Məhkəmə qərarları › İş №2(104)-94/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-94/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-94/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi X5 (eləcə də İddiaçı1, İddiaçı4 İsrəfil oğlu və X6 qəyyumudur) , Cavabdeh X12 hüquqi varisi Cavabdeh3 və onun vəkili Vəkil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 cavabdehlər X19, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin zəbt edilmiş hissəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid olunmuşdur. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Göygöl rayon Toğanalı bələdiyyəsi ilə X19 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsinin qismən, yəni 358 kv.metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən X14 verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 358 kv.metrə aid hissədə ləğv olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh X19 (vəkili X9) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni X19 ilə Toğanalı bələdiyyəsi arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin qismən, yəni 358 kv.metr torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi və ona verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı № ******* nömrəli çıxarışın qismən, yəni 358 kv.metr aid hissədə ləğv olunmasına dair hissədə ləğv edilməsini, birinci instansiya məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını və 150 manat ekspertiza xərcinin iddiaçılardan tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-440/2024 nömrəli qərarı ilə cavabdehlər X19 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 36/2023 nömrəli iş üzrə 7 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 cavabdehlər X19, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi ilə X12 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi və bunun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı olə onlara verilmiş torpaq sahəsinin zəbt edilmiş 0,05 ha üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 Göygöl rayonu (keçmiş Xanlar rayonu) Toğana kəndində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yerləşən köhnə tikilmiş yaşayış evində yaşayırlar, lakin onların xəbəri olmadan torpaq sahəsinə dair cavabdeh X19 ilə Göygöl rayonu Toğanalı bələdiyyəsi arasında 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və çıxarış verilmişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından sata bilməzdi. Cavabdeh qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt edərək tikinti işlər aparır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların adlarına tərtib olunmuş vərəsəlik qaydasında verilən çıxarış ləğv edilmiş və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəlki vəziyyətinə qayıtmışdır. Şəhadətnamənin əvvəlki vəziyyətinə qayıtmasına baxmayaraq X4 rayonu Toğanalı bələdiyyəsindən 0,05 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılmış şəhadətnamənin koordinatları ilə üst-üstə düşür və eynilik təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilməmiş və koordinatların üst-üstə düşüb-düşməməsi araşdırılmamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Cavabdeh X19 xx.xx.2024-cü il tarixdə öldüyünə görə arvadı Cavabdeh3 onun hüquq varisi kimi işdə iştirak edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılardan İddiaçı1, İddiaçı4 və İddiaçı3 İsrəfil qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X15 (eləcə də İddiaçı1, İddiaçı4 İsrəfil oğlu və X6 qəyyumudur) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, bələdiyyə sədri qanunsuz olaraq qardaş və bacılarının mülkiyyətində olan torpaq sahəsinin 0,05 ha hissəsini qardaşı Həsənə satmış, sonuncu da həmin torpaqda ev tikdirmişdir. Ona görə də digər qardaş və bacıları mülkiyyət hüquqlarından məhrum olmuşlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X12 hüquqi varisi Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, mərhum əri 0,05 ha torpaq sahəsini bələdiyyədən alıb orada ev inşa etmişdir. Onlar iddiaçıların torpağına girməmiş və heç bir maneəçilik törətməmişlər. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X18 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının iclasında iştirak edən tərəfləri dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsi ləğv edilməli və yenidən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 50810018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X20, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Xanlar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 noyabr 2018-ci il tarixli çıxarışın və 01 noyabr 2018-ci il tarixli A seriyalı 326159 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı bələdiyyəsinin xüsusi mülkiyyətindədir. İş materiallarında olan 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın aqlı-satqı müqaviləsinin surətindən görünür ki, Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv.m hissəsini X1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və 11 mart 2019-cu il tarixli A seriyalı 346887 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsinin surətindən görünür ki, X10 miras qalmış JN-212A KOD 50810018 Torpağın mülkiyyət verilməsi dair şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinin ona düşən ¼ hissəsinə hər bir vərəsənin 1/24 hissədə payı müəyyən edilməklə, ümumilikdə X12 1/24 hissə, X6 1/24 hissə, X5 1/24 hissə, İddiaçı2 7/24 hissə, İddiaçı1 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə müəyyən edilmişdir. Goygöl rayonu Toğanalı kəndində yerləşən və X10 miras qalmış fərdi yaşayış evinə X12 1/6 hissə, X11 1/6 hissə, X5 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı1 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 noyabr 2020-ci il tarixli çıxarışın və fərdi yaşayış evinin 05 noyabr 2020-ci il tarixli **********93-10302 nömrəli texniki pasportunun surətindən görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X12, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X6, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 İsrəfil oğlunun, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı1, 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı2 və 62,4 kv.m tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyətinin 14 yanvar 2022-ci il tarixli 03 nömrəli sərəncamı ilə X15 qardaşı İddiaçı4 və bacıları İddiaçı3 İsrəfil qızına, eləcə də İddiaçı1 qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, **********09 reyestr nömrəli Çıxarışa əsasən X12 mülkiyyətində olan 0,05 ha (500,0 kv metr ) torpaq sahəsinin 358 kv.metr qədər hissəsi JN-212A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,10 ha (1000 kv metr ) torpaq sahəsində yerləşir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2023-cü il tarixli 10/2709 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 23 iyun 2023-cü il tarixli 3- 21-3-33/2-5741/2023 nömrəli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X20, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş Xanlar rayonu Toğana kəndi ərazisində yerləşən və torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair adlı siyahıda və ərazinin kompleks yerquruluşu layihəsində mövcud olan 0,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX serialı ******* nömrəli çıxarışa əsasən (Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi tərəfindən 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satılan 500 kv.metr torpaq sahəsi) X12 xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi müəyyən hissədə üst-üstə düşür; RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0,05 ha (500 kv metr ) torpaq sahəsinin 358 kv.metr qədər hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-212A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0,10 ha (1000 kv metr ) torpaq sahəsində yerləşir; X12 inşa etdirdiyi fərdi yaşayış evi torpaqların üst-üstə düşən hissəsində inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-H-0240-8/2023 nömrəli məktubdan görünür ki, Göygöl rayonu Toğanalı kəndində yerləşən **********09 reyestr nömrəli 0,05 ha torpaq sahəsinin X16 məxsus 0,10 ha torpaq sahəsi ilə elektron baza məlumatlarına əsasən üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 1063 nömrəli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş əri - X12 qanun üzrə vərəsəsidir. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7742 saylı rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod-********) nömrəli Şəhadətnamə barədə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) heç bir məlumat mövcud olmadığından, qərardadın 1-ci və 3-cü suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, araşdırma zamanı həmin şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin məkan göstəriciləri öz əksini tapmış olduğu, torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerqurulu layihəsinə istinad olunmuşdur. Torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerqurulu layihəsinə istinadən JN-212A (kod-********) nömrəli Şəhadətnamədə göstərilən 0.10 ha 1000.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti (950.0 kv.m) müəyyən olundu. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışa əsasən X12 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən müəyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod-********) nömrəli Şəhadətnamədə göstərən 0.10 ha (naturada yerləşmə vəziyyətinə əsasən 950.0 kv.m) torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışda qeyd olunan, X12 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha (500.0 kv.m) torpaq sahəsi ilə 371.0 kv.m hissədə üst-üstə düşdüyü müəyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-212A (kod-********) nömrəli Şəhadətnamədə göstərən 0.10 ha (naturada yerləşmə vəziyyətinə əsasən 950.0 kv.m) torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinadən, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi **********09) Çıxarışda qeyd olunan, X12 Göygöl rayonu Toğana (xəritə materiallarında Toğanalı) kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə 371.0 kv.m hissədə üst-üstə düşməsi barədə 3-cü sualın cavabında qeyd olunmuşdur. Həmin üst-üstə düşən hissə, faktiki olaraq Cavabdeh3 faktiki istifadəsindədir. Əlavə olaraq qeyd olunur ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA- 546095 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı2 X21 və digər 4 (dörd) ailə üzvünün paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli **********09 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-346887 nömrəli plan və ölçü sənədinə əsasən X13 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, keçmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Xanlar rayonu Toğana kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Torpağın mülkiyyət verilməsinə dair JN-212A KOD50810018 nömrəli şəhadətnamə əsasında X20, İddiaçı2, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X16 məxsus olmuş, sonuncunun vəfatından sonra ev və həyətyanı torpaq sahəsi vərəsəlik qaydasında vərəsələrin, yəni hazırki iş üzrə iddiaçılar və cavabdeh mərhum X12 mülkiyyətinə keçərək torpaq sahəsi üzərində X12 1/24 hissə, X6 1/24 hissə, X5 1/24 hissə, İddiaçı2 7/24 hissə, İddiaçı1 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə, fərdi yaşayış evi üzərində X12 1/6 hissə, X11 1/6 hissə, X5 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı1 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir. Eləcə də Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv.m hissəsini X3 və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur. İddiaçılar cavabdeh X2 torpaq sahəsinin onların mülkiyyətinə verilmiş torpaq sahəsi olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddianın qanuni əsasının olmaması ilə, eləcə də hazırkı işə aidiyyətı olmayan, U.Ağayevanın cavabdehlər X22 və X23 və qeyrilərinə qarşı iddiası üzrə müəyyən edilmiş hallara əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, birinci iinstansiya məhkəməsi ümumilikdə iddia tələbini təmin etməməkdə haqlı olsa da, lakin məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, işdən göründüyü kimi iddiaçıların və cavabdeh Həsən Həsənovun mərhum anaları X16 məxsus hazırkı Göygöl rayonunun Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə həmin 0.10 ha torpaq sahəsi X20, İddiaçı2, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə verilmiş, bununla bağlı onların adına Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 50810018 nömrəli şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri bələdiyyəyə məxsus olmuş, Toğana bələdiyyəsi adına 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra həmin 0,05 ha torpaq sahəsini hazırkı iş üzrə cavabdeh X14 alğı-satqı müqaviləsi əsasında satmış, sonuncu adına həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış almış özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. Hazırda iddiaçılar cavabdehin onlara məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri gördürdüyünü qeyd edərək məhkəməyə hazırkı iddia ərizəsi ilıə müraciət etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hərtərəfli araşdırmaq məqsədilə və kassasiya instansiya məhkəməsinin göstərişini nəzərə almaqla cavabdeh H.Həsənova məxsus 0,05 ha torpaq sahəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin sərhədlərinin daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da olan məlumatlara əsaslanan ekspert rəyi alınmalı olduğu üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA- 546095 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı2 X21 və digər 4 (dörd) ailə üzvünün paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli **********09 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-346887 nömrəli plan və ölçü sənədinə əsasən X13 miilkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçılar tərəfindən reyestr məlumatlarının qeyri-dəqiqliyini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, aparılmış araşdırma nəticəsində “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-546095 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı2 X21 və digər 4 (dörd) ailə üzvünün paylı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli **********09 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A-346887 nömrəli plan və ölçü sənədinə əsasən X13 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehin adına olan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunduğuna görə kollegiya hesab edir ki. iddia tələbinin təmin edilməsi üçün də əsas mövcud deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş olsa da, iddia təmin edilməməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 cavabdehlər X19, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, torpaq sahəsinin zəbt edilmiş hissəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 İsrəfil qızı və İddiaçı4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar