Məhkəmə qərarları › İş №2(104)-954/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-954/2024

27.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-954/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olmuş oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) ərizə təmin edilərək, 03 yanvar 1993-cü il təvəllüdlü X2 hal-hazırda davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hаzırdа mübаhisələndirilən Göygöl Rаyоn Məhkəməsinin qətnаməsi qаnunsuz оlmаqlа, Məmmədоv Аmin Fаmil оğlu ilə оnunlа birgə аnаdаn оlmuş övladlarının sахlаnmаsı ilə bаğlı Göygöl Rаyоn Məhkəməsinin qətnаməsinə əsаsən təyin еdilmiş аlimеntin ödənilməsindən yаyınmаsı üçün еdilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini araşdıraraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən işdə iştirak etməyən şəxs tərəfindən verilən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin etdiyi hərəkətlərdən biri də qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamaq və yoxlamanın nəticəsinə dair qərardad qəbul etməkdir ki, həmin qərardaddan da işdə iştirak edən şəxslərin şikayət vermək hüququ mövcud olur. Lakin, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbini nəzərə almayaraq, qətnamənin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunmasını yoxlamadan baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə uyğun olaraq, apellyasiya şikayətinin işdə iştirak etməyən şəxs tərəfindən verilməsi ilə əlaqədar qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamadan apellyasiya instansiyasına göndərdiyindən apellyasiya şikayətinin baxılması üçün prosessual əsaslar yaranmamışdır. Buna görə də verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360-363, 366 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(066)-114/2021 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar