Məhkəmə qərarları › İş №2(104)-944/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-944/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-944/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Мəhkəməsinin 2(125)-2953/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(043)-2672/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, 04 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin və onun tərəfindən çəkilmiş 50(əlli) manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 22 fevral 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh-keçmiş əri Cavabdeh ilə birgə nikahlarından 04 iyul 2008-ci ildə anadan olmuş X1 üçün hər ay 50 manat pulun sabit pul məbləği şəklində cavabdehdən alınaraq, ona ödənilməsi qət edilmişdir. Sonuncu dəfə alimentin artırılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq, 120 manat müəyyən edilmişdir. Hazırda həmin alimentin miqdarı az olduğundan, uşağın məktəb xərcləri, böyüməsi ilə bağlı saxlanma xərclərinin artması, qiymət artımları və s. hallarla əlaqədar uşağın saxlanması üçün maddi xərclər artdığından həmin pulla hazırda onun saxlanmasında çətinlik çəkir. Bundan başqa Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqların saxlanması üçün minimum xərc 193 manat müəyyən edilmişdir. Lakin, bu məbləğdə də aliment onun öz uşağını layiqli həyat şəraitini təmin etməklə saxlamaq üçün kifayət etmir. Ona görə də alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Мəhkəməsinin 2(125)-2953/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: M.Mustafayev) iddia qismən təmin edilmiş, 04 iyul 2008-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 iyul 2008-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin Cavabdeh İddiaçı xeyrinə tutulması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilərkən məhkəmə uşağın mənafeyini nəzərə almamışdır. Uşaq 15 yaşındadır və onun saxlanması üçün 160 manat alimentin müəyyən edilməsi obyektiv həqiqəti əks etdirmir. Həmçinin, hal-hazırda Respublikada bir uşağın saxlanması üçün 220 manat nəzərdə tutulmuşdur. Bu səbəbdən Gəncə Şəhər Мəhkəməsinin 2(125)-2953/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollgiyası iş materiallarını araşdırıb, məruzəçini və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin məbləğinin hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, alimentin məbləği 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Respublikası Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 086778 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 04 iyul 2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)- 2672/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından 04 iyul 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4395/2015 saylı mülki iş üzrə çıxarılmış 02 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 100,0 (bir yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 120,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi, alimentin tutulmasının, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Кollegiya qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün uşaqdan ayrı yaşayan valideyndən alimentin tutulması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlаr. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.(maddə 75.4) Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uçşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin artırılmasına əsas verir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericilikdə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minumum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Cavabdeh isə ikinci nikahından aliment ödəmədiyi daha iki uşağının olması da onu yaşayış minimumu həddində aliment ödəmək öhdəliyindən azad etmir. Belə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.7 bəndində ifadə edilmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır, müəyyən olunmuş aylıq alimentin məbləğinin artırılması üçün əsaslar vardır. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onларыn təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə ясасян, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə də bu məbləğ 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiymətibir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin təmin etdiyi 200 manat aylıq alimentin bir illik məcmusu (200 manat х 12 ay)=2400 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385, 386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Аpellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Мəhkəməsinin 2(125)-2953/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-“Cavabdeh 04 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat alimentin tutulub, İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 04 iyul 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəlki-Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(043)-2672/2018 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılmaqla dəyişdirilsin. X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlamaqla, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb, İddiaçınа verilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar