Məhkəmə qərarları › İş №2(104)-963/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-963/2024

02.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-963/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(125)-1968/2024 saylı qərardadından İddiaçı nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 220 nömrəli evi miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadından İddiaçı nümayəndəsi, Vəkil məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə 1 saylı Regional Cavabdeh3ndə Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 220-nin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat Ofisinə həvalə edilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. 3-cü dəfədir ki, hakim Mustafa Mustafayev iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarırır. Hər üç qərardadın qərara aldı hissəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciət edə, notariat orqanının qərarı ilə razılaşmadıqda onun hərəkətindən məhkəməyə şikayət edə bilər. Notariusa vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişlər və notariusa vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina qərarı vermişdir. İddia tələblərinin məzmununu dəyişərək yenidən, 3-cü dəfə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Lakin, bu dəfə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər eyni əsasla geri qaytarılmışdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2(125)-1968/2024 saylı qərardadı ilə (hakim M.Mustafayev) şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 2(125)-1968/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin uyğun olaraq, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir və notaruis göstərilən şərtlər əsasında vərəsəlik şəhadətnaməsi verməlidir. Notariusun qərarı ilə razılaşmayan vərəsənin həmin qərardan aidiyyəti üzrə məhkəməyə şikayət vermək hüququ vardır. Bu baxımdan İddiaçı vərəsəlik şəadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciət etməli, notariat orqanın qərarı ilə razılaşmadıqda onun hərəkətindən məhkəməyə şikayət etməli idi. Birinci instnasiya məhkəməsini gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Yuvxarıda sadalananlara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ilk olaraq notariat orqanına müraciət etməli, notariat orqanın qərarı ilə razılaşmadıqda onun hərəkətindən inzibati qaydada məhkəməyə şikayət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasındavə ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1968/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi gündən qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar