Məhkəmə qərarları › İş №2(104)-958/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-958/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-958/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçi "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli 037/12 saylı kredit müqaviləsi üzrə 12586,80 ABŞ dolları əsas borc, 26492,60 ABŞ dolları hesablanmış faiz borcu, 35120,04 ABŞ dolları dəbbə pulu, cəmi 74199,44 ABŞ dolları, xx.xx.2012-ci il tarixli 422/12 PK saylı kredit müqaviləsi üzrə 1599,39 ABŞ dolları əsas, 2679,59 ABŞ dolları hesablanmış faiz, 192,00 ABŞ dolları dəbbə pulu, cəmi 4470,98 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 17000 manat qiymətləndirilib və borcun əvəzi bu qiymətlə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə raon Ərazi İdarəsində 02 nömrəli reyestr kitabının 01 nömrəli vərəqində qeydiyyata alınan, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 oğunun mülkiyyətindəki Tərtər şəhəri, N.Nərimanov küçəsində 15 nömrəli evdə yerləşən 40.6 kv.m ümumi 29.8 kv.m yaşayış, 10.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 2 nömrəli mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 17000 manat qiymətləndirilib və borcun əvəzinin bu qiymətlə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsində xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Tərtər şəhəri, V.S.Həsənov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.005525 ha torpaq sahəsində yerləşən 2 girişli 47.8 kv.m ümumi, 47.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə rayon Ərazi İdarəsində 02 nömrəli reyestr kitabının 01 nömrəli vərəqində qeydiyyata alınan, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 oğunun mülkiyyətindəki Tərtər şəhəri, N.Nərimanov küçəsində 15 nömrəli evdə yerləşən 40.6 kv.m ümumi 29.8 kv.m yaşayış, 10.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 2 nömrəli mənzildən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və orada yaşayanların bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatı zamanı Cavabdeh2 apellyasiya şikayətindən imtina etdiyi üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İş materiallarından müəyyən edilir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və 13 may 2019-cu il tarixdə icraya yönəldilmişdir. Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunulan şəxs kimi nümayəndəsi olan Vəkil ilə birlikdəTərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunulan şəxs kimi qəbul edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə Maraqlı şəxs şikayəti təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. . Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Mülki işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2012-ci il tarixli 037/12 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 27 faiz olmaq şərti ilə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 27 yanvar 2012-ci il tarixli 037/12 saylı ipoteka müqaviləsindən görünür ki, 27 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatda alınmışdır Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2012-ci il tarixli 037/12 saylı kredit müqaviləsinin təminatı olaraq Tərtər şəhəri, N.Nərimanov küçəsi, ev 15, 02 saylı mənzil 27 yanvar 2012-ci il tarixdə ipoteka müqaviləsi ilə yüklü edilərkən, Maraqlı şəxs həmin mənzildə qeydiyyatda olmamış və o, qeyd edilən mənzilə xx.xx.2022-ci il tarixdən qeydiyyata düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi bağlandıqdan sonra yaşayış sahəsinə başqa şəxsin qeydiyyata alınması faktı, ipoteka münasibətlərinin dəyişməsinə səbəb olmur. Həmin şəxsin ipoteka hüquq münasibətlərindən irəli gələn mübahisənin həllinə təsir etmək, konkret olaraq yaşayış sahəsinin boşaldılması barədə iddianın rədd olunmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyat keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış və s.) üçün zəruri şərait yaratmaqdan ibarətdir. Göründüyü kimi, Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi qəbul edilərkən həmin qətnamə Maraqlı şəxs maraqlarına toxunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, Maraqlı şəxs şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)- 124/2019 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-124/2019 saylı mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar