Məhkəmə qərarları › İş №2(104)-956/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-956/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-956/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 Rafiq oğlunun və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Rafiq oğlunun və Cavabdeh3 paylı mülkiyyətindədir.

2. İş materiallarına əlavə edilən 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notariat işinin təsdiqli surətində olan alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1 və X11 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmişdir.

3. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi sahəsi 0.32 ha torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh4 satmışlar.

4. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətinədən görünür ki, **********59 reyestr nömrəli Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 tam mülkiyyətindədir.

5. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli 5-76-9\2-01\2025 nömrəli Şəmkir RİHB-nın Təzəkənd İƏD üzrə nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh4 mülkiyyətində olan **********59 reyestr nömrəli 0.325 ha torpaq sahəsi hazırda mübahisəli olduğu üçün əkilməmiş və istifadə edilmir.

6. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cüil tarixli 3-16-16/2-4/825 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əlijeba” sözünün qarşısındakı imza- Cavabdeh1 tərəfindən icra olunmuşdur. 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əlijeb” sözünün qarşısındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur.

7. Şəmkir rayonu Yeniyol kənd sakinlərini tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, X5 ailəsinə məxsus olan Şəmkir -Kür qəsəbə yolunun sol tərəfində yerləşən 0.3250 ha torpaq sahəsində tərəvəz, yonca, arpa, buğda və s. kənd təsərrüfatı məhsulları Yeniyol kənd sakini İddiaçı tərəfindən istifadə olunmuş və əkib becərilmişdir.

8. Şəmkir rayonu Təzəkənd bələdiyyəsi tərəfindən verilmiş 22 nömrəli xx.xx.2025-ci il tarixli arayından görünür ki, Şəmki Kür qəsəbə yolunun sol tərəfində yerləşən 0.3250 ha torpaq sahəsi xx.xx.2007-ci ildən hal-hazıradək həmin pay torpaq sahəsində tərəvəz, yonca, arpa, buğda və s. kənd təsərrüfatı məhsulları Yeniyol kənd sakini İddiaçı tərəfindən istifadə olunmuş və əkib becərilmişdir.

9. Məhkəmənin sorğusu əsasında əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 3-21-3-40/2-3901/2025 saylı məktubunda bildirilmişdir ki, apellyasiya instansiya məhkəməsinin məktubunda qeyd olunan **********59 reyestr nömrəli Çıxarışda qeyd olunan və elektron baza məlumatlarına əsasən verilmiş Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən “kənd təsərrüfatı təyinatlı” 0.3250 ha əkin torpaq sahəsi üzərində hər hansı bir ölçmə işləri aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 31 avqust 2023-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlər Sarabəyim İbrahimova, Cavabdeh2 və Cavabdeh3 məxsus Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni əsaslarla 2.500 (iki min beş) manata 27 noyabr 2007-ci il tarixdə Şəmkir rayon Notariat Ofisində 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Sonralar o həbs edilmiş və müəyyən səbəblərə görə adına çıxarış almamışdır. 2023-cü ilin noyabr ayında o, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib öz adına çıxarış almaq istəyərkən ona məlum oldu ki, cavabdehlər 2-ci dəfə saxta alqı-satqı yolu ilə həmin torpaq sahəsini digər Cavabdeh4 satmışlar və sonuncu öz adına çıxarış almışdır. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edib saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyir. Həmin torpaq sahəsi onun istifadəsindədir və onunla olan alqı-satqı müqaviləsində heç bir saxtakarlıq yoxdur qanunidir. Qeyd edilənlərə əsasən Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 31 avqust 2023-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2007- ci il tarixli 4Ə-04-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1 və X11 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmiş, həmin alqı satqı əsasında İddiaçı çıxarış verilməmişdir. Bundan sonra AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən Cavabdeh4 satılmış, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrindən törənmişdir. Çıxarış, özözlüyündə daşınmaz əşya ilə bağlı hüququn yaranması, məhdudlaşması, pozulması və ya xitam olunması baxımından hər hansı bir funksiya daşımadığına görə, sırf çıxarışın etibarsız olunması tələbində iddiaçının qorunmaya dəyər hüquqi bir mənfəəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır. Qeyd edilənlərə əsasən iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi də, təmin edilməməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(076)-60/2025 saylı qətnaməsininin ləğv edilməsi, işə yenidən mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Sarabəyim İbrahimova, Cavabdeh2 və Cavabdeh3 məxsus Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni əsaslarla 2.500 (iki min beş) manata 27 noyabr 2007-ci il tarixdə Şəmkir rayon Notariat Ofisində 4Ə-4-414 reystr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Sonralar o, həbs edilmiş və müəyyən səbəblərə görə adına çıxarış almamışdır. 2023-cü ilin noyabr ayında o, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib öz adına çıxarış almaq istəyərkən ona məlum olmuşdur ki, cavabdehlər 2-ci dəfə saxta alqı-satqı yolu həmin torpaq sahəsini digər Cavabdeh4 satmışlar və sonuncu öz adına çıxarış almışdır. O, “saxta alqı-satqı müqaviləsinin ləğv və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2 (076)-60/2025 saylı ədalətsiz qətnaməsi ilə iddiası təmin edilməmişdir. O, həmin qətnamənin əsassız olduğundan ləğv edilməsini istəyir. Belə ki, məhkəmə düzgün qərara gəlməmişdir. Məhkəmə iclasında cavabdehlər ilk öncə torpağı ona guya icarəyə verdiklərini daha sonra isə 2007-ci ildə onunla olan alqı-satqı müqaviləsinin onların imzaları olmadığını bildirdilər. Məhkəmə qərardadla ekspertiza təyin etmişdir. Ekspertin rəyinə əsasən cavabdehlərin şəxsən imzaladığı təsdiq edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslanmışdır ki, onun iddiasındada 2-ci saxta alqı-satqı müqaviləsinin “ləğv edilməsini” xahiş etmiş, etibarslığını yox. Hesab edir ki, ləğv tələbi xahiş etsə də, etibarsızlığın əsası var idisə alqı-satqı müqaviləsi etibarsız hesab edilib onun əsasında verilmiş çıxarış ləğv olunmalı idi. Məhkəmə isə ona məlum olmayan səbəblərdən iddianı təmin etməmişdir. Ona görə də həmin qətnamənin ləğv edilməsini istəyir. Hesab edir ki, hazırkı iddia tələbində göstərilən hallar sübuta yetirilsə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual və MülkiMəcəlləsinin bütün normalarını pozmuşdur. Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İş materiallarına əlavə edilmiş sənətlərdən də, görünür ki, işdə olan ekspert rəyinə əsaslanmadan baxış keçirilmədən şahidlər dindirilmədən məhkəmə ədalətsiz qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabeh Cavabdeh4 nümayəndəsi X3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2023-cü ilin yaya aylarında Cavabdeh1, Cavabdeh2 Rafiq oğlunun, Cavabdeh3 özlərinə məxsus olan 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq istədiklərini eşitmiş, ailəsinin gələcək təminatı üçün həmin əmlakı almaq fikrinə düşmüşlər. Bu məqsədlə torpaq sahəsinin yerləşdiyi əraziyə baxmaq üçün həyat yoldaşı həmin yerə getmiş və Cavabdeh2 torpaq sahəsini yoldaşına göstərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət edərək torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, ərazinin mübahisəli olub olmamasını dəqiqləşdirmək üçün GPS aparatı ilə yerində ölçmə işləri aparacaq mütəxəssis cəlb olunması xahiş olunmuşdur. Reyestr xidməti mütəxəssisinin torpaq sahəsi üzərində apardığı ölçmə işlərindən sonra ərazinin qonşu sahələrlə üst-üstə düşmədiyi, yerində göstərilən torpaq sahəsinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının mülkiyyətinə olduğunu müəyyən etmişlər. Daha sonra sənədləşmə işləri ilə əlaqədar notariat ofisinə müraciət etmişlər, həmin vaxt torpaq sahəsi üzərində həbs olması, həmin həbsin səbəbini maraqlandıqda isə mülkiyyətçilərdən Cavabdeh2 bank borcuna görə torpaq sahəsinə həbs qoyulması müəyyən edilmiş, borc ödənildikdən sonra həbs götürülmşüdür. Daha sonra sənədlərdə hər hansı problem aşkar olunmadı və notariat kontorunda 31 avqust 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh1, Cavabdeh2nın, Cavabdeh3 oğlunun mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsini 5000 manat ödəməklə satın aldıq və əvvəlki müliyyətçilər tərəfindən torpaq sahəsi onlara təhvil verilmişdir. Torpaq sahəsinin alqı-satqısı ərəfəsində bir neçə dəfə torpaq torpaq sahəsinə baxmaq üçün, daha sonra reyestr xidmətinin mütəxəssisinin GPS aparatı vasitəsi ilə ölçülməsi üçün əraziyə gəlməsi və s. bu kimi halların heç birində heç kim torpaq sahəsinin bu və ya başqa şəxsə məxsus olması kimi hərəkətlər etməmişdir. O, torpaq sahəsini aldıqdan sonra məhkəmədən bildiriş gələndə hazırki İddiaçı barədə məlumatı olmuşdur. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu baxımdan da, hesab edirəm ki, 31 avqust 2023 cü il tarixli alqı-satqı müqaviləsini bağlayarkən o, əvvəlki mülkiyyətçilərin adına olan torpaq sahəsinə dair sənədlərə, müqavilə bağlayan notariat kontorunun və Çıxarış alarkən reyestr xidmətinin rəsmiyyətinə inanaraq torpaq sahəsini satın aldığım üçün vicdanlı əldə edən olduğundan onun hüquqları məhkəmə tərəfindən qorunmalıdır. O, torpaq sahəsini alan ərəfədə dəfələrlə torpaq sahəsinə baxmaq üçün əraziyə getmişlər, reyestr xidmətinin mütəxəssisi müvafiq ölçmə işləri aparmış, lakin bu hərəkətlərin heç birində hazırki İddiaçı üzə çıxmamış, nə də, bu barədə onun hər hansı məlumatı olmamışdır. Onlar torpaq sahəsini alarkən hər hansı başqa niyyətləri olmamış, yalnız özlərinə əmlak əldə etmək və ailə olaraq həmin əmlakdan istifadə etmək istəyi olmuşdur. Əgər iddianın məzmununda qeyd edilən hallar mövcud olmuşdursa, o məsələnin ona heç bir aidiyyəti yoxdur. İşin real halları ondan ibarətdir ki, o, əmlakı əldə edərkən vicdanlı hərəkət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076) 60/2025 saylı 15 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə iştirakı olmadan baxılaraq təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh2 Rafiq oğlunun nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)– 60/2025 saylı 15 yanvar 2025–ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qeyd edim ki, qətnamə qanuni və əsaslıdır, ləğv edilməsi üçün əsaslar mövcud deyil. İlk öncə nəzərə alınmalıdır ki, müqavilənin ləğvi ilə etibarsızlığı arasında olan fərq hüquqi baxımdan mühüm və əsaslıdır. Bu iki anlayışı aydın şəkildə müqayisəli təhlil etsək görsənir ki, müqavilənin ləğvi üçün müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən biri və ya hər ikisi onu pozmaq və ya bitirmək qərarına gəlməsi əsas şərtdir. Lakin hazırki işdə mübahisələndirilən müqavilədə iddiaçı müqavilənin tərəfi deyil. Bu da, onun belə bir tələblə, yəni müqavilənin ləğv edilməsi ilə bağlı tələblə müracit etmək üçün subyektiv hüququnun olmadığını göstərir. Qanunvericiliyin tələbinə əsasən müqavilənin ləğvi yalnız tərəflər arasında mümkün olur. Azərbaycan Respublikası Mülki Məcələsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Mülki Məcəllənin 421.1–ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 423.1–ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1–ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2–ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: 1) digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7–ci maddəsində müəyyən edildiyi kimi); 2) Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1–ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3–cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə–hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 66.1–ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130–cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Göründüyü kimi Mülki Məcəllənin 421.1–ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Qanunun mənasına görə müqavilənin ləğvi tərəflərin qarşılıqlı razılaşması ilə, bundan başqa müqavilə tərəfi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür. O da xx.xx.2023– cü il tarixli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin tərəfləri satıcılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və alıcı Cavabdeh4dır. Bu da onu göstərir ki, hazırki iş üzrə iddiaçı həmin müqavilənin iştirakçısı və tərəfi deyil. Bu da iddiaçının ləğv tələbi üçün subyektiv hüququ olmadığını göstərir. Müqvilənin etibarsızlığına gəlincə isə etibarsızlıq üçün ən əsas şərt müqavilə hüquqi qüvvəyə minməməlidir. Hazırda isə mübahisələndirilən 31 avqust 2023–cü il tarixli 4Ə–1154 reyestr nömrəli müqavilə əsasında artıq üçüncü şəxsin adına reyestrdən çıxarış verilmişdir. Bu da onu göstərir ki, müqavilə hüquqi olaraq qüvvəyə minmişdir. İş üzrə müqavilənin ləğvi ilə müqavilənin etibarsızlığı arasındakı fərqi real kontekstdə açıq şəkildə görsənir. İddiaçının istinad etmiş olduğu 27 noyabr 2007–ci il tarixli müqavilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 münasibətdə həqiqəti əks etdirmir. Belə ki, həmin “müqavilə” Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həqiqi iradəsini ifadə etmir. Çünki onların torpaq sahəsini satmaq niyyətləri olmamış, torpaq sahəsini müvəqqəti olaraq icarəyə vermişlər. Cavabdeh2 həmin vaxt hərbi xidmətdə olmuş, Cavabdeh3 ailə qurub başqa ünvanda yaşamış, İddiaçı da Cavabdeh1 yaşlı və xəstə olmasından istifadə edərək icarə müqaviləsi bağlamaq adı altında alqı–satqı müqaviləsinə imza etdirmişdir. Hər nə qədər 27 noyabr 2007–ci il tarixli “alqı–satqı müqaviləsi” “bağlanmış” olsa da, həmin müqavilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həqiqi iradəsini ifadə etdirməməklə yanaşı Dövlət reyestrində qeydə alınmamış, müqavilənin icrası formalaşdırılmamışdır. Buna görə də həmin müqavilə hüquqi nəticə doğurmur. Ümumiyyərlə torpaq sahəsi son 8–10 il müddətində iddiaçının istifadəsində olmamışdır. Çünki istifadə etmiş olsaydı ən azından torpaq sahəsinin üzərində həbsin olmasından xəbərdar olmuş olardı ki, bununla bağlı heç vaxt mülkiyyətçilərə müraciət etməmişdir. Torpaq sahəsinin üzərinə qoyulmuş həbs hazırki alqı–satqı müqaviləsi bağlanan vaxt götürülmüşdür. Nəticə olaraq, ikinci tərəfin mülkiyyət hüququ yaranmayıb, bu isə onun əmlakın sahibi kimi çıxış etməsinə hüquqi əsas vermir. Mülkiyyət hüququ dövlət qeydiyyatına əsaslandığı üçün qeydiyyatsız müqavilə hüquqi status qazandırmır. İddiaçı tərəfin iddiası hüquqi əsasdan məhrumdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin də tələblərinə görə daşınmaz əmlakın mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydiyyatdan keçəndən sonra hüquqi qüvvəyə minir. Yəni reyestrdə qeydiyyat hüquqi üstünlük yaradır və yalnız qeydiyyatdan keçmiş mülkiyyət hüququ qanunla tanınır. 31 avqust 2023–cü il tarixli alqı–satqı müqaviləsi qanuni şəkildə bağlanmış, qeydiyyat prosedurları tam şəkildə yerinə yetirilmiş və həmin müqavilə üzrə bu tələblər yerinə yetirildiyinə görə hüquqi cəhətdən daha üstündür. 31 avqust 2023–cü il tarixli 4Ə–1154 reyestr nömrəli müqavilə əsasında artıq üçüncü şəxsin adına reyestrdən çıxarış verilmişdir. Bu da onu göstərir ki, müqavilə hüquqi olaraq qüvvəyə minmişdir. Belə olan halda iddiaçı müqavilənin ləğvi deyil, maraqlarına toxunan şəxs qismində müqavilənin etibarsılığını tələb edə bilərdi ki, bunu da etməmişdir. Azərbaycan Respublikası MPM–nin 53–cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi qanunvericilik iddianın əsasını və ya predmetini dəyişməyə görə iddiaçıya kifayət qədər imkan yaratmasına baxmayaraq iddiaçı məhkəmə prosesinin heç bir mərhələsində bunu etməmişdir. Yəni bu halda onun yalnız müstəqil iddiaçı qismində və ya hüquqi marağını sübut etməklə etibarsızlıq iddiası qaldırması mümkün idi. Belə olmadığı üçün də məhkəmə bu hüquqi forma pozulduğu üçün iddianı əsaslı olaraq rədd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Hazırda iddiaçının apellyasiya şikayəti və məhkəmə iclasında etmiş olduğu çıxışları formal mülahizələrə əsaslanır. Azərbaycan Respublikası MPM–nin 385.2–ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi–nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)–60/2025 saylı 15 yanvar 2025–ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəllər müqavilələri mübahisələndirərkən hüquqdan sui-istifadə halı var idi. Bİr dəfə iddia müqavilənin ləğv edilməsi ilə bağlı qaldırırlırdı, daha sonra etibarsız hesab edilməsi ilə bağlı prosesdur baş tuturdu. Artıq bununla bağlı vahid məhkəmə təcrübəsinə əsaslanan Ali Məhkəmənin plenum qərarı mövcuddur. Qanunda göstərilir ki, əgər müqavilələr mübahisələndirilirsə, həm ləğvi, həm etibarsız hesab edilməsi üçün əsaslar birlikdə araşdırılmalı və hüquqi qiymət verilməlidir. Əgər tələbdə etibarsızlıq məsələsi qoyulmuşdursa, məhkəmə tələbdə dəqiqləşdirilmə edilməsini proses tərəfinə təklif edə bilərdi. Bundan başqa təklif etməsə belə, birinci instansiya məhkəməsinin iddia tələbinin çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini baxılmamış saxlaya bilərdi. İş üzrə sübutlardan və şahid ifadələrindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi yol kənarında yerləşir və həmin torpaq sahəsinin kənarında müxtəlif xidmətlər göstərən obyektlər mövcuddur. Hazirkı iş üzrə iddiaçı da həmin torpaq sahəsini uzun müddətdir ki, istifadə etmişdir. Həmçinin kənd əhalisi bilir ki, həmin torpaq sahəsi boş olsada kimin istifadəsindədir. Hesab edir ki, iddiaçı qanuni şəkildə alqı-satqı etmişdir. Mülki hüququn tələblərinə görə tərəflər öz hüquq və vəzifələrinə vicdanlı olaraq münasibət bəsləməlidirlər. Belə ki, iddiaçının alqı-satqı edərək aldığı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanunsuz olaraq ikinci dəfə başqa şəxsə satılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 27 noyabr 2007-ci il tarixdə 2500 manata Şəmkir rayon Notariat ofisinda 4a-4-414 reystr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini almışdır. Torpaq sahəsini satan şəxslər Sarabəyim İbrahimova, Cavabdeh2 və Cavabdeh3 olmuşdur. Alqı-satqı müqaviləsindən sonra dövlət aktı alınmamışdır. 2023-cü ilin noyabr ayında Məhəmməd Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin vaxt torpaq sahəsinin Cavabdeh4 satıldığı məlum olmuşdur. Torpaq sahəsinin çıxarışın alandan sonra satmışlar. Məhəmməd məhkəməyə müraciət etmiş, məhkəmə isə onun iddiasını rədd etmiş və əsas kimi iddia predmetinin düzgün göstərilməsində nöqsanlar olduğu göstərilmişdir. 2007-ci ildə baş tutan alqı-satqıdan sonra torpağı faktiki olaraq alıcı istifadə etmişdir. İddiaçı torpaq sahəsi üçün çıxarış almağa getdiyi zaman həmin torpaq sahəsinin başqa şəxsə satdıldığını bilmişdir. Alıcı olan şəxs almaq istədyi torpaq sahəsinə gəlib baxmalı idi. Həmçinin ikinci alıcı olan şəxs Cavabdeh4 cavabdehlərlə qohumluq əlaqələri var. Torpağın vergisini iddiaçı vermişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Rafiq oğlu izahat verib bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir və təmin edilməməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilənlərin hamısı yalandır. Mübahisəli torpaq sahəsi onların özlərinə məxsus olmuşdur. Qarşı tərəf onun əsgərlikdə olmağından, anasının şəkər xəstəsi olmağından istifadə edərək 600 manat müqabilində torpaq sahəsini icarəyə götürmüşdür. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, 2018-ci ildə əsgərliyini sona çatdırmışdır. İddiaçı ilə razılaşmaları 600 manat müqabilində torpağın icarəyə götürməsi olmuşdur. Lakin o, anasını aldadaraq 2500 manat qeyd olunan müqavilədə imza etdirmişdir. Torpaq sahəsi qanuni çıxarışla onların adına olmuşdur. Həmçinin torpaq sahəsini Xəyalə xanıma satdıqları zaman onun borcu olduğu üçün həmin torpaq sahəsinin üzərində həbs olmuşdur. Daha sonra o, borcunu ödəyərək torpaq sahəsi üzərindən həbsi götürdükdən sonra alqı-satqı etmişdir. Təxminən 7-8 ay əvvəl torpaq sahəsi üzərindən həbs götürülmüşdür. Torpaq sahəsi əvvəllər onlara məxsus idi, hazırda Xəyala Teymurovaya məxsusdur. Bank təşkilatına kredit borcu olduğu üçün məhkəmə tərəfindən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Torpaq sahəsi üzərində həbs olduğu onlara Xəyala Teymurovaya torpağı satdıqları zaman məlum olmuşdur. İcra məmurunun təqdimatından sonra məhkəmə tərəfindən adına olan əmlaka həbs qoyulmuşdur. Torpaq sahəsi 2017-ci ildən əkin işləri aparılmadığı üçün boş vəziyyətdə qalmışdır. Torpaq sahəsinin vergisini onlar ödəmişlər. Hər il bələdiyyəyə torpaqla bağlı pul köçürmüşlər. Təxminən 8-9 ay olar ki, torpaq sahəsini Cavabdeh4 vermişlər. İddiaçı torpaq sahəsinin onlara məxsus olmasını bilmişdir. Onlar torpaq sahəsini ona icarəyə vermişdilər. Cavabdeh4 ilə qohumluq əlaqələri yoxdur. Sadəcə həmkəndli kimi tanıyır. Cavabdeh4 həmin torpaq sahəsinin İddiaçı istifadə edildiyini bilməmişdir. Keçən il torpaq sahəsində heç kim əkin işləri aparmamışdır. Məhkəmə mübahisə yarandığı andan torpaq sahəsindən istifadə edilməmişdir. Lakin ona qədər torpaq sahəsindən onlar özləri istifadə etmişlər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Rafiq oğlunın nümayəndəsi (vəkili) Vəkil1 ərizənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini qəbul etmədiklərini, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsində o, yonca bitkisi əkmişdir. Yoncanın yığımı zamanı isə Nümayəndə onun işçisinə torpağın onun olduğunu və əkin işləri aparmamağı bildirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İmdat Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən çıxarış alana qədər o, həmin torpaqda əkin işləri aparırdı. Həmin vaxt Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ölçmə işləri aparmasından xəbəri olmamışdır. Lakin lap əvvəllər ölçmə işləri aparılmışdır. O, daima həmin ərazidə ola bilmir. O, torpaq sahəsində yonca əkib-becərmişdir. Nümayəndə yay aylarında ona bildirmişdir. Təxminən may ayında yoncanı biçmişlər. İmdat Muxtarov onun işçisinə mobil telefonla zəng edərək torpağın onun olduğunu və əkin işləri aparmamağı bildirmişdir. Həmin işçini şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. 2015-ci ilə qədər torpaq vergisi ödəmişdir. 2015-ci ildən sonra torpaq vergisi alınmadığı və heç kim də ödəmədiyi üçün o da, ödəməmişdir. Torpaq sahəsi az olduğu üçün subsidiyalar almamışdır. Həbsdə olduğu üçün torpaq sahəsinə çıxarış ala bilməmişdir.

23. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini, ona görə də, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, o, torpaq sahəsini Niyaməddindən almışdır. Təxminən 2023-cü ildə torpaq sahəsini almışdır. Torpaq sahəsini onlara Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən əməkdaşlar göstərmişdir. Həmin vaxt torpaq sahəsində heç nə əkilməmişdir. Kənd əhalisinin deməsinə görə, Məhəmməd həmin torpaq sahəsində əkin işləri görmüşdür. O, Şəmkir ərazisində yaşayır. O, Niyaməddin və Məhəmməd ilə eyni kənddə yaşayır. Niyaməddin torpağı Məhəmmədə icarəyə verdiyini bildirmişdir. Torpaq sahəsini adına rəsmləşdirmək üçün müraciət etmiş, lakin bu mümkün olmamışdır. Çünki həmin torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Niyaməddinin bank təşkilatına borcu olmuşdur, lakin nə zaman kredit məbləği aldığını bilmir. Niyaməddinin bank təşkilatına olan borcu barədə maraqlanmamışdır. Bank təşkilatına olan borcunu Niyaməddin özü ödəmişdir. O, torpağı 5000 manata almışdır. Torpaq sahəsi 0.325 ha idi. Torpaq sahəsini çəpərləməmişdir. Çünki həmin ərazidə torpağı çəpərləyən yoxdur. Torpaq sahəsində əkin işləri aparmamışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Ona qədər Məhəmməd torpaqla bağlı onlarla danışmamışdır. İddiaçı məhkəməyə müraciət edənə qədər torpaq sahəsi ilə bağlı mübahisə olduğunu bilməmişdir. Torpaq sahəsini təxminən 1 ildir ki, almışdır. O da, Məhəmməd də, Şəmkir ərazisində yaşayırlar. Torpaq sahəsinin əvvəllər İddiaçı tərəfindən istifadə edildiyini bilmişdir. O, torpaq sahəsini aldığı zaman orada əkin işləri aparılmamışdır. Mübahisəli torpaq sahəsini aldığı zaman bu barədə Məhəmməddən soruşmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin əməkdaşları mübahisəli əraziyə baxış keçirdilər və ölçmə işləri apardılar. O, mübahisəli ərazidə əkin işləri aparmamışdır. O torpaq sahəsi ilə bağlı Məhəmməd ilə danışmamışdır. Niyaməddin ona torpaq sahəsini Məhəmmədə icarəyə verdiyini bildirmişdir. Torpaq sahəsini aldıqdan sonra istifadə etməməyinə səbəb həmin torpaq sahəsinin üzərinə həbs qoyulması olmuşdur. Məhkəmə tərəfindən həbs qoyulduğunu bilmişdilər. Alqı-satqı edilən zaman torpaq sahəsinin üzərinə həbs qoyulmamışdır. Alqı-satqı edilən zaman torpaq sahəsinin sənədlərini yoxlamışdılar. Torpaq sahəsinin əvvəllər iddiaçı tərəfindən istifadə edildiyini həmkəndlilərindən bilmişdir. Niyaməddinin torpağı satdığını kənd əhalisindən eşitmişdir. O, Niyaməddinin torpaqla bağlı təqdim etdiyi sənədlərə inanmışdır. Həmin torpaq sahəsindən yol keçir. Həmin torpaq sahəsindən təxminən 50 metr aralıda obyektlər var. Pay torpaq sahələri arasında qiymət fərqi ola bilər. O, torpaq sahəsini 5000 manata almışdır. Başqa torpaq sahələrinin qiyməti ilə maraqlanmamışdır. Onlar tərəfdə təxminən 0.01 ha 100-150 manata olan torpaq sahələri vardır. Onlar torpaq sahəsi ilə bu torpaq sahəsi arasında xeyli məsafə var. Sənədləşmə işlərini yeznəsi Salman apardığı üçün torpaq sahələrinin qiyməti ilə maraqlanmamışdır. O, torpaq sahəsini şumlamamışdır. Torpaq sahəsi üzərində həbs olduğu üçün orada heç bir iş görülməmişdir. Torpağın alqı-satıqısı ilə bağlı sənədləşmə işlərini yeznəsi Salman etmişdir. Salman işi ilə əlaqədar Moskva şəhərində yaşayır, Şəmkirə arada gəlib gedir. Onun iddiaçını tanıdığından xəbəri yoxdur.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X8 izahat verib bildirmişdir ki, onun Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsinin yaxınlığında yerləşən atasından qalma obyekti vardır. O, atası Əliyev Tapdıqdan qalmış avtoservisi işlədir. Həmin mübahisəli torpaq sahəsində iddiaçının əkin işləri apardığının şahidi olmuşdur. Son 1 ildir ki, həmin torpaq sahəsində iddiaçını görməmişdir. Son 1 ildir ki, həmin ərazidə heç kimi görməmişdir. İmdat Muxtarovu həmin ərazidə görməmişdir. O, hər gün həmin ərazidə olur. Həmin əraziyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin əməkdaşlarının gəldiyini görməmişdir. Alqı-satqı aparılmasının şahidi olmasa da, həmin torpaq sahəsi iddiaçının aldığını və həmişə onun olduğunu bilmişdir. Həmin ərazinin iddiaçı Məhəməd Məmmədovun olduğunu kənd əhalisinin hamısı deyirdi. Yəni İddiaçı həmin torpaq sahəsi icarəyə götürməmişdir. Adı çəkilən ərazidən torpaq sahələrinin qiyməti çox bahadır. Həmin ərazilərdə torpağının 0.01 ha-nın qiyməti təxminən 2000-3000 manatdır. Çünki həmin ərazidə obyektlər-restoranlar, kafelər, yanacaq doldurma məntəqəsi mövcuddur. Onların torpaq sahəsini atası qanuni şəkildə alqı-satqı edərək almışdır. Həmin vaxt o, uşaq olmuşdur. Onların obyekti 2004-cü ildə tikilmişdir, onda onun 13 yaşı olmuşdur. Son dövrlərdə onun yaxını həmin əraziyə yaxın sahədən 0.01 ha-nı təxminən 2000 manata satılan torpaq sahəsi almışdır. Orada olan torpaqların hamısı kənd təsərüffatı torpaqlar deyil. Bəzilərinə tikintiyə icazə var. Əvvəllər özü də torpaq sahələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Həmin torpaq sahəsinin 5000 manata almaq mümkün deyil. Həmin ərazidə əhali yaşamır. Sadəcə olaraq həmin sahədə Şəmkir rayonun böyük kəndlərinin çıxış-giriş yolları yerləşir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 567-ci. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

35. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

43. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.

49. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rafiq oğlu və Cavabdeh3 MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında onların paylı mülkiyyətində olan Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsini 27 noyabr 2007-ci il tarixdə Cavabdeh1 və X11 notarial qaydada İddiaçı satmış, X2 torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin adına rəsmiləşdirməmiş, cavabdehlər isə həmin torpaq sahəsini yenidən Cavabdeh4 satmışlar. Həmin torpaq sahəsi xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 tam mülkiyyətinə verillmişdir. Bundan sonra iddiaçı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib öz adına çıxarış almaq istəyərkən ona məlum olmuşdur ki, cavabdehlər ikinci dəfə alqı-satqı yolu ilə həmin torpaq sahəsini Cavabdeh4 satmışlar və sonuncu öz adına çıxarış almışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

50. İddianı təmin etməyən birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda ləğvi tələb edilən AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin tərəfləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (satıcılar) və Cavabdeh4dır (alıcı). Göründüyü kimi hazırda iddiaçı müqavilənin tərəfi olmamaqla yanaşı müqavilənin ləğvi barədə müqavilə tərəflərinin qarşılıqlı razılaşması, eyni zamanda birtərəfli qaydada müqavilə ləğvinin əsasları müəyyən edilməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz.

51. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə hazırlıq iclasında işə baxan hakim iddianın təmin edilməsi üçün tədbirlər görməli, həmçinin işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etməlidir. İddiaçı iddia tələbində Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 31 avqust 2023-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 31 avqust 2023-cü ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əsaslandırmış, lakin xahiş etdi hissəsində alqı-satqı müqaviləsinin ləğvini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə heç bir tədbir görməmiş və iddia tələbini rədd etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli Qərardadının 13-17-ci bəndlərində qeyd edilir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Göründüyü kimi həm Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, həm də Ali Məhkəmənini formalaşadırdığı vahid məhkəmə təcrübəsinə əsasən, əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Yəni birinci instansiya məhkəməsi iddia tələbindən asılı olmayaraq əqdin etibarlılığını yoxlamalı idi.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları, təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi 2007-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı satılmış, həmin vaxtdan iddiaçının həsb edilməsinə qədər onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 iddiaçının onun hərbi xidmətdə olmasından, anasının şəkər xəstəsi olmasından istifadə edərək 600 manat müqabilində torpaq sahəsini icarəyə götürməsi, iddiaçının onun anasını aldadaraq 2500 manat qeyd olunan müqavilədə imza etdirməsini, həmin müqavilənin onların həqiqi iradə ifadə etməyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqavilələri onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanması müəyyən olunur. Belə ki, iddiaçı və cavabdehlər Cavabdeh1 və X7 öz iradələri əsasında notariat kontoruna müraciət etməklə, daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlamaq istəklərini nümayiş etdirmişlər. Həmin müqavilədə Mülki Məcəllənin 648-650-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah olmuş, tərəflər isə müqavilə şərtləri, həmçinin obyektin qiyməti ilə razılaşaraq müqavilələri imzalamışdır. Həmçini Cavabdeh2 Rafiq oğlu iddiaçının onun hərbi xidmətdə olmasında istifadə edərək icarə müqaviləsi əvəzinə alqı-satqı müqaviləsinin bağlandığını iddia etsə də iş materiallarında olan xx.xx.2007-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 anası Cavabdeh1 məhz torapağın satılmasına icazə vermişdir. Həmin ərizə isə 2005 nömrəli Hərbi hissənin Sərhıd zastavasının rəisi Ş.Qurbanov tərəfindən təsdiq edilmişdir.

53. Göründüyü kimi cavabdeh tərəf mübahisəli torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirsələr də, bu iş materialları ilə təkzib edilmişdir. Belə ki, 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notariat işinin təsdiqli surətində olan alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1 və X11 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmişdir. Həmin alqı-satqı müqaviləsində imzaların da, qeyd edilən şəxslərə məxsus olması ekspert rəyi ilə təsdiqin tapmışdır. Bu baxımdan məhkəmə kollegiya cavabdehlərin həmin dəlilini əsassız hesab etmişdir.

54. Bundan başqa kollegiya qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, Cavabdeh2 iddiaçının onları aldadaraq alqı-satqı müqaviləsi bağlamasını iddia etsə də həmin cavabdehlər tərəfindən müqavilə indiyədək mübahisələndirilməmişdir.

55. Məhkəmə kollegiyası Cavabdeh4 vicdanlı alıcı olması ilə bağlı qeyd edir, Cavabdeh4 və onun atası İmdat Muxtarovun iddiaçı və digər cavabdehlərlə həmkəndli olması işin mübahisəsiz halıdır. Həmçinin, mübahisəli torpaq sahəsinin 2007-ci ildən iddiaçının istifadəsində olması ilə bağlı Cavabdeh4 atası Nümayəndə məlumatı olmuşdur. Belə ki, məhkəmə iclasında izahat verən zaman İmdat Muxtarov torpaq sahəsinin əvvəllər iddiaçı tərəfindən istifadə edildiyini həmkəndlilərindən bildiyini, Niyaməddinin torpağı satdığını kənd əhalisindən eşitdiyini bildmişdir. Beləliklə, iş üzrə tərəflər həmkəndli olduğundan həmin torpaq sahəsinin satılması və iddiaçının istifadəsində olması ilə bağlı Cavabdeh4 məlumatlı olmuşdur. Həmçini Cavabdeh2 Rafiq oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, torpaq sahəsi qanuni çıxarışla onların adına olmuşdur. Həmçinin torpaq sahəsini Xəyalə xanıma satdıqları zaman onun borcu olduğu üçün həmin torpaq sahəsinin üzərində həbs olmuşdur. Daha sonra o, borcunu ödəyərək torpaq sahəsi üzərindən həbsi götürdükdən sonra alqı-satqı etmişdir. Cavabdehin nümayəndəsi (atası) Nümayəndə torpaq sahəsini aldıqdan sonra istifadə etməməyinə səbəb həmin torpaq sahəsinin üzərinə həbs qoyulması olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Yuxarıda qeyd edilənlərdən görünür ki, qanunverici əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab etmişdir. Odur ki, məhkəmə kollegiyası “vicdanlı alıcı” məsələsinə münasibətdə qeyd edir ki, Cavabdeh4 «vicdanlı əldə edən» hesab etmək olmaz. Belə ki, Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir. X6 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Konstitusiya Məhkəməsi qərarında qeyd edildiyi kimi, qanunverici vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdə münasibətdə vicdanlılığı müəyyən edir. Göründüyü kimi, vicdanlılığın müəyyən edilməsi üçün sadalanan elementlərdən biri ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə əqdin bağlanmasıdır. Hazırkı iş materialları müəyyən edildir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olmasından məlumatlı olmuş, yalnız digər Cavabdeh2 Rafiq oğlunun torpağı icarəyə verməsi barədə dediklərini əsas gətirərək torpağı aldığını bildirmişdir. Kollegiya Cavabdeh4 nümayəndəsinin dediklərini tam inandırıcı hesab etməsə də, qeyd edir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu bildiyi halda lazımi ehtiyatlılıq göstərərək torpağın hansı əsaslarla iddiaçının istifadəsində olmasını dəqiqləşdirə bilərdi. Digər tərəfdən Cavabdeh4 nümayəndəsinin torpaq sahəsini aldıqdan sonra istifadə etməməyinə səbəbinin həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasının olmasını göstərməklə, həmin torpaq sahəsinin satılmamışdan əvvəl həbsin üzərindən götürülməsi ilə bağlı Cavabdeh2 Rafiq oğlunun izahatı ilə ziddiyyətli izahat verməsini nəzərə alaraq kollegiya onun mübahisəli torpaq sahəsinə mansibətdə vicdanlı alıcı olması ilə bağlı verdiyi izahatını qeyri səmimi olmaqla inandırıcı hesab etmir.

56. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-179/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərrəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1, Cavabdeh2 Rafiq oğlunun və Cavabdeh3 paylı mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 satilmasına dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış və reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********59 nömrə ilə aparılmış qeyd ləğv edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1, Cavabdeh2 Rafiq oğlunun və Cavabdeh3 paylı mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 satilmasına dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış və reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********59 nömrə ilə aparılmış qeyd ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar