Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-924/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Musayev Röyal İman oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1450 manat borcu və dövlət rüsumu hesabına ödənilmiş 35 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fərid Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 1450 (bir min dörd yüz əlli) manat borc və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq dövlət rüsumu hesabına ödənilmiş 35 manat məbləğdə vəsaitin əvəzi tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında hər hansı bir nisyə alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə olan halda onların arasında olan hər hansı bir nisyə alqı-satqı müqaviləsinin mövcudluğundan söhbət gedə bilməz, çünki o, İddiaçı adında bir şəxslə nə nisyə alqı-satqı müqaviləsi bağlamış, nə belə bir şəxlə münasibəti olmuşdur. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina barədə ərizə ünvanlayaraq, iddiaçı ilə aralarında borcun ayda 20 manat olmaqla ödənilməsi barədə razılığa gəldiklərini, buna görə də apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdeh məhkəmə kollegiyasına ünvanladığı ərizədən görünür ki, o, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edərək, şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3288/2023 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-924/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-924/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver