Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-90/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13) qarşı iş üzrə Açar sözlər: əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13) əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-106/2024 nömrəli qətnaməsindən cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı, X9 və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, Qızlar yataqxanasının sol hissəsində yerləşən 25 kv.m torpaq sahəsində X13 tərəfindən qeyri yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi və layihənin memarlıq-planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması barədə 25 sentyabr 2014-cü il tarixli 1403 nömrəli Sərəncam verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5136 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən kafenin pəncərəsinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
4. 09.02.2024-cü il tarixdə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli qeyriyaşayış sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin ayrı- ayrılıqda pəncərəsi və giriş-çıxış qapısı olmaqla, D.Qorqud küçəsi tərəfindən girişçıxış hissəsində suvenirlərin və ətirlərin satışı aparılır, Gəncə Dövlət Universitetinin yataqxanasına tərəf olan giriş-çıxış olan hissəsində əvvəllər kafe kimi fəaliyyət göstərilsə də, hazırda hər hansı fəaliyyət göstərilmir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin Gəncə Dövlət Universitetinin yataqxanasına tərəf olan giriş-çıxış qapısının və pəncərənin qarşısında tikinti inşa edilmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5670 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəslinin (Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ) 69cu maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) 69.4-cü və 69.5.1-ci bəndlərinin tələblərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən kafenin pəncərəsinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ baxımından) tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı Fizuli Hüseynovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən kafenin texniki pasportunda qeydə alınmış 2 saylı tikilinin pəncərəsinin qarşısında inşa edilmişdir. Tikililərin giriş-çıxışa maneçilik törədibtörətməməsinin müəyyən edilməsi məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələrə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən kafe ilə Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə ara məsafəsinin 0,33m təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X4 qarşı əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X8 tərəfindən əmlakdan istifadə hüququnu məhdudlaşdıran, əmlaka giriş-çıxışa maneə yaradan inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 75,2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ƏMDK DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış verilərək onun tam xüsusi mülkiyyətinə verilmişdir. Qeyri-yaşayış sahəsinə 74252 inventar nömrəli, **********47-06301-083001 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasport verilərək tikinti barədə tam məlumat qeydə alınmışdır. Ona məxsus qeyri-yaşayış sahəsi 2 hissədən ibarətdir, hər bir hissəsinin ayrı pəncərəsi və giriş-çıxış qapısı vardır ki, hər iki hissə ayrıayrılıqda tam müstəqil şəkildə fəaliyyət göstərə bilsin. Birinci hissədə hədiyyələr-suvenirlər, ətirlər satışı aparılır və hal-hazırda işləyir, ikinci hissədə isə kafe olmuşdur və həmin kafeni cavabdeh icarəyə götürüb işlətmişdir. İşlətdiyi kafenin pəncərəsinin və qapısının önündə obyektə bitişik qanunsuz tikili aparmışdır. Onun xəbəri, məlumatı olmadan cavabdeh özbaşına qeyd olunan obyektə bitişik və işlək vəziyyətdə olan kafenin önündə tikili apararaq xüsusi mülkiyyətdə olan mülkdən sərbəst istifadə hüququnu məhdudlaşdırmışdır. Ona bu barədə xəbərdarlıq edilsə də, heç bir məhəl qoymamış, dəfələrlə polis orqanına müraciət edilsə də, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Obyektin və qanunsuz tiklinin hazırki vəziyyəti fotoşəkillərdə və videoçəkilişdə öz əksini tapmışdır.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-106/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməsi, ünvan 1 ünvanda İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş-çıxışının və pəncərəsinin qarşısında cavabdeh X8 tərəfindən inşa edilmiş tikili cavabdehin öz hesabına sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X2 alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında özbaşına tikinti işləri apararaq xüsusi mülkiyyətdən sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla, girişçıxışa maneə yaratmışdır. Təyin olunmuş tikinti-texniki ekspertizası rəyindən də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1 və 157.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-106/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, ona məхsus оlаn tikilinin iddiаçının tikilisinə hеç bir аidiyyаtı yохdur. Həmçinin, məhkəmə tərəfindən tiklilərə bахış kеçirilmiş və kеçirilmiş bахış zаmаnı dа müəyyən еdilmişdir ki, həmin tikili tərəfindən iddiаçının nə giriş-çıхışı nədə ki, hər hаnsı bir müdахilə və mаnеyə yохdur. Еkspеrtizа kеçirilən zаmаn tikilinin iddiаçının tikilisinə bitişik оlsаdа sоnrаdаn həmin bitişiklik ləğv еdilərək iddiаçının mülkiyyətində оlаn tikilidən аyrılmışdır, yəni cavabdeh tərəfindən iddiаçının əmlаkınа qəsd еdilmir. İddiаçının ona qаrşı qаldırdığı iddiа tələbi ilə bаğlı subyektiv hüququ yохdur. Məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Bеlə ki, tikiliyə dаir lаyihə sənədi işlənmiş və tоrpаq sаhəsidə Bələdiyyəyə məхsus оlаn tоrpаq sаhəsidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, üçüncü şəxs X10 məхsus оlаn tikilinin iddiаçının tikilisinə hеç bir аidiyyаtı yохdur. Həmçinin, məhkəmə kollegiyası tərəfindən tikililərə yerində bахış kеçirilmiş və kеçirilmiş bахış zаmаnı dа müəyyən еdilmişdir ki, həmin tikili tərəfindən iddiаçının nə giriş-çıхışı nədə ki, hər hаnsı bir müdахilə və mаnеyə yохdur. Hazırda tikilinin iddiаçının tikilisinə bitişik оlan hissəsi sökülmüş, iddiаçının mülkiyyətində оlаn tikilidən аyrılmışdır, hazırda cavabdeh və üçüncü şəxs tərəfindən iddiаçının əmlаkınа qəsd еdilmir. İddiaçının obyektinə maneə yoxdur. İddiаçının ona qаrşı qаldırdığı iddiа tələbi əsassızdır. Orada üçüncü şəxs X10 qanunamüvafiq qaydada sərəncam verilmiş və lahiyə sənədləri pazılaşdırılmaqla təsdiq edilmişdir. Həmin sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmin tikili əvvəllər cavabdeh tərəfindən istifadə olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, hazırda tikilinin iddiаçının tikilisinə bitişik оlan hissəsi pəncərə tərəfdən qismən sökülmüş, iddiаçının mülkiyyətində оlаn tikilidən аyrılmışdır. Hazırda mübahisənin tərəflər arasında həllinə iddiaçı tərəf razı deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, üçüncü şəxs X10 məхsus оlаn tikilinin hazırda iddiаçının tikilisinə hеç bir аidiyyаtı yохdur. Həmin tiklilərə yerində bахış kеçirilmiş və kеçirilmiş bахış zаmаnı dа müəyyən еdilmişdir ki, həmin tikili iddiаçının giriş-çıхışına və ya, hər hаnsı bir başqa müdахilə və mаnеyə yохdur. Hazırda tikilinin iddiаçının tikilisinə bitişik оlan hissəsi sökülmüş, iddiаçının mülkiyyətində оlаn tikilidən аyrılmışdır. Orada üçüncü şəxs X1 verilmiş və lahiyə sənədləri pazılaşdırılmaqla təsdiq edilmişdir. İddiаçının ona qаrşı qаldırdığı iddiа tələbi əsassızdır. Həmi tikili əvvəllər onun tərəfindən istifadə olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. İş üzrə İddiaçı, cavabdeh X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı və cavabdeh nümayəndə və vəkili ilə təmsil olunmuşlar. Üçüncü şəxs X13 isə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
20. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
30. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
31. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
32. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
33. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
34. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.
35. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
36. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müyyən olunur.
37. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
38. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
39. Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2914-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”
40. 5-ci bənd: Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır.
41. 6-cı bənd: Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir.
42. 9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
50. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
54. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
56. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
57. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
58. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
61. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
63. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
64. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47-06301-083001 reyestr nömrəli çıxarışı ilə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, Qızlar yataqxanasının sol hissəsində yerləşən 25 kv.m torpaq sahəsində X13 tərəfindən qeyri yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi və layihənin memarlıq-planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması barədə 25 sentyabr 2014-cü il tarixli 1403 nömrəli Sərəncam verilmişdir. Hazırda isə 25 kv.m torpaq sahəsi olan qeyriyaşayış sahəsi üçüncü şəxsə məxsusdur.
65. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
66. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması zəruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
67. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
68. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
69. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən əmlakın yeganə mülkiyyətçisidir və bu daşınmaz əmlakla bağlı iddia verməyə subyektiv hüququ vardır.
70. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
71. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
72. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
73. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan qeyri yaşayış sahəsinin qarşısında özbaşına tikinti işləri apararaq xüsusi mülkiyyətdən sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla, girişçıxışa maneə yaratmışdır. Təyin olunmuş tikinti-texniki ekspertizası rəyindən də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
74. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
75. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakın istifadəsinə maneənin yaradılması müəyyən edilməmişdir.
76. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2024-cü il tarixli, 10/5670 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəslinin (Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ) 69-cu maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) 69.4-cü və 69.5.1-ci bəndlərinin tələblərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən kafenin pəncərəsinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ baxımından) tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı Fizuli Hüseynovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən kafenin texniki pasportunda qeydə alınmış 2 saylı tikilinin pəncərəsinin qarşısında inşa edilmişdir. Tikililərin giriş-çıxışa maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələrə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən kafeilə Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə ara məsafəsinin 0,33m təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.
77. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən, ekspertizanın məqsədi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
78. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
79. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
80. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
81. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
82. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya baxışı zamanı alınmış rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir.
83. Eyni zamanda, ekspert rəyinin təsviri hissəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən kafenin pəncərəsinin qarşısında X8 tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus əmlakın giriş-çıxış qapısının kənarında inşa olunduğu (giriş-çıxış qapısının qarşısında inşa edilməmişdir) müəyyən edilmişdir.
84. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi ünvan 3 ünvanında Qızlar yataqxanasının sol hissəsində yerləşir. Baxış keçirilən zaman müəyyən olundu ki, X7 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasportda göstərilən 2 saylı tikilinin pəncərə boşluğundan 0.33 m ara məsafəsində hündürlüyü 2,4 metr, ümumi sahəsi 11,6 kv.m olan iki ədəd tikilinin inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh X8 həmin tikilinin üşüncü şəxs tərəfindən inşa edildiyini, oranı əvvəllər satış ambarı kimi istifadə etdiyini bildirmişdir. ünvan 3 ünvanında yerləşən kafenin pəncərəsinin qarşısında inşa edilmiş tikili iddiaçıya məxsus əmlakın giriş-çıxış qapısının kənarında inşa olduğu (giriş-çıxış qapısının qarşısında inşa edilməmişdir) müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman, sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, tikililərin planı yerləşməsi tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin, Gəncə şəhəri Dədə Qorqud küçəsi Qızlar yataqxanasının sol hissəsində yerləşən 25 kv.m torpaq sahəsində X13 tərəfindən qeyri-yaşayış sahəsinin planı və vəziyyətinə dair layihə tərtib edilmiş və həmin layihə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır. Eyni zamanda, həmin tikililərin foto şəkilləri mülki işə əlavə edilməsi üçün çəkilmişdir.
85. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikili iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırsa da onun qeyri-yaşayış sahəsinin giriş-çıxışına, öz sahəsindən istifadəsinə maneçilik törətmədiyindən, mübahisəli tikilinin iddiaçıya məxsus pəncərə boşluğundan 0.33 metr ara məsafəsində olduğundan və iddiaçının hüququnu əhəmiyyətli dərəcədə pozmadığından belə pozuntu əhəmiyyətsiz dərəcədə pozuntu hesab edilməli və qonşu belə təsirə dözməlidir.
86. İddiaçı cavabdeh tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik tikili tikməsi və qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunda məhduddiyyətlərin yaradılaraq istifadə hüququnun kobud surətdə pozulmasını bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
88. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
89. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
90. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı, X9 və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, Qızlar yataqxanasının sol hissəsində yerləşən 25 kv.m torpaq sahəsində X13 tərəfindən qeyri yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi və layihənin memarlıq-planlaşdırma bölməsini Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması barədə 25 sentyabr 2014cü il tarixli 1403 nömrəli Sərəncam verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan üçüncü şəxs X11 məxsus həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
91. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
93. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
94. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
95. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
96. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
97. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
98. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
100. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
101. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
102. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
103. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu özünə aid edilməli, 150 manat ekspertiza xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
104. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-106/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X4 qarşı əmlakdan istifadə hüququnu məhdudlaşdıran qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 150 (bir yüz əlli) manat pul İddiaçı tululub SAP (XİİS), X6, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.