Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-897/2024 14.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(045)-1839/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-0167 KOD 50905018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 42 saylı qərarına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 1.77 ha torpaq sahəsi Cavabdeh, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Goranboy rayonu Kəhrizli kəndində yerləşən 1,5302 ha torpaq sahəsi Cavabdeh, X6 və X2 ümumi birgə mülkiyyətindədir;
3. Kəhrizli kənd İƏD üzrə nümayəndə, sahə qonşuları və kənd sakinləri tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Goranboy rayonu Kəhrizli kənd sakini Cavabdeh 2011-ci ildən 2021-ci ilin sonuna qədər 10 il müddətində həqiqətən ona məxsus 1,53 ha pay torpağını əkməmişdir. 2022-ci ildən etibarən isə həmin sahəni Cavabdeh özü əkib-becərir;
4. Goranboy rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 166 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən Goranboy rayonu Kəhrizli kəndində özünə məxsus 1,53 ha pay torpağını 2022ci ildən etibarən özü əkib-becərir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Kəhrizli kəndində yerləşən JN167 KOD 50805018 nömrəli (kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış) torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,53 ha torpaq sahəsinə dair 2000 (iki min) manat müqabilində Cavabdeh ilə arasındakı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpağın mülkiyyət hüququnun anasının adına keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı X6 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
7. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Goranboy rayonu Kəhrizli kəndində yerləşən 1.53 ha torpaq sahəsinə görə ödədiyi 2000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə daimi yaşadığı Füzuli şəhərindən məcburi köçkün düşərək ailə üzvləri ilə birlikdə Goranboy rayonu Kəhrizli kəndində müvəqqəti məskunlaşmışdır. 2011-ci ilin payızında kənd sakini Cavabdeh Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 42 saylı qərarı ilə verilmiş özünə və ailə üzvlərinə məxsus JN:167 KOD 50805018 nömrəli (kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış) torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgidə göstərilmiş 1,53 ha torpaq sahəsini 2000 manata ona satmışdır. Cavabdeh Goranboy rayonu Kəhrizli kəndində icra nümayəndəliyində işləyir. Cavabdeh torpağın 1,53 ha sahəsini ona satıb və ondan razılaşdırılmış məbləğdə 2000 manat pulu alan vaxt JN:167 KOD 50805018 nömrəli (kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış) torpağın mülkiyyət hüququna dair dövlət aktının əslini və dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə natura şəklində dəstək kimi verilən subsidia kartını da ona təqdim etmişdir. Hazırda həmin dövlət aktı ilə subsidia kartının surətlərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh aralarında olan şifahi razılığa əsasən notarial qaydada alğı-satqı etmək üçün ailənin digər üzvlərini notariat ofisinə gətirib torpağı onun adına rəsmiləşdirməli idi. Cavabdeh torpağın 0,24 hektarını qonşu kənd sakini Fərman adlı şəxsə satmışdır. Dəfələrlə tələb və xahiş etməyinə baxmayaraq cavabdeh bugünə kimi öhdəsinə götürdüyü, verdiyi sözə əməl etməmişdir və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpağı özü istifadə edib əkir. Bununla da cavabdeh onun hüquqlarını pozmuşdur.
9. Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(045)-1839/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddia təmin edilməmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 394, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yalnız Cavabdeh yalan izahatlarına əsasən qətnamə qəbul etmiş, məhkəmədə dindirilmiş şahidlərin həqiqi ifadələrinə isə düzgün hüquqi qiymət vermədən birtərəfli və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, özünə və uşaqlarına aid Goranboy rayon AİK-nın xx.xx.2000-ciil tarixli JN:167 KOD50805018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgidə göstərilmiş 1,53 ha torpaq sahəsini 2011-ci ilin dekabr ayında hər il 200 manata icarəyə vermişdir. Həmçinin bildirmişdir ki, iddiaçı Fizuli rayonundan məcburi köçkündür, Onlar razılaşmışlar ki, Füzuli rayonu işğaldan azad olunana kimi iddiaçı torpağı əkib becərəcəkdir. Əvvəla, 2011-ci ildə cavabdeh və onun özü haradan bilirdi ki, 10 ildən sonra torpaqlar azad olunacaq. İkincisi, 2011-ci ilin payızında alqı-satqı edilməsi ilə bağlı razılaşdığı 2000 manat bütünlüklə verilmişdir, yəni hər il üçün 200 manat ayrıca icarə haqqı olmamışdır. Həmin 2000 manat pul alqı-satqı ediləcək kimi razılığa gəldiklərindən və qızı gələndə qızlarının da razılıqlarını alıb verəcəyinə söz verdiyindən Goranboy rayon AİK-nın xx.xx.2000-ci il tarixli JN:167 KOD50805018 nömrəli (kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının əslini, subsidia kartıı da ona vermişdir. Həmçinin, torpağı ona satmaq adı ilə verəndə Cavabdeh torpağın 0,24 hektarını isə qonşu kənd sakini Fərman adlı şəxsə satmışdır. Məhkəmə 2000 manat pulun nağd şəkildə birdəfəlik verilməsində cavabdehin yalanlarına əsaslanmışdır. Mülki işi araşdırarkən birinci instansiya məhkəməsi bu halların üstündən sükutla keçimiş və heç bir hüqüqi qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, torpaq islahatı ilə əlaqədar Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 42 saylı qərarına əsasən onlara Goranboy rayonu Kəhrizli kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.77 ha torpaq sahəsi verilmişdir. Həyat yoldaşının səhhəti ilə əlaqədar torpaq sahəsini əkib becərməklə məşğul ola bilməmişdir. 2012-ci ildə Kəhrizli kəndində məktəb direktoru işləyən, Füzuli rayonundan məcburi köçkün olan İddiaçı torpaq sahəsi olmadığını, onun torpaq sahəsində əkin işləri aparmaq üçün torpaq sahəsini icarəyə götürmək istədiyini bildirmiş, Füzuli rayonu işğaldan azad olunana qədər həmin torpaq sahəsində əkin işləri aparmaq istəmişdir. Qarşılıqlı razılaşmaya əsasən onlar hər il üçün 200 manat miqdarında icarə haqqı müəyyən etmiş, bu məqsədlə torpaq sahəsinin sənədini iddiaçıya vermişdir. İddiaçı onların ailəsinə məxsus olan torpaq sahəsini 10 il əkib-becərərək gəlir və fayda götürmüş, bu 10 il üçün 2000 manat miqdarında icarə haqqı ödəmişdir. Həmin müddət bitdiyinə görə torpaq sahəsini geri almış və hal-hazırda torpaq sahəsi onların ailənin mülkiyyətində olmaqla, tam istifadə və sahibliklərindədir. 2 ildir onların ailə üzvləri mülkiyyətlərində olan torpaq sahəsini əkibbecərirlər. İddiaçı 05 yanvar 2023-cü il tarixdə ərizə ilə Goranboy rayon prokurorluğuna müraciət etmiş, bununla bağlı 04C-2023 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlar, yəni 2012-ci ildə Kəhrizli kəndində yerləşən 1.53 ha torpaq sahəsini almaq üçün Goranboy rayonu Kəhrizli kənd icra nümayəndəliyində mühasib işləyən Cavabdeh 2000 manat pul verməsi, daha sonra Cavabdeh həmin torpaq sahəsinə görə qanunsuz olaraq adına yeni çıxarış alması öz təsdiqini tapmamış və toplanmış materialda hər hansı cinayət hadisəsinin olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla hər hansı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2011-ci ildə ona müraciət edərək mübahisə predmeti olan torpaq sahəsini əkmək istədiyini bildirmişdir. O da iddiaçı ilə razılaşmışdır. İddiaçı 10 il müddətədək həmin torpaqdan istifadə etmişdir. Aralarında olan razılaşmaya əsasən, iddiaçı torpaqdan istifadəyə görə ona hər il üçün 200 manat pul vermişdir. 10 il müddətində iddiaçı torpaqdan istifadə etdiyinə görə ona 2000 manat pul verib. 2021-ci ildə iddiaçıdan torpaqdan çıxmasını tələb etmiş və bildirmişdir ki, torpaqdan özü istifadə etmək istəyir. Torpaq sahəsini özü əkib-becərməyə başlayanda iddiaçı buna etiraz etməyə başlamışdır. İddiaçıla aralarında torpaq sahəsinin alqı-satqısı barədə razılaşma olmamışdır. İddiaçıya rəsmi qaydada icarə müqaviləsi bağlamağı təklif etmiş, sonuncu isə bundan imtina edərək bir-birinə inamı olduğunu demiş və müqavilə bağlamamışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsində hər il yonca, çuğundur əkməklə torpaqdan əldə etdiyi məhsuldan gəlir götürmüşdür. Mübahisə predmeti olan torpaq sahəsinə dair Dövlət aktı iddiaçıdadır. Həmin sənədi iddiaçı özü ondan istəmişdir, o da buna etiraz etməyərək sənədi iddiaçıya vermişdir. İddiaçı torpağa mülkiyyət hüququna dair Dövlət aktını traktorçunun tələbi ilə istədiyini bildirmişdir. İddiaçı ona bildirmişdir ki. traktorçu həmin sənədə baxmaqla torpaq sahəsinin ölçüsünü bilmək istəyir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktını iddiaçıya 2011 ya da 2012-ci ildə vermişdir. Bir müddət sonra iddiaçıdan Torpağa mülkiyyət hüququna dair dövlət aktını tələb etdikdə sonuncu həmin sənədin onda olmadığını və qaytarmış olduğunu bildirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmayıb. Əgər onlar arasında torpağa dair alqı-satqı münasibətləri olsa idi, buna dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmalı idi. Belə bir müqavilə isə mövcud deyil. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
18. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.
19. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı ödənilməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, JN-0167 KOD 50905018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 42 saylı qərarına əsasən Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 1.77 ha torpaq sahəsi Cavabdeh, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0.23 ha hissəsi Cavabdeh tərəfindən başqa şəxsin adına özgəninkiləşdirilmişdir. 2011-ci ildə İddiaçı ilə Cavabdeh arasında razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən sözügedən torpaq sahəsinin 1.53 ha hissəsi faktiki olaraq İddiaçı verilmişdir. Sonuncu isə 10 il müddətində fasiləsiz olaraq həmin torpaq sahəsindən istifadə etmiş, bunun müqabilində də Cavabdeh 2000 manat pul ödəmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, həmin torpaq sahəsini 2000 manat müqabilində Cavabdeh faktiki satın almış, sonuncu alqı-satqı zamanı torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini vəd etmiş, lakin sonradan bundan imtina edərək torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Ona görə də torpaq sahəsinin alqı-satqı edilməsi məqsədilə cavabdehə verdiyi 2000 manat pulu tələb edir. Cavabdeh isə bildirir ki, torpaq sahəsini İddiaçı icarəyə vermişdir, aldığı 2000 manat pul da torpağın icarəsinə görə ödənilmiş pul vəsaitidir. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş Dövlət Aktının əsli və subsidiya kartı Cavabdeh tərəfindən İddiaçı verilmişdir.
37. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulması təsdiqlənmir və belə olduğu təqdirdə məhkəmənin öz qətnaməsilə bu hüququ müdafiə etmə zərurəti aradan qalxır. İddiaçının hüququnun pozulması təsdiqlənmədiyindən, onun iddiasını rədd etmək və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etmək qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının pozulan subyektiv hüququ, həmçinin iddiaçının zərəri yoxdur. İddiaçı 10 il ərzində Cavabdeh və övladlarına məxsus torpaq sahəsindən istifadə etmiş və bunun müqabilində sonuncuya hər il 200 manat olmaqla ödəniş etmişdir. Bunun əksini iddia edən İddiaçı isə həmin torpaq sahəsini satın aldığını bildirsə də, buna dair bir-birini tamamlayan mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, İddiaçı tərəflər arasında alğısatqı münasibətlərinin yarandığını və bu əsasla Cavabdeh nağd şəkildə birdəfəlik pul verdiyini iddia etsə də bu hal özü-özlüyündə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələbləri baxımından qanunsuzdur. Çünki, sözügedən maddəyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı iş üzrə tərəflər arasında belə bir müqavilə və həmin müqaviləyə dayanan öhdəlik mövcud deyil. Cavabdehin iddiaçıya 2000 (iki min) manat pul verməsi öhdəliyi və iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ yoxdur. Yəni, tərəflər arasında zərər vurulması, əsassız varlanma halları mövcud deyil, həmçinin öhdəliklə bağlı tərəflər arasında müqavilə mövcud deyil.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinun gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
39. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti olan pul vəsaiti daşınmaz əşya sayılan torpaq sahəsinə görə ödənilmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından bir tərəfin mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
40. İşin mübahisəsiz halıdır ki, İddiaçı tərəfindən Cavabdeh torpaq sahəsinə görə 2000 manat pul ödənilmişdir.
41. Kollegiya hesab edir ki, Cavabdeh şifahi razılaşma əsasında satdığı Goranboy rayonu Əzizbəyov kəndində yerləşən 1.53 ha torpaq sahəsini geri almış, lakin iddiaçının həmin torpaq sahəsinə görə ona ödədiyi 2000 manat pulu geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır. Tərəflər arasında həmin pulun verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır.
42. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd olunan torpaq sahəsini iddiaçıya satmaması və həmin torpaq sahəsini ona icarəyə verməsi barədə izahatını inandırıcı və səmimi hesab etmir, ona görə ki, onun izahatı əsaslı olan tələbin təmin edilməsi üçün çaşqınlıq yaratmaqdan ibarətdir.
43. Kollegiyanın qənaətinə görə, cavabdehin yuxarıda qeyd olunan torpaq sahəsinə dair 2011-ci ildə iddiaçıya torpağa mülkiyyət hüququna dair dövlət aktını verməsi və aralarında icrə müqviləsinin bağlanmaması faktı da özü-özlüyündə onun müvafiq arqumentini, yəni ona məxsus torpaq sahəsini iddiaçıya şifahi razılaşmaya əsasən satmaması və həmin torpaq sahəsini müvəqqəti icarəyə verməsi iddiasını inandırıcı hesab etməyə imkan vermir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının izahatı daha inandırıcıdır.
44. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
45. İşdən müəyyən olunur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə rüsum ödəməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 40 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
46. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan halda bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(045)-1839/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir.