Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-91/2024 16.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Şəmkir rayon 1 nömrəli Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı ilkin iddiasına dair, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: çıxarışın ləğv olunması, mirasın qəbul olunması, torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh və Şəmkir rayon 1 nömrəli Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı çıxarışın ləğv olunması, mirasın qəbul edilməsi faktının, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması və mirasa əmlaka vərəsə tanınması tələbinə dair ilk iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2802/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29.03.2022-ci il tarixli, AZ-İİ seriyalı, 269849 nömrəli ölüm haqqında şəhdatnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
2. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Şəmkir rayon Notariat konturu xx.xx.2017-ci il tarixli, 510 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, 684 saylı vərəsəlik işi açılmış mərhum X4 vərəsəsi ilkin olaraq Cavabdeh müəyyənləşdirilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi Şəmkir Bələdiyyəsinin mülkiyyətindədir.
4. xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi satıcı Şəmkir Bələdiyyəsi tərəfindən alıcı Cavabdeh 840 manata satılmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, **********6 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2676/2023 nömrəli qərardadı ilə, İddiaçı qızının cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-795/2023 nömrəli qərardadı ilə, apellyasiya şikayətinin təmin edilməməsi, X2 xx.xx.2023-cü il tarixli, 2-1(114)-2676/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-980/2024 nömrəli qərardadı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-795/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh və Şəmkir rayon 1 nömrəli Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X7 atasından miras qalmış Şəmkir şəhəri, Natəvan keçəsi ev 91 ünvanında yerləşən evinə dair, qardaşı Cavabdeh vermiş olduğu öz pay hüququnun bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi, həmin payın vərəsə olaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən yaşayış evi mərhum qaynatası X4 qanuni əsaslarla xüsusi mülkiyyətində olan, adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçən Çıxarış əsasında yaşayış evi olmuşdur. Daha sonra qayınatası vəfat etdikdən sonra ona qanuni əsaslarla məxsus olan bir sıra əmlaklar, o cümlədən hazırda mübahisələndirilən Azərbaycan Respublikası ünvan 4 ünvanda yerləşən yaşayış evi qayınatasının vərəsələrinə, yəni övladlarına miras qalmışdır. Bundan sonra vərəsələr, yəni övladlar arasında pay bölgüsü əsasında, mərhum əri X7 aid pay hissəsində razılaşma olaraq, onun pay hüququnun vahid şəxsə verilməsi, həmin hüququn verilməsi nəticəsində, miras əmlakın vahid şəkildə idarə olunaraq, bir adamın adına qeydiyyatdan keçməsi, onun əvəzində hüququ verilmiş şəxsin həmin əmlakdan pay hüququnu, naturada və ya pul şəkilində qeri almaq imkanı əldə etməsi müəyyən edilmişdir. Bu həmin əmlakın satışı nəticəsində və ya vahid şəkildə bir şəxsin adına keçən vərəsə tərəfindən verilmiş hüququn əvəzində verilən pul şəklində müəyyən olunurdu. Ancaq həyat yoldaşı öz pay hüququnu qardaşına verdikdən sonra dəfələrlə ondan, vahid miras əmlaka olan pay hüququnu pul şəklində, qardaşından tələb etsə də, qardaşı bundan imtina etmiş, onu dəfələrlə aldatmışdır. Daha sonra dəfələrlə yenə əri öz ata payından pay hüququnu tələb etsə də, yenə qardaşı bundan imtina etmiş, əri bu haqsızlıqlara tab gətirə bilməyərək, vəfat etmişdir. Mərhum ərinin sağlığında öz ailəsinə dəfələrlə, ona bir şey olarsa, atasından qalan miras əmlaka olan payından əl çəkməməyi, qardaşından aldatma nəticəsində əldə etdiyi miras əmlakı ondan geri almağı, hər vəchlə bütün imkanlarla hüququnun bərpa olunmasına nail olmağı onlardan xahiş etmişdir. Hal-hazırda mərhum ərinin qanuni vərəsəsi olaraq, ona qarşı olmuş haqsızlıqları, bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Odur ki, mərhum əri X7 atasından miras qalmış Şəmkir şəhəri Natəvan küçəsi ev-91 ünvanında yerləşən yaşayış evinə dair qardaşı Cavabdeh vermiş olduğu öz pay hüququnun bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi, həmin payın hazırda vərəsə olaraq ona İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlk iddia üzrə İddiaçı iddia həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə verərək, Şəmkir rayon Notariat Kontorunda xx.xx.2017-ci ildə mərhum X3 qalan miras əmlaka görə tərtib olunmuş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını, Cavabdeh adına üçüncü şəxs Şəmkir 11 saylı Ərazi İdarəsi tərəfindən 28 fevral 2018-ci ildə tərtib edilmiş Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlakın mərhum X10 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, mərhum X3 qalan miras əmlaka onun və yetkinlik yaşına çatmamış övladları - X8, X11 və X5 qanun üzrə vərəsə tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X8, X12 və X13 ilə birlikdə ona məxsus olan Şəmkir şəhəri, Natəvan keçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı mərhum qardaşı X6 arvadıdır. Hazırda, İddiaçı ona qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. İlk iddiaçının ona qarşı mübahisələndirdiyi Şəmkir şəhəri Natəvan küçəsi ev- 91 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası Bəşir Musayevdən miras qalmışdır. Onlar həmin əmlakı vərəsə olaraq qəbul etmişlər və digər vərəsələrin ümumi razılığı əsasında miras əmlak onun adına rəsmiləşdirilmişdir. Miras əmlak isə əvəzsiz qaydada əldə edilmiş əmlak olduğuna görə həmin əmlakın bağışlanması zamanı digər şəxslərin razılığı tələb olunmamışdır. Hazırda cavabdeh qanuni əsaslarla ona məxsus olan evdə yaşamaqdadır. Lakin, cavabdehin ona məxsus olan evdə yaşaması onun öz evindən sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırır. Odur ki, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X8, X11 və X13 ilə birlikdə ona məxsus olan Şəmkir şəhəri Natəvan küçəsi ev-91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(076)-2802/2022 nömrəli qərardadı ilə, Şəmkir rayon 1 nömrəli Notariat ofisi cavabdeh qismində cəlb edilmişdir.
15. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(076)-2802/2022 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
16. Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(076)-2802/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), ilk iddianın təmin edilməməsi, ilk İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı Şəmkir rayon Notariat Kontorunda xx.xx.2017-ci ildə mərhum X3 qalan miras əmlaka görə tərtib olunmuş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, Cavabdeh adına 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 28 fevral 2018-ci ildə tərtib edilmiş Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlakın mərhum X10 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, mərhum X3 qalan miras əmlaka İddiaçı və yetkinlik yaşına çatmamış övladları X8, X11 və X5 qanun üzrə vərəsə tanınmaqları tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X8, X11 və X13 ilə birlikdə Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evindən çıxarılması, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ödənilməsi qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.5 və 157.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 227, və 357-360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(076)-2802/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evinin hüquqi vəziyyəti barədə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Şəmkir Bələdiyyəsinin mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli, 4Ə-251 reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 8 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsini Cavabdeh satmışdır və hazırda Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, mübahisələndirilən həmin torpaq sahəsi və ev mirasın kütləsinə aid deyildir. Belə ki, 0.08 ha həyətyanı torpaq sahəsi Şəmkir Bələdiyyəsinin mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixli, 4Ə-251 reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 8 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsini Cavabdeh satmışdır. X9 şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı tərəf alqi-satqı müqaviləsini və çıxarışı inzibati qaydada mübahisələndirmiş iddiası mümkün sayılmamışdır. Hımin qərardad hazırda qüvvədədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İş üzrə ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh və Şəmkir rayon 1 nömrəli Notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
25. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
26. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
42. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
43. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
44. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
46. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
47. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
48. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
49. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
50. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
61. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
66. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2802/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Beləliklə, işin halları ondan ibarətdir ki, mübahisə predmeti olan Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evinin hüquqi vəziyyəti barədə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Şəmkir Bələdiyyəsinin mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli, 4Ə-251 reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 8 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsini Cavabdeh satmışdır və hazırda Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəmkir şəhəri Natəvan küçəsi 91 saylı ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 399.1 kv.m fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.
69. Məhkəmə kollegiyası göstərir ki, birinci növbədə ilk iddia tələbinə hüquqi qiymət verilməlidir.
70. Belə ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyriəmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
71. Məkhəmə ilkin iddia tələbinin vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsini araşadıran zaman müəyyən etmişdir ki, sözügedən etibarsızlığı tələb olunan əqd, yəni vərəsəlik şəhadətnaməsi mövcud deyildir. Belə ki, işdə olan notariat işindən də görünür ki, tərəflər notariusa müraciət etsələr də, vərəsəlik işi açılmış lakin natamam qalmış, beləliklə də vərəsəlik şəhadətnaməsi verilməmişdir. Həmçinin iddiaçı özü də həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da, mübahisələndirilən əqdin etibarsız sayılması üçüln qanuni əsas yoxdur. Ümumiyyətlə, iddiaçı tərəf əqdin etibarsızlığını tələb etsə də iddia tələbində əqdin etibarsız hesab olunmasına əsas olan hər hansı bir dəlillərə istinad etməmişdir.
72. Qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
73. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddia tələbinin – vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılmasına, miras əmlakın mərhun X10 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına mərhum X3 qalan miras əmlaka ilk iddia üzrə iddaçı və uşaqlarının qanun üzrə vərəsə tanınmalarına dair hissələrin iddianı təmin etməmişdir.
74. Məkhəmə kollegiyası qeyd edir ki, ilk iddianın mübahisəli əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair hissəsində mübahisəli əmlaka dair reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymət verilməlidir.
75. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.
76. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
77. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, ilk iddia üzrə iddiaçı tərəfindən həmin ehtimalların əksi iddia və sübut oluna bilər ki, sonuncu tərəfindən isə bununla bağlı dövlət reyestrinin həqiqiliyini şübhə altına alacaq hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir.
78. Eyni zamanda, hazırki iş üzrə ilk İddiaçı inzibati icraat qaydasında cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddia qaldırmış və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2676/2023 nömrəli qərardadı ilə, İddiaçı qızının cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır.
79. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-795/2023 nömrəli qərardadı ilə, apellyasiya şikayətinin təmin edilməməsi, X2 xx.xx.2023-cü il tarixli, 2-1(114)-2676/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır.
80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-980/2024 nömrəli qərardadı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-795/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmamışdır.
81. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən mübahisəli əmlakın əldə edilməsi üçün Şəmkir Bələdiyyəsi ilə arasında bağladığı alqı-satqı müqaviləsi ləğv edilməmiş və əmlakın daşınmaz əmlakın dövlət reyestrində qanuni əsaslarla qeydə alınması müəyyən edilmişdir.
82. Eyni zamanda Məhkəmə Kollegiyasının iclasında işin halları araşdırılarkən bir daha müəyyən edilmişdir ki, mübahisələndirilən 0,08 ha torpaq sahəsi və ev mirasın kütləsinə aid deyildir.
83. Bundan əlavə, ilk iddia üzrə cavabdeh Yaqub Bəşirov mübahisəli torpaq sahəsinin və evin mülkiyyətçisidir, onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
84. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
85. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
86. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
87. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələri).
88. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbini təmin etməklə haqlı nəticəyə gəlmişdir.
89. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ilk iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, ilk iddia üzrə iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
90. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
91. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
92. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
95. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
96. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
97. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
98. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2802/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.