Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-9/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (vəkil) X15 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2087/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun müəyyən olunması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldıraraq, mərhum X10ndan, İsmayılova Zibeydə qızından və X11 miras qalmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən fərdi yaşayış evinə və 0.45 ha torpaq sahəsinə vərəsəlik hüququnun müəyyən edilməsi və Cavabdeh adına verilmiş Seriya MH ******* seriyalı çıxarışın ləğv edilməsi haqda qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2087/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Taleh Musayev) iddia rədd edilmişdir. İddiaçıli oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2087/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. X21 onun babası, X30 atası, X22 əmisi, X23 anası, X12 nənəsi, X26 isə bibisidir. X5 və nənəsinin adına Şəmkir rayonu, Qapanlı kəndində adlarına fərdi yaşayış evləri vardır. Bu ev 1929-cu il tarixdə inşa edilmişdir. X8 tək yaşamış, onun heç bir övladı olmamış, təsərrüfatı tək olmuş və təsərrüfatını o, idarə etmişdir. Onun mülkiyyətində JN-486 saylı Torpağın mülkiyyət hüququna dair 0.45 ha torpaq sahəsi olmuşdur. X6 1993-cu il tarixdə vəfat etmişdir. X10 1991-ci il tarixdə vəfat etmiş və miras qalmış əmlakı onun sahibliyində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maraqlı şəxsin arayışından bəlli olur ki, mübahisə olunan mülklər 1929 və 1950-ci ildə inşa edilmiş tikililərdir. Qeyd olunan tarixlərdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mövcud olmamışdır. Həmçinin, məhkəmə Şəmkir Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə istinadən qərar qəbul etməsinə baxmayaraq, həmin qətnamədən apellyasiya şikayəti verməsinə əhəmiyyət verməyərək, iş üzrə icraatı dayandırmamışdır. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh nümayəndəsi (vəkil) X27 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı cavabdehin əmisi oğludur. İddiaçının həmin kənddə ayrıca təsərrüfatı olmuşdur. Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-9/2007 nömrəli qətnaməsi ilə X13 X9 və mərhum X2 miras qalmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən evə görə mirası qəbul etməsi faktının müəyyən edilməsi, X13 həmin miras mülkə vərəsə hesab edilərək mülkiyyətçi tanınması, həmin mülkə görə X17 çıxarış verilməsinin DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə tapşırılması qət edilmiş, həmin qətnamə əsasında mübahisəli mülk vərəsəlik qaydasında cavabdehin atasının mülkiyyətinə keçmiş, o da oğlu Fuada bağışlamışdır. Məhkəmənin qətnaməsini qanuni heüsab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 2087/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən nümayəndəni (vəkili) dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2087/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X34 filialında mühafizə olunan və “Şəfəq” adına kolxozun qaytalanmış torpaq kitabında X16 0.28 ha torpaq sahəsi qeyd edilmişdir. JN-486 saylı Dövlət Aktından görünür ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarı ilə X20 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 0.45 ha pay torpaq sahəsi verilmişdir. Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-9/2007 nömrəli qətnaməsindən görünür ki, X13 X9 və mərhum X2 miras qalmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən evə görə mirası qəbul etməsi faktının müəyyən edilməsi, X13 həmin miras mülkə vərəsə hesab edilərək mülkiyyətçi tanınması, həmin mülkə görə X17 çıxarış verilməsinin DƏDRX-nin Şəmkir Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X14 adına qeydiyyata alınaraq çıxarış verilmiş, həmin əmlak Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qıətnaməsi ilə X13 adına sənədləşdirilmiş və adına çıxarış verilmiş, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi əsasında həmin əmlak Cavabdeh adına özgəninkiləşdirilmiş və adına çıxarış verilmişdir. Seriya MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına qeyd edilmişdir. xx.xx.2007-ci il tarixli, 4ə-650 reyestr nömrəli müqavilədən görünür ki, X4 rayonu, Qapanlı kəndində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. Seriya MH ******* seriyalı, xx.xx.2008-ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeyd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-9/2007 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əsasın, hazırkı işin icraatı dayandırlmış və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29104)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verən İddiaçı şikayəti təmin edilməmiş, Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 9/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri mərhum X19 xx.xx.1991-ci il tarixdə, mərhum X18 isə 2003-cü ildə vəfat etməsi ilə yarandığından, mübahisəyə həm, xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları, həm də, 01 sentyabr 2000-ci ildən qüvvədə olan MMnin müddəaları tətbiq edilməlidir. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası MM-nin: 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-nin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Bu zaman ilkin olaraq nəzərə alınmalıdır ki, həmin əmlak qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçsin. Məhz miras qalmış əmlakın hüquq müəyyənedici sənədlərinin mövcudluğu həmin əmlakın mirasın aktivinə daxil olması üçün zəmin yaradır. Əks halda isə miras əmlak mirasın aktivinə daxil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu baxımdan, mirasın açılmasının əsaslarından biri kimi, mirasın açıldığı vaxt mövcud olan miras əmlakın kütləsi (miras aktivi və miras passivi) müəyyən edilməlidir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvədə olan Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-9/2007 nömrəli qətnaməsi ilə Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X13 adına özgəninkiləşdirilmiş və adına çıxarış verilmiş, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi əsasında X22 həmin əmlak Cavabdeh bağışlanmış və xx.xx.2008-ci il tarixdə sonuncunun adına çıxarış verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayin Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 9/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı X10 miras qalmış fərdi yaşayış evini nə qanun üzrə, nə də faktiki olaraq qəbul etməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbini rədd edərək, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin sübut edilməməsinə istinad etmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, miras açılarkən İddiaçı atası, X1 yerləşən öz evində ailəsi ilə birlikdə yaşamışdır.Eləcə də İddiaçı izhatında nənəsinin vəfatından sonra babasından miras qalmış evdə bibisi Əlamət İsmayılovanın tək yaşadığını, onun vəfatından sonra isə həmin evdə digər bibisi Bəsti İsmayılovanın əri Mayıl ilə birlikdə yaşamasını qeyd etsə də, onun bu dəlili də iş materiallarına əlavə edilmiş arayışlarla təkzib olunur. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2104)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi sübut olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2087/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2087/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-9/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-9/2025
13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver