin, qardaşı Ələddinin nəvələri, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 imkan vermişdir ki, həmin torpaq sahəsində yerləşən kiçik həcmli evdə yaşasınlar. Eyni zamanda, həmin miras torpaq sahəsində bacısı Salatın analarının sağlığında tikdirmiş olduğu kiçik həcmli evdə qızı Səmayə ilə birlikdə yaşamış, Salatının vəfatından sonra isə qızı Cavabdeh2 bir müddət yaşamış, sonra isə ərə gedərək hazırda Göygöl rayonunda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı kiçik həcmli evdən isə digər cavabdeh Abbasın oğlu Samir istifadə edir. Hazırda həmin miras torpaq sahəsini qanun üzrə vərəsə olaraq vərəsəlik qaydasında sənədləşdirmək istədikdə məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsinin ana qrafasında ansı X5 mərhum atası Hüseynin atasının adı ilə “Abbasova” kimi qeyd edilməsinə görə anası ilə onun qohumluq münasibəti təsdiq edilməmişdir. Bu səbəbdən üçüncü şəxs olan Şəmkir rayon 1 saylı Notariat Ofisi xx.xx.2021-ci il tarixli qərarı ilə notariat əməliyyatını aparılmasından imtina edilmişdir. Həmçinin, Notariat ofisi həmin qərarında onun miras əmlakı qanunla müəyyən edilmiş 6 ay müddətində rəsmi olaraq qəbul etməməsini əsas kimi qeyd etmiş, mirasa vərəsə tanınması barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə mərhum anası X95 ilə qohumluq faktının, yəni X55 həqiqətən onun anası olması faktının müəyyən edilməsi barədə qeydiyyatda olduğu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(011)-3745/2021 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Ona görə hazırkı iddianı qaldırmalı olmuşdur. Onu da əlavə edir ki, cavabdeh kimi qeyd etdiyi mərhum qardaşı X24 nəvələri, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə aralarında miras əmlaka olan payla bağlı narazılıqları vardır. Bir daha qeyd edir ki, anasından miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsini faktiki olaraq qəbul etmişdir, ancaq notariat kontoruna mirası qəbul etməsi barədə qanunla müəyyən edilmiş 6 ay müddətində ərizə verməmişdir. Odur ki, Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən, JN-350F Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X7 miras qalmış, 0.20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə birinci növbə vərəsə olaraq faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

34. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1 İmamverdi oğluna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X63, X64, X25, X48, X75, X49, İsgəndərova Hicran Kamal qızına, Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ulu nənələri X46 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üzrə vərəsə tanınmaları, həmin torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

35. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti ulu nənələri X46 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0.20 ha torpaq sahəsidir. Onun üzərində Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evi vardır. Ulu nənələri Sarayın həmin torpaq sahəsinə mülkiyyət hüququ Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2001-ci ilin aprel ayında verilmiş JN-350F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə müəyyən olunur. Ulu nənələri Saray xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Onun Ələddin, Dursun, Salatın, İmamverdi və Gülzar adlı uşaqları olmuşdur. Onların hamısı müxtəlif vaxtlarda vəfat etmişlər. Onlar, Quliyeva Saray xx.xx.1933-cü il tarixdə vəfat etmiş övladı X24 qızı X11 uşaqlarıdırlar, yəni Sarayın oğlu Ələddinin nəvələridirlər. Hazırda ulu nənələri Sarayın həmin torpaq sahəsində yerləşən evində yaşayırlar, nənəsindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. Cavabdehlərdən birincisi ulu nənələrinin övladı, ikincisi isə oğlu İmamverdidən olan nəvəsidir. Onlardan İddiaçı ərə gedən gündən ata evi ilə vidalaşmış, bir daha orada yaşamamışdır, yəni nə rəsmi, nə də faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməmişdir. Cavabdeh1 atası İmamverdi isə özünün evi olduğundan mirasla hər hansı formada maraqlanmamışdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı məhkəmədən onların ulu nənələri X46 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0.20 ha torpaq sahəsi üzrə vərəsə tanınması, həmin torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

36. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) ilk iddianın təmin edilməsi, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsə olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı Hüseyn qızına, ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh1 İmamverdi oğluna, üçüncü şəxslər X63, X64, X25, X48, X75, X49, İsgəndərova Hicran Kamal qızına və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə üçüncü şəxs Cavabdeh2 qarşı vərəsə tanınma və miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının qanunsuz və əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir.

37. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X95 xx.xx.1996-cı il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Mərhum anası Saray Quliyevadan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsinə vərəsəlik 2000ci ildən əvvəl açılmasına görə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin norması tətbiq edilməlidir. Həmin maddənin mənasına görə mirası qəbul etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu barədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X12 qalan yeganə birinci növbə vərəsəsi İddiaçıdır. Bu hal isə məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, hazırda miras əmlakla bağlı yeganə subyektiv hüququ olan şəxs İddiaçıdır. Hazırda miras qoyanın yeganə sağ qalan birinci növbə vərəsəsi İddiaçıdır və o, mübahisəli miras əmlakı qohumu Cavabdeh1 İmamverdi oğlunun vasitəsi ilə faktiki idarə etmək yolu ilə qəbul etmişdir. Miras əmlakın Cavabdeh1 İmamverdi oğlunun vasitəsi ilə İddiaçı tərəfindən faktiki olaraq idarə etmək yolu ilə qəbul edilməsi faktı məhkəmə iclasında Cavabdeh1 İmamverdi oğlunun öz izahatı ilə yanaşı qarşılıqlı iddiaçıların vəkilinin çıxışında qeyd etdikləri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinə bütövlükdə hüquqi qiymət verərək hesab etmişdir ki, miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olması iş materialları ilə müəyyən edilmədiyi üçün əsaslı deyildir.

38. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan SSR Mülki Məcəlləsinin 528 və 552-ci, Mülki Məcəllənin 1146, 1160-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarına, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

39. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X17 və X50 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş faktiki hallarını düzgün araşdırmamış və qiymətləndirməmişdir. Belə ki, ilk İddiaçı mirası faktiki qəbul etmədiyi halda, indiyədək sözügedən miras qalmış torpağa daimi yaşadığı Bakı şəhərindən gələrək baş çəkməmiş, hər hansı suvarma, təsərrüfat işi aparmamışdır. Miras əmlak 26 ildir ki, onların sahibliyində və istifadəsindədir. Belə ki, onlardan əvvəl babaları Ələddində, anaları Gülnarədə, son 7 ildir ki onların sahibliyində və istifadəsindədir. Mirasın qəbulu ardıcıllığı – babaları Ələddin Abbasov xx.xx.1996-cı il tarixdə anası Saraydan, anaları Gülnarə Abbasova xx.xx.2000-ci il tarixdə atası Ələddindən, onlar isə xx.xx.2015-ci il tarixdə anaları Gülnarədən qəbul etmişlər. Məhkəmə işin faktiki halları qiymətləndirmədən qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyasında birinci icraat:

42. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2370/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X51 (sədrlik və məruzəçi), X83 və X76 ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, X17 və X50 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin İddiaçı 2/4 payı, X6 ¼ payı və X18 ¼ payının məyyən edilməsi, iddia və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

43. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2370/2022 saylı xx.xx.2022-ci il tarixli qərtnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, habelə ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiyasında birinci icraat:

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)- 2370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyasında ikinci icraat:

45. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim X123 oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)- 941/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, X4 JN–350F saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında miras qalmış Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə ½ hissədə Cavabdeh3 payı, ½ hissədə Cavabdeh4 payının müəyyən edilməsi qət edilmişdir.

46. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1708/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyasında ikinci icraat:

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

48. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi miras qoyanın birinci növbə vərəsəsi olan iddiaçının miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi tələbinin rədd olunmasına dair mövqeyini ziddiyyətli dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının miras əmlakı faktiki qəbul etdiyini sübuta yetirə bilmədiyini, digər tərəfdən isə iddiaçının həmin iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını qeyd etmişdir. Baxılan iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş şəxsin birinci növbəli vərəsəsi – qızıdır. O, miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərzində miras əmlakı faktiki qəbul etdiyini iddia edir. Həmin halın məhkəmə tərəfindən sübuta yetirilməsi iddiaçının miras əmlaka hüququnun təmin olunmasına əsas yaratmış olar. Lakin iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi qənaət Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin vərəsələrin miras əmlaka hüquqlarını müəyyən edən normalarına, o cümlədən, 552-ci maddəsinə və MPM-in 4.1-ci maddəsinə zidd olmuşdur. Bununla yanaşı, baxılan iş üzrə qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda onlar ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən evdə yaşayırlar, nənələrindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. Qarşılıqlı iddiaçıların ulu nənələri Saray Quliyeva 1996-cı ildə, babaları Ələddin Abbasov isə xx.xx.2000-ci ildə ölmüşdür. İddiaçı həm cavabdehlərin miras qoyanla qohum olduqlarını, həm də X112 Quliyevanın ölümündən sonra, Gülnarə Abbasovanın isə Ələddin Abbasovun ölümündən sonra həmin dövrdə qüvvədə olmuş əvvəlki Mülki Məcəllə ilə müəyyən edilən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X55 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X56, sonuncunun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X30 qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu hissədə mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə riayət etməmiş, qarşılıqlı iddiaçıların qeyd olunan izahatlarının işdə olan hansı sübutlarla təsdiq edildiyini və işdə olan hansı sübutlar əsasında qeyd olunan qənaətə gəldiyini əsaslandırmamışdır. Qeyd olunanlarla yanaşı, iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin mirasqoyanla qohumluq münasibətlərində olmadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamış və qəbul etdiyi qətnamədə ümumiyyətlə bu məsələyə toxunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir.

50. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi X50 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir.

51. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin İddiaçı iddia ərizəsində qeyd edir ki, o, miras əmlakı orada yaşayan Abbbas vasitəsilə idarə etmişdir. Lakin Abbasa ilkin iddiaçı tərəfindən əmlakı idarə etmək üçün heç bir etibarnamə verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində dindirilmiş şahidlər bildirmişlər ki, ilkin iddiaçı mirası Samir vasitəsilə qəbul etmişlər. Samir isə həmin evdə 2007-ci ildən yaşamışdır.Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

52. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk İddiaçı nümayəndəsi X77 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

54. İlk iddia üzrə Cavabdeh1 İmamverdi oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, miras torpqa sahəsində üç yaşayış evi olmuşdur. Həmin nə vaxt tikilməsindən qarşılıqlı iddiaçıların məlumatı olmamışdır. Çünki həmin vaxt qarşılqlı iddiaçılar uşaq olmuşlar. Həmin evlərdən birinin Ələddinin, digərinin Dursunun, sonuncu evdə isə Sarayın qızı Salatının qızı Səmayənin oğlu Sərdar yaşamışdır. Sonra isə Samir yaşamışdır.

55. İlk iddia üzrə Cavabdeh2, üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndəsi, qarşılıqlı iddia üzrə üçüncü şəxslər X84, X85, X52, X78, X98, X79, İsgəndərova Hicran Kamal qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

56. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

57. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

58. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

59. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

60. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Bundan başqa, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

61. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

62. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

63. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

64. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

65. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

66. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

67. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

69. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

75. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

76. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

77. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

78. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

79. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianının təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Belə ki, mərhum Saray Quliyevadan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsində üç yaşayış evinin olmuş, həmin evlərdən birindən Ələddinin, digərindən Dursunun, sonuncu evdən isə Sarayın qızı Salatının qızı Səmayənin oğlu Sərdar istifadə etmişdir. Bu hal işin mübahisəsiz halıdır və İddiaçı miras əmlakla bağlı iddia qaldırdığı vaxtadək, yəni 2022-ci ilədək tərəflərdən heç biri bu halı mübahisələndirməmişlər. Həmçinin iş üzrə Cavabdeh1 etirazında qeyd etmişdir ki, miras torpaq sahəsində hazırda onun yaşadığı ev İddiaçı məxsus olmuş, nənəsi Sarayın vəfatından sonra həmin evdən Dursun istifadə etmiş, sonradan isə müvəqqəti olaraq həmin evdə onun yaşamasına və Dursunun vəsaiti hesabına təsərüffat işlərinin aparılmasını həyata keçirmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur. İş materiallarından görünür ki, İddiaçı mərhum anası Saray Quliyevadan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən evlərdən birini qəbul edərək həmin evi idarə etməsi, həmçinin həmin torpaq sahəsində təsərrüfatın idarə edilməsi üçün Cavabdeh1 vəsait verərək təsərüffat işlərinin aparılmasını həyata keçirməklə miras əmlakı idarə etmiş, bununla da, mirası qəbul etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 Dursunun həmin evdə 2007-ci ildən sonra yaşamasını qeyd etsələr də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı 2007-ci ildən bu günədən mübahisəli torpaq sahəsində yerləşən evdən istifadə etməsini qarşılıqlı iddiaçılar da, qəbul etmişlər və mübsahisələndirməmişlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kollegiya cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil1 ilkin İddiaçı miras əmlakı orada yaşayan Abbbas vasitəsilə idarə etsə də, Abbasa heç bir etibarnamə verilməməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, İddiaçı miras əmlakda təsərrüfatı idarə edərkən işlərinin Abbasa həvalə edilməsi və Abbas tərəfindən işlərin aparılması iş materialları ilə, həmçinin Abbasın özü tərəfindən təsdiq edilmişdir. Həmin işlərin Abbas tərəfindən aparılması üçün etibarnamənin verilməsi mütləq xarakter daşımır və gündəlik həyatda rast gəlinən hal deyildir. Belə ki, Abbas Dursunun adından hər hansı bir müqavilə bağlamamış, sadəcə təsərrüfat işlərinin aparılması ilə məşğul olmuşdur ki, bunun üçün də etibarnamə tələb olunmur.

81. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə bütövlükdə hüquqi qiymət verərək miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olmasının iş materialları ilə müəyyən edilmədiyi əsası ilə qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçı doğum haqqında şəhadətnaməsində anası kimi X86 qeyd edilmişdir. İddiaçı anası X65 qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ana babası Ələddinin anası Saray adlı şəxs olması proses iştirakçıları tərəfindən qəbul edilmiş işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş və 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş və xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunun Düyərli kəndində vəfat etmiş X55 İddiaçı anası olması faktı müəyyən edilmişdir. Yəni həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan X95 ilə vərəsələrin doğum haqqında şəhadətnamələrində qeyd edilmiş X97 eyni şəxsdir. Bu baxımdan birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olmasının iş materialları ilə müəyyən edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Kollegiya qarşılıqlı iddiaçıların mirası qəbul etməsi ilə bağlı qeyd edir ki, X66 oğlu Ələddin hələ Sarayın sağlığında və vəfatından sonra miras torpaq sahəsində yerləşən evlərdən birində yaşamışdır. İşin bu halı proses iştirakçılarının izahatları ilə təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan k-1-694 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X2 Hüseyn Abbas oğlu və X55 təsərrüfatında ailə tərkibində qeyd edilmişdir. X56 08 fevral 2000-ci ildə ölmüşdür. Ələddinin ölümündən sonra həmin evdə X30 övladları Ələddin və Ələs ilə birlikdə yaşamış və miras əmlakı qəbul etmişdir. İşin bu halı proses iştirakçılarının izahatları ilə təsdiqini tapmışdır. İlkin iddia ərizəsində iddiaçı özü də Cavabdeh3 və Cavabdeh4 miras torpaq sahəsində yerləşən evlərdən birində yaşamasını qeyd etmişdir. Həmçinin iş materiallarında olan arayışından görünür ki, Cavabdeh3 2006-cı ildə Şəmkir rayonu Düyərli 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə 2-ci sinifi bitirdikdən sonra Gəncə şəhəri 20 saylı tam orta məktəbə yerdəyişmə etmişdir. Şəmkir rayonu Düyərli kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan isə görünür ki, Şəmkir rayonu Düyərli kəndində yaşamış X95 1996-cı ildə, Sara Quliyevanın yoldaşı Hüseyn Quliyev 1969-cu ildə vəfat etmişdir. Onunla birlikdə və onun ölümündən sonra həmin mülkdə onların oğlu X56 yaşamışdır. Ələddin Abbasov 2000-ci ildə vəfat etmişdir. Ələddin Abbasovun sağlığında onun qızı X3 rayonuna ərə köçmüş, əri ilə yola getmədiyindən atası Ələddin ilə yaşamışdır. Gülnarənin iki uşağı Ələs və Ələddin həmin kənddə həmin evdə yaşayarkən anadan olmuş, babaları Ələddinin evində yaşayıb böyümüşlər və hal-hazıra kimi həmin evdə yaşamaqdadırlar. X30 06 noyabr 2015-ci il tarixdə vəfat etmişdir ki, ondan qalmış mirasın qəbul edilməsi ilə bağlı hazırda qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Abbasova Gülnarənin vəfatından sonra övladları Cavabdeh3, Cavabdeh4 və X35 mirası qəbul etmişlər. Hazırkı mülki iş Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəbul edilərkən icraatda olduğundan, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Abbasova Gülnarənin övladları, qarşılıqı iddiaçılar Cavabdeh3 və Cavabdeh4, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 X8 qalmış mirası qəbul etmələri müəyyən edilməlidir.

82. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməli və yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qızı İddiaçı və oğlu X24 qızı X11 övladları X35, X17 və X50 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsində İddiaçı 3/6 payı, X10 1/6 payı, X6 1/6 payı və X18 1/6 payının məyyən edilməli, iddia və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 saylı qətnaməsindən cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, X35, X17 və X50 tərəfindən faktiki qəbul edilmələri müəyyən edilsin. X4 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində İddiaçı 3/6 payı, X10 1/6 payı, X6 1/6 payı və X18 1/6 payı müəyyən edilsin. İlk və qarşılıqlı iddialar qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar