Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-951/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturuna qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd hesab edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturuna qarşı alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)- 736/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)- 5584/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh1 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında pul alınaraq İddiaçı verilməsi qət edilmişdir;
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli 2(102)-3284/2018 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1, nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)- 3746/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
3. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elçin Məmmədovun borclunun məcburi gətirilməsi haqqında təqdimatdan görünür ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsini rəhbər tutaraq ünvan 1 ünvanda yaşayan Cavabdeh1 Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir;
4. “Borclunun axtarılması haqqında” 20 sentyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1959-cu ildə Goranboy rayonu, Əzizbəyov kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır;
5. “İcra sənədinin aidiyyatı üzrə göndərilməsinə dair” 04 oktyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməsi qərara alınmışdır;
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər üzrə İcra idarəsinin xx.xx.2018-ci il tarixli, 29991/16 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılır. Belə ki, borclu şəxsin icra sənədində göstərilən ünvanda yaşamadığı və qeydiyyatda olmadığı tərəflərindən müəyyən olunmuşdur;
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-590/2021 nömrəli 08 iyul 2021ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır;
8. AN-İ seriyalı, ******* nömrəli, 29 may 2018-ci il tarixli, 4Ə1573 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətində qeyd edilmişdir ki, satıcı Xəlilov X15 şəhəri, İ.Qayıbov küçəsi, bina 28, mənzil 22 ünvanında yerləşən mənzili alıcı Cavabdeh2 13000 manata satdı, alıcı isə həmin qiymətə aldı;
9. AN-İ seriyalı, ******* nömrəli, 26 may 2018-ci il tarixli, 4Ə164 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətində qeyd edilmişdir ki, satıcı Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzili alıcı Cavabdeh2 20000 manat (iyirmi min manat) satdı;
10. AN-İ seriyalı, ******* nömrəli, 28 iyun 2018-ci il tarixli, 4Ə153 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, satıcı Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, X30 prospekti (keçmiş H.Əliyev) 1 ünvanında yerləşən ümumi sahəsi 139,1 kv,m olan qeyri-yaşayış sahəsinin alıcı Cavabdeh2 60000 manat (altmış min manat) qiymətinə satdı;
11. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli 133 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 41000 (qırx bir min) manat təşkil edir;
12. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2019cu il tarixli, xx/xx-2547 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1959-cu il tarixdə Goranboy rayonu Əzizbəyov kəndində anadan olmuş Cavabdeh1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir;
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 dekabr 2018-ci il tarixli **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi, ev 28, 22 saylı mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-4-714 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il 4Ə-1573 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,11 ha torpaq sahəsi Göygöl rayon notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-53 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Göygöl rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-185 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi X2. Gəncə şəhəri, Kəpəz rayon, Dədə Qorqud küçəsi, ev 50B, 25 saylı mənzil Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-141 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-164 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, X14 küçəsi, 1-ci döngə, ev 35, 14 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-3-389 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-32 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X3. Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Hüseynov küçəsi, ev 3, 15 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1-102 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1540 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X6. Gəncə şəhəri, Todan küçəsi, 123A saylı fərdi yaşayış evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-08 saylı alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018- ci il tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X2. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 24B, 14 saylı mənzil Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-491 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1891 saylı alqısatqı müqaviləsinə əsasən bu mənzil X4. Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 17V, 3 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-02- 330 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-3293 saylı alqı satqı müqaviləsinə əsasən bu mənzil Xəlilov Hicran Abbas qızına satılmışdır. Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evi Gəncə şəhər 1 sayı notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-2-253 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X5. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 19A saylı fərdi yaşayış evi Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 4Ə-01-43 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X1. Gəncə şəhəri, Kəpəz rayonu, X30 prospekti, 237, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 000585 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-153 saylı alqı-satqı müqaviləsinə əsasən bu qeyri-yaşayış sahəsi Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, ünvan 8 ünvanında yerləşən bağ evi Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2014cü il tarixli, 4Ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış və alıcıya xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;
14. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş qohumluq məlumatları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 faktiki nikahlarından 07 fevral 2011-ci il təvəllüdlü X19 adında uşaqları vardır;
15. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş əlaqə məlumatları əsasında müəyyən olunmuşdur ki, +**********00 mobil nömrə Cavabdeh1 məxsus olmaqla onun istifadəsindədir;
16. İş materiallarına əlavə edilmiş fotoşəkillər əsasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) obyektin pəncərəsinə obyektin kirayə verilməsi barədə elan yerləşdirilmiş və əlaqə məlumatı olaraq Cavabdeh1 istifadəsində olan ona məxsus ********* mobil nömrə göstərilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturuna qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 11 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilərək 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə hesablanması qaydasında borcun ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin çıxartdığı qətnamədən narazı qalan Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası 18 may 2018-ci il tarixdə şikayəti təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Cavabdeh1 Ali Məhkəmənin 18 may 2018-ci il tarixli qərarından məlumat aldıqdan 7 gün sonra borcun əmlaka yönəldilməməsi üçün ən azı 7 daşınmaz əmlakını, gözədəyən bahalı nəyi varsa hamsını, o cümlədən Yaponiya istehsalı olan “Toyota Korolla” markalı minik avtomobilini uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirtmişdir. Onun uydurma alqı-satqı yolu ilə nikah bağlamadığı, lakin faktiki arvadı olan Cavabdeh2 adına keçirtdiyi daşınmaz Əəmlaklar aşağıdakılardır: xx.xx.2018 tarixli, 4Ə- 1573 nömrəli alqı-satqı müqaviləsi ilə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 28/22 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə- 153 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekti (sabiq “Yasəmən” mağazasını) satmışdır. Bu iddiasında o, yalnız Cavabdeh1 öz arvadı ilə bağladığı 3 uydurma alqı-satqı müqaviləsini mübahisələndirməyi lazım bilmişdir. Bu 3 əmlakın ümumi dəyəri Cavabdeh1 ona olan borcunu ödəmək üçün ona yetərlidir. Cavabdeh1la Cavabdeh2 bir ailədə bir evdə yaşayırlar. Onların birgə yaşayışından həddi-buluğa çatmamış bir uşaqları vardır. Qətnamə ərəfəsində Cavabdeh1 2 gün ərzində 2 daşınmaz əmlakı, 1 aydan sonra isə daha bir daşınmaz əmlakı öz arvadına satmasında məntiq yoxdur. Bu müqavilələr ona görə əhəmiyyətsizdir (etibarsızdır) ki, ailəsi rəsmiyyətdə özündən və Cavabdeh1la qeyrirəsmi yaşayışdan doğulan 13 yaşlı övladı Ayxandan ibarət olan Cavabdeh2 evdar qadındır. 15 ildir ki, işləmir, pensiya almır, biznesi yoxdur, oğru-quldur, çapqıncı deyildir. Təxmini qiyməti 200000 manat olan bu 3 daşınmaz əmlakı bu qadın ala bilməzdi, çünki hər hansı qazanc mənbəyi olmayan bu qadın uşağı ilə birliklə Cavabdeh1 himayəsindədir. Həmin müqavilələrin əhəmiyyətsizliyini o, borc ödənişinin təmin edilməsi naminə məhkəmədə tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 yuxarıda göstərilən 3 daşınmaz əmlakını məhz uydurma müqavilələrlə satması onun elə həmin ərəfədə başqa daşınmaz əmlaklarını başqa şəxslərə satması faktları ilə də təsdiq olunur. Başqaları ilə bağlanmış alqı-satqı müqavilələri aşağıdakılardır: 1. Gəncə şəhəri, Todan küçəsi, 123A №-li ev xx.xx.2018-ci il tarixli 4Ə-132 №-li alqı-satqı ilə satılmışdır. 2.Gəncə şəhəri, M. Hüseynov küçəsi, ev 3/15, xx.xx.2018-ci il tarixli 4Ə-1540 nömrəli alqı-satqı ilə satılmışdır. 3.Gəncə şəhəri, Akademik Z.Məmmədov küçəsi, 1-ci döngə, ev 35, mənzil 14 nömrəli ev xx.xx.2018-ci il tarixdə 4Ə-32 nömrəli müqavilə ilə satılmışdır. 4.Yeni Gəncədə 24 B nömrəli evin 14-cü mənzil xx.xx.2017-ci il tarixdə, satılmışdır. Bu 4 ev və mənzilin ümumi bazar dəyəri təxminən 250000 manatdır. Bu qədər pul qazanan adam nəyə görə elə həmin müddətdə daha 3 daşınmaz əmlakından xilas olmalı idi. Cavabdeh1 xx.xx.2018-ci il tarixli qətnamə qanuni qüvvəsini alandan sonra icra məmuruna yaşadığı yer barədə yanlış məlumatlar verərək, uzun müddət onu çaşdırmış, fırıldağı aşkar ediləndən sonra isə özünü gah Qarabağ uğrunda döyüşlərin iştirakçısı, gah şizofreniyaya mübtəla olan anlaqsız adam kimi qələmə vermiş, lakin ifşa olunduğundan, düşündüyü fırıldaqları həyata keçirə bilməmişdir. İcra məmuru onun barəsində xx.xx.2018-ci il tarixdə axtarış qərarı vermiş, məcburi gətirilmə təqdimatı yazmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-300/2019 nömrəli qərardadı ilə ölkədən çıxmaq hüququnu. müvəqqəti məhdudlaşdırmış, nəhayət borc üzrə hər hansı ödəniş etməməsindən, ancaq yalan vədlər verməsindən bezmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(044)-590/2021 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsinin əsasında 500 manat cərimə etdirmişdir. Lakin bunun da təsiri olmamışdır. Cavabdeh1 borcundan 1 manat da ödəməmiş və ödəmək fikrində deyildir. Onun borcunu ödəməyəcəyinə andı vardır. İşləri məhkəmədə olanda cavabdeh ona özü belə deməklə əsəbiləşdirməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər X7 Komissiyası Cavabdeh1 həkim qardaşı Ehtibar Xəlilovun hesabına onun barəsində fəaliyyət qabiliyyətli şəxs olmamasına dair rəy vermişdir. Lakin uydurma rəy Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” tərəfindən ləğv olunmuşdur. Beləliklə cavabdehin borcdan yayınmaq üçün növbəti saxtakarlığı da ifşa olunmuşdur. Cavabdeh1 həqiqətən psixi xəstədirsə, fəaliyyət qabiliyyəti yoxdursa, onun bağladığı müqavilələr, ələlxüsus arvadı ilə bağladığı müqavilələr bu halda da etibarsız (əhəmiyyətsiz) hesab edilməli, satılan əmlaklar Cavabdeh1 özünə qaytarılmalıdır.
19. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı onun əvvəllər şəriki olmuş və onlar birlikdə alver və daşınmaz əmlakların alqı-satqısını etmişlər. 2011-ci ildə onlar dəri kurtka və şuba alveri ilə məşğul olmaq qərarına gəlmiş və Rusiya Federasiyasında yaşayan Amil adlı şəxsə bu işlə əlaqədar 46000 (qırx altı min) ABŞ dolları məbləğində pul vermişlər. Razılaşmaya əsasən Amil adlı şəxs şubanın və dəri kurtkaların satışından əldə olunan məbləğdən onlara qazanc verməli idi. Təxminən 1 il müddətinə Amil adlı şəxs onlara ayrı ayrılıqda ümumilikdə 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vermişdir. Sonradan Amilin işlədiyi Rusiya Federasiyasında olan “Çerkizov” adına bazar bağlanmış və Amil adlı şəxs onlara artıq malların əlində qaldığını və hər hansı qazanc əldə edə bilmədiyini, buna görə də əlində olan şuba və dəri kurtkaları onlara geri qaytaracağını bildirmişdir. O, bu barədə İddiaçı bildirdikdən sonra aralarında narazılıqlar yaranmış və İddiaçı ondan 23000 (iyirmi üç min) ABŞ dolları pulu geri istəmişdir. Halbuki, iddiaçı həmin pulun 4000 (dörd min) ABŞ dollarını qazanc götürmüş və o, isə həmin alverdən 23000 (iyirmi üç min) ABŞ dolları pul itirmişdir. Bundan başqa onunla iddiaçının arasında digər alver də olmuş və həmin alverdən onun iddiaçıya borcu qalmadığı təqdirdə ondan 30000 (otuz min) ABŞ dolları ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları pul tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 saylı qərarına əsasən ondan 53000 ABŞ dolları alınaraq İddiaçı verilməsi qərara alınmışdır. “Toyota-Korolla” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə nə onun adına, nə də ki, ona məxsus olmamışdır. Həmin avtomaşın 17 avqust 2007-ci il tarixdən X13 məxsus olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi mülklərin kimə məxsus olmasını iddiaçının özü yaxşı bilir və onları tanıyır. Çünki iddiaçı həmin mülklərin hamısına dair alqı-satqının əhəmiyyətsiz hesab edilməsini xahiş etməmiş, yalnız digər cavabdeh olan Cavabdeh2 adına qeydə alınmış əmlakların alqısatqısını mübahisələndirmişdir. Onun digər cavabdeh olan Cavabdeh2 ilə aralarında ərarvad münasibəti yoxdur. Bundan əlavə o, iddiaçıya mülkiyyətində olan Gəncə şəhəri, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evini təklif etmiş, həmin mülk qiymətləndirilmiş və açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçı iddia ərizəsində onun iddiaçıya məhkəmə qətnaməsi ilə olan borcunu ödəməyəcəyinə dair and içdiyini yazmışdır. Bundan əlavə o, səhhətində olan problemlərlə əlaqədar dəfələrlə Gəncə şəhər Psixatriya Xəstəxanasında qalmaqla müalicə almışdır. Axırıncı dəfə o, həmin xəstəxanada 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək müalicə almışdır. Onun fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)- 4004/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hal-hazırda əlilliyinə görə aldığı müavinətin 50 faizi, yəni 135 manat pul vəsaiti İddiaçı xeyrinə tutulur. İddiaçı iddia ərizəsində DƏDRX-nin Gəncə Ərazi İdarəsinin mülklərin alqı-satqısına dair 21 dekabr 2018-ci il tarixli məktubunu əlavə etmiş və məhkəmə iclasında da bildirmişdir ki, iddia ərizəsində göstərilən mülklərin onun tərəfindən başqa adamlara satılmasına dair xəbəri 2018-ci il tarixdən məlum olmuşdur. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində həmin əmlakların başqa şəxsə satılmasını bildirmişdir.
20. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 11 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 340.1, 340.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/17 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 onun xeyrinə 53000 ABŞ dolları pul tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini 18 may 2018-ci il tarixdə almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikahlarını qeyd etdirmədən azı 14 ildir ki, “vətəndaş nikahı” deyilən qaydada ailə qurub, birgə yaşayırlar, həmin nikahdan 13 yaşında Ayxan adlı uşqları var. Hərəsi bir yerdə qeydiyyatda olsa da, hazırda faktiki olaraq 2004-cü ildə Cavabdeh1 adına alınmış, xx.xx.2018-ci il tarixli formal alqı-satqı müqaviləsindən Cavabdeh2 mülkiyyətinə keçmiş 3 otaqlı mənzildə (Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25) yaşayırlar. Cavabdeh1 apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3746/17 №-li qətnaməsini ləğv etdirə bilməyəcəyinə tam əmin olandan sonra ona olan borcunu məcburi ödənişə yol verməmək üçün kiçik bir zaman ərzində mülkiyyətində olan 7 daşınmaz əmlakı və “Tayota-Carolla” markalı bahalı avtomaşını özgəninkiləşdirmişdir. Burada o, həmin alqı-satqılardan yalnız üçünü mübahisələndirir. Cavabdeh1 arvadı Cavabdeh2 adına keçirtdiyi bu üç daşınmaz əmlak borc ödənişi üçün yetərlidir. Onun əmlakları olan xx.xx.2018 tarixli 4ə-1573№-li alqı-satqı müqaviləsi ünvan 15 ünvandakı 2 otaqlı (yaşayış sahəsi 41.7 kv.m) mənzilə aiddir, 13.000 manata “satılmışdır” (bazar qiyməti 20 min manatdan aşağı deyil); xx.xx.2018-ci il tarixli 4ə-164 №-li alqı-satqı müqaviləsi Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25№-li 3 otaqlı (yaşayış sahəsi 59.1 kv.m) mənzilinə aiddir, 20.000 manata “satılmışdır” (bazar qiyməti 60-70 min manat civarındadır); xx.xx.2018-ci il tarixli 4ə-153 №-li alqı-satqı müqaviləsi Gəncə şəhəri, Xətai prospekti, 237/1 №-li ünvanda yerləşən 139.1 kv.m sahəli ”Yasəmən” mağazasına (beşmərtəbəli binanın 1-ci mərtəbəsi) aiddir, 60.000manata “satılmışdır” (bazar qiyməti 180.000-200.000 manat civarındadır) Cavabdeh1 4 daşınmaz əmlakdan və 1 xarici avtomaşından, eləcə də mübahisələndirdiyi 3 daşınmaz əmlakdan əldə etdiyi puldan (borcun ödənişinə 5-6 qat imkan verən təxminən yarım milyon manatdan) ötən 5 il ərzində 1 manat da olsa, ödəməmişdir və ödəmək fikri yoxdur. Təxminən yarım milyon manat bazar dəyəri olan çoxsaylı əmlakını adından çıxarmasının yeganə səbəbi borc ödənişindən yayınmaqdır. Arvadı ilə bağladığı alqı-satqı müqavilələri hüquqdan suiistifadədir, məqsəd nəticə yaratmaq deyil, daşınmaz əmlakların üzərlərinə həbs qoyulmasının qarşısını almaqdır. Müqavilədən əvvəl Dədə Qorqud küçəsindəki mənzildə necə yaşayırdısa, indi də eləcə yaşayır. Onun minimum bu 3 müqaviləni bağlamaqla məqsədinin borc ödənişindən yayınmaq olmasını yaşadığı ünvanı haqqında yalnış məlumat verməklə xeyli müddət icra məmurundan gizlənmiş, yeri aşkar edildikdən sonra məcburi gətirilib, 500 manat cərimə edilmişdir. Bundan sonra o, başqa taktikaya əl atmış, həkim-narkoloq qardaşı Ehtibar Xəlilovun adından məhkəməyə ərizə təşkil edib, özünü fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanıtdırmaq, bununla da borcdan yayındığına görə cəzasız qalmaq istəmişdir. O, üçüncü şəxs kimi məsələyə qarışıb, Cavabdeh1 fiziki və ruhi cəhətdən tam sağlam olmasını, şizofreniyaya mübtəla olması barədə dispanserdə olan qeydi saxta olmasını, onu 1-ci Qarabağ müharibəsinin qatmaqarışıqlığında qardaşı Ehtibar Xəlilovun təşkil etməsini (Etibarın həkim olduğu narkoloji dispanserlə ruhi-əsəb dispanseri bir həyətdə yerləşir, həkimləri bir yerdə oturub-durur, yeyib içir, bir-birlərinin işlərini “aşırırlar”), Yaşarın 28 ildən sonra yeni problemi (borc ödənişi məsələsi) yarananda Ehtibar növbəti dəfə fırıldağa başçılıq edib, həkim dostlarının köməyi ilə ona xəstəliyinin tutması barədə saxta arayış düzəltmişdir. O, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1101/2019 №-li qətnamə çıxardılmasını bilən kimi maraqlı şəxs qismində şikayət vermişdir. Saxta qətnamə apellyasiya məhkəməsində ləğv edilmiş, qardaşlar cinayət məsuliyyətinə alınmalarından qorxub, geriyə çəkiləndən sonra onların təşkil etdikləri ərizə xx.xx.2019-cu il tarixli 2(104)-4004/2019 №-li qərardadla baxılmamış saxlanılmışdır. Bu işdən fərqli olaraq həmin işdə ona “şikayət verməyə subyektiv hüququn yoxdur”-deyən olmamışdır. Məhkəmə cavabdeh tərəfin xeyrinə maraq göstərib, maddi hüquq normlarını aşkarcasına inkar edərək, gözdən pərdə asmaq üçün Azərbaycan Respublikası Konstitutsiyası Məhkəməsi Plenumumun “M.Bağırovun şikayəti üzrə...” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarın müddəalarına əməl etməmişdir. Halbuki mübahisənin predmeti həmin müqavilələrin mülki qanunvericiliyə uyğun olub-olmaması və tərəflərin iradələri deyil. Həmin müqavilələr ona olan borc ödənişindən yayınmaq üçün, yəni borcu ödəməmək (ziyan çəkməyinə əsas yaratmaq) üçün bağlanmış, mülkiyyət (mülkiyyəti özgəninkiləşdirmək) hüququndan sui-istifadə edilmişdir. Ona olan borc ödənişini təmin etmək üçün həbsə alınmalı daşınmaz əmlakların və xarici avtomaşının kiçik zaman kəsiyində satılması, onlardan üçüncünün “satıcı”nın arvadının mülkiyyətinə keçməsi müqavilələrin mülki hüquqa uyğun olub-olmamasından asılı olmayaraq ona nisbətdə qanunsuzluq, nadürüstlük, ədalətsizlikdir. Bu müqavilələr hüquqdan, daha dəqiq desək, xüsusi mülkiyyətdə olan əmlaka dair müqavilə bağlamaq hüququndan sui-istifadə etməklə bağlanmışdır. Cavabdeh1la və onunla bağlı qətnamənin qanuni qüvvəyə münməsindən 10 gün sonra 3 daşınmaz əmlakın satılması (onun arvadının adına keçirilməsi ilə özgəninkiləşdirilməsi) hüquqdan sui-istifadənin kvadratıdır, hədəf isə odur. Məqsəd onu borcunu həmin əmlakların hesabına almaqdan məhrum etməkdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(104)-1330/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
26. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 2(102)-52/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1330/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
f) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. 23 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə aralarında ailəvi münasibət olmuşdur. Cavabdeh1 ilə digər Cavabdeh2 arasında nikah qeydə alınmasa da, əslində onlar ər-arvad faktiki olaraq münasibətlərində yaşamışlar. Hətta, onların faktiki ailə münasibətlərindən Ayxan adlı uşaqları dünyaya gəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 53000 (əlli üç min) ABŞ dolları borc Cavabdeh1 tutularaq ona ödənilməlidir. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən dərhal sonra Cavabdeh1 qərəzli şəkildə öz adına qeydiyyata alınmış əmlakları faktiki ailə münasibətlərində olduğu digər Cavabdeh2 satmışdır. Bundan sonra isə Cavabdeh1 ona olan borcunu ödəməkdən boyun qaçırtmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış daşınmaz əmlaklar faktiki olaraq yenə də Cavabdeh1 sahiblik və istifadəsindədir.
29. 23 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X17 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Cavabdeh1 İddiaçı olan 53000 (əlli üç min) ABŞ dolları borcun ödənilməsini təmin etmək məqsədilə borcluya məxsus fərdi yaşayış evinə tutma yönəlmiş, lakin əmlak hərracda satılmamışdır. Hətta, hərrac zamanı həmin əmlakın tələbkar olaraq İddiaçıa də satılması təklif edilmiş, lakin sonuncu təklifi qəbul etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq vəkil Rihat Məmmədov bildirmişdir ki, hərraca çıxarılmış əmlak Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşir və 36000 manat dəyərində qiymətləndirilib. Cavabdeh1la Cavabdeh2 faktiki nikahlarından uşaqları olsa da, onlar uzun müddətdir ki, ayrılmışlar.
30. 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 53000 (əlli üç min) ABŞ dolları borcun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. Mübahisə predmeti olan alqı-satqı müqavilələri əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış daşınmaz əmlaklar iki ev və bir qeyriyaşayış sahəsindən ibarətdir. Sözügedən qeyri-yaşayış sahəsi hazırda icarəyə verilir və obyektin pəncərəsinə icarəyə verilmə barədə elan yerləşdirilmiş, əlaqə vasitəsi kimi də Cavabdeh1 məxsus ********** saylı mobil nömrə göstərilmişdir. Bu isə onu göstərir ki, həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 formal satılsa da, lakin əmlak faktiki olaraq Cavabdeh1 sahiblik və istifadəsindədir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, obyektin üzərinə icarəyə verilir barədə elanın yerləşdirildiyini əks etdirən fotoşəkil 2024-cü ilin mart ayının sonunda çəkilmişdir.
31. 04 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəllər faktiki ər-arvad münasibətlərində olmuşlar, lakin sonradan onların münasibətləri pozulmuş və ayrılmışlar. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış daşınmaz əmlakların faktiki olaraq kimin sahiblik və istifadəsində olduğunu bilmir.
32. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını qeyd etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1la digər Cavabdeh2 2014-cü ildən ayrılmışlar və beləliklə onların faktiki ailə münasibətləri həmin vaxtdan sona çatmışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildə əks olunan üzərinə kirayə verilir barədə elan yerləşdirilmiş obyekt cavabdeh Yaşar Xəlioov tərəfindən digər cavabdeh Gülnarə Alıyevaya satılmış obyekt deyil. Fotoşəkildə əks olunan üzərinə kirayə verilir elanı göstərilən obyekt başqa əmlakdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Cavabdeh1 ona bildirdiklərinə görə sonuncu özünə məxsus əmlakları satışa çıxartdıqda digər Cavabdeh2 təklif etmişdir ki, əmlakları ona satsın. Beləliklə, həmin əmlaklar Cavabdeh2 satılmışdır. Mübahisə predmeti olan alqı-satqı müqavilələri əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış əmlaklar faktiki olaraq sonuncunun sahibliyindədir. Lakin, əmlaklar üzərində mübahisə olduğuna görə Cavabdeh2 əmlakları heç kimin istifadəsinə verməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Lakin məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. g) Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
35. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) obyektə 28 iyun 2024cü il tarixdə iddiaçının, eləcə də Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə əks olunan üzərinə kirayə verilir barədə elan yerləşdirilmiş qeyri yaşayış sahəsi Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektdir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkildə qeyri yaşayış sahəsinin pəncərəsi çəkilmiş və pəncərə süşələri üzərində obyektin ön (qarşı) tərəfi optik formada əks olunmuşdur. Yerli baxış zamanı da Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektin qarşı (ön hissəsi) ilə fotoşəkildə çəkilmiş obyektin pəncərə süşələri üzərində optik formada əks olunan görüntülər sistemli şəkildə qarşılaşdırılmış və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə əks olunan obyektin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekt olduğu müəyyən edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Gəncə “ASAN xidmət” mərkəzindəki notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair bağlanmış 29 may 2018 tarixli 4Ə-1573 nömrəli, Gəncə şəhər 3 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mənzilə dair bağlanmış 26 may 2018-ci il tarixli 4Ə-164 nömrəli, Gəncə şəhər 2 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri X30 prospekti 237, 1 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış 28 iyun 2018-ci il tarixli 4Ə-153 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.
51. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)-5584/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh1 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli 2(102)-3284/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək icra sənədi üzrə borclunun məcburi gətirilməsi, borclunun axtarışa verilməsi və.s qanunla nəzərdə tutulmuş hərəkətlər həyata keçirilmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə digər Cavabdeh2 faktiki ailə qurmuşlar, lakin onlar arasında nikah bağlanmamışdır. Cavabdehlərin faktiki ailə münasibətlərindən 07 fevral 2011-ci il təvəllüdlü X19 adında uşaqları anadan olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli 2(102)-3284/2018 nömrəli qərarı qəbul edildikdən sonra qısa zaman ərzində, yəni 26 may 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzindəki notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi, yenə həmin tarixdə Gəncə şəhər 3 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mənzilə dair 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi, 28 iyun 2018-ci il tarixdə isə Gəncə şəhər 2 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri X30 prospekti 237, 1 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə dair 4Ə-153 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqavilələrində göstərilmişdir ki, satıcı Cavabdeh1 müvafiq müqavilədə göstərilən daşınmaz əmlakı müqavilə ilə müəyyən edilmiş qiymətə alıcı Cavabdeh2 satdı, alıcı isə əmlakı müqavilədə göstərilən qiymətə aldı. İddiaçı Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona ödəməli olduğu 53000 (əlli üç min) ABŞ dolları borcu ödəməmək üçün adına olan daşınmaz əmlakları uydurma alqı-satqı müqavilələri ilə faktiki ər-arvad münasibətində olduğu Cavabdeh2 sataraq əmlakları adından çıxartdığını və bu yolla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını çətinləşdirərək onun qanunla qorunan hüquqlarını pozduğunu əsas göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
52. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 29 yanvar 2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddianı rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını bildirmiş, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini göstərmişdir. Apellyasiya məhkəməsi də bu mövqelərlə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Baxılan işdə İddiaçı, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Cavabdeh1 ona 53000 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. Mövcud vəziyyətdə iddiaçının subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir. Kassasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir.
53. Kassasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı qarşısında göstərişləri ondan ibarət olmuşdur ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
54. Məhkəmə kollegiyası ilk növbədə əqdlər və onun yaranması üçün əsas rol oynayan iradə ifadəsi ilə bağlı müddəalara nəzər yetirilməsini zəruri hesab edir.
55. Hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır.
56. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
57. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə digər Cavabdeh2 faktiki ailə qurmuşlar, lakin onlar arasında nikah bağlanmamışdır. Cavabdehlərin faktiki ailə münasibətlərindən 07 fevral 2011-ci il təvəllüdlü X19 adında uşaqları anadan olmuşdur. Qeyd olunan hal tərəflərin izahatı və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş qohumluq məlumatları, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır.
59. Halbuki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etiraz verərək Cavabdeh2 ilə aralarında hər hansı ailə münasibətləri olmadığını, həmin şəxsin sadəcə satdığı əmlakların alıcısı olduğunu qeyd etməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir (bax səhifə 104).
60. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, müxtəlif notariat ofislərində cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə Cavabdeh2 satılmış daşınmaz əmlakın müqavilə bağlandıqdan sonra alıcı Cavabdeh2 sahiblik və istifadəsinə keçib-keçməməsinin müəyyən olunması üçün müvafiq araşdırmalar aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılmış Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri-yaşayış sahəsinin pəncərəsinə obyektin kirayə verilməsi barədə elan yerləşdirilmişdir. Elanda əlaqə vasitəsi olaraq isə Cavabdeh1 məxsus **********0 saylı mobil nömrə göstərilmişdir. Qeyd olunan hal İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır.
61. Cavabdeh tərəf həmin fotoşəkillərin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri yaşayış sahəsinə aid olmaması barədə arqument irəli sürsə də, məhkəmə kollegiyasının 28 iyun 2024-cü il tarixdə tərəflərin iştirakı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən (sabiq “Yasəmən” adlı mağaza) qeyri yaşayış sahəsinə yerli baxışı nəticəsində göstərilən arqument təkzib olunmuşdur.
62. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkildə qeyri-yaşayış sahəsinin pəncərəsi çəkilmiş və pəncərə süşələri üzərində qeyri-yaşayış sahəsinin ön (qarşı) tərəfi optik formada əks olunmuşdur. Yerli baxış zamanı da Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektin qarşı (ön hissəsi) ilə fotoşəkildə çəkilmiş obyektin pəncərə süşələri üzərində optik formada əks olunan görüntülər sistemli şəkildə qarşılaşdırılmış və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə əks olunan obyektin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekt olduğu müəyyən edilmişdir.
63. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
64. Hazırkı işin halları isə bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, tərəflər arasında daşınmaz əmlaklara dair alqı-satqı müqavilələri bağlanmış olsa da, lakin alqısatqı predmeti olan daşınmaz əmlak yalnız sənəd üzrə (müqavilə əsasında) satıcının adından qeydiyyatdan çıxarılmış, faktiki olaraq isə əmlak yenə də satıcı Cavabdeh1 sahiblik və istifadəsində qalmışdır.
65. Göründüyü kimi, mübahisəli alqı-satqı müqavilələrinin iştirakçıları olan satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 uzun müddət faktiki ər-arvad münasibətlərində olan şəxslərdir. Xüsusən diqqət yetirilməli haldır ki, Cavabdeh1 İddiaçı xeyrinə 53000 (əlli üç min) ABŞ dolları vəsait tutulması barədə Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(104)-3746/2017 nömrəli qətnaməsi kassasiya instansiyası məhkəməsinin qərarına əsasən 18 may 2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən qısa zaman sonra yəni, 26 may 2018-ci il tarixdə cavabdehlər arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi (əmlakın qiyməti 13000 manat), yenə həmin tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mənzilə dair 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi (əmlakın dəyəri 20000 manat), 28 iyun 2018-ci il tarixdə isə Gəncə şəhəri X30 prospekti 237, 1 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə dair 4Ə-153 nömrəli alqısatqı müqaviləsi (əmlakın dəyəri 60000 manat) bağlanmışdır.
66. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddianın əsaslı olduğu qənaətinə gəlir və qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfləri həmin əqdləri bağlayarkən əqd üzrə hüquq və öhdəliklər yaratmaq arzusunda olmamışlar. Həmin əqdlər həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanmışdır ki, burada məqsəd qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 iddiaçıya olan borcunun onun əmlakına yönəldilməsi və əmlakın məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq olmuşdur. Başqa sözlə, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi Cavabdeh1 alqı-satqı predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməyə yönəlmişdir.
67. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. İşə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını yanlış təfsir etməklə iddianın təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
68. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd hesab edilməsini xahiş etmişdir. Halbuki, mülki qanunvericiliyə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (MM maddə 337.3). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin əqdlərin yenidən məhkəmə qaydasında əhəmiyyətsiz hesab edilməsinə zərurət yoxdur.
69. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış mübahisə predmeti olan alqı-satqı müqavilələri etibarsız əqd hesab edilməlidir. Bununla yanaşı, hazırkı iddianın maddi hüquqi əsası bu qənaətə gəlməyə imkan verdiyindən gəlinən nəticə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Gəncə “Asan xidmət” mərkəzindəki notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturuna qarşı alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Gəncə “ASAN xidmət” mərkəzindəki notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Daşkəsən şəhəri İsmət Qayibov küçəsi ev 28-də yerləşən 22 nömrəli mənzilə dair bağlanmış 29 may 2018 tarixli 4Ə-1573 nömrəli, Gəncə şəhər 3 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 50B-də yerləşən 25 nömrəli mənzilə dair bağlanmış 26 may 2018-ci il tarixli 4Ə- 164 nömrəli və Gəncə şəhər 2 saylı notariat kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri X30 prospekti 237, 1 nömrəli binada yerləşən qeyriyaşayış sahəsinə dair bağlanmış 28 iyun 2018-ci il tarixli 4Ə-153 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.