Məhkəmə qərarları › İş №2(104)-917/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-917/2025

24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-917/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X14 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 hüquqi varisi X4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı1 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə, üçüncü şəxslər X27 Xidmət Mərkəzi Notariat Ofisi və qeyrisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1869 saylı arayışdan görünür ki, X15 ilə X5 xx.xx.1964-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Nikahdan sonra arvada «Məmmədova» soyadı verilmişdir.

2. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1755 saylı arayışdan görünür ki, X15 xx.xx.1987-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır.

3. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1753 və 1754 saylı arayışlardan görünür ki, İddiaçı2 xx.xx.1957-ci il tarixdə, X9 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X2, anaları isə X3r.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli, 2V-3-2026 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X10 vərəsələri arvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. Miras əmlak isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evindən və tikililərdən ibarətdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur.

6. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 816 saylı arayışdan görünür ki, İddiaçı1 və mərhum İddiaçı2 barələrində ondan ötəri verilmişdir ki, onlar həqiqətən mərhum X1 vəfatından sonra atalarından miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakda mütəmadi olaraq yaşamaqla, miras əmlakın saxlanılmasında qorunmasında və idarə olunmasında fəal iştirak etmişlər.

7. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı2 xx.xx.2024-cü ildə vəfat etmişdir.

8. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında Şəhadətnamə”dən görünür ki, mərhum İddiaçı2 X4 atasıdır.

9. Məhkəmə kollegiyasının sorğusu əsasında Tovuz Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən əldə edilmiş xx.xx.2012-ci il tarixli, 2V-3-2026 reyestr nömrəli vərəsəlik işi kollegiya tərəfindən tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs X27 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V-3 -2026 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların hər biri X15 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuşlar. Ataları xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak olaraq ünvan 4 ünvanında yaşayan ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi qalmışdır. Hazırda həmin evdə cavabdehlər yaşayır. Atasının ölümü zamanı bütün dəfn xərcini onlar çəkmiş və miras əmlakın qorunub saxlanılmasında iştirak etmişlər. Yaxın günlərdə cavabdehlərə müraciət edərək mərhum atalarından miras qalmış torpaq sahəsində ev tikdirmək niyyətlərinin olmasını bildirmişlər. Bu zaman onlara məlum olmuşdur ki, miras əmlaka dair cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə almış və əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz adlarına qeydə aldırmışlar. Halbuki, miras əmlak onlar tərəfindən də, faktik olaraq qəbul edilmişdir. Həmçinin miras əmlakdan imtina etməmişlər. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

12. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev) iddiaçılar İddiaçı1 və qeyrisinin cavabdehlər Cavabdeh1 və qeyrisinə, üçüncü şəxslər X27 Xidmət Mərkəzi Notariat Ofisinə və qeyrisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar yalnız vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir və məhkəmə tərəfindən onlara hazırlıq iclasında tələbin dəqiqləşdirilməsi təklif edilib miras əmlakdan payların müəyyən edilməsinin də, xahiş edilməli olması bildirilsə də, onlar iddia tələbində dəqiqləşmə aparmamış, məhz verdikləri iddia tələbi üzrə işə baxılmasını xahiş etmişlər. Məhkəmə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq verilən tələb üzrə iddiaya baxmağa davam etmişdir. Miras əmlakın mövcud olub-olmaması üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu verilmişdir. Alınmış cavab məktubu üzrə müəyyən edilmişdir ki, tərəflərin mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. Buna əsas isə cavabdehlər ilə bank arasında yaranmış ipoteka münasibətləri üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-498 saylı icra vərəqəsi olmuşdur. Yəni miras əmlak cavabdehlər tərəfindən ipoteka ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, lakin onlar müqavilə öhdəliklərini tam icra etmədiyi üçün ipoteka saxlayan məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş hüquqlarını bərpa etmişdir. Nəticədə isə ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə keçmişdir. Bütün sadalananları sistemli təhlil edən məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən miras əmlak artıq mövcud olmadığından, yəni, qanuni əsaslarla bankın mülkiyyətinə keçdiyindən mövcud durumda iddianın təmin edilməsindən söhbət gedə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 532, və 552-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 16.1 və 106.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 03 oktyabr 2012-ci il tarixli 2V-3-2026 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməklə etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən iddiaçılara, tələbin dəqiqləşdirilməsi təklif edilib miras əmlakdan payların müəyyən edilməsinin də, xahiş edilməli olması bildirilsə də, onlar iddia tələbinə dəqiqləşmə aparmamış və mülki işə yalnız iddia tələbi daxilində baxılmasını xahiş etmişlər. Belə olan halda "xxxx" ASC mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilə bilməzdi. Çünki mərhum X1 "xxxx" ASC adında övladı və vərəsəsi yoxdur. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, miras əmlak artıq mövcud olmadığından iddianın təmin edilməsi istisna edilir, yəni iddianın təmin edilməsi iddiaçılara miras əmlakdan payın verilməsi halına gətirib çıxarmayacaqdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, ataları X16 13 noyabr 1987-ci il tarixdə vəfat etdikdə onun dəfn və qəbirüstü abidəsinin xərclərini onlar çəkmiş və həmin vaxtdan bu günədək də, həmin miras əmlakın idarə olunmasında iştirak etməklə onlara X2ndan miras qalmış ünvan 3 ünvanında 0,0965 ha torpaq sahəsinin üzərində yerləşən ümumisahəsi 230,9 kv.metr olan fərdi yaşayış evinə, tikiliyə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirirmişlər. Çünki onlar demək olar ki, hər gün atalarıdan miras qalmış evə gedib-gəlmiş, yəni həmin əmlaka sahiblik etməklə qeyd olunan əmlakdan istifadə etmişlər. Bütün bunların sübutu olaraq qeyd etmişlər ki, hazırkı mülki iş üzrə məhkəmə prosesi yekunlaşdıqdan sonra iddiaçılardan biri olan qardaşı İddiaçı2 ürək çatışmamazlığından vəfat etmiş və onun bütün yas mərasimləri mübahisə olunan miras əmlakda təşkil edilmişdir. Bundan başqa, cavabdehlər anaları Cavabdeh1 və qardaşıları Cavabdeh2 hansı yollarlasa ataları X7 miras qalmış ünvan 3 ünvanında 0,0965 ha torpaq sahəsinin üzərində yerləşən ümumisahəsi 230, 9 kv.metr olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə alaraq həmin miras mülkə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. İşin bu halını mülki işə Tovuz Rayon Məhkəməsində baxılarkən mülki iş üzrə cavabdeh qardaşı Cavabdeh2 da öz izahatında etiraf etmişdir. Lakin məhkəmə bu hala fərqli mövqedən yanaşaraq qeyd etmişdir ki, bu etiraf başqa şəxslərin hüququnu pozduğu üçün məhkəmə tərəfindən qəbul edilməməlidir və bu halda cavabdeh tərəfin hüquqdan sui istifadə etməyə çalışması kimi qiymətləndirilməlidir. Bununla da, Tovuz Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə Tovuz Rayon Məhkəməsinin qətnaməsinin mətninə nəzər yetirdikdə belə bir mənzərə yaranır ki, Tovuz Rayon Məhkəməsi yalnız "xxxx" ASC-nin maraqlarını müdafiə etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, hazırkı mübahisənin predmeti X7 miras qalmış əmlak və həmin əmlaka dair qanunsuz əsaslarla əldə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. Məhkəmə tərəfindən isə işin bu halına don geyindirilərək Mülki Məcəllənin 106.4-cü maddəsinə istinad edilmişdir. Yəni tətbiq edilməli olan hüquq norması deyil tətbiq edilməli olmayan hüquq norması tətbiq edilmişdir. Çünki ən Ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin İ və Vİİ bəndlərində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır və Dövlət vərəsəlik hüququna təminat verir. Bundan əlavə Tovuz Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, qardaşı Cavabdeh2 qeyd olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ataları X7 miras qalmış Tovuz rayonu Qovlar şəhəri 28 may küçəsiev 9 ünvanında 0,0965 ha torpaq sahəsinin üzərində yerləşən ümumisahəsi 230, 9 kv.metr olan fərdi yaşayış evini banka girov qoyaraq kredit götürmüşdür. X1 vəfatından sonra iddiaçılar da, ataları X7 miras qalmış miras əmlakı birinci dərəcəli vərəsə kimi faktiki olaraq qəbul etmişlər. Mərhum ataları X16 heç bir uşağına və ya digər şəxsə vəsiyyətnamə verməmişdir. Göründüyü kimi, anaları Cavabdeh1 və qardaşları Cavabdeh2 adına verilmiş 2V-3- 2026 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə onlar həm Azərbaycan Respublikası Konstitutsiyası ilə həm də, Azərbaycan Respublikası Mülki Qanunvericiliyi ilə qorunan vərəsəlik hüquqlarını pozur. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(062)-2541/2024 saylı qətnaməsi bir mənalı olaraq tam ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 03 oktyabr 2012-ci il tarixli 2V-3-2026 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməklə etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, atası 1987ci ildə vəfat etmişdir. Qardaşı onlardan xəbərsiz mülkə çıxarış alıb evi banka girov qoymuşdur. Səriyyə anasıdır. O, 1992-ci ildə ailə həyatı qurub Şəmkir şəhərinə köçmüşdür. 1987-ci ildə o, Qovlarda yaşayırdı. Qardaşı Ramin evi girov qoyması barədə bu yaxınlarda məlumat vermişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 hüquqi varisi X13 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mərhum babasından qalmış ev çox köhnə olmuşdur. Həmin evi mərhum atası təmir etdirmişdir. Çünki ailədə yeganə gəlir gətirən onun mərhum atası olmuşdur. Nənəsi əqli xəstədir, ona aid hissəni də, banka girov qoymuşdur. Babası 38 ildir ki, vəfat etmişdir. Hazırda babasından qalan mülk əldən çıxdığı üçün iddia qaldırmışlar. Atası 1989-cu ildə ailə qurmuşdur.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X20 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli ev hazırda Bankın mülkiyyətindədir. Evin boşaldılmasına dair məhkəmədə iddiaları vardır.

21. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

24. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

25. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

26. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

27. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

28. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

32. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən əldə olunmuş məlumatdan görünür ki, tərəflərin mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. Buna əsas isə cavabdehlər ilə bank arasında yaranmış ipoteka münasibətləri üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-498 saylı icra vərəqəsi olmuşdur. Yəni miras əmlak cavabdehlər tərəfindən ipoteka ilə "xxxx" ASCnin xeyrinə yüklü edilmiş, lakin onlar müqavilə öhdəliklərini tam icra etmədiyi üçün ipotekasaxlayan məhkəmə müdafiəsi hüququndan istifadə etməklə pozulmuş hüquqlarını bərpa etmişdir. Nəticədə isə ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X20 bildirmişdir ki, mübahisəli ev hazırda Bankın mülkiyyətindədir. Evin boşaldılmasına dair məhkəmədə iddiaları vardır. Mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən miras əmlak artıq mövcud deyildir.

47. Apellyasiya şikayətinin Cavabdeh2 öz izahatında iddianı etiraf etməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi etirafı başqa şəxslərin hüququnu pozduğu üçün məhkəmə tərəfindən qəbul edilməmiş və bu halda cavabdeh tərəfin hüquqdan sui istifadə etməyə çalışması kimi qiymətləndirmişdir.

48. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, mübahisəli miras əmlak olan, ünvan 2 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. İddiaçılar hazırki iddia tələbi ilə 2024-cü ildə məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayətində İddiaçı1 tikiliyə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirdiklərini, hər gün atalarıdan miras qalmış evə gedib-gəldiklərini, yəni həmin əmlaka sahiblik etməklə qeyd olunan əmlakdan istifadə etdiklərini qeyd etmişdir. Göründüyü kimi iddiaçılar mübahisəli miras əmlak olan, ünvan 2 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evinə gedib gəldiklərini daimi əlaqələrinin olduğunu qeyd etsələr də, xx.xx.1987-ci ildə X10 vəfat etməsi ilə açılan mirası vərəsə kimi öz adlarına rəsmiləşdirilmək üçün heç bir hərəkət etməmişlər.

49. Apellyasiya şikayətinin iddiaçıların tikiliyə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirdiklərini, hər gün atalarıdan miras qalmış evə gedib-gəldiklərini, yəni həmin əmlaka sahiblik etməklə qeyd olunan əmlakdan istifadə etdikləri dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli, 2V-3-2026 nömrəli şəhadətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X10 vərəsələri arvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. Miras əmlak isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evindən və tikililərdən ibarətdir. İddiaçıların 12 il müddətində miras əmlakdan pay istəməmələri və ya qeyd olunan şəhadətnamədən xəbərlərinin olmaması, həmçinin 2022-ci il tarixdən mübahisəli əmlakın mülkiyyətçisinin "xxxx" ASC olmasını bilməmələri ilə bağlı mövqelərini əsaslandıra bilməmişdir.

50. Kollegiya iddiaçıların mübahisəli fərdi yaşayış evində daimi yaşamadıqlarını və mirasın açıldığı vaxtdan uzun bir müddət keçməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçılar həmin evin miras əmlak kimi cavabdehlərin adlarına rəsmiləşdirilməsini bilmiş və buna etiraz etməmişlər. MM-nin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərında qeyd edilir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 230,9 kv.m. olan fərdi yaşayış evindən və tikililərdən ibarət miras əmlaka dair vərəsəlik şəhadətnaməsini almaları, sonradan həmin evə dair mülkiyyət hüquqlarını reyerstrdə qeydə aldırmaqları və ipoteka qoymaqla sərəncam vermələrinə dair hərəkətləri iddiaçılar tərəfində uzun müddət ərzində mübahisəıləndirilmədiyindən onlar tərəfindən bəyənilmə kimi qiymətləndirilməlidir.

51. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də, nəzərdə tutur.

52. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə mahiyyəti üzrə düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mahiyyəti üzrə düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2541/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar