Məhkəmə qərarları › İş №2(104)-958/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-958/2025

12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-958/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X8 və X10 qanuni nümayəndəsi İddiaçı, cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisi, Cavabdeh1, Cavabdeh3 və X24 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X38 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh X17 iştirakları ilə, İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X18 və X10 qanuni nümayəndəsi İddiaçı, cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisi, Cavabdeh1, Cavabdeh3 və X24 qarşı “09 aprel 2018-ci il tarixli, 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 09 aprel 2018-ci il tarixli 4Ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 09 aprel 2018-ci il tarixli 3M-153 reyestr saylı müqavilənin və 08 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-256/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ 442717 saylı nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, X19 ilə İddiaçı 07 noyabr 2008-ci il tarixdə Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyində 48 saylı akt qeydi ilə nikahları bağlanmışdır. Nikahdan sonra ərə arvada “Namazova” soyadı verilmişdir.

2. Doğum haqqında 18 noyabr 2008-ci il tarixli, AZ-İİ seriyalı 180523 nömrəli şəhadətnamənin surətindən görünür ki, X20 27 oktyabr 2007-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, atası X19, anası İddiaçıdır.

3. Doğum haqqında 16 noyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı 761970 nömrəli şəhadətnamənin surətindən görünür ki, X25 06 sentyabr 2011-ci il tarixdə Şəmkir rayonu, Qasım İsmayılov kəndində doğulmuş, atası X19, anası İddiaçıdır.

4. AZ-İİ 180523 saylı doğum haqqında Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında İddiaçı qeyd edilmişdir.

5. 31 iyul 2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X19 09 sentyabr 2014-cü il tarixdə ölmüşdür.

6. 31 iyul 2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X28 18 oktyabr 2019-cu il tarixdə ölmüşdür.

7. 31 iyul 2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X26 01 aprel 2008-ci il tarixdə ölmüşdür.

8. 27 dekabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 1.2112 ha torpaq sahəsi X11, Cavabdeh1, X9 və X15 ümumi birgə mülkiyyətindədir.

9. 2V-383 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 sentyabr 2014-cü ildə ölmüş X9 vərəsəsi X21r və o Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha torpaq sahəsinin X12 düşən hissəsinə 1/1 hissədə pay almalıdır.

10. 3M-153 reyestrli notariat işində olan 09 aprel 2018-ci il tarixli müqavilədən görünür ki, X15 əvəzinə X4 rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin X12 düşən hissəsini X24 1000 manata satmışdır.

11. 4Ə-672 reyestrli notariat işinə əlavə edilmiş 09 aprel 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X15 əvəzinə X32 və Cavabdeh1, Cavabdeh3 əvəzinə X5 rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin 0.9084 ha hissəsini X24 4000 manat müqavilində satmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, mərhum X9 və ailə üzvlərinin adına Şamkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 sayli qərarı ile "Torpağa mülkiyyət hüququna dair dövlət akti əsasında 2.83 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsinin 2.7112 ha hissəsinə 06 dekabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.1174 ha hissəsinə 06 dekabr 2012-ci il tarixli, ********** qeydiyyat nomrəli reyestrdan çıxarışlar verilmişdir. Torpaq sahəsinin 2.7112 ha hissəsinin 1.5 ha hissesini Şəmkir rayonu notariat konturunun 15 dekabr 2012-ci il tarixli, 7E-09- 8167-8168 reyestr nömrəli bölgü eskizi əsasında X16 14 dekabr 2012-ci il tarixli, 4Ə-02- 392 reyestr nömrəli Şəmkir rayonu notariat konturunun alqı-satqı müqaviləsinə əsasən 12 dekabr 2012-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrden çıxarış verilmişdir. X9 ve ailə üzvlərinin adına yerdə qalan 1.2112 ha hissesinə 27 dekabr 2012-ci tarixli, ********** qeydiyyat nömrəli reyestrdan çıxarış verilmişdir. Torpaq sahesinin 1.2112 ha hissesini 09 aprel 2018-ci il tarixli, 2V-383 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" nin 09 aprel 2018-ci il tarixli, (3M-153) 4Ə-672 reyestr nömrəli Şəmkir rayonu notariat konturunun alqı-satqı müqaviləsinə əsasən X22 adına 08 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X18 və X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisi, Cavabdeh1, Cavabdeh3 və X24 iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şəmkir rayon 1 saylı Notarita ofisində qeydə alınmış, 09 aprel 2018-ci 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına, cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisində 09 aprel 2018-ci ildə mərhum X28 ilə X34 arasında qeydə alınmış 3M-153 reyestr saylı müqavilənin ləğv olunmasına, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mərhum X28 arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 4Ə- 672 reyestr saylı alqı-saqı müqaviləsinin ləğv olunmasına, həmin alqı satqı müqaviləsi əsasında cavabdeh X17 adına 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına, dövlət rüsumu olaraq ödəmiş olduğu 100 (bir yüz) manat pulun, 500 (beş yüz) manat vəkil xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Zərinə Fazil qızı və Zəminə Fazil qızı İddiaçı baldızlarıdır. Cavabdehlərin qardaşı mərhum X19 ilə o, 2006-cı ildə faktiki ailə qurmuşdur. X19 ilə aralarında olan nikah 07 noyabr 2008-ci ildə Şəmkir rayon Qaracəmirli kənd İƏD-də rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından 27 oktyabr 2007-ci il təvəllüdlü Xəyal və 06 sentyabr 2011-ci il təvəllüdlü Emil adlı uşaqları doğulmuşdur. X6 09 sentyabr 2014-cü ildə vəfat etmişdir. Onun vəfatına qədər onunla ailə olaraq yaşamış, vəfatından sonra da ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, idarə etmişdir. Bir neçə ay bundan əvvəl o mərhum ərindən qalan miras əmlakla bağlı notariat ofisinə müraciət edib, onu və azyaşlı uşaqlarını qanun üzrə vərəsə kimi tanımasını xahiş etmişdir. Onun müraciəti ilə bağlı notariat ofisi ona müvafiq sənəd təqdim etməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərmişdir. 11 saylı Şəmkir Ərazi İdarəsinin vermiş olduğu arayışdan cavabdehlər Zəminə Fazil qızı və Zərinə Fazil qızı, eyni zamanda mərhum qayınatası Fazil Mürsəl oğlunun cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisinə ərizə verdiyi, həmin ərizədə mərhum əri Şahsevər Fazil oğlunun ondan başqa vərəsəsi olmamasını göstərməsi məlum olmuşdur. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi isə öz növbəsində təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamadan, mərhum ərinin digər vərəsələrini müəyyən etmədən, mərhum ərindən qalan miras əmlaka yalnız mərhum X1nu qanun üzrə vərəsə tanımışdır. Mübahisə predmeti olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmalı, həmin vərəslik işindən sonra cavabdeh X34 ilə cavabdehlər – mərhum Fazil Mürsəl oğlu, Zəminə Fazil qızı və Zərinə Fazil qızı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Əvvəla ona görə ki, Həcər Vəli qızı mərhum ərinin qohumudur və o, mərhum Şahsevər Fazil oğlunun arvadı və iki uşağı olduğunu bilmişdir. Eyni zamanda cavabdeh Həcər Əhmədovaya alqı-satqı üçün təqdim olunmuş mülkiyyət hüququna dair çıxarışda onun mərhum ərinin adı mülkiyyətçi kimi qeyd olunmuşdur. Mərhum ərinə və onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 saylı qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kəndi əraisində 2.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən mərhum ərinin payı 0.71 ha-dır. Əvvəlcə mərhum ərinin anası X26 01 aprel 2008-ci ildə vəfat etmiş, daha sonra əri vəfat etmişdir. X1 isə 18 oktyabr 2019-cu ildə vəfat etmişdir. Ondan qalan miras əmlakdan da iddiaçılar mərhum Şahsevər Fazil oğlunun qanun üzrə vərəsələri olaraq, miras payı almalı idilər. Mübahisə predmeti olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmalı və həmin vərəsəlikdən sonra qeydə alınmış, mübahisə predmeti olan alqı-satqı müqavilələri ləğv olunmalı, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X17 adına üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış ləğv olunmalıdır.

15. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(076)-256/2025 nömrəli (hakim H.Məhəmmədi) qətnaməsi ilə iddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X18 və X10 qanuni nümayəndəsi İddiaçı, cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1, Cavabdeh3 və X24 qarşı “xx.xx.2018-ci il tarixli 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli 3M-153 reyestr saylı müqavilənin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilməsi; İddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1248.1 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 121, 217.4, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçıqətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mərhum ərinə və onu ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 saylı qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd ərazisində 2.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun mərhum həyat yoldaşının payı 0.71 ha-dır. Onun vəfatından sonra həmin paya o və azyaşlı uşaqları vərəsə olaraq tanınmalı idi. Bu səbəbdən də mərhum Fazil Əhmədov torpaq sahəsinin mərhum yoldaşı Şahsevər Əhmədova düşən hissəsini o və azyaşlı uşaqlarının razılığı olmadan sata bilməzdi. Cavabdeh Şəmkir 1 saylı Notariat Ofisi isə qanun üzrə vərəsələrin dairəsi düzgün müəyyən etmədiyindən və təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamadığından o və azyaşlı uşaqları miras əmlakdan məhrum olmuşlar. Məhkəmə cavabdeh yəni baldızı Zəminə Fazil qızının ifadəsini mötəbər sübut kimi qəbul etdiyi halda, onun və azyaşlı uşaqlarının həmin mülkdə yaşamağını qəbul etməmişdir. Halbuki, onlar miras mülkdə yaşamaqla mirası faktiki qəbul edib, idarə etmişlər. Torpaq sahəsi mərhum ərinin ölümündən sonra satılıb. Qayınatası notariat ofisinə saxta sənədlər təqdim edib, guya mərhum ərinin ondan başqa vərəsəsi olmayıb. Cavabdeh notariat ofisi də həmin arayışın mötəbərliyini yoxlamadan, onun və azyaşlı uşaqlarının hüquqlarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır və ev onların istifadəsindədir. Ev mərhum Fazildən miras qalsa da reyestrda qeydiyyata alınmamışdır. Mirası Şahsevənin ölümündən sonra iddiaçının qaynatası Fazil notariat kontoruna ərizə verərək, Şahsevənin ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Halbuki, Şahsevənin həyat yoldaşı və azyaşlı övladları vərəsədir. Nümayəndə sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X34 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, Fazil ona mülki satdığını bildirmiş, onlarda həmin mülkü 2018-ci ildə 4000 manata almış, elə həmin vaxtdanda həmin torpağı əkib becərirlər. X7 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

22. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinin nümayəndəsi, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

31. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

37. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, qətnamə iddianın təmin edilməməsi hissədə mübahisələndirilir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qətnamə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsi **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 12 dekabr 2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən X19, X27, Cavabdeh1 və X15 ümumi birgə mülkiyyətinə verilmişdir. X28 ilə X13 birgə nikahlarından 23 dekabr 1978-ci ildə X19 doğulmuşdur. X19 ilə İddiaçı nikahı 07 noyabr 2008-ci il tarixdə Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyində 48 saylı aktı ilə qeydə alınmışdır. Sonuncuların nikahından iki uşaqları anadan olmuşdur. X26 01 aprel 2008-ci ildə, X19 09 sentyabr 2014-cü ildə, X28 isə 18 oktyabr 2019-cu ildə vəfat etmişlər. X14 vəfatından sonra ondan miras qalmış torpaq sahəsini X28 faktiki olaraq qəbul etmişdir. Bundan sonra X2 rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha torpaq sahəsinin X12 düşən hissəsinə Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən qanun üzrə 1-ci növbə vərəsə tanınmış, onun adına 09 aprel 2018-ci il tarixli 2v- 383 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Daha sonra sonra X28 09 aprel 2018-ci il tarixli, 3M-153 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin X12 düşən hissəsini X24 1000 manata satmışdır. Həmçinin xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestrli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X28, Cavabdeh1 və Cavabdeh3 Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin 0.9084 ha hissəsini X24 4000 manata satmışlar. X17 bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair 08 dekabr 2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR–dən Çıxarış verilmişdir. İddiaçı özünün və övladlarının alqı-satqı əsasında satılan əmlakda miras paylarının olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

44. Kollegiya hesab edir ki, iddianı əmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

45. Kollegiya qeyd edir ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

46. İddia ərizıəsində mirasın faktiki qəbul edildiyi qeyd olunsada, lakin bu hal sübut olunmur. Çünki İddiaçı ərinin ölümündən sonra onun payına düşən hissəni, istər qanun üzrə, istərsədə faktiki olaraq qəbl etməsini təsdiq edən hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Sonuncu ərinin ölümündən uzun bir müddət keçdikdən sonra mirasla bağlı mübahisə açmışdır.

47. Yuxarıda da qeyd olunduğu kimi 09 aprel 2018-ci il tarixli 2v-383 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsində iddiaçının niyyəti (son hüquqi hədəfi) ərindən qalmış miras payı almaqdır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan Şahsevər Əhmədov 09 sentyabr 2014-cü ildə ölmüşdür. . Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

49. Miras qoyan X3 ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – atası Fazıi Əhmədov, arvadı İddiaçı və uşaqları Emil və Xəyal Əmədovlardır. Miras qalan əmlak isə Şəmkirrayonu Qaracəmirli kəndində yerləşən paylı mülkiyyətdə olan 1,2112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki ¼ hissə paydan ibarətdir.

50. Vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra hazırkı mübahisənin həllində növbəti təhlil mirasın qanun üzrə birinci növbəli vərəsə İddiaçı tərəfindən, eləcədə azyaşlı uşaqları Xəyal və Emilə münasibətdə qanuni nümayəndə qismində qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

51. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun. Belə ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

52. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, qanun üzrə birinci növbəli vərəsə İddiaçı, eləcədə azyaşlı uşaqları Xəyal və Emilə münasibətdə qanuni nümayəndə qismində mərhum ərinin vəfatından sonra ondan miras qalmış əmlakı qəbul etməmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, əgər İddiaçı, eləcədə azyaşlı uşaqları Xəyal və Emilə münasibətdə qanuni nümayəndə qismində mirası qəbul etmək niyyəti olmuşdursa, bu halda sonunsu ərinin 09 sentyabr 2014-cü il tarixdə ölümündən sonra ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Halbuki, mirasın qəbulu vərəsəniniradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.

54. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanun üzrə birinci növbəli vərəsələr İddiaçı, eləcədə azyaşlı uşaqları Xəyal və Emilə münasibətdə qanuni nümayəndə qismində nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir. Birinci instansiya məhkəməsidə haqlı olaraq iddianı bu hissədə təmin etməmişdir.

56. Həmçinin kollegiya qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün hüquqi əsas olmadığından, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənidə qanuni və əsaslı olmuşdur.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-256/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar