Məhkəmə qərarları › İş №2(104)-908/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-908/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-908/2025 23.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)- 33/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-33/2025 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə **********00020 kodlu abonentə hesablanmış 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 40,32 AZN (qırx manat-32 qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X10 idarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00020 olmaqla, 16 fevral 2024-cü il tarixli XS-45- 00157/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilə ərizəyə əlavə edilir). İddiaçı İB-nin Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsi tərəfindən abonent A.Sadıxovanın mənzilində 10265215 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) borcu yaranmışdır (abonentin saldosu əlavə edilir). Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.1-ci bəndinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən, müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın 3.2.1ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(040)-1021/2024 saylı qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassızdır. Belə ki, Cavabdeh İddiaçı Tərtər X10 İdarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00020 olmaqla, xx.xx.2024-cü il, XS-45-00157/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilə ərizəyə əlavə edilir). İddiaçı İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Mingəçevir xidmət sahəsi tərəfindən Cavabdeh mənzilinə 10265215 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 2032.18 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh ödəniş etsə də, hər ay istifadə etdiyi təbii qaza görə borcdan çox az ödəniş etmişdir ki, bu da hər ay borcun artmasına gəririb çıxarmışdır. İllərlə yığılmış borc artaraq 2032.18 manat olmuşdur. Abonent aktiv olub, yəni hər ay qazdan istifadə edib az miqdarda ödəniş edib. Qətnamədə qeyd olunan abonentin 2010-cu ilin oktyabr ayından hesablandığı və borcun tələb olunmadığı əsas gətirərək iddia müddətinin ötürüldüyü qənaitinə gəlib, lakin 2010-cu ildən 2016-cı il qədər məcburi köçkünlərin istifadə etdikləri qaz borcları dövlət tərəfindən ödənilib və 2017-ci ildən kommunal borclarla bağlı ödənişlər məcburi köçkünlərin kartlarına yönləndirilmişdir. Cavabdehdən borcun ödənilməsi tələb olunmuşdur, hətta qaz idarəsinin əməkdaşları qaz təminatının dayandırılmasını həyata keçirilməsnii istəsələr də, mühüm əhəmiyyətli obyektin təmin olunduğu qaz kəmərinin üzərində olduğu üçün mümkün olmamışdır. Abonent də bundan istifadə edib qaza olan borcunu tam ödəməkdən imtina etmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi qərar düzgün deyil, çünki abonent aktiv olub, qazdan istifadə edib az da olsa ödəniş həyata keçirib və digər tərəfdən iddia qaldırılan vaxtdan əvəlki üç il müddətin məbləğinin silinməsi də doğru deyil və qəbul edilməzdir. Bu cür qərarların verilməsi İddiaçı maliyyə imkanlarına mənfi təsir göstərir. Birinci instansiya məhkəməsinin çıxardığı qərar əsassızdır Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-33/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2024-cü il tarixdə XS-45-00157/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”-dən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, **********00020 nömrəli abonent Cavabdeh 26 iyul 2017-ci il tarixdə quraşdırılmış “Elster G-4T Diafraqma” markalı 10265215 nömrəli sayğac üzrə 2010-cu ilin sentyabr ayından 2024-cü ilin mart ayının sonuna qazdan istifadəyə görə cəmi 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi qərara alınmış, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriya şəxslərin istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən hər bir adam üçün nəzərdə tutulmuş limit həddində təbii qazın dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilməsi nəzərdə tutulmuşdur. Müəyyən olunmuş limitdən artıq sərf olunmuş təbii qazın dəyəri isə istehlakçı tərəfindən ödənilməli idi. İşdəki abonentin saldosundan görünür ki, cavabdeh 2010-cu ildə evində qaz sayğacı quraşdırıldığı vaxtdan başlayaraq mütəmadi olaraq müəyyən olunmuş limitdən artıq təbii qazdan istifadə etmiş olsa da, limitdən artıq sərf olunmuş qazın dəyərini ümumiyyətlə ödəməmiş, ona görə də yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə1 ərizə təqdim edərək iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı cavabdehə hesablanmış 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun yaranma əsaslarını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddia ərizəsində abonentə hesablanmış cəmi 2032,18 AZN (iki min otuz iki manat-18 qəpik) debitor borcun 2022-ci ildən yarandığını göstərsə də, iddia ərizəsinə əlavə edilmiş və abonentlə bağlı aparılmış mühasibatlıq məlumatlarını əks etdirən abonent saldosunda hazırki iddia üzrə cavabdeh abonentə hesablanmış debitor borcun 2010-cu ilin oktyabr ayından hesablandığı görünür. Mülki Məcəllənin 373.3-cü maddəsindən görünür ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iddia ərizəsi 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur; cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda abonentin 2021-ci ilin sentyabr ayınadək mövcud ola biləcək borcuna görə də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İddia ərizəsindən və işə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh sayğacın quraşdırıldığı vaxtdan təbii qazdan istifadə edir, sonuncu dəfə onunla xx.xx.2024-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış və həmin müqavilədən göründüyü kimi cavabdehin yaşadığı evdə istifadə olunan 3 ədəd qaz qurğusu olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki cavabdeh X1 rayonundan olan məcburi köçkün olmaqla Mingəçevir şəhəri ərazisində yaşayır və X12 Sahəsinin xidmət dairəsində olan təbii qaz sayğacından yaşadığı evdə 2010-cu ildən istifadə edir. Məcburi köçkün olduğuna görə müəyyən olunmuş limit həddində istifadə etdiyi təbii qazın dəyəri dövlət tərəfindən ödənilmiş, Azərbaycan Respublikası Prezidentinin Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. İş materiallarındakı abonent saldosundan göründüyü kimi cavabdeh 2017-ci ilin əvvəlindən təbii qazdan istifadə etmiş olsa da, istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmiş, nəticədə onun 2032,18 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, göstərilənlərin nəticəsində onun sayğac üzrə 2032,18 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Hazırki halda iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən cavabdehdən 2019-cu ilin sentyabr ayından başlayaraq 5 il üzrə istifadə etdiyi təbii qazın əvəzi olaraq 1376,62 manat (2032,18 – 655,56 = 1376,62 manat) borc tutularaq iddiaçıya verilməlidir. İddiaçı təşkilat iddia qaldırarkən 40,32 manat dövlət rüsumu ödədiyindən və həmin tələb qismən təmin edildiyindən, tələbə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 33,76 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçı təşkilata verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, işin məhkəmə iclasında müəyyən olunmuş halları üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(040)-33/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh istifadə olunmuş təbii qaza görə yaranmış 1376,62 manat borc və ödənilmiş 33,76 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı hesablaşma hesabına ödənilsin. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar